Month: June 2025

  • İndoneziya XİN başçısı: İrandan Azərbaycana 90-dan çox vətəndaşımız təxliyə edilib

    İndoneziya İrandan Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana 90-dan çox vətəndaşını təxliyə edib.

    Bu barədə İndoneziyanın xarici işlər naziri Sugiono bildirib.

    Nazir İrandan və İsraildən 101 İndoneziya vətəndaşının təxliyə edildiyini təsdiqləyib.

    “97 nəfər quru yolu ilə İran-Azərbaycan sərhədinə təxliyə edilib. Onların arasında 93 İndoneziya vətəndaşı, səfirlik əməkdaşları, həmçinin İndoneziya vətəndaşının həyat yoldaşı bir əcnəbi var. Hazırda onlar Bakıdadırlar”, – o qeyd edib.

  • В Астаре обнаружен уникальный каменный комплекс бассейнов древнего периода

    В крепости Алишах в Астаринском районе Азербайджана обнаружено уникальное строение, относящееся к древнему периоду.

    Экспедиционная группа Института археологии и антропологии Национальной академии наук Азербайджана (НАНА) со 2 июня 2025 года проводит археологические раскопки в крепости Алишах. В ходе раскопок на территории обнаружен уникальный архитектурный образец, имеющий важное научное значение.

    Руководитель экспедиции, доктор философских наук по истории, доцент Микаил Мустафаев сообщил представителям СМИ, что в ходе раскопок обнаружен каменный комплекс бассейнов, построенный в форме клеверного листа (четырехлистника – квадрифолия – quatrefoil), относящийся к древности:

    “Эта архитектурная форма считается первой задокументированной водной системой в Азербайджане. Комплекс бассейнов имеет форму цветка лотоса диаметром около 1,5 метра. В комплекс также входят каменные водные каналы, обеспечивающие постоянный поток воды, и дополнительные постройки, покрытые каменными плитами”, – сказал он.

    На основании найденных керамических материалов и строительной техники считается, что данный комплекс построен между I веком до нашей эры и III веком нашей эры. Такая форма бассейна до сих пор была зафиксирована только в цивилизациях Ближнего Востока, Ирана и Средиземноморья. Его обнаружение в Азербайджане считается важным научным новшеством с точки зрения изучения древней архитектурