Month: June 2025

  • Sumqayıtda iki nəfərin öldüyü partlayış baş verən binanın söküntüsünə başlanıldı

    Sumqayıtda ötən il iki nəfərin öldüyü partlayış baş verən binada söküntü işlərinə start verilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında 13-cü mikrorayonda yerləşən, 6 blokdan ibarət binanın yaşayış olmayan bir blokunda söküntü işləri aparılır.

    Bildirilib ki, binanın üç blokunda yaşayış davam edir, digər üç blokda isə artıq altı aydır sakinlər yaşamır. Hazırda həmin üç blokdan birinin söküntüsü həyata keçirilir, digər iki blokda isə vəziyyətə baxış keçirildikdən sonra müvafiq qərar veriləcək.

    Qeyd edək ki, 2023-cü il dekabrın 3-də adıçəkilən binada baş verən partlayış nəticəsində bir ailənin iki üzvü – 1977-ci il təvəllüdlü Ramin Zakir oğlu Əliyev və onun 2007-ci il təvəllüdlü oğlu Ayxan Ramin oğlu Əliyev həlak olub. Hadisə zamanı 2010-cu il təvəllüdlü Familə Ramin qızı Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.

  • В Армении задержали архиепископа Баграта Галстаняна

    Силовики в масках задержали лидера армянского оппозиционного движения “Священная борьба” архиепископа Баграта Галстаняна, который, согласно сообщению Следственного комитета республики, обвиняется в подготовке терактов и попытке захвата власти, передает Median.Az со ссылкой на ТАСС.

    Как показали в режиме реального времени местные новостные порталы, священнослужителя вывели из резиденции, посадили в машину и увезли в неизвестном направлении.

    “Спокойно, все будет хорошо”, – сказал Галстанян своим соратникам, которые пытались приблизиться к нему.

    Силовики задержали в Армении еще нескольких представителей оппозиции, в том числе двух священнослужителей.

  • Ermənistanda arxiyepiskop Baqrat Qalstanyan saxlanıldı

    Təhlükəsizlik qüvvələri Ermənistanın “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri, terror aktları hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunan arxiyepiskop Baqrat Qalstanyanı saxlayıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

    Qeyd olunur ki, din xadimi iqamətgahından çıxarılıb və avtomobilə mindirilərək naməlum istiqamətdə aparılıb.

    “Sakit olun, hər şey yaxşı olacaq”, – deyə Qalstanyan ona yaxınlaşmaq istəyən yoldaşlarına səslənib.

  • Bakıda qeyri-etik davranışına görə taksi sürücüsü məsuliyyətə cəlb olundu – VİDEO

    Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə xidmətə aid olmayan mövzularda söhbətlər aparmaları və yersiz təkliflər etmələri, bir sözlə etik normalara zidd davranışları barədə polis orqanlarına müraciətlər daxil olur.

    Polis əməkdaşları tərəfindən Binəqədi rayonunda həyata keçirilən daha bir profilaktik tədbir zamanı 99-UX-472 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsünün qeyd edilən əməllərə yol verdiyi müəyyən olunub və o, məsuliyyətə cəlb edilib.

  • Ağsuda xarici ölkələrə viza düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutuldu

    Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 28 yaşlı Əsəd Əsədzadə saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, o, zərərçəkmişləri işlə təmin edəcəyinə və xarici ölkələrə getmək üçün viza alacağına dair yalan vədlər verərək aldadıb.

    Araşdırmalarla saxlanılan şəxsin paytaxtda da analoji cinayətlər törətdiyi müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ə.Əsədzadə barəsində həbs qətimkan tədbiri seçilib.

  • Azərbaycanlı tələbələr daha çox hansı ölkələrdə oxumağa üstünlük verirlər? – İLK BEŞLİK

    2025/26-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-28-ci illər üçün Dövlət Proqramı”na qəbul çərçivəsində builki müraciətlərdə ilk beşlikdə yer alan ölkələr sırasında Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Avstraliya və İtaliya qərarlaşır.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.

    O bildirib ki, ən çox üstünlük verilən ixtisas istiqamətləri informasiya texnologiyaları, dövlət idarəçiliyi, mühəndislik, statistika və verilənlərin təhlili, eləcə də təhsil sahələridir.

  • Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ – Müsahibə mərhələsi başlayır

    “2025/2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na qəbul çərçivəsində II mərhələ sayılan müsahibə mərhələsinə bu gündən etibarən start verilir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.

    O bildirib ki, aprelin 10-dan iyunun 15-dək davam edən sənəd qəbulu mərhələsi çərçivəsində Dövlət Proqramına dünyanın 19 ölkəsinə aid 94 ali təhsil müəssisəsi üzrə 1147 namizəd müraciət edib:

    “Müsahibə mərhələsinə dair məlumatlar namizədlərin portal.edu.az-da yer alan şəxsi kabinetləri üzərindən bildiriləcək. Müsahibə zamanı verilən qiymətin yuxarı həddi 50 baldır. Minimum 40 bal toplamış namizədlər meyarlara uyğun hesab edilir və müsabiqədə iştirak hüququ qazanır”.

    Qeyd edək ki, Prezidentin 2024-cü il 12 avqust tarixli Sərəncamı rəhbər tutularaq Dövlət Proqramına qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunub ki, kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini, 20 faizindən çox olmayan hissəsi doktorantura, qalan hissəsi isə magistratura səviyyəsini əhatə edəcək.

    “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” 2022-ci ildən etibarən həyata keçirilir. Proqram çərçivəsində ümumilikdə 1252 nəfər tələbə təhsil almaq hüququ qazanıb.

  • Азербайджан продолжает гуманитарную миссию: еще 15 иностранцев эвакуированы из Ирана

    Еще 15 иностранных граждан были эвакуированы из Ирана через территорию Азербайджана.

    Как передает Median.Az со ссылкой на Report, сегодня через контрольно-пропускной пункт “Астара” на азербайджано-иранской границе в Азербайджан въехали 15 иностранцев, покинувших территорию Исламской Республики Иран (ИРИ).

    По данным сведениям, среди эвакуированных – граждане Канады и Великобритании иранского происхождения.

    Стоит отметить, что данная эвакуация проходит на фоне обострения ситуации на Ближнем Востоке после недавнего обмена ракетными ударами между Ираном и Израилем. Азербайджан, имеющий общую границу с Ираном протяженностью более 700 км, продолжает выполнять важную роль в обеспечении безопасного транзита иностранных граждан из региона.

  • İrandan daha 15 əcnəbi Azərbaycan vasitəsilə təxliyə edilib

    İrandan daha 15 əcnəbi Azərbaycan vasitəsilə təxliyə edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu gün “Astara” Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən 15 əcnəbi İrandan Azərbaycana daxil olub.

    Onların iranəsilli Kanada, Britaniya vətəndaşları olduğu bildirilib.

  • Президент Ильхам Алиев поздравил словенского коллегу

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо словенскому коллеге Наташе Пирц-Мусар.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемая госпожа Президент,

    От своего имени и от имени народа Азербайджана передаю Вам и Вашему народу самые сердечные поздравления по случаю национального праздника Республики Словения – Дня государственности.

    Верю, что в интересах наших народов отношения между Азербайджаном и Словенией как на двусторонней, так и на многосторонней основе будут и впредь развиваться в духе дружбы и сотрудничества.

    В столь знаменательный день желаю Вам крепкого здоровья, счастья, дружественному народу Словении – постоянного благополучия и процветания”.