Month: June 2025

  • Sudanda BMT-nin yardım karvanına hücum olub, beş nəfər öldürülüb

    Sudanda BMT-nin aclıq olan ərazilərə ərzaq aparan yardım karvanına hücum olub.

    Bu barədə BMT-nin Uşaq Fondu və Dünya Ərzaq Proqramının birgə bəyanatında deyilir.

    Bildirilib ki, hücumda beş nəfər öldürülüb və Şimali Darfurun əl-Fəşir bölgəsində aclıqla üzləşən uşaqlar və ailələrə ərzaq çatdırılmasının qarşısı alınıb.

    “Konvoyun beş üzvü həlak olub, daha bir neçə nəfər yaralanıb. Xeyli yük maşını yandırılıb, mühüm humanitar təchizata zərər yetirilib”, – birgə bəyanatda vurğulanıb.
    //report

  • İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? – Rəqəmlər

    2025-ci ilin yanvar-mart aylarında hava nəqliyyatı vasitəsilə 865,3 min sərnişin daşınıb.

    Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 53,2 min nəfər və ya 6,5% çoxdur. 2024-cü ilin ilk üç ayında isə hava nəqliyyatı ilə 812,1 min sərnişin daşınıb.

    Ümumi sərnişinlərin 723,4 min nəfəri beynəlxalq, 141,9 min nəfəri isə daxili reyslərdən istifadə edib.

    Cari ilin ilk üç ayında sərnişin dövriyyəsi 1785,1 milyon sərnişin-km təşkil edib. Bu göstəricinin 1674,1 milyon sərnişin-km hissəsi beynəlxalq, 111 milyon sərnişin-km hissəsi isə daxili reyslərin payına düşüb.

    Sözügedən dövrdə hava nəqliyyatı sahəsində sərnişin daşımalarından əldə olunan gəlir 560 milyon 236,8 min manat olub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 162 milyon 820,5 min manat və ya 40,9% çoxdur. 2024-cü ilin ilk rübündə bu sahədən 397 milyon 416,3 min manat gəlir əldə olunmuşdu.

    Əldə olunan ümumi gəlirin 538 milyon 017,7 min manatı beynəlxalq, 22 milyon 219,1 min manatı isə daxili reyslərdən daxil olub.
    //valyuta.az

  • İstanbuldan Gəncə və Naxçıvana yeni reys açıldı

    Bu gündən Türkiyənin İstanbul şəhərindən Azərbaycanın Gəncə və Naxçıvan şəhərlərinə təyyarə reysləri fəaliyyətə başlayır.

    Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

    Reysləri qonşu ölkənin “AJet” aviaşirkəti həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçirir.

    Uçuşlar İstanbuldakı Sabiha Gökçen Beynəlxalq Hava Limanından baş tutur.

    //qafqazinfo

  • Mingəçevirdə bədbəxt HADİSƏ: Yaşyarımlıq körpə 3-cü mərtəbədən yıxıldı

    Mingəçevirdə yaşyarımlıq uşaq binanın 3-cü mərtəbəsindən yıxılıb.

    Hadisə Ş.İ.Xətai küçəsi, 6 ünvanında yerləşən çoxmərtəbəli binada baş verib.

    Yevlax rayonunun Aşağı Bucaq kənd sakini 2023-cü il təvəllüdlü Əsma Xasızadə nəzarətsiz qalıb, binanın 3-cü mərtəbəsindən yerə yıxılıb. Yaralı körpə doğmaları tərəfindən təcili xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma başlanıb.

  • В составе сборной Азербайджана U-19 произошли изменения

    В составе национальной сборной Азербайджана, состоящей из футболистов в возрасте до 19 лет, произошли изменения.

    Это следует из сообщения на сайте AFFA.

    Вместо выбывшего из-за травмы игрока “Нефтчи” Гасана Махмудова к команде присоединился футболист “Гябали” Омер Керимов.

    Отметим, что учебно-тренировочные сборы команды U-19 в Гябале продлятся до 11 июня.

  • Azərbaycanın U-19 millisinin heyətində dəyişiklik edilib

    19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

    Median.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”nin futbolçusu Həsən Mahmudov zədə səbəbindən komandadan kənarda qalıb.

    Onun əvəzinə “Qəbələ”nin oyunçusu Ömər Kərimov düşərgəyə qoşulub.

    Qeyd edək ki, U-19-un Qəbələdə təlim-məşq toplanışı iyunun 11-dək davam edəcək.

