Month: June 2025

  • Yəməndən İsrail ərazisinə ballistik raket buraxılıb

    Yəmən ərazisindən İsrailə ballistik raket buraxılıb.

    Bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat Xidməti (SAXAL) məlumat yayıb.

    SAXAL-ın məlumatına görə, Yəməndən ballistik raketin buraxılışı təsbit edilib.

    Bildirilir ki, raketin zərərsizləşdirilməsi üçün hava hücumundan müdafiə sistemi işləyir.

  • В Тертерском районе произошел пожар на ферме

    В селе Сарыджалы Тертерского района произошел пожар на ферме.

    Как передает Oxu.Az, на ферме, принадлежащей Валеху Сафарову, внезапно загорелись стога сена.

    В результате происшествия сгорело 2 500 тюков сена и погибли три коровы.

  • Tərtərdə ferma yandı, heyvanlar tələf oldu

    Tərtərdə fermada yanğın olub.

    Hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb. Kənd sakini Valeh Səfərova məxsus fermanın çardağında ot bağlarında qəfil yanğın olub. Hadisə nəticəsində fermerin 2500 ot bağlaması və üç baş inəyi tələf olub.
    /oxu.az

  • Число погибших в Екатеринбурге азербайджанцев достигло пяти – ФОТО (Обновлено)

    В результате операции, проведенного сотрудниками ОМОН (отряд мобильный особого назначения, спецподразделение Росгвардии), еще два члена семьи Сафаровых – Аяз Мёхбалы оглу Сафаров и его брат Мазахир Мёхбалы оглу Сафаров – скончались в больнице.

    Как сообщает Median.Az, об этом modern.az сообщили родственники убитых братьев Сафаровых.

    Таким образом, число азербайджанцев, погибших в Екатеринбурге в результате вчерашнего нападения, достигло пяти.

    Ранее сообщалось о смерти Зияддина и Гусейна Сафаровых, а также их двоюродного брата Кямала Сафарова.

    * * * * * *

    Сотрудники ОМОН (отряд мобильный особого назначения, спецподразделение Росгвардии) совершили налет на дом Зияддина и Гусейна Сафаровых в российском Екатеринбурге.

    В результате вышеупомянутые лица, а также их двоюродный брат Кямал Сафаров были убиты.

    Median.Az со ссылкой на modern.az публикует фотографии убитых Зияддина и Гусейна Сафаровых:

    * * * * *

    В российском Екатеринбурге убит Кямал Сафаров, двоюродный брат ранее убитых сотрудниками ОМОН (отряд мобильный особого назначения, спецподразделение Росгвардии) братьев Зияддина и Гусейна Сафаровых.

    Как передает Median.Az, об этом modern.az сообщили родственники погибших братьев Сафаровых.

    Напомним, что вчера в Екатеринбурге в результате масштабной операции Федеральной службы безопасности (ФСБ) России, проведенной по различным адресам проживания членов азербайджанской семьи Сафаровых, были убиты два человека, еще девять задержаны. Один из убитых братьев – Гусейн Сафаров являлся гражданином Азербайджана, а Зиядин Сафаров имел российское гражданство.

  • Rusiyada öldürülən azərbaycanlıların sayı BEŞƏ ÇATDI – FOTO (Yenilənib)

    Omonçuların keçirdiyi əməliyyat nəticəsində Səfərovlar ailəsinin daha iki üzvü – Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov xəstəxanada həyatlarını itiriblər.

    Median.Az xəbər verir ki, bu barədə Modern.az-a öldürülən Səfərov qardaşlarının ailəsindən bildirilib.

    Bununla da ötən gün baş verən basqın nəticəsində Səfərovlar ailəsində öldürülənlərin sayı beşə çatıb.

    * * * * *

    Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi Rusiyanın Yekaterenburq şəhərində Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib.

    Nəticədə Ziyəddin və Hüseyn Səfərovlar, eləcə də onların əmisi oğulları Kamal Qədiməli oğlu Səfərov öldürülüblər.

    Median.Az Modern.az-a istinadla öldürülən Ziyəddin və Hüseyn Səfərovların fotolarını təqdim edir:

    * * * * *

    Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov da öldürülüb.

    Median.Az xəbər verir ki, bu barədə Modern.az-a öldürülən Səfərov qardaşlarının ailəsindən bildirilib.

    Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb. Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri- Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır.

  • İzmirdə meşə yanır – 3 nəfər tutuldu

    Türkiyənin İzmir şəhərində meşə yanır.

    Yanğın kənar ərazidə başlayıb, sonra meşəyə yayılıb.

    Hadisə yerinə 643 nəfər yanğınsöndürən, səkkiz təyyarə, 16 helikopter, 57 yanğınöndürən maşın və digər texniki vasitələr cəlb olunub.

    Məlumata görə, yaxınlıqdakı ərazidə yaşayan 455 ailə təxliyə olunub, hadisəni törətməkdə şübhəli bilinən üç nəfər saxlanılıb.

