Month: June 2025

  • Küləkli hava şəraiti bu vaxta qədər DAVAM EDƏCƏK

    İyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    MilliHidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 3-dən 4-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək.

    Havanın temperaturu gecə 17-20, gündüz 23-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə zəif duman gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 14-18, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacaq.

    Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

    Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti proqnozlaşdırılır.

    Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

    Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 18-23, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacaq.

    Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18, gündüz 22-27, dağlarda gecə 13-16, gündüz 16-19 dərəcə isti olacaq.

    Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 5-dək davam edəcək.

  • Bir sıra məhkəmələrə hakimlər təyin edilib – SƏRƏNCAM

    Bir sıra birinci instansiya məhkəmələrə hakimlər təyin edilib, bəzi birinci instansiya məhkəmələri hakimlərinin isə vəzifələri dəyişdirilib.

    Median.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Sərəncamla hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:

    hərbi məhkəmələr üzrə:

    Füzuli Hərbi Məhkəməsi

    Quliyev Seymur Səhyəddin oğlu

    Tərtər Hərbi Məhkəməsi

    Şəfiyeva Könül Səməd qızı

    Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

    Naxçıvan Şəhər Məhkəməsi

    Heydarov Aslan Nazim oğlu

    Şərur Rayon Məhkəməsi

    Zeynalov İlkin Cəlal oğlu

    Bakı şəhərinin rayon məhkəmələri üzrə:

    Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

    Rzayev Anar Nurəddin oğlu

    Bakı şəhəri Xətai Rayon Məhkəməsi

    Nağıyev Vüqar Güloğlan oğlu

    Bakı şəhəri Xəzər Rayon Məhkəməsi

    Əsgərov Natiq Fərhad oğlu

    Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi

    Fətəliyev Emin Mirzə oğlu

    Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi

    Babayev Kamal Yunis oğlu

    Musayev Tural Səmid oğlu

    Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi

    Fərəcova Gülşən Sabit qızı

    Bakı şəhəri Səbail Rayon Məhkəməsi

    Bağırova Sahilə Hümbət qızı

    Quliyeva Afət Xansıvar qızı

    rayon (şəhər) məhkəmələri üzrə:

    Ağdaş Rayon Məhkəməsi

    Ələkbərova Fidan Vaqif qızı

    Beyləqan Rayon Məhkəməsi

    Səfərov Səbuhi Əlifağa oğlu

    Cəlilabad Rayon Məhkəməsi

    Mehrəliyeva Ləman Həmzağa qızı

    Gəncə Şəhər Məhkəməsi

    Dəmirli Orxan Əhməd oğlu

    Həsənli Məhəmməd Vahid oğlu

    Məmmədov Elçin Umud oğlu

    Göygöl Rayon Məhkəməsi

    Hüseynzadə Leyla Vəliyyəddin qızı

    İmişli Rayon Məhkəməsi

    Ağayeva Gülsaba Xeyrulla qızı

    İsmayıllı Rayon Məhkəməsi

    Qoşqarova Nərmin Rabit qızı

    Quba Rayon Məhkəməsi

    Xəlilova Nigar Nemət qızı

    Kamilli Günel Hakim qızı

    Mingəçevir Şəhər Məhkəməsi

    Hüseynli Tural Mirbahəddin oğlu

    Neftçala Rayon Məhkəməsi

    Qasımzadə Ləman Fəxrəddin qızı

    Sabirabad Rayon Məhkəməsi

    Cəfərov Cavid Zahid oğlu

    Salyan Rayon Məhkəməsi

    Alıyev Rüstəm Böyükağa oğlu

    Kələntərov Şahəddin Əhməd oğlu

    Sumqayıt Şəhər Məhkəməsi

    İmamverdiyeva Pərvin Arif qızı

    Şamaxı Rayon Məhkəməsi

    Abasov Qürur Bəybala oğlu

    Şəki Rayon Məhkəməsi

    Cəfərova Şəfəq Natiq qızı

    Məmmədova Pərvanə Əziz qızı

    Şəmkir Rayon Məhkəməsi

    Yusifli Seymur Mübariz oğlu

    Tərtər Rayon Məhkəməsi

    Məmmədova Maya Vahid qızı

    Tovuz Rayon Məhkəməsi

    İsaqlı Pərvanə Zakir qızı

    Yevlax Rayon Məhkəməsi

    Babayeva Aybəniz Elman qızı

    Zərdab Rayon Məhkəməsi

    Abbasov Cavid Mehman oğlu.

