Month: June 2025

  • Bir müddət əvvəl qızının adına dönərxana açıbmış

    Xəbər verdiyimiz kimi, iyunun 26-sı saat 14 radələrində Göyçay şəhərində “VAZ-2107” markalı avtomobillə motosiklet toqquşub və 27 yaşlı motosikletçi hadisə yerində vəfat edib.

    “Qafqazinfo”nun məlumatına görə, faciəvi şəkildə ölən motosiklet sürücüsü 1997-ci il təvəllüdlü Kamil Abdullayev Göyçayda dönərçi işləyirmiş. O, bir müddət əvvəl qızının adına dönərxana açıbmış. Hadisə də Kamil dönər sifarişini ünvana apararkən baş verib.

    Faktla bağlı Göyçay RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

  • Тегеран открыл воздушное пространство для международных и транзитных рейсов над центральной частью Ирана

    Иран открыл воздушное пространство для международных авиарейсов над центральной областью страны и частично – над западной.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил представитель министерства дорог и городского развития исламской республики Маджид Ахван.

    По его словам, в соответствии с решением координационного комитета Организации гражданской авиации и из соображений безопасности в текущих условиях, в дополнение к воздушному пространству восточной части страны, которое используется для внутренних, международных и транзитных рейсов, воздушное пространство центральных и части западных территорий страны было открыто только для международных и транзитных рейсов.

  • Tehran beynəlxalq və tranzit uçuşlar üçün İranın mərkəzi hava məkanını açıb

    İranın mərkəzi və qərb ərazilərinin bir hissəsinin hava məkanı yalnız beynəlxalq və tranzit uçuşlar üçün açılıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Yollar Və Şəhər Inkişafı Nazirliyinin nümayəndəsi Məcid Əhvan məlumat verib.

    Onun sözlərinə görə, bu addım Mülki Aviasiya Təşkilatının koordinasiya komitəsinin qərarına və hazırkı şəraitdə təhlükəsizlik mülahizələrinə uyğun olaraq atılıb.

    Qeyd edilib ki, mərkəzi hava məkanı daxili, beynəlxalq və tranzit uçuşlar üçün istifadə olunan ölkənin şərq hissəsinin hava məkanına əlavə olaraq açılıb.

  • “Milan” Kayl Uokerlə bağlı qərar verib

    İtaliyanın “Milan” klubu Kayl Uokerlə bağlı qərarını verib.

    İcarə müddəti 2024/2025 mövsümünün sonunda başa çatan futbolçu ilə yollar ayrılacaq.

    Müqavilə ilə “Mançester Siti”yə məxsus olan 35 yaşlı yarımmüdafiəçi yanvardan İtaliya klubunda oynayırdı. O, “Milan”ın heyətində bütün yarışlarda ümumilikdə 16 matçda meydana çıxıb.

    2017-ci ildən “Mançester Siti”də çıxış edən K.Uoker 6 dəfə İngiltərə çempionu adını qazanıb.

  • Азербайджан увеличил импорт и экспорт фруктов и овощей

    Азербайджан в январе–мае 2025 года импортировал 228,5 тыс. тонн фруктов и овощей на сумму свыше $165 млн, что больше на 7,8% в количественном и на 14,6% в стоимостном выражении по сравнению с аналогичным периодом прошлого года.

    Об этом Median.Az сообщает со ссылкой на данные Государственного таможенного комитета.

    Расходы на импорт фруктов и овощей составили 1,7% от общего объема импорта в страну за отчетный период.

    В то же время экспорт фруктов и овощей составил 291,4 тыс. тонн (+26,2%) на сумму около $299,3 млн (+19,1%).

    Выручка от экспорта данной продукции составила 23,1% от общего экспорта Азербайджана.

  • Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb

    Bu ilin yanvar-may aylarında Azərbaycan 228 min 518 ton meyvə-tərəvəz idxal edib.

