Month: June 2025

  • 525 nömrəli marşrutda Çin istehsalı olan avtobuslar istismara verilib

    Abşeron rayonunun Masazır kəndini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 525 nömrəli marşrutda Çinin “King Long” markalı 10 avtobusu istismara verilib.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Məlumata əsasən, 2025-ci ilin istehsalı olan müasir və komfortlu avtobuslar ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

    Hazırda sərnişin tələbatına əsasən, marşrutda 20 avtobus istismar edilir. Xətdə olan digər avtobusların da yenilənməsi mərhələli qaydada həyata keçiriləcək və proses yaxın zamanda yekunlaşacaq. Daşıyıcı tərəfindən sifariş edilən yeni avtobuslar hesabına xəttə çıxan nəqliyyat vasitələrinin sayı artırılaraq 24-ə çatdırılacaq.

    Artıq 525 nömrəli marşrut avtobuslarında ödəniş nağdsız qaydada həyata keçirilir. Bu məqsədlə həm yeni, həm də mövcud olan nəqliyyat vasitələrində müvafiq avadanlıq quraşdırlıb.

  • Əlillik dərəcəsi almaq istəyən Qarabağ veteranı dələduzluğun qurbanı oldu

    Qarabağ veteranı dələduzluqla üzləşib.

    Qaynarinfo-nun məlumatına görə, II Qarabağ savaşında iştirak edən Emin müharibədə yaralanıb. Lakin ona əlillik dərəcəsi təyin edilməyib.

    Tanışları Eminə bu işdə ona əvvəldən tanıdıqları Rəmzi adlı şəxsin kömək edə biləcəyini deyiblər. Bundan sonra Eminlə Rəmzi görüşüb. Özünü Eminə vəzifəli şəxs kimi təqdim edən Rəmzi ona əlillik dərəcəsi təyin etdirə biləcəyini deyib. Lakin bu işin təmənnasız həll edilməcəyi məlum olub.

    Emin əlillik dərəcəsi almaq üçün ayrı-ayrı vaxtlarda Rəmziyə ümumilikdə 7400 manat verib. Lakin verdiyi vədi yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib.

    Rəmzi saxlanılıb və daha sonra ona qarşı Cinayət Məcəlləsini 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

    Cinayət işinin məhkəmə istintaqı Nizami Rayon Məhkəməsində aparılıb. Rəmzi məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, Eminin işini pulsuz həll edəcəyini düşünüb. Ondan aldığı pulları isə şəxsi ehtiyaclarına xərcləyib. O, törtədiyi əməldən peşman olduğunu, həmçinin dəymiş ziyanın ödənildiyini deyib.

    Məhkəmə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Onun həbsdə və ev dustaqlığınıda saxlanıldığı ümumilikdə 1 il 7 ay 3 gün 1 günə 2 gün hesablanmaqla verilən cəzadan çıxılıb və o cəzasını çəkmiş hesab edilib.

  • İsrailin Xürrəmabada hücumu nəticəsində “Sepah”ın 10 üzvü həlak oldu, 9-u yaralandı

    İsrailin İranın qərbindəki Kirmanşah əyalətindəki hədəflərə endirdiyi zərbələr nəticəsində beş hərbçi ölüb, doqquzu yaralanıb.

    Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

    Qeyd olunur ki, İraqla sərhəddə yerləşən Qəsri-Şirin rayonundakı hədəflər bombalanıb.

  • Azərbaycanda vəzifəli şəxs vəfat etdi

    Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Daxil Vəliyev vəfat edib.

    Bu barədə universitet məlumat yayıb.

    Bildirilib ki, Daxil Vəliyev 1980-ci ildə anadan olub. 1999-cu ildə Mehdiabad qəsəbə orta məktəbini bitirib. BDU-nun Sosial elmlər və psixologiya fakültəsində “Fəlsəfə” ixtisası üzrə 1999-2003-ci illərdə bakalavr, 2003-2005-ci illərdə magistr təhsili alıb. 2005-2009-cu illərdə Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının aspirantı olub, 2013-cü ildə “Əli Şəriətinin dini-fəlsəfi görüşləri” mövzusunda dissertasiya işini müdafiə edib və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

    O, 2007-ci ildən BDU-nun Sosial elmlər və psixologiya fakültəsində metodist, 2013-cü ildən isə dekan müavini, müəllim, 2017-ci ildən Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti vəzifələrində çalışıb.

    Daxil Vəliyevin tədqiqat sahəsi müasir dövr Şərq və Qərb fəlsəfəsi tarixi olub.

  • Söküləcək mülklərin qiymətləndirilməsi necə aparılmalıdır?

