Month: June 2025

  • Уголовное дело против бывшего вице-премьера Армении передадут в суд

    Уголовное дело против бывшего вице-премьера Армении Армена Геворкяна о предполагаемом отмывании денег будет передано в суд.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщили в Антикоррупционном комитете.

    Предварительное следствие завершилось, материалы направлены прокурору для отправки в суд. Геворкян обвиняется в отмывании денег на сумму 4,92 млрд драмов (более $12 млн).

    Дело было возбуждено еще в мае 2021 года, по материалам, Геворкян (имя в сообщении комитета не упоминается), с целью узаконить нелегальные доходы, скупил несколько десятков единиц недвижимости, которую записал на имя своих родственников.

    Чиновник с 2000 по 2018 года занимал ряд высоких постов: первого помощника, затем – главы аппарата президента, секретаря Совбеза, министра территориального управления и развития, вице-премьера Армении.

    Следствие считает, что политик в 2004-2018 годах получил незаконные доходы на указанную выше сумму. Чтобы узаконить эти доходы, он приобрел и записал на имя родственников 39 единиц недвижимости в Ереване и регионах. Общая стоимость этой недвижимости была зарегистрирована в 751,3 млн драмов (чуть больше $1,9 млн), тогда как их рыночная стоимость оценивается в 4,92 млрд.

    Кроме того, на имя своих родных Геворкян зарегистрировал 10 единиц недвижимости в Чехии на общую сумму в 391,9 млн драмов ($920 тыс.).

    Отметим, Геворкян также проходит фигурантом по делу о взятке. По версии обвинения, чиновник использовал свое должностное положение и способствовал превышению вторым президентом Робертом Кочаряном своих полномочий. Геворкяна и Кочаряна обвиняют в получении крупной взятки от предпринимательницы Сильвы Амбарцумян.

  • Ermənistanın baş nazirinin keçmiş müavini əleyhinə cinayət işi məhkəməyə göndəriləcək

    Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın əleyhinə ehtimal olunan pulların yuyulması ilə bağlı cinayət işi məhkəməyə göndəriləcək.

    Median.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsi məlumat yayıb.

    İlkin istintaq başa çatıb, materiallar məhkəməyə göndərilmək üçün prokurora təqdim edilib. Gevorkyan 4,92 milyard dram (12 milyon dollardan çox) məbləğində çirkli pulların yuyulmasında ittiham olunur.

    İş hələ 2021-ci ilin mayında qaldırılmışdı, materiallara görə, Gevorkyan qeyri-qanuni gəlirləri leqallaşdırmaq məqsədilə onlarla daşınmaz əmlak alıb və onları qohumlarının adına rəsmiləşdirib.

    O 2000-ci ildən 2018-ci ilə qədər bir sıra yüksək vəzifələr tutub: prezidentin birinci köməkçisi, prezident aparatının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, ərazi idarəetmə və inkişaf naziri, Ermənistanın baş nazirinin müavini.

    İstintaq hesab edir ki, siyasətçi 2004-2018-ci illərdə yuxarıda göstərilən məbləğdə qanunsuz gəlirlər əldə edib. Bu gəlirləri leqallaşdırmaq üçün o, İrəvanda və regionlarda 39 daşınmaz əmlak obyekti alıb və qohumlarının adına qeydiyyatdan keçirib. Bu daşınmaz əmlakın ümumi dəyəri 751,3 milyon dram (təxminən $1,9 milyon) olaraq qeydiyyata alınıb.

    Bundan əlavə, A.Gevorkyan öz qohumlarının adına Çexiyada ümumi dəyəri 391,9 milyon dram ($920 min) olan 10 obyekt qeydiyyatdan keçirib.

  • Havaya normadan artıq tullantı atan ictimai iaşə obyektləri cərimələnib

    Bakı şəhərində havaya normadan artıq tullantı atan ictimai iaşə obyektləri cərimələnib.

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

    Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən monitorinqlər zamanı “Mega Palace”, “Bəyaz Saray”, “Fəridə” şadlıq saraylarından, “İmperator”, “Kənd Qəbələ”, “Niaqara”, “Qədim Bərdə”, “Çinaraltı Kabab”, “Qoca Çinar” və “Lüks Dönər” restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

    İ.İbrahimova qeyd edib ki, faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib edilərək hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür.

  • Министерство финансов разместило 500 млн манатов на очередном депозитном аукционе

    Министерство финансов организовало очередной депозитный аукцион по размещению свободного остатка единого казначейского счета в национальной валюте в местных банках с целью более эффективного управления средствами государственного бюджета.

    Об этом сообщили Report в ведомстве.

    По результатам аукциона, средства в размере 500 млн манатов размещены в виде депозитов в пяти крупнейших банках Азербайджана по уровню капитализации и активов на срок 30 дней со средневзвешенной процентной ставкой 6,42%.

    Отметим, что это был пятый депозитный аукцион, организованный Министерством финансов.

  • Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib

    Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.

