Month: June 2025

  • Daha iki tiktoker ev dustaqlığına buraxıldı

    Nərimanov Rayon Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən tiktokerlər – “Xan” ləqəbli Əsgər Əlizadə və Nuh Məmmədzadənin barələrində olan həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

    Təqsirləndirilən şəxslərin vəkili Yusif Seyfəlov Oxu.Az-a bildirib ki, prosesdə vəsatət təmin edilib və hər iki tiktoker ev dustaqlığına buraxılıb.

    Qeyd edək ki, bir neçə gün öncə “Vaqa” ləqəbli tiktoker Vüqar Zeynalzadə də ev dustaqlığına buraxılmışdı.

  • Рахид Алекберли освобожден от должности заместителя министра

    Рахид Алекберли освобожден от должности заместителя министра цифрового развития и транспорта Нахчыванской Автономной Республики (НАР).

    Соответствующее распоряжение подписал первый заместитель председателя Верховного Меджлиса НАР Бахтияр Мамедов.

  • Rahid Ələkbərli vəzifəsindən AZAD OLUNDU

    Rahid Zahid oğlu Ələkbərli Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.

    Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

  • Suriya prezidenti 60 illik həsrətə son qoyacaq

    Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əl Şaraa sentyabr ayında ABŞ-yə səfər edəcək.

    Bu barədə “Syria TV” telekanalı mənbələrə istinadən məlumat yayıb.

    O, səfər çərçivəsində BMT-nin iclasında çıxış edəcək. Telekanal qeyd edir ki, bu, Suriya prezidentinin son 60 ildə BMT-də ilk çıxışı olacaq.

    Xatırladaq ki, Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani apreldə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında ölkəsinin yeni bayrağını qaldırıb.

  • Metrodan istifadə edənlərə ŞAD XƏBƏR

    “Metro ödənişlərinin “Google Pay”, “Apple Pay” və digər elektron cüzdanlarla inteqrasiyası planlaşdırılır”.

    Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elvin Abbasov bildirib.
    O qeyd edib ki, “Bakı Metropoliteni”nin mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə tutulur:
    “Artıq metropolitendə geniş Data Analitik Departamenti fəaliyyət göstərir və qərarlar data əsaslı analizlərə söykənərək qəbul olunur. Rəqəmsal əkiz (digital twin) texnologiyası ilə aparılan simulyasiyalar nəticəsində metro sıxlığının azaldılması məqsədilə 10 yeni stansiyanın layihələndirilməsi prosesi davam edir. Bu stansiyalardan biri yaxın zamanda istifadəyə veriləcək, digərləri isə 2030-cu ilə qədər mərhələli şəkildə açılacaq”.
    E.Abbasov əlavə edib ki, hazırda “Bakı Metropoliteni” illik 220-230 milyon sərnişin daşıyır:
    “Onlardan təxminən 6 milyonu güzəştli (ödənişsiz) keçidlərdir. Gündəlik sərnişin sayı iş günlərində orta statistik hesabla 740 min nəfərə qədər yüksəlir”.

  • Rəsmi Moskva strateji aviasiya aerodromlarına PUA hücumunu şərh edib

    Kreml Rusiya aviabazalarına endiri zərbələri və dəmir yolu körpülərinin partladılmasına münasibət bildirib.

    Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Ukraynanın bazar günü Rusiyaya etdiyi hücumlarla bağlı məlumatı onlayn rejimdə aldığını söyləyib.
    Kremlin sözçüsü Ukraynanın Rusiyanın strateji aviasiya aerodromlarına PUA hücumları və dəmir yolu körpülərini parlatması ilə bağlı istintaqın nəticələrini gözləməyi təklif edib.
    Qeyd edək ki, iyunun 1-də Ukrayna ordusu Rusiyanın Murmansk, İrkutsk, Ryazan və Amur vilayətlərin yerləşən strateji aviasiya aerodromlarına PUA hücumu təşkil edib.Hücumlar Rusiya ərazisindən, bilavasitə hərbi aerodromların yaxınlığından həyata keçirilib. Nəticədə Rusiya Hava Kosmik
    Qüvvələrinin çoxlu sayda təyyarəsinə ziyan vurulduğu bildirilib.
     
    ///apa

  • Naxçıvanda erkən nikahın qarşısı alındı

    Naxçıvanda erkən evliliyin qarşısı alınıb.

    Bu barədə Naxçıvan Muxtar Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib. Qeyd olunub ki, komitə tərəfindən erkən nikahla mübarizə istiqamətində tədbirlər davam etdirilir. 04.05.2000-ci il təvəllüdlü Şahbuz rayon Gömür kənd sakini A.C (ad və soyad şərtidir) tərəfindən 08.08.2008-ci il təvəllüdlü Şahbuz rayonu Gömür kənd sakini yetkinlik yaşına çatmayan şəxs Z.A (ad və soyad şərtidir) qaçırılaraq erkən evliliyə cəhd ediblər.
    Həmin məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı və Şahbuz Rayon İcra Hakimiyyətində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin yaşadığı ünvana baxış keçirilib, valideynləri ilə qanunamüvafiq söhbətlər aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.
    Beləliklə də, aid təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən evliliyin qarşısı alınıb.
    Aidiyyəti dövlət orqanları ilə birlikdə tərəfimizdən həyata keçirilən müvafiq proseslərdən sonra yetkinlik yaşına çatmayan şəxs Z.A (ad və soyad şərtidir) ailəsinin yanına qaytarılıb.

  • Sumqayıtda istifadədə olmayan zavod ərazisində yanğın baş verib

    Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində yerləşən köhnə zavodlardan birinin həyətində yanğın hadisəsi baş verib.

    Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
    Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə, xüsusilə də yaxınlıqdakı emalatxanalara keçməsinin qarşısı alınıb.
    Yanğın tamamilə söndürülüb. Ərazidə soyutma işləri aparılır, yanğının səbəbləri araşdırılır.

  • Джейхун Байрамов обсудил межпарламентские отношения с председателем Национальной Ассамблеи Кении

    Министр иностранных дел Азербайджана Джейхун Байрамов в рамках визита в Кению встретился с председателем Национальной Ассамблеи этой страны Мозесом Ветангулой.

    Об этом глава МИД написал на своей странице в соцсети Х.

    В рамках встречи стороны подчеркнули важность двусторонних межпарламентских связей, которые открывают путь к взаимопониманию, общности ценностей и долгосрочному партнерству.

  • Ceyhun Bayramov Keniya Milli Assambleyasının sədri ilə parlamentlərarası münasibətləri müakirə edib

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Moses Vetanq’ula ilə görüşüb.

    Bu barədə Azərbaycan XİN başçısı “X” səhifəsində yazıb.

    Bildirilib ki, görüş çərçivəsində ikitərəfli münasibətlərin parlamentlər səviyyəsində böyük əhəmiyyət daşıdığı və belə mübadilələrin qarşılıqlı anlaşma, ortaq dəyərlər və uzunmüddətli tərəfdaşlıq üçün yol açdığı vurğulanıb.