    Bundan başqa, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:

    Abil Elmar oğlu Orucəliyev Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin hakimi və sədri;

    Hafiz Samir oğlu Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi və sədri;

    Roman Nəriman oğlu Ələkbərli Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;

    Hafiz Eldar oğlu Kamranov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;

    Elmin İltizam oğlu Rüstəmov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;

    Vüqar Mircuma oğlu Seyidov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi;

    Zaur Arif oğlu Hacıyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi;

    Bilal Mahir oğlu Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi;

    Anar Zahid oğlu Rzayev Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi;

    Günel Kamil qızı Səmədova Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi;

    Günel Cəbrayıl qızı Tanrıverdiyeva Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı İnzibati Məhkəməsinin hakimi;

    Etibar Mustafa oğlu Mustafayev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şəki İnzibati Məhkəməsinin hakimi;

    Pərviz Mirsiyaf oğlu Zamanlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi;

    Toğrul Məhəmməd oğlu Məmmədov Goranboy Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi;

    Emin Tahir oğlu Axundov Gəncə İnzibati Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi;

    Müseyib Seyfəddin oğlu Bayramov Kürdəmir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi;

    Vüsal Rafiq oğlu Qurbanov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi;

    İlqar Məsail oğlu Quliyev Tərtər Hərbi Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Şəmkir Rayon Məhkəməsinin hakimi təyin edilib.//azxeber.com

  • Metrodan istifadə edənlərə ŞAD XƏBƏR

    “Metro ödənişlərinin “Google Pay”, “Apple Pay” və digər elektron cüzdanlarla inteqrasiyası planlaşdırılır”.

    Median.Az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elvin Abbasov bildirib.

    O qeyd edib ki, “Bakı Metropoliteni”nin mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə tutulur:

    “Artıq metropolitendə geniş Data Analitik Departamenti fəaliyyət göstərir və qərarlar data əsaslı analizlərə söykənərək qəbul olunur. Rəqəmsal əkiz (digital twin) texnologiyası ilə aparılan simulyasiyalar nəticəsində metro sıxlığının azaldılması məqsədilə 10 yeni stansiyanın layihələndirilməsi prosesi davam edir. Bu stansiyalardan biri yaxın zamanda istifadəyə veriləcək, digərləri isə 2030-cu ilə qədər mərhələli şəkildə açılacaq”.

    E.Abbasov əlavə edib ki, hazırda “Bakı Metropoliteni” illik 220-230 milyon sərnişin daşıyır:

    “Onlardan təxminən 6 milyonu güzəştli (ödənişsiz) keçidlərdir. Gündəlik sərnişin sayı iş günlərində orta statistik hesabla 740 min nəfərə qədər yüksəlir”.//azxeber.com

  • 29 yaşlı qadın külli miqdarda narkotiklə tutuldu – VİDEO

    Abşeron rayonunda külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

    Median.Az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron RPİ-nin Saray Polis Bölməsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

    Əməliyyat zamanı saxlanılan 29 yaşlı Arzu Bayramovanın üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb.

    Şübhəli şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona narkotik maddəni ünvanlara çatdırmaq müqabilində yüksək pul vəd etdiyini bildirib.

    Faktla bağlı cinayət işi başlayıb.

  • Sabah İmişli və Saatlıda 18 mindən çox abonentin qaz təchizatı dayandırılacaq

    İmişli və Saatlı rayonlarının bəzi ərazilərində sabah qaz təchizatı dayandırılacaq.

    Median.Az “Report”a istinadla xəbər verir ki, fasilə “İmişli” QPS-dən qidalanan “İmişli 2” ölçü qovşağının girişində quraşdırılmış diametri 200 mm-lik “RDO-1-16/200” tipli qaz tənzimləyicinin baypas xəttində yeni, diametri 200-mm-lik “RDO-1-16/200” tipli qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar olacaq.

