Month: June 2025

  • Ukraynadan xüsusi əməliyyat: Rusiyanın Su-34 qrıcıları məhv edildi

    Ukrayna Təhlükəsizlik Xidməti iyunun 27-də Rusiyanın Volqoqrad vilayətindəki Marinovka aerodromunda iki Su-34 təyyarəsinin məhv edildiyini, daha iki təyyarənin isə zədələndiyini bildirib.

    Bu barədə qurum özünün “Telegram” kanalınada məlumat yayıb.

    Qeyd olunub ki, bunlar Rusiyanın cəbhə xəttində bombardmanlar etmək üçün fəal şəkildə istifadə etdiyi çoxfunksiyalı qırıcılardır.

    Məlumata görə, Rusiya qırıcıları uzaqmənzilli dronlardan istifadə olunmaqla hücuma məruz qalıb. Hücum nəticəsində Rusiya aerodromunun mühüm infrastrukturu olan texniki-istismar hissəsində yanğın başlayıb.

  • Sertifikatlaşdırma imtahanında unikal hadisə: Ana və qızı eyni gündə yüksək BAL TOPLADILAR

    Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanının növbəti mərhələsi başa çatıb. Sertifikatlaşdırma prosesinin beşinci günündə fizika fənni üzrə Şəki-Zaqatala regionu üzrə 518 müəllim imtahanlara qatılıb.

    Median.Az Bizim.media-ya istinadla xəbər verir ki, imtahana qatılan 518 müəllimin arasında Aynur Qədirova və onun qızı Leyla Yusifova da olublar.

    Aynur Qədirova Şəkinin Dəhnə kənd tam orta məktəbin fizika müəlliməsidir və 30 ilə yaxındır ki, kənddə bu fənni tədris edir. Qızı Leyla isə müəllimlərin işə qəbulu imtahanlarından uğurla keçərək rayonun Turan qəsəbəsində çalışır. Onlar imtahana birlikdə qatılıblar.

    Qeyd edək ki, Aynur Qədirova test imtahanında 56 bal, qızı isə 53 bal toplayıblar.

    Regional təhsil idarəsindən bildirilib ki, imtahanlarda 60 sual təqdim edilir və hər düzgün sual bir balla cavablandırılır. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.

    Xatırladaq ki, 30-50 arası bal toplayanlara maaşın 10 faizi, 51 və daha çox bal toplayanlara isə müsahibə mərhələsindən sonra maaşın 35 faizi qədər artım əlavə olunur.

  • Fitch: Азербайджан сохранит устойчивые объемы добычи нефти и газа

    Добыча нефти в Азербайджане в 2025 году ожидается на уровне 576 тыс. баррелей в сутки, а в 2026 году снизится до 571 тыс. баррелей в сутки.

    Как передает Median.Az со ссылкой на отчет на международное рейтинговое агентство Fitch Ratings, власти страны придают приоритетное значение стабилизации добычи на ключевом месторождении Азери–Чираг–Гюнешли (АЧГ). Ожидается, что в обозримом будущем с данного блока будет ежедневно добываться около 340 тыс. баррелей нефти.

    Что касается природного газа, агентство прогнозирует, что в 2025 году его добыча достигнет 50,3 млрд кубометров, чему будет способствовать запуск добычи газа из глубокозалегающих пластов (deep-gas) на месторождении АЧГ. Аналитики агентства ожидают в 2026 году умеренное снижение объемов добычи – до 49 млрд кубометров.

    Согласно официальной статистике, за январь–май 2025 года в Азербайджане было добыто 20 млрд 910,8 млн кубометров природного газа, из которых 16 млрд 192,8 млн кубометров составил товарный газ.

    За тот же период добыча нефти, включая газовый конденсат, составила 11 млн 438,3 тыс. тонн, из которых 11 млн 411,4 тыс. тонн пришлось на долю товарной нефти.

    Отметим, что контракт на разработку месторождений Азери, Чираг и глубоководной части Гюнешли был подписан в 1994 году, срок действия соглашения истекал в 2024 году. В 2017 году стороны подписали обновлённое соглашение, рассчитанное до 2050 года.

    По новому контракту долевое участие сторон в проекте выглядит следующим образом: британская BP plc (оператор проекта) – 30,37%, Госнефтекомпания Азербайджана – 31,655%, венгерская MOL – 9,57%, американская ExxonMobil – 6,79%, индийская ONGC Videsh – 2,925%, японские Inpex Corp. – 9,31% и Itochu Oil – 3,65%, турецкая TPAO – 5,73%.