    //Unikal

  • ABŞ Kanada ilə ticarət danışıqlarını dayandıracaq

    ABŞ Kanada ilə ticarət danışıqlarını dayandıracaq.

    Median.Aa APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

  • Naxçıvanda məclis faciə ilə bitdi: “Cibinə siqaret al, qoy” deyən dostunu öldürdü

    Naxçıvanda 49 yaşlı Fərzalı Behbudovun qətli ilə bağlı məhkəmə araşdırması hadisənin maraqlı detallarını üzə çıxarıb.

    Median.Az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, ağır cinayətin “qəhrəmanları” 20 illik dost olublar.

    Fərzalı Rəhman Bayramovdan 10 yaş balaca olsa da, gənc vaxtlarından dostluq ediblər. Onlar mütəmadi olaraq bir-biri ilə görüşüb, ailəvi qonaq gedib-gəliblər. Son görüş də elə yeyib-içmək üçün təşkil edilib. Məclis Rəhmanın evində baş tutub.

    İstintaq materiallarında yazılandan və məhkəmədə danışılanlardan məlum olub ki, həmin gün Fərzalı ilə Rəhman xeyli içki qəbul edib, tam sərxoş vəziyyətdə olublar. Bu məqamda Rəhman Fərzalıdan 1 ədəd siqaret istəyib. Elə bu istək onların mehriban dostluğunun sonu olub.

    Fərzalı üzünü turşudaraq Rəhmana “cibinə siqaret al, qoy”, dedikdən sonra mübahisə başlayıb. Dostlar bir-birinə qarşı nalayiq sözlər işlədiblər, əsəblərini cilovlaya bilməyən Rəhman stolun üstündən bıçaq götürərək Fərzalını qətlə yetirib.

    Rəhman məhkəmədə həmin günü belə xatırlayıb: “Yeyib-içdikdən sonra ürəyim siqaret istədi. Dedim bir siqaret ver. Qayıdıb dedi ki, “sən heç vaxt cibinə siqaret qoymursan”. Onun etdiyi hərəkət düzgün deyildi. Özünə də dedim. Əsas da söyüş söydüyü üçün dava etdik. Qalanı da məlumdur…”

    Məhkəmə istintaqı zamanı toplanmış sübutlar, həmçinin şahidlərin ifadələri ilə ittiham təsdiqini tapıb.

    Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman Bayramov qəsdən adam öldürməkdə təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilib.

  • İtkin düşmüş hesab edilən Lerik sakininin qalıqları 82 il sonra Rusiyada tapıldı

    II Dünya Müharibəsində itkin düşmüş əsgərin qalıqları tapılıb.

    Lerik rayonunun Hoveri kənd sakini olan Məmməd Xudaverdiyevin cəsədinin qalıqları 82 il sonra Rusiyanın Smolensk vilayətində aşkarlanıb.

    O, 1942-1943-cü illərdə II Dünya Müharibəsində iştirak edib və itkin düşmüş əsgər kimi qeydə alınıb.

    2025-ci ilin fevral ayında Rusiyanın “Krasnoarmeets” adlı axtarış qrupu Smolensk vilayətinin Duxovşinski rayonu ərazisində apardıqları ekspedisiya zamanı səngərdə bir-birindən təxminən bir metr aralıda dörd sovet əsgərinin qalıqlarını aşkarlayıb. Onlardan birinin şəxsiyyətini müəyyənləşdirmək isə onunla birlikdə tapılan, üzərində “M.F.Xudaverdiyev” baş hərfləri və soyadı yazılmış metal qaşıq sayəsində mümkün olub.

    Sonrakı arxiv araşdırmaları nəticəsində məlum olub ki, bu şəxs 1918-ci il təvəllüdlü, Lerik rayonunun Hoveri kənd sakini Məmməd Xudaverdiyevdir. O, 1942-ci ildə Azərbaycan SSR-dən hərbi xidmətə çağırılmış və 134-cü atıcı diviziyanın tərkibində döyüşlərdə iştirak etmişdi. Məmməd Xudaverdiyev 1943-cü il iyunun 1-də Smolensk vilayətinin Verdino kəndi yaxınlığında yerləşən yüksəkliklər uğrunda aparılan döyüşlərdə itkin düşmüş hesab olunurdu.

  • DİN sürücü və valideynlərə xəbərdarlıq edib

    Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.

    Belə xəbərdarlıqla Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev çıxış edib.

    “Hərəkət zamanı təhlükəsizlik kəməri mütləq bağlanmalıdır, uşaqlar yalnız xüsusi oturacaqda daşınmalıdır, lyukdan, pəncərədən bədən çıxarmaq qadağandır. Sürücü sərnişinin, xüsusilə uşaqların təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Qaydalara əməl edin, bir anlıq ehtiyatsızlıq ömürlük peşimanlıq olmasın”, – nazirlik rəsmisi bildirib.