Month: June 2025

  • Yasamalda restorandan oğurluq olub

    Yasamal və Nərimanov rayonlarında oğurluq edən 2 şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Yasamal rayonunda yerləşən restoranların birindən 5580 manat dəyərində kompüter, 2 ədəd monitor və məişət əşyaları oğurlanıb.

    Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı E.Mikayılov müəyyən olunaraq saxlanılıb.

    Nərimanov rayonunda isə paytaxt sakininə məxsus 1000 manat dəyərində skuteri oğurlamaqda şübhəli bilinən 22 yaşlı F.İsmayılov da polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırmalar aparılır.

  • Abşeron və Qaradağda 17 min manatdan çox oğurluq edən şəxslər saxlanılıb

    Abşeron və Qaradağ rayonunda silsilə oğurluq edən şəxslər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, Abşeron rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb. Rayon ərazisində yerləşən 4 evdən ümumilikdə 8900 manat pul, 3500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Bu əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Ş.Abdullayev və 20 yaşlı Ç.Abdullayev müəyyən olunaraq saxlanılıblar.

    Qaradağ rayonunda da analoji hadisə baş verib. İki evdən ümumilikdə 2425 manat, 920 dollar pul vəsaiti və 2655 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 42 yaşlı M.Mahmudov da polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırmalar aparılır.

  • Bakı avtovağzalından bölgələrə reyslərin sayı 2 dəfədən çox artıb

    İyunun 25-26-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ölkənin müxtəlif bölgələrinə ümumilikdə 16 485 sərnişin daşınıb.

    Median.Az bu barədə BBAK- istinadən xəbər verir.

    Bildirilir ki, son iki gün ərzində BBAK-dan müxtəlif istiqamətlərə 513 reys həyata keçirilib. “Adi günlərdə xətlərə təxminən 200 reys buraxılırsa, qeyd olunan tarixlərdə əlavə olaraq 113 reys təşkil olunub. Sərnişinlərin 33 %-dən çoxu biletlərini onlayn qaydada ‘biletim.az’ portalı vasitəsilə alıb”, – Bakı Beynəlxalq Avtovağzal Kompleksi bəyan edib.

  • Минобороны: Развивается военное сотрудничество между Азербайджаном и Турцией

    Начальник Генерального штаба – первый заместитель министра обороны Азербайджана генерал-полковник Керим Велиев, находящийся с визитом в Турции, вместе с возглавляемой им делегацией наблюдал за международными учениями “Защитник мира – 2025” в Стамбуле.

    Об этом сообщили в Министерстве обороны.

    Отмечается, что затем прибывший в Конью Велиев принял участие в Дне высокоуровневых наблюдателей международных учений “Анатолийский орел – 2025”.

    Гостям была предоставлена подробная информация о процессе планирования учений, сценарии, целях и последовательности выполнения задач.

    В учениях “Анатолийский орел – 2025” задействованы группа пилотов и технический персонал ВВС Азербайджана, а также авиационные средства.

    В рамках визита Керим Велиев встретился с министром национальной обороны Турции Яшаром Гюлером, начальником Генерального штаба Вооруженных сил генералом армии Метином Гюраком и ректором Университета национальной обороны профессором Эрханом Афьонджу.

    В ходе встреч обсуждались перспективы развития сотрудничества между Азербайджаном и Турцией, основанного на взаимном доверии и поддержке. Было отмечено, что наш стратегический союз построен на отношениях дружбы и братства.

    Стороны провели обмен мнениями о текущем состоянии и расширении сотрудничества в военной, военно-технической, военно-образовательной и других сферах, обсудили другие вопросы, представляющие взаимный интерес.

  • MN: Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir

    Türkiyədə səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə İstanbul şəhərində keçirilən “Sülhün Müdafiəçisi – 2025” beynəlxalq təlimini izləyib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, sonra Konya şəhərinə gələn Azərbaycan Ordusunun Baş Qərargah rəisi “Anadolu Qartalı – 2025” beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.

    Təlimin planlaşdırma prosesi, ssenarisi, məqsədi və tapşırıqların yerinə yetirilmə ardıcıllığı barədə qonaqlara ətraflı məlumat verilib.

    “Anadolu Qartalı – 2025” təliminə Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup pilot və texniki heyəti ilə yanaşı aviasiya vasitələri cəlb olunub.
    Səfər çərçivəsində general-polkovnik K.Vəliyev Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak və Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu ilə görüşüb.

    Keçirilən görüşlər zamanı Azərbaycan və Türkiyə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Strateji müttəfiqliyimizin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.

    Tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Завтра в регионах Азербайджана ожидается до 37° тепла

    Завтра в Баку и на Абшеронском полуострове ожидается погода без осадков, будет преобладать умеренный юго-восточный ветер.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Температура воздуха составит ночью 19-22°C, днем 26-31°C. Атмосферное давление понизится с 759 мм до 756 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 70-75%, днем 45-55%.

    Завтра в регионах Азербайджана также ожидается погода без осадков, однако в некоторых горных районах днем возможны кратковременные осадки, грозы и град. Ночью и утром в некоторых горных районах ожидается туман. Местами усилится восточный ветер.

    Температура воздуха составит ночью 17-22°С, днем 32-37°С, в горах ночью 8-13°С, днем 18-23°С.

  • Sabah 37 dərəcə isti olacaq

    Azərbaycanda iyunun 28-i havanın yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Belə ki, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-55 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

  • Danışılmış oyunlarda iştiraka görə dörd tennisçi cəzalandırılıb

    Beynəlxalq Tennis Dürüstlük Təşkilatı (ITIA) danışılmış oyunlarda iştiraka görə dörd tennisçini diskvalifikasiya edib.

    Bu barədə ITIA-nın rəsmi saytı məlumat yayıb.

    Tailanddan olan 25 yaşlı Natthasit Kunsuvana 12 illik cəzalanıb. O, 2022-ci ildən 2024-cü ilə qədər 39 danışılmış oyunda iştirakını etiraf edib.

    25 yaşlı fransalı Ceymi Floyd Anxel pul müqabilində sabit matç təşkil etdiyinə, istintaqla əməkdaşlıqdan imtina etdiyinə və qanun pozuntusuna dair sübutları məhv etdiyinə görə 5 il 3 ay cəza alıb.

    Braziliya əsilli 33 yaşlı isveçli Kristian Lindell 4 danışılmış oyunda iştirak edib. İstintaq həmçinin tennisçinin Belçikada danışılmış oyunlar sindikatı ilə əlaqəsini sübuta yetirib. O, 7 illik cəzalanıb.

    33 yaşlı fransalı keçmiş tennisçi Samuel Bensussan 1 il 11 ay diskvalifikasiya olunub. Onun sindikatla əlaqəsi və dörd danışılmış oyunda iştirakı sübuta yetirilib.//report

  • МВД и Госкомитет обратились к гражданам в связи с месяцем Мухаррам

    МВД и Госкомитет по работе с религиозными организациями распространили совместное заявление в связи с началом месяца Мухаррам.

    Как сообщает Median.Az со ссылкой на заявление, согласно закону “О свободе вероисповедания”, религиозные обряды должны проводиться только на территории мечетей и святынь.

    В ведомствах отметили, что с 26 июня, с началом месяца Мухаррам, принимаются необходимые меры для обеспечения безопасности в местах поклонения, а также для регулирования бесперебойного движения транспорта.

    Ведомства также призвали родителей не водить малолетних детей на траурные мероприятия и другие религиозные обряды. “Необходимо учитывать как физическую, так и психологическую безопасность детей. Просим родителей учесть, что участие малолетних детей в таких массовых мероприятиях нецелесообразно. Защита здоровья, прав и безопасности каждого гражданина – наша общая ответственность”, – говорится в заявлении.

  • DİN və Dövlət Komitəsi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib

    Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib.

    Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanununa əsasən, dini mərasimlərin yalnız məscid və ziyarətgahların ərazisində keçirilməsi nəzərdə tutulur.

    İyunun 26-dan başlayan Məhərrəm ayında ibadət yerlərində təhlükəsizliyin təmin olunması, eyni zamanda nəqliyyatın fasiləsiz hərəkətinin tənzimlənməsi məqsədilə müvafiq tədbirlər görülür:

    “Xüsusilə qeyd etmək istəyirik ki, bəzi valideynlərin azyaşlı uşaqları dini mərasimlərə, o cümlədən təziyə məclislərinə aparması halları müşahidə olunmaqdadır. Bu zaman uşaqların həm fiziki, həm də psixoloji təhlükəsizliyi nəzərə alınmalıdır. Valideynlərdən xahiş edirik ki, azyaşlı uşaqların bu cür kütləvi mərasimlərdə iştirakının məqsədəuyğun olmadığını nəzərə alsınlar və qanunvericiliklə ziddiyyət təşkil edən halların qarşısının alınmasına xüsusi həssaslıqla yanaşsınlar.

    Hər bir vətəndaşın sağlamlığının, hüquqlarının və təhlükəsizliyinin qorunması bizim ümumi məsuliyyətimizdir”.