    Bu barədə “Report”a nazirlikdən bildirilib.

    Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 30 gün müddətinə, 6,42 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

  • Azərbaycanda daha 19 nəqliyyat vasitəsi özəlləşdirilib

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb.

    Median.Az quruma istinadən xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 134 sifariş qəbul edilib. Bunlardan 29-u onlayn qaydada həyata keçirilib.

    Rəqabətli keçən hərracda start qiyməti 18 000 manat olan “Land Rover Defender” markalı avtomobil 35 000 manata, 7 800 manat olan “Toyota Avalon” markalı avtomobil isə 11 206 manata satılıb.

    Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://shorturl.at/93My7 linki vasitəsilə tanış olmaq olar.

    Növbəti hərraclar iyunun 10-u, 11-i, 18-i və 24-də keçiriləcək. Hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi, 53 nəqliyyat vasitəsi və 4 texnika çıxarılacaq.

    Hərraca çıxarılan əmlakların siyahısı ilə https://shorturl.at/PvLDX linki vasitəsilə tanış olmaq mümkündür.

    Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.

  • Səhiyyə Nazirliyi Qurban Bayramı ilə əlaqədar əhaliyə müraciət edib

    Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.

    Bununla bağlı Səhiyyə Nazirliyi sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə qarşıdan gələn Qurban bayramı və istirahət günlərində, xüsusilə risk qrupuna daxil olan şəxslərə müraciət edib.

    Müraciətdə bildirilib ki, kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə edin, əl gigiyenasına ciddi riayət edin, gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara üstünlük verin, geyim seçimində mövsümü deyil, hava şəraitini nəzərə alın.

    Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin özünü və ətrafındakıları xəstəliklərdən qorumağa çağırır.

  • Azərbaycanda üzüm sortlarının məhsuldarlığının artırılmasına başlanılıb

    Azərbaycanda üzüm sortlarının məhsuldarlığını artırmaq, xəstəlik və zərərvericilərdən qorumaq üçün tədbirlərin icrasına başlanılıb.

    Median.Az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu məqsədlə müxtəlif bölgələrdə hava şəraitindən asılı olaraq üzümçülük təsərrüfatlarında yaşıl əməliyyatla bağlı tədbirlər həyata keçirilir.

    Nazirliyin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) əməkdaşları Qaxdakı təsərrüfatda “Yaşıl əməliyyat məhsuldarlığın və məhsulun keyfiyyətinin formalaşmasında mühüm rol oynayır” adlı tarla seminarı keçirib. Seminar zamanı ÜŞETİ-nin direktoru Vüqar Səlimov üzümçülükdə yaşıl əməliyyatların bir neçə mərhələdə aparıldığını vurğulayıb.

    Onun sözlərinə görə, “yaşıl əməliyyatlar” bölgənin və sortun xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Hazırda respublikanın əksər üzümlüklərində (düzən ərazilərdə) çiçəkləmə başa çatmış, gilələrin formalaşması mərhələsi başlayıb.

    Daha sonra qeyd edilib ki, bu tədbirlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsi bol və yüksək keyfiyyətli məhsulun alınmasını təmin edir. Bu əməliyyat tənəyin fəal vegetasiya dövründə aparıldığından bir çox fizioloji proseslərə böyük təsir göstərir. Tənəyin yaşıl hissələri ilə aparılan əməliyyatlara yaşıl zoğların qoparıl­ması, yaşıl zoğların bağlanması, zoğların ucundan qoparılması, bicvurma, zoğların ucunun vurulması, çiçək salxımının qoparılması, çiçək qruplarının süni və əlavə tozlandırılması və s. aiddir. Təlimçi təsərrüfat sahəsində bu əməliyyat vasitəsilə tənəyin düzgün formalaşdırılması, həmçinin havalanmanın yaxşı getməsi və yarpaqların yaxşı işıqlandırılması üçün zoğların eyni səviyyədə yerləşməsinin necə təmin olunması prosesini əyani şəkildə göstərib.

  • Автовокзалы Азербайджана переходят на усиленный режим работы

    В связи с предстоящим праздником Гурбан с 5 по 9 июня все действующие в Азербайджане автовокзалы и автостанции будут работать в усиленном режиме.

    Об этом сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA).

    AYNA направила указания всем автовокзалам и автостанциям по обеспечению бесперебойного и безопасного движения перевозчиков, осуществляющих пассажироперевозки по междугородним и межрайонным маршрутам, а также строгому соблюдению утвержденного графика движения автобусов.

    Граждане могут приобрести билеты онлайн на портале https://biletim.az/, а также в кассах автовокзалов.

  • Azərbaycan avtovağzalları gücləndirilmiş iş rejiminə keçir

    Qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 5-9 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcıların fasiləsiz və təhlükəsiz hərəkəti təmin etməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.

    Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram ərəfəsində və istirahət günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.

    Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

    Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə edə bilərlər.

    Hazırda portalda 51 şəhər və rayona 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat vasitəsi qoşulub. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.