    Söküntüsünə qərar verilən binaların və mənzillərin qiymətləndirilməsi prosesinin hüquqi prosedurları açıqlanıb.

    Hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, əgər mənzillər, yaxud da binalar dövlət ehtiyacları üçün alınırsa, bu zaman dövlət ərazinin hər kvadrat metri üçün müəyyən təkliflər verir:

    “Deyir ki, filan ərazidə mənzilin, yaxud binanın bir kvadrat metrinin qiyməti budur. Vətəndaş razı deyilsə, məhkəməyə verə bilər. Məhkəmə prosesə kənar və eyni zamanda özəl qiymətləndiriciləri cəlb edir. Onlar həmin ərazidə bina, yaxud mənzilin 1 kvadrat metrinin qiymətini təyin edir. Azərbaycanda qiymətlər fərqlidir. Hər bir qiymətləndirici özünün qiymətini təyin edir”.

    Əkrəm Həsənov Azərbaycanda bu sahədə özbaşınalıqların hökm sürdüyün vurğulayıb:

    “Qiymətləndiricilərin verdiyi qiymətə görə də məhkəmə sonda qərar verir. Bəzən görürsən ki, bir mənzilə dair bir neçə qiymətləndirici rəy verib. Məhkəmə də onların arasından birini seçir. Dövlətin aldığı mənzillərə qiymətləndiricilər yüksək qiymət qoymağa qorxurlar. Çünki sonra dövlət orqanları ilə üz-üzə gəlmək də var”.

    Əkrəm Həsənov özəl sektorda vəziyyətin fərqli olduğunu qeyd edib:

    “Özəl tikinti şirkətlərində isə qiymətləndirici fərqlidir. Hansısa tikinti şirkəti Bakı şəhər İcra Hakimiyyətindən hansısa yolla sənəd alır ki, filan yerdə binanın altındakı torpaq onun istifadəsinə verilir. Sonra sakinlərlə razılığa gəlib, onları çıxardır. Onlara deyir ki, tikdiyi binada onları mənzillə təmin etməlidir. Müqavilə bağlayır, vəssalam. Belə halda qiymətləndirici cəlb olunmur. Razılaşanlar çıxır, razı olmayanları da məhkəmə yoluyla zorla evindən çıxarırlar”.

  • Azərbaycanda büdcə qaydası dəyişir

    Azərbaycanda büdcə qaydasnın dəyişdirilməsi nəzərdə tutulur.

    Median.Az report-a istinadən xəbər verir ki, bununla bağlı “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi nəzərdə tutulur.

    Müvafiq qanun layihəsi sözügedən qanunun tətbiqi təcrübəsi, həmçinin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihələrinə dair Hesablama Palatasının

    rəyləri nəzərə alınmaqla, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

    Belə ki, dövlət büdcəsinin icrası haqqında qanun layihələrinə dair Hesablama Palatasının rəylərində ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq

    edilmiş “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”na əsasən, il ərzində qalıq vəsaitdən birbaşa büdcədənkənar gəlirlərə istifadə olunmasının büdcə qanunvericiliyində təsbit olunan vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətlərinə uyğun gəlmədiyi və icra prosesində, xüsusilə uçotun aparılmasında və hesabatlılıqda bəzi qeyri-müəyyənliklərə səbəb olduğu qeyd olunub.

    Eyni zamanda “Büdcə sistemi haqqında” Qanunun (bundan sonra – Qanun) 5-ci maddəsinin tələblərinə əsasən məqsədli büdcə fondlarının ilin sonuna istifadə edilməmiş vəsaitlərinin onların növbəti ilin gəlirlərinə aid edilməsi eyni gəlirin iki dəfə uçota alınmasına gətirib çıxarır. Qanunun 10.1.3-cü maddəsində dövlət büdcəsinin dövlət borcuna xidmətlə bağlı xərclərin tərkibinə layihələrdə pay iştirakı ilə bağlı xərclər daxil edilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamı

    ilə hər il üzrə təsdiq olunan dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsündə bir sıra

    layihələrdə Azərbaycan Respublikasının pay iştirakı ilə bağlı xərclər nəzərdə tutulur. Bu xərclər dövlət əsaslı vəsait qoyuluşu xərclərinin tərkib hissəsi kimi dövlət büdcəsinin əsaslı xərclərində nəzərdə tutulur ki, bu da Qanunun 10.1.3-cü maddəsi ilə ziddiyət təşkil edir.

    Bununla yanaşı qeyd olunmalıdır ki, dövlət büdcəsində nəzərpə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından, habelə dövlət büdcəsinin digər ehtiyatlarından büdcə ili ərzində funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq yönəldilən vəsaitlərin uçotu həmin fondların və ehtiyatların nəzərdə tutulduğu funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq aparılır, yəni həmin vəsaitlər ayrıldığı təşkilatların büdcəsinde göstərilmir. Bu da nəticədə dövlət büdcəsinin müxtəlif mənbələrindən həmin təşkilatlara cəmi ayrılmış vəsaitlər barədə məlumatı əldə etməkdə çətinlik yaradır.

    Qanunun 20.6-cı maddəsinə müvafiq olaraq dövlət büdcəsinin icrası barədə qanunda funksional və inzibati təsnifata uyğun olaraq bölmə və köməkçi bölmə səviyyəsində xərclərin icrasının məbləği öz əksini tapmalıdır. Lakin ölkə Konstitusiyasının 93-cü maddəsinin 4-cü hissəsinə əsasən qanunlarda və Azərbaycan

    Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Ona görə də dövlət büdcəsinin icrası barədə qanunda inzibati təsnifat üzrə dövlət büdcəsinin xərcləri çıxarılmalıdır. Bir qayda olaraq dövlət büdcəsi xərclərinin inzibati təsnifata uyğun olaraq (yəni konkret təşkilat və tədbirlər üzrə) icra göstəriciləri qanun imzalandıqdan sonra ölkə Prezidentinin həmin qanunun tətbiqi ilə bağlı müvafiq Fərmanı ilə təsdiq olunur.

    Digər tərəfdən mövcud qaydaya əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi üzrə yuxarı hədd həm növbəti il və sonrakı üç il üçün ölkə Prezidentinin Fərmanı ilə müəyyən edilir. Lakin ötən dövr ərzində ölkə rəhbərliyi tərəfindən müəyyən edilən bir sıra prioritet vəzifələrin icrası (ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair I Dövlət Proqramı və sosial-iqtisadi inkişaf Strategiyası

    üzrə tədbirlər) büdcə xərclərinin artırılmasını şərtləndirmiş, cari və növbəti illər üzrə təsdiq olunmuş yuxarı hədlərin aşılması təhlükəsi yaranmışdır. Qeyd olunan məqamlar büdcə qaydasının təkmilləşdirilməsini zəruri edir.

    Qüvvədə olan qanunvericilikdə yalnız vahid xəzinə hesabının sərbəst qalığının idarə edilməsi imkanı mövcuddur və vahid xəzinə hesabının qalığında mövcud olan vəsaitin idarə edilməsi məhdudlaşdırılır. Məlum olduğu kimi, dövlət büdcəsinin xərclərinin icrasının faktiki göstəriciləri onu deməyə əsas verir ki, dövlət büdcəsinin aylar üzrə xərcləri hər zaman bərabər olmur və bunun nəticəsində bəzi aylar ərzində vahid xəzine hesabında kifayət qədər vəsait artıqlığı yaranır ki, hansı ki qısa müddət ərzində həmin vəsaitin idarə olunması nəticəsində dövlət büdcəsinə əlavə gəliri qazandırmaq mümkündür.

    Bundan başqa ötən illərin təcrübəsi göstərir ki, Qanunda istifadə olunan bəzi anlayışların dəqiqləşdirilməsinə, həmçinin Qanuna bir sıra yeni anlayışların daxil edilməsinə, eləcə də dövlət büdcəsinin kassa icrası mexanizminin təkmilləşdirilməsinə zərurət vardır. Yuxarıda qeyd olunan məsələlərin tənzimlənməsi üçün hazırlanmış “Büdcə sistemi haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində aşağıdakı müddəalar əks olunub:

    – mövcud Qanunda “ortamüddətli dövr” 4 ili əhatə etdiyinə görə ondan sonrakı dövrü əhatə edən anlayışın açıqlanması üçün layihəyə “uzunmüddətli dövr” ifadəsi daxil edilmiş, həmçinin nizamnamə kapitalında dövlətin payı olan təşkilatlardan daxil olan dividendlərin dövlət büdcəsinin gəlirlərində əks etdirilməsi ilə əlaqədar Qanuna “dividend” anlayışı əlavə edilmiş və “dividendlər” dövlət büdcəsinin gəlir mənbələrindən biri kimi tanınıb;

    – məqsədli büdcə fondlarının ilin sonuna qalan istifadə olunmamış vəsaitinin vahid xəzinə hesabının sərbəst qalığına köçürülməsi; layihələrdə iştirak payı ilə bağlı xərclərin əsaslı xərclərdə əks etdirilməsi, habelə borca xidmət üzrə xərclərin təkmilləşdirilməsi;

    – vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətlərinin dəqiqləşdirilməsi; vahid xəzinə hesabının sərbəst qalığı ilə yanaşı, vahid xəzinə

    hesabının qalığının da idarə edilməsi, büdcə ili ərzində büdcə artıqlığının (profisitin) bir hissəsinin Təminat Fonduna köçürülməsi;

    – Qanunun 10.3 maddəsinə əsasən il ərzində faktiki xərclərin məbləği dövlət büdcəsində təsdiq edilmiş ayırmalardan çox ola bilmədiyini nəzərə alaraq, xəzinə əməliyyatlarının sadələşdirilməsi və əməliyyatların sürətləndirilməsi məqsədilə dövlət (büdcə) öhdəliklərinin götürülməsi prosesi çıxarılır;

    – büdcə qaydasının təkmilləşdirilməsi, o cümlədən büdcə qaydasının tətbiqində çevikliyin artırılması məqsədilə müvafiq yuxarı hedd göstəricisinin hər 4 ildən bir dövrün sonu üçün təsdiq edilməsi, təsdiq olunmayan aralıq hədəflərin isə illik əsasda Nazirlər Kabineti ilə razılaşdırılması; dövlət büdcəsinin qeyri-neft gəlirlərinin proqnozlaşdırılması prosesinde proqnoz ilə faktiki icra arasında kənarlaşmaların minimuma endirilməsi, həmçinin büdcə vəsaitlərindən səmərəli istifadənin təmin

    edilməsi məqsədilə müəyyən edilmiş qeyri-neft gəlirlərinin ortamüddətli dövr üzrə hədəf göstəricisinin dövlət büdcəsinin layihəsi ilə birlikde hazırlanan və təqdim olunan sənədlərin siyahısına əlavə edilməsi və s.

    Layihənin qəbul edilməsi qanunvericilik aktları arasında uyğunsuzluğun aradan qaldırılması, dövlət büdcəsi vəsaitlərinin şəffaf uçotunun aparılmasında, dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılmasında mühüm rol oynayacaq.

  • Azərbaycanda körpə ölümlərinin əsas səbəbləri məlum oldu

    1 yaşadək ölən uşaqlar arasında ölümün əsas səbəbləri açıqlanıb.

    Bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin “Azərbaycan rəqəmlərdə” adlı qısa məcmuəsində əks olunub.

    Məlumatlara əsasən, 2024-cü il üzrə bütün səbəblərdən 1 yaşadək 1 420 uşaq ölümü baş verib. Bunlardan 178-i tənəffüs sistemi xəstəlikləri, 735-i perianatal dövrdə meydana çıxan problemlər səbəbilə olub.

    Bəzi infeksion və parazitar xəstəliklər səbəbilə 47, anadangəlmə anomaliyalar, inkişaf qüsurları, xromosom pozğunluqları səbəbilə 101, travma, zəhərlənmə və digər xarici təsirlər səbəbilə 12 körpə ölümü qeydə alınıb.

  • 3,2 milyon vergi borcu olan şirkət kimindir?

    “Adagio SD” şirkətinin xüsusilə külli miqdarda vergi borcu yaranıb.

    Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 3 271 204,2 manat təşkil edir. “Adagio SD” şirkəti 2019-cu ildə qeydiyyata alınıb.

    Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Cəfərov Fariz Cəfər oğludur. Mediada gedən məlumatlardan aydın olur ki, bir neçə il əvvəl şirkətin 1 629 199,21 manat vergi borcu olub və şirkət rəhbəri ilə Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi arasında məhkəmə mübahisəsinə çevrilib. Lakin məhkəmənin nəticəsi barədə məlumat yoxdur.

  • Gürcüstan Prezidenti 37 nəfəri əfv edib

    Gürcüstan Prezidenti Mixail Kavelaşvili 37 nəfəri əfv edib.

    Bu barədə Gürcüstan liderinin administrasiyası məlumat yayıb.

    Əfv fərmanı həbsxanadan kənarda cəza çəkən 29, həbsxanalarda isə beş nəfərə şamil edilib, üç nəfərin məhkumluğu götürülüb.
    //Report

  • Bakıda qəbiristanlıqda qanlı olay: Həmyaşıdını öldürən yeniyetməyə HÖKM OXUNDU

    Bakıda həmyaşıdını qətlə yetirməkdə təqsirləndirilən Y.M.-nin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

    Hökmə əsasən, Y.M. 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən il oktyabrın 2-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, məktəbin yaxınlığındakı qəbiristanlıqda baş verib. Yetkinlik yaşına çatmayan H.Q.-nin aldığı xəsarətlər nəticəsində müalicə olunduğu xəstəxanada vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalar zamanı yetkinlik yaşına çatmayan Y.M.-nin aralarında yaranmış mübahisə zamanı bıçaqla H.Q.-in bud nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.