    Nəticədə iyunun 4-də saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli şəhər mərkəzi də daxil olmaqla, rayonun 20 kəndində – Yalavac, Cəfərli, Rəsullu, Muradxanlı, Ağammədli, Oruclu, Məhəmmədli, Əliqulular, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Qaralar, Cavadxanlı, Sarxanlı, Bəcirəvan, Ağcüyür, Qaravəlli, Mirili kəndlərində, Yeni Bəhramtəpə, Vətəgə qəsəbələrində (18 min 52 abonent) və Saatlı rayonunun Məzrəli, Naharlı kəndlərində (343 abonent) “İmişli” QPS-dən qidalanan “İmişli 2” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

  • Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ – Qripə yoluxma artır, MASKA TAXIN

    Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.

    Bununla bağlı Səhiyyə Nazirliyi sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə qarşıdan gələn Qurban bayramı və istirahət günlərində, xüsusilə risk qrupuna daxil olan şəxslərə müraciət edib.

    Müraciətdə bildirilib ki, kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə edin, əl gigiyenasına ciddi riayət edin, gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara üstünlük verin, geyim seçimində mövsümü deyil, hava şəraitini nəzərə alın.

    Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin özünü və ətrafındakıları xəstəliklərdən qorumağa çağırır.
    //baku.ws

  • Şəmkirdə kişi qızının toyundan sonra arvadının burnunu sındırdı

    Şəmkirdə kişi qızının toyundan qayıdıb arvadını döyüb.

    Hadisə toya yığılan pula görə olub. Şəmkir rayonunun Kür qəsəbə sakini, 1975-ci il təvəllüdlü Babək Sarıyev qızına toy edib.

    Toy məclisi başa çatandan sonra o, həyat yoldaşı Rəsmiyyə və baldızı Pərvanə ilə evə qayıdıblar. Kişi həyat yoldaşından toya yığılan pulun siyahısını istəyəndə baldızı Pərvanə onunla mübahisə edib və Rəsmiyyəyə tapşırıb ki, pulu ərinə verməsin. Babək isə ona işlərinə qarışmamağı tapşırıb. Nəticədə mübahisə yaranıb və Babək baldızını evindən qovub. Bu vaxt Rəsmiyyə bacısı Pərvanə ilə birləşib ərinə hücum edib. Babək Sarıyev onlara müqavimət göstərərkən həyat yoldaşını yumruqla vurub. Hadisə nəticəsində Rəsmiyyənin burnu sınıb, bədən xəsarətləri alıb.

    Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanıb.

    Cinayət işinin istintaqı yekunlaşaraq iş məhkəməyə göndərilib.

    Şəmkir Rayon Məhkəməsi tərəflər arasında barışıq əldə edildiyi üçün B.Sarıyevi məsuliyyətdən azad edib.
    //oxu.az

  • В Шамкире подросток скончался от эпилепсии

    В городе Шамкир подросток скончался от болезни.

    Как сообщает lent.az, 16-летний Эльшад Алиев умер от эпилепсии в своем доме.

    По данному факту ведется расследование.

  • Şəmkirdə yeniyetmə epilepsiyadan öldü

    Şəmkirdə yeniyetmə xəstəlikdən ölüb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Şəmkir şəhərində baş verib.

    16 yaşlı Elşad Şahəddin oğlu Əliyev yaşadığı evdə epilepsiya xəstəliyindən ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanın iki boksçusu 24 və 36 ay müddətinə cəzalandırılıb

    Azərbaycan boksçuları Ömər Aslanlı və Məsud Yusifzadə antidopinq qaydalarını pozduqları üçün cəzalandırılıblar.

    Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

    Ö.Aslanlı qadağan edilmiş maddənin mövcudluğu və istifadəsinə görə 24 ay müddətinə diskvalifikasiya edilib.

    M.Yusifzadə isə nümunə toplanmasından yayınma, imtina və nümunə təqdim etməməyə görə 36 ay müddətinə cəzalanıb.