  • “Fitch”: Azərbaycan neft və qaz hasilatında sabit həcmləri qoruyub saxlayacaq

    Azərbaycanda neft hasilatı 2025-ci ildə gündəlik 576 min barel, 2026-cı ildə isə 571 min barel səviyyəsində proqnozlaşdırılır.

    Median.Az bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatına istinadən xəbər verir.

    Agentliyin qiymətləndirməsinə görə, Azərbaycan hökuməti əsas prioritetlərdən biri kimi Azəri–Çıraq–Günəşli (AÇG) yatağında hasilatın sabitləşdirilməsinə üstünlük verir. Yaxın perspektivdə bu yataqdan gündəlik təxminən 340 min barel neft hasil olunacağı gözlənilir.

    Təbii qazla bağlı proqnozlara gəldikdə isə, “Fitch Ratings” hesab edir ki, 2025-ci ildə Azərbaycanda qaz hasilatı 50,3 milyard kubmetrə çatacaq. Bu artıma AÇG yatağında dərin qaz (deep gas) layihəsi çərçivəsində hasilatın başlanması təkan verəcək. 2026-cı ildə isə bu göstəricinin bir qədər azalaraq 49 milyard kubmetr olacağı gözlənilir.

    Rəsmi statistikaya əsasən, 2025-ci ilin yanvar–may aylarında Azərbaycanda ümumilikdə 20 milyard 910,8 milyon kubmetr təbii qaz hasil edilib. Bunun 16 milyard 192,8 milyon kubmetri əmtəəlik qaz olub.

    Eyni dövrdə qaz kondensatı da daxil olmaqla neft hasilatı 11 milyon 438,3 min ton təşkil edib ki, bunun da 11 milyon 411,4 min tonu əmtəəlik neftin payına düşür.

    Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

    AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), MOL (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.

  • Bakı-Balakən-Bakı qatarının vaqon sayı artırılır

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə iyunun 27-də Bakıdan Balakənə, iyunun 28-da isə Balakəndən Bakıya yola düşəcək qatarın vaqon sayını artırır.

    Median.Az bu barədə ADY-yə istinadən xəbər verir. Bu tarixlərdə qatar ümumilikdə 11 vaqonla hərəkət edəcək.

    Bundan başqa, 28 və 29 iyunda da Bakı-Balakən-Bakı marşrutu üzrə qatara əlavə vaqon qoşulacaq. Qatar 7 vaqonla hərəkət edəcək.

  • Полиция за сутки нашла 9 пропавших без вести граждан

    В Азербайджане минувшим днем найдены 9 человек, числившиеся пропавшими без вести.

    Об этом сообщили в Министерстве внутренних дел.

    26 июня в результате мероприятий, проведенных сотрудниками полиции, были найдены и переданы соответствующим органам 9 человек, покинувших место жительства, не уведомив членов семьи.

  • Ötən gün itkin düşən 9 nəfər tapılıb

    Ötən gün itkin düşən 9 nəfər tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, iyunun 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə buraxılacaq

    Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə buraxılacaq.

    Bu barədə “Report”a aktyorun bacısı Dilarə Əliyeva məlumat verib.

    Onun sözlərinə görə, Vüsal Murtuzəliyevin səhhəti yaxşıdır:

    “Düşünürəm ki, sabah xəstəxanadan evə aparacağıq”, – o əlavə edib.

    Xatırladaq ki, Vüsal Murtuzəliyev iyulun 19-u xəstəxanaya yerləşdirilmişdi. Ona dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilmişdi.

  • Разногласия в ЕС: провал 18 пакета антироссийских санкций и по переговорам о вступлении Украины в Евросоюз

    На завершившемся вчера поздно ночью Европейском совете, по сути саммите с участием всех глав государств и правительств 27 стран ЕС, обсуждались важные вопросы, но никаких больших решений принято не было. И большим разочарованием был провал в утверждении обещанного 18 пакета санкций в отношении России.

    Как сообщает европейское бюро Report, уставшие лидеры расходились поздно вечером, многие даже не подойдя ко все еще ожидающим заключительных заявлений журналистам.

    Еще до начала встречи было очевидно, что Венгрия и Словакия не намерены отступить от прежде заявленных позиций по санкциям и Украине. Премьер Венгрии Виктор Орбан до начала встречи заявил, что получил “хорошие предложения” от составителей пакета, но должен еще поработать над ними.

    Позже стало известно, что Венгрия и Словакия выступили единым фронтом против предложенных мер. В частности, против предложения ЕС о поэтапном отказе от импорта российских энергоносителей.

    Между тем, премьер-министр Нидерландов Дик Схоф с оптимизмом заявил, что в ближайшие пару недель, после отдельных переговоров со Словакией, санкции все же будут утверждены.