  • Türkiyə parlamentinə sədr seçildi

    Numan Kurtulmuş yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

    Bu barədə Median.Az “TRT Haber” telekanalına istinadla xəbər verir.

    Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olan Kurtulmuş parlamentdə keçirilmiş səsvermənin üçüncü turunda 329 səs toplayaraq digər namizədləri üstələyib.

    Üçüncü tur səsverməsində 529 deputat iştirak edib.

  • Texnologiya nəhənglərini geridə qoydu: 2024-cü ilin ən varlı CEO-su açıqlandı

    “Wall Street Journal” nəşrinin dərc etdiyi 2024-cü il üzrə baş icraçı direktor (CEO) maaş siyahısı iş dünyasının ən çox qazanan rəhbərlərini ortaya qoyub.

    Qaynarinfo xəbər verir ki, siyahının lideri texnologiya deyil, təhlükəsizlik sahəsindən çıxıb.

    “Axon Enterprise” şirkətinin rəhbəri Rik Smit 2024-cü ilin ən yüksək gəlir əldə edən CEO-su olub. Onun qazancı əsasən birbaşa pul ödənişlərindən deyil, səhm əsaslı mükafat paketlərindən ibarətdir. Bu cür performansa bağlı ödəniş sistemləri xüsusilə texnologiya və təhlükəsizlik sahəsindəki rəhbərlər üçün geniş yayılıb.

    Qeyd edək ki, Smit bu cür yüksək gəlir əldə etməklə ilk dəfə gündəmə gəlmir – o, 2019-cu ildə də 246 milyon dollarlıq maaş paketi ilə diqqət mərkəzinə düşmüşdü.

    Smitin gəliri, texnologiya nəhəngi “Apple”ın CEO-su Tim Kukun (75 milyon dollar) və “Blackstone” şirkətinin rəhbəri Stiven Şvarsmanın (84 milyon dollar) gəlirini üstələyib. Bu da texnologiya sektoru xaricindən olan liderlərin də rekord məbləğlərdə gəlir əldə edə bildiyini göstərir.

    Siyahıda diqqət çəkən digər bir ad isə “Tesla” rəhbəri İlon Mask olub. Mask hər hansı maaş almadığı üçün siyahının sonuncu pilləsində yer alıb. Onun gəliri əsasən şirkətin performansına bağlı olaraq təyin olunan səhm opsionları vasitəsilə qiymətləndirilir.

    “Wall Street Journal”a görə 2024-cü ildə ən çox gəlir əldə edən CEO-lar:

    1. Rik Smit (“Axon Enterprise”) – 165 milyon dollar
    2. Lari Kalp (“General Electric”) – 89 milyon dollar
    3. Stiven Şvarsman (“Blackstone”) – 84 milyon dollar
    4. Tim Kuk (“Apple”) – 75 milyon dollar
    5. Cozef Bey (“KKR”) – 73 milyon dollar
    6. Devid Gitlin (“Carrier Global”) – 66 milyon dollar

  • Daşkəsəndə iki kəndə gedən avtomobil yolu təmir olunub

    Daşkəsəndə iki kəndə gedən avtomobil yolu təmir olunub.

    “Report”un Qərb bürosunun məlumatına görə, Pirverdilər və Tapan kəndlərini rayon mərkəzi ilə birləşdirən avtomobil yoluna çınqıl-torpaq örtüyü salınıb.

    Həmçinin xüsusi texnikalar vasitəsilə hamarlama işləri həyata keçirilib, suötürücü qurğular təmizlənərək təmir edilib, nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti təmin olunaraq, sakinlərin istifadəsinə verilib.

    Qeyd edək ki, adı çəkilən kəndlərin avtomobil yolu uzun zamandır təmirsiz idi və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradırdı.

  • Экс-президента Кыргызстана Атамбаева заочно приговорили к 11,5 года заключения

    Суд Первомайского района Бишкека признал экс-президента Кыргызстана Алмазбека Атамбаева виновным в совершении ряда преступлений и заочно приговорил к 11,5 года лишения свободы.

    Об этом сообщает Median.Az со ссылкой на ТАСС.

    Согласно информации, Атамбаев был признан виновным в незаконном получении земельных участков в селе Кой-Таш Чуйской области, а также в коррупции при проведении модернизации ТЭЦ Бишкека и организации массовых беспорядков 7-8 августа в селе Кой-Таш.

    Отмечается, что бывшего президента также приговорили к конфискации имущества и лишили всех государственных наград.