Month: June 2025

  • Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər müəyyən olunublar

    Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər müəyyən olunublar.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Belə ki, Naxçıvan şəhərində ictimai qaydanın pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri edən 75-BG-750 və 77-DL-088 dövlət qeydiyyat nişanlı iki BMW markalı avtomobilin sürücüləri saxlanılıblar.

    Onlar şəhər ərazisində toy karvanında avtomobil idarə edərkən məqsədli şəkildə təhlükəli manevrlərə yol verərək digər hərəkət iştirakçılarına real təhlükə yaradıblar.

    Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

  • Кямран Алиев назначил прокуроров 8 районов (Обновлено)

    Приказами генерального прокурора Азербайджана Кямрана Алиева назначены прокуроры еще четырех районов.

    Саадат Рустамова назначена прокурором Гобустанского района, Назим Бабаев – Габалинского, Джейхун Алмасов – Евлахского, а Рамин Гусейнов – Гёйчайского.

    Следует отметить, что Саадат Рустамова (Гобустанский район), Анар Джафаров (Агстафинский район), Назим Бабаев (Габалинский район), Рамин Гусейнов (Гёйчайский район), Джейхун Алмасов (Евлахский район) и Васиф Сулейманов (Агдамский район) были переназначены на должности прокуроров своих районов.

    * * * * *

    В Бейлаганский, Агстафинский и Ярдымлинский районы назначены новые прокуроры.

    Соответствующие приказы подписал генеральный прокурор Азербайджана Кямран Алиев.

    Приказами главы надзорного ведомства, старший следователь по особо важным делам Следственного управления Генеральной прокуратуры Эльшад Азимов назначен на должность прокурора Бейлаганского района, Фахри Мамедов – прокурором Ярдымлинского района, а Анар Джафаров стал прокурором Агстафинского района на второй срок.

    * * * * *

    Прокурор Агдамского района Васиф Сулейманов назначен на второй срок полномочий.

    Соответствующий приказ подписал генеральный прокурор Азербайджана Кямран Алиев.
    //oxu.az

  • Kamran Əliyevdən SƏKKİZ RAYONA prokuror təyinatı (Yenilənib)

    Baş prokuror Kamran Əliyevin əmrləri ilə daha dörd rayona prokuror təyin edilib.

    Səadət Rüstəmova Qobustan, Nazim Babayev Qəbələ, Ceyhun Almasov Yevlax, Ramin Hüseynov Göyçay rayonuna prokuror təyin olunub.

    Qeyd edək ki, Səadət Rüstəmova (Qobustan), Anar Cəfərov (Ağstafa), Nazim Babayev (Qəbələ), Ramin Hüseynov (Göyçay), Ceyhun Almasov (Yevlax), Vasif Süleymanov (Ağdam) vəzifələrinə yenidən təyin olunublar.

    * * * * *

    Beyləqan, Ağstafa və Yardımlı rayonlarına yeni prokurorlar təyin edilib.

    Bu barədə baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.

    Baş prokurorun əmrləri ilə Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Elşad Əzimov Beyləqan rayon prokuroru vəzifəsinə təyin edilib.

    Kamran Əliyevin digər əmri ilə Fəxri Vahid oğlu Məmmədov Yardımlı rayonuna prokuror təyin edilib.

    Baş prokurorun daha bir əmri ilə Anar Cəfərov 2-ci səlahiyyət müddətinə Ağstafa rayon prokuroru vəzifəsinə təyin olunub.

    * * * * *

    Ağdam rayon prokuroru ikinci səlahiyyət müddətinə təyin olunub.

    Bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.

    Baş prokurorun əmri ilə Vasif Süleymanov ikinci səlahiyyət müddətinə Ağdam rayon prokuroru təyin edilib.
    //oxu.az

  • В адрес Президента Ильхама Алиева продолжают поступать поздравления

    Президент Республики Словения Наташа Пирц-Мусар направил азербайджанскому коллеге Ильхаму Алиеву поздравительное письмо.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Ваше превосходительство.

    От имени граждан Республики Словения и от себя лично тепло поздравляю Вас с Днем независимости Азербайджанской Республики. Желаю Вашей стране устойчивого прогресса и развития, а вашему народу – процветания.