    Другим разочарованием было блокирование идеи о предоставлении Украине права на начало переговоров о вступлении в ЕС. И тут единственным государством, выступившим против, была Венгрия.

    Как известно, 9 июля крайний срок для достижения договоренности с США по торговым пошлинам. Лидеры ЕС согласовали свой подход к предстоящим торговым переговорам с США, которые уполномочена вести президент Европейской комиссии Урсула фон дер Ляйен.

    “Мы готовы к сделке, – заявила она, но предостерегла, – Но мы готовимся к возможности, что удовлетворительное соглашение не будет достигнуто… и мы будем защищать европейские интересы по мере необходимости. Короче говоря, все варианты остаются на столе”.

    По мнению многих лидеров, наиболее вероятным исходом остается “британский вариант”, то есть договоренность о 10%. Об этом, в частности заявили президент Литвы Гинтарис Науседа и нидерландский премьер Схоф.

    “ЕС, судя по всему, смиряется с перспективой того, что сохранение 10-процентного базового тарифа — это лучшее, на что он может надеяться”, – утверждают эксперты.

    Судя по всему, новая идея о создании чего-то вроде альтернативы ВТО, выдвинута для облегчения этих переговоров. Она принадлежит Урсуле фон дер Ляйен и заключается в создании новой торговой организации путем объединения усилий 27 стран ЕС с 12 членами блока CPTPP (Всеобъемлющее и прогрессивное соглашение о Транстихоокеанском партнерстве). Участники CPTPP (с участием также Великобритании) объединены договоренностью о свободной торговле.

    По словам главы Еврокомиссии, новое объединение перестроило бы основанный на правилах глобальный торговый порядок, реформируя или, возможно, даже заменяя ныне в значительной степени недействующую Всемирную торговую организацию.

    Такой план “покажет миру, что свободная торговля с большим количеством стран возможна на основе правил”, – заявила она на заключительной по итогам Европейского совета пресс-конференции.

  • Brüsseldə fikir ayrılıqları: Rusiyaya qarşı 18-ci sanksiya paketi və Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı uğursuz danışıqlar

    Avropa İttifaqının (Aİ) 27ölkəsinin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən və dünən gecə saatlarında başa çatan Avropa Şurasının sammitində mühüm məsələlər müzakirə edilsə də, heç bir önəmli qərar qəbul edilmədi. Rusiyaya qarşı qəbul edilməsi vəd olunan 18-ci sanksiya paketinin təsdiqlənməməsi isə böyük məyusluq doğuran məqam oldu.

    “Report”un Avropa bürosunun məlumatına görə, yorğun liderlər gecə gec saatlarda dağılışdılar, onların bir çoxu hətta yekun bəyanat gözləyən jurnalistlərə yaxınlaşmadı belə.

    Görüş başlamazdan əvvəl artıq aydın idi ki, Macarıstan və Slovakiya sanksiyalar və Ukrayna ilə bağlı qabaqcadan sərgilədikləri mövqelərdən geri çəkilmək niyyətində deyillər.

    Bu arada, Niderlandın Baş naziri Dik Sxof nikbinliklə bildirib ki, Slovakiya ilə ayrıca danışıqlardan sonra yaxın bir neçə həftə ərzində sanksiyalar təsdiqlənəcək.

    Məyusluq doğuran digər məqam Ukraynaya Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlamaq hüququnun verilməsi ideyasının Macarıstan tərəfindən bloklanması oldu.

    Məlum olduğu kimi, 9 iyul ABŞ ilə ticarət rüsumları ilə bağlı razılaşmanın əldə edilməsi üçün son tarixdir. Aİ liderləri ABŞ ilə aparılacaq ticarət danışıqları ilə bağlı mövqelərini razılaşdırıblar.

    Bir çox liderlərin fikrincə, ən ehtimal olunan nəticə “Britaniya variantı”, yəni 10 % barədə razılaşma olaraq qalır. Bunu xüsusilə Litva Prezidenti Gintaris Nauseda və Niderlandın Baş naziri Dik Sxof bəyan ediblər.

    Görünür, bu danışıqları asanlaşdırmaq üçün ÜTT-yə alternativin yaradılması barədə yeni ideya irəli sürülüb. Bu ideya Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə məxsusdur və 27 Aİ ölkəsinin CPTPP (Trans-Sakit Okean Tərəfdaşlığı üzrə Hərtərəfli və Mütərəqqi Saziş) blokunun 12 üzvü ilə səyləri birləşdirməklə yeni ticarət təşkilatının yaradılmasından ibarətdir. CPTPP iştirakçılarını (Böyük Britaniyanın iştirakı ilə) azad ticarət haqqında razılaşma birləşdirir.