Month: June 2025

  • Плата за аттестат взиматься не может – ОФИЦИАЛЬНО

    В 2024-2025 учебном году 157 802 учащихся окончат уровень общего среднего образования, а 116 222 – уровень полного среднего образования.

    Об этом сообщили в Государственном агентстве дошкольного и общего образования.

    “Уже приняты все необходимые меры для обеспечения выпускников документами об образовании.

    Так, планируется выдача аттестатов о полном среднем образовании выпускникам XI классов в период с 14 по 20 июня, а аттестатов об общем среднем образовании – в период с 23 по 28 июня.

    Выпускники могут получить свои аттестаты, обратившись в свои школы в указанные даты.

    Еще раз напоминаем, что документы об образовании выдаются за счет государства, и никакая плата за это взиматься не может”, – отмечается в информации.

  • Attestatla bağlı heç bir ödəniş tələb edilə bilməz – RƏSMİ

    2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 222 nəfər şagird məzun olacaq.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    “Məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb.

    Belə ki, tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır.

    Məzunlar qeyd olunan tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər.

    Bir daha xatırladırıq ki, təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz”, – qeyd olunub.

  • Сильная магнитная буря продолжается на Земле уже более 50 часов

    Сильная магнитная буря класса G3 не стихает уже более 50 часов, из которых 48 часов пришлось на красный уровень. Ученые не исключают, что речь идет о рекордном значении для текущего солнечного цикла.

    Об этом сообщили в Лаборатории солнечной астрономии ИКИ и ИСИЗФ РАН.

    По состоянию на 10 утра по бакинскому времени 3 июня магнитная буря наблюдалась уже 54 часа. Колебания поля регистрировались вблизи отметки G3, соответствующей сильному уровню, сообщают специалисты.

    Как уточнили ученые, “несмотря на высокие баллы, шторм явно выдыхается”, а поддерживает его на данный момент исключительно благоприятная конфигурация межпланетного магнитного поля.

    “Скорость держится на уровне 600 км/с – все еще повышена в 1.5 раза к норме, но сильно упала по сравнению с пиковыми значениями”, – сказано в сообщении.

    По словам ученых, указанные данные дают надежду, “что буря вот-вот закончится”, однако подобные ожидания “возникли уже вчера во второй половине дня”. Тем не менее шторм наблюдается до сих пор.

  • Yer kürəsi rekord təsir altında: Maqnit qasırğası 50 saatdan çoxdur davam edir

    Yer kürəsində G3 sinifli güclü maqnit qasırğası 50 saatdan çox səngiməyib, bunun 48 saatı isə qırmızı səviyyədə olub. Alimlər bunun hazırkı Günəş sikli üçün rekord dəyər olduğunu istisna etmirlər.

    Bu barədə Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Geofizika Fizika İnstitutundan məlumat verilib.

    İyunun 3-də Bakı vaxtı ilə səhər saat 10-a olan məlumata görə, maqnit qasırğası artıq 54 saat ərzində müşahidə olunub. Mütəxəssislərin bildirdiyinə görə, sahə dalğalanmaları güclü səviyyəyə uyğun gələn G3 göstəricisinə yaxın olub.

    Alimlərin bildirdiyinə görə, yüksək ballara baxmayaraq, qasırğa “tükənir” və hazırda planetlərarası maqnit sahəsinin müstəsna əlverişli konfiqurasiyası ilə dəstəklənir.

    “Sürət 600 km/s-də qalır – hələ də normadan 1.5 dəfə yüksəkdir, lakin pik dəyərlərlə müqayisədə xeyli səngiyib”, – deyə hesabatda qeyd edilib.

    Alimlərin sözlərinə görə, təqdim edilən məlumatlar qasırğanın tezliklə bitmək üzrə olduğuna ümid verir, lakin belə gözləntilər hələ dünən günortadan olsa da, qasırğa davam edir.

  • Bu tələbələrə hər ay 200 manat TƏQAÜD VERİLƏCƏK

    Qarabağ Dirçəliş Fondu 2025-2026-cı akademik ili çərçivəsində Qarabağ Universitetində təhsil alan 50 tələbəyə təqaüd dəstəyi göstərəcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Fond Xankəndidə keçirilən “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində təşəbbüslə çıxış edib.

    Bildirilib ki, məqsəd azad olunmuş ərazilərdə insan kapitalının inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin potensialının üzə çıxarılması və dayanıqlı inkişafı təmin etməkdir.

    Təşəbbüs Forum çərçivəsində Qarabağ Dirçəliş Fondu ilə Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondu arasında Memorandumun imzalanması ilə rəsmiləşdirilib.

    Qeyd edək ki, tərəflər arasında əldə edilən razılaşma QDF-in “Qarabağ Təqaüd Proqramı” çərçivəsində istedadlı tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etmək və bölgədə bilik iqtisadiyyatının inkişafına töhfə vermək istiqamətində strateji öhdəliyini əks etdirir.

    Proqrama əsasən, seçilmiş hər bir tələbə bir akademik il ərzində hər ay 200 manat məbləğində təqaüdlə təmin olunacaq. Bu, ümumilikdə, hər tələbə üçün 2 min manat təşkil edir. Təqaüdə namizədlər universitet tərəfindən akademik göstəricilər əsasında, Təhsilin İnkişafı Fondu ilə əlaqəli şəkildə müəyyən olunacaq.

  • Bərdədə məktəbdə FACİƏ: Şagird üçüncü mərtəbədən yıxıldı

    Bərdədə məktəbdə faciəli hadisə yaşanıb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə iyunun 2-si saat 12 radələrində Bərdə şəhərinin ərazisində yerləşən 5 saylı tam orta məktəbdə qeydə alınıb.

    Məktəbin şagirdi, 15 yaşlı Zeynəb Ruslan qızı Şəldizadə sinif otağının pəncərəsindən, 3-cü mərtəbədən yıxılıb.

    Məktəbli ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

  • Zaqatalada 27 baş qoyun oğurlayan şəxs saxlanılıb – VİDEO

    Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən təsərrüfatlardan birində xırdabuynuzlu heyvan oğurluğu baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Fermerin müraciəti əsasında aparılan araşdırma nəticəsində 27 baş qoyunu oğurlamaqda şübhəli bilinən 30 yaşlı Murad Kələşov Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Kələşov barəsində həbs qətimkan tədbiri seçilib.

    Araşdırma davam etdirilir.

  • Bakıda gözəllilk salonunda qadınlar saçyolduya çıxdılar

    Bakıda gözəllik salonunda qadınlar arasında dava olub.

    Hadisə rayonun Hövsan qəsəbəsi ərazisindəki gözəllik salonunda baş verib. Həmin salonda saç ustası işləyən Ləman adlı xanım iş yoldaşı Zərifə ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Ləman Zərifəyə müxtəlif bədən xəsarətləri yetirib. O, iş yoldaşının saçından tutaraq yerə yıxıb, saçlarını yolub, bədəninin müxtəlif nahiyəsinə xəsarətlər yetirib.

    Salondakı digər şəxslərin köməyi ilə dava sakitləşdirilib.

    Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

    Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq əldə edilib və təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib.
    //oxu.az

  • Azərbaycanın bəzi kəndlərində elektrik və qaz tarifləri üç dəfə azaldılsın – TƏKLİF

    “Azərbaycanda sərhədyanı kəndlərə Böyük Qayıdışı təmin etmək üçün elektrik və qaz tariflərini 3 dəfə azaltmaq gərəkdir”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında – qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.

    “Ölkəmizdə 4 244 kənd var. Bu, böyük sərvətdir. Paytaxtda yaşayan əhalinin sıxlığı, həmçinin avtomobil yollarındakı tıxac təkcə ictimai deyil, həm də iqtisad, sosial, mənəvi və əhalinin sağlamlığı üçün bir nömrəli məsələyə çevrilib. Hökumət Bakının 2040-cı il Baş planında demoqrafik vəziyyətlə bağlı göstərir ki, əhalinin sayı 15 il sonra paytaxtda 3.17 milyon nəfər olacaq. Halbuki qeyri-rəsmi məlumatlara görə, həmin sayda əhali indi Bakıda yaşayır. Ölkəmizin 63 rayonun yalnız 29-da əhali 100 min nəfərdən çoxdur. Yəni, rayonların cəmi 46%-nin 100 min nəfərdən çox əhalisi var. 18 bölgədə 50 min – 100 min arası əhali yaşayır. 4 244 kəndin yalnız 92-də əhali sayı 5 000-dən çoxdur. 214 kəndin əhalisi isə 50 nəfərdən azdır.

    2023-cü ildə ölkə əhalisi 3.9 milyard kubmetr, Bakının əhalisi isə 1.4 milyard kubmetr qaz istehlak edilib. Yəni, ölkə üzrə təbii qaz istehlakının 36%-i paytaxtın payına düşür. Bundan başqa, il ərzində əhali ümumilikdə 6.6 milyard kv/saat, Bakı əhalisi isə 2.8 milyard kv/saat elektrik enerjisi istehlak edib. Yəni, ölkə üzrə elektrik enerjisi istehlakının 42%-i paytaxtın payına düşür. Halbuki, Bakıda rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23%-dən azdır. Biz təklif edirik ki, əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektrik və qaz tariflərini 3 dəfə azaldaq”, – o qeyd edib.

    Bundan başqa, onun sözlərinə görə, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali diferensial tarifləri tətbiq etməyin əsası var: “Onun hər hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artdıqca, sıxlığın yaratdığı problemlər – mənzil, əmək və yollar, körpülər, keçidlərə qoyulan sərmayələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı, maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə biz daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik”.

  • “Sherlock”da hesab üstündə dava – Xanım müştəri həbs edildi

    Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsində yerləşən “Sherlock Music Pub” iaşə obyektində insident baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gecə saat 00:30 radələrində restoranda bir qrup müştəri arasında dava-dalaş düşüb.

    Belə ki, sərxoş halda olan gənc qadın digər masada əyləşən şəxsi uca səslə söyməyə başlayıb, səs-küy salaraq obyektin fəaliyyətini pozub.

    Hadisə yerinə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları gəlib. Lakin həmin qadın hərəkətlərinə davam edərək tabesizlik göstərməyə davam edib.

    Saxlanılaraq şöbəyə aparılan qadının Xaçmaz rayonu Xudat şəhər sakini 1987-ci il təvəllüdlü N. İsmayılova olması müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilərək Nizami Rayon Məhkəməsinə göndərilib.

    Məhkəmədə ifadə verən 38 yaşlı qadın yan masada olan kişinin onun hesabını ödəmək istəməsinə görə əsəbiləşdiyini deyib: “Həmin vaxt “Sherlock” restoranında bir müddət istirahət etmişdim, yeyib-içib, spirtli içki qəbul etmişdim. Daha sonra isə hesab üstündə dava düşdü. Belə ki, mənim hesabımı yan masada əyləşən tanımadığım şəxs ödəmək istəyirdi, mən isə bununla razılaşmadım, nəticədə mübahisə yarandı. Sonra polis əməkdaşları şöbəyə gətirdi, törətdiyim əməldən peşmanam”.

    Nizami Rayon Məhkəməsinin qərarı ilə N. İsmayılovaya 5 sutkalıq inzibati həbs verilib və o, müvəqqəti saxlanma yerinə yerləşdirilib.