    Median.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, həcmdə meyvə-tərəvəzin dəyəri 165 milyon 347 min ABŞ dolları təşkil edib.

    Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 16 min 650 ton (7,8 %), dəyər baxımından isə 21 milyon 69 min ABŞ dolları (14,6 %) çoxdur.

    Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,7 %-ni təşkil edib.

    Bundan başqa, 5 ay ərzində Azərbaycan 299 milyon 282 min ABŞ dolları dəyərində 291 min 393 ton meyvə-tərəvəz ixrac edib. Bunlar, 2024-cü ilin eyni dövrünə nisbətən həcm baxımından 60 min 506 ton (26,2 %), dəyər baxımından isə 48 milyon 30 min ABŞ dolları (19,1 %) çoxdur.

    Hesabat dövründə meyvə-tərəvəz ixracından əldə edilən gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 23,1 %-ni təşkil edib.

  • “Kəpəz” daha 4 legioneri ilə vidalaşıb

    “Kəpəz” daha 4 legioneri ilə vidalaşıb.

    “Report”un əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi Karim Lkoça, Radi Ardazişvili, Trent Buhagiar və Valdamer Almeydanın başa çatan müqavilələrinin müddətini uzatmayıb.

    Qeyd edək ki, “sarı-göylər” daha əvvəl kapitanı Yeqor Xvalko ilə yolları ayırdığını açıqlayıb.

  • Тела убитых в Екатеринбурге отправят в Азербайджан в понедельник

    Тела азербайджанцев, убитых накануне в ходе рейда ФСБ России в Екатеринбурге, будут отправлены в Азербайджан в понедельник.

    В настоящее время ведется работа по передаче тел семьям.

    Отметим, что 27 июня ФСБ РФ провела рейд в Екатеринбурге якобы по делу об убийстве, совершенном в 2001 году. В результате рейда было задержано до 50 азербайджанцев, большинство из которых позже были отпущены. При этом в ходе рейда в своих квартирах были жестоко убиты два азербайджанца, несколько человек получили тяжелые телесные повреждения, еще девять задержаны.

    МИД Азербайджана в связи с инцидентом вызвал временного поверенного в делах посольства РФ в Баку, выразил ему решительный протест. Азербайджан ожидает от российской стороны расследования инцидента и скорейшего привлечения к уголовной ответственности всех лиц, совершивших насилие.

  • Yekaterinburqda öldürülənlərin meyitləri bazar ertəsi Azərbaycana yola salınacaq

    Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları əməkdaşlarının öldürdüyü azərbaycanlıların meyitləri iyunun 30-da Azərbaycana yola salınacaq.

    “Report”un Rusiya bürosunun əldə etdiyi məlumata görə, hazırda cənazələrin ailələrinə təhvil verilməsi üçün iş aparılır.

    Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

    Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

    Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

  • İtaliya klubunun qapıçısı 4 illik diskvalifikasiya oluna bilər

    İtaliyanın “Udineze” klubunun qapıçısı Maduka Okoye sarı vərəqə ilə cəzalandırıldığına görə 4 illik diskvalifikasiya oluna bilər.

    25 yaşlı nigeriyalı qolkiper mərc oyunlarda iştirak etməkdə şübhəli bilinir.

    O, 2024-cü ildə “Latsio”ya qarşı matçın 64-cü dəqiqəsində topu oyuna gec daxil etdiyinə görə sarı vərəqə ilə cəzalandırılıb. Bu məsələ ilə bağlı bukmeker kontorlarında xeyli sayda mərclər qeydə alınıb və iştirakçılar 120 min avrodan çox pul ödəyiblər.

    İş materialları İtaliya prokurorluğuna təhvil verilib. Qolkiperin mərc oyunlarında iştirakı sübuta yetiriləcəyi təqdirdə 4 ilə qədər diskvalifikasiya ilə üzləşəcəyi istisna edilmir.