    С большим удовлетворением приветствую укрепление нашего двустороннего сотрудничества, которое еще больше углубляет тесные связи между нашими странами и народами и основано на дружбе и общих интересах. Словения высоко ценит дружеские отношения с Азербайджаном, и я уверена, что эти отношения будут и дальше расширяться как на двустороннем, так и на многостороннем уровне.

    С нетерпением ожидаю продолжения наших совместных усилий по продвижению мира и стабильности в более обширном регионе.

    Ваше превосходительство, прошу принять мое высочайшее почтение”.

    Кроме того, президент Республики Перу Дина Эрсилия Болуарте Сегарра направил азербайджанскому коллеге Ильхаму Алиеву поздравительное письмо.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Ваше превосходительство, господин Президент.

    Имею честь от имени Правительства и народа Перу передать Вашему превосходительству самые теплые поздравления по случаю национального праздника Азербайджанской Республики – 28 Мая – Дня независимости.

    Пользуясь этой приятной возможностью, с удовлетворением отмечаю хороший уровень двусторонних отношений между нашими странами, которые в следующем году отметят 30-летие установления дипломатических отношений.

    Подтверждаю, что Республика Перу готова продолжить многогранное сотрудничество с Азербайджанской Республикой, основанное на взаимопонимании, уважении и интересах наших народов.

    Еще раз поздравляю Вас с этим знаменательным праздником и выражаю Вам свое высочайшее почтение”.

  • İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

    Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Sloveniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. Həmçinin ölkənizə davamlı tərəqqi və inkişaf, xalqınıza firavanlıq arzulayıram.

    Mən ölkələrimiz və xalqlarımız arasında sıx əlaqələri daha da dərinləşdirən, dostluğa və ortaq maraqlara əsaslanan ikitərəfli əməkdaşlığımızın möhkəmlənməsini böyük məmnunluqla alqışlayıram. Sloveniya Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və əminəm ki, bu əlaqələr gələcəkdə həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə daha da genişlənəcəkdir.

    Mən daha geniş regionda sülh və sabitliyin təşviqi üçün birgə səylərimizi davam etdirməyi səbirsizliklə gözləyirəm.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

    Bundan başqa, Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarra da dövlətimizin başçısını təbrik edib:

    “Azərbaycan Respublikasının milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizə Peru Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

    Bu xoş fürsətdən istifadə edərək, mən gələn il diplomatik münasibətlərinin 30 illiyini qeyd edəcək ölkələrimiz arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu məmnunluqla bildirirəm.

    Peru Respublikasının Azərbaycan Respublikası ilə qarşılıqlı anlaşmaya, hörmətə və xalqlarımızın maraqlarına əsaslanan hərtərəfli əməkdaşlığı davam etdirməyə hazır olduğunu təsdiq edirəm.

    Əlamətdar bayram münasibətilə Sizə bir daha təbriklərimi çatdırır, ən yüksək ehtiramımı ifadə edirəm”.

  • В ряде районов Баку будет частично ограничено движение транспорта

    С 08:00 26 июня до 22:00 29 июня в некоторых районах Баку будут проводиться дорожно-ремонтные работы.

    Как передает Median.Az, об этом сообщили в Государственном агентстве автомобильных дорог Азербайджана (ГААДА).

    Список территорий, где будут проводиться работы:

    – Сабаильский район, бадамдарское шоссе (от транспортной развязки 20-го участка до пересечения с улицей Шахлара Аллахвердиева);

    – Насиминский район, улица Шамси Бадалбейли (перед консерваторией) и улица Самеда Вургуна (перед посольством Турецкой Республики);

    – Бинагадинский район, проспект Зии Буниятова (боковая дорога, от проспекта Ататюрка до проспекта Азадлыг);

    – Наримановский район, проспект Зии Буниятова (боковая дорога от проспекта Азадлыг до улицы Ибрагимпаши Дадашова) и проспект Зии Буниятова (от улицы Заура Нудиралиева до улицы Агасадыга Гарайбейли);

    – Низаминский район, улицы Мусы Алиева и Октая Велиева (частично);

    – Ясамальский район, улица Акима Аббасова (от улицы Гасан бека Зардаби до улицы Шафаята Мехдиева).

    В связи с ремонтными работами движение транспортных средств в указанных районах будет частично ограничено. Дороги не закрываются.

    “Просим водителей планировать свое движение заранее и учитывать временные изменения”, – заявили в ГААДА.

  • Bakıda bir sıra ərazilərdə nəqliyyatın hərəkəti dörd gün ərzində qismən məhdudlaşdırılacaq

    Sabah saat 8:00-dan iyunun 29-da saat 22:00-a qədər Bakıda bəzi ərazilərdə yol təmiri işləri aparılacaq.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Məlumata görə, həmin ünvanlar aşağıdakılardır:

    – Səbail rayonu, Badamdar şosesi (20-ci sahə dairəsindən Şahlar Allahverdiyev küçəsinin kəsişməsinə qədər);

    – Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi (Konservatoriyanın qarşısı) və Səməd Vurğun küçəsi (Türkiyə Cümhuriyyəti Səfirliyinin qarşısı);

    – Binəqədi rayonu, Ziya Bünyadov prospekti (yan yol, Atatürk prospektindən – Azadlıq prospektinə qədər);

    – Nərimanov rayonu, Ziya Bünyadov prospekti (yan yol Azadlıq prospektindən İbrahimpaşa Dadaşov küçəsinə qədər) və Ziya Bünyadov prospekti (Zaur Nudirəliyev küçəsindən Ağasadıq Gəraybəyli küçəsinə qədər);

    – Nizami rayonu, Musa Əliyev və Oqtay Vəliyev küçələri (hissə-hissə);

    – Yasamal rayonu, Akim Abbasov küçəsi (Həsən bəy Zərdabi küçəsindən Şəfayət Mehdiyev küçəsinə qədər).

    Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yollar bağlanmır.

    “Xahiş edirik, hərəkətinizi əvvəlcədən planlayasınız və müvəqqəti dəyişiklikləri nəzərə alasınız”, – deyə agentlik bəyan edib.

  • ВС РФ взяли под контроль населенный пункт Ялта в Донецкой области

    Российские войска взяли под контроль населенный пункт Ялта в Донецкой области.

    Об этом сообщили в Минобороны РФ.

  • Rusiya Silahlı Qüvvələri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verib.

    Məlumata görə, Rusiya qoşunları Donetsk vilayətinin Yalta yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirib.

  • Prezidentin “general-mayor” rütbəsi verdiyi Mürsəl İbrahimov kimdir?

    Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Mürsəl Qorxmaz oğlu İbrahimova “general-mayor” ali hərbi rütbəsi verilib.

    Median.Az Mürsəl İbrahimovun dosyesini təqdim edir.

    Belə ki, o, 1970-ci il sentyabrın 20-də Bakıda anadan olub.

    Mürsəl İbrahimov 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib.

    O, 1992-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xidmətə qəbul olunaraq, nazirliyin qurumlarında, o cümlədən Daxili Təhqiqatlar İdarəsinin əməliyyat, ərizə və şikayətlər şöbələrində müxtəlif vəzifələrdə xidmət keçib.

    2006-cı ilin sentyabr ayından xidməti Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti) davam etdirib, İnspektorluq İdarəsində müxtəlif zabit, şöbə rəisi vəzifələrində xidmət keçib.

    2008-ci ilin aprel ayında həmin idarənin rəis müavini, 2011-ci ilin may ayından isə nazirliyin Kadrlar Baş İdarəsinin rəis müavini vəzifələrində xidmətini davam etdirib.

    2015-ci ilin noyabr ayında öz arzusu ilə polkovnik rütbəsində təhlükəsizlik orqanlarının ehtiyatına buraxılıb.

    2016-23-cü illər ərzində “Kapital Bank” ASC-nin Təhlükəsizlik Departamentinin direktoru vəzifəsində işləyib.

    Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2023-cü il tarixli Sərəncamına əsasən, Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunub.

    Həmçinin, Prezident İlham Əliyevin 27 mart 2015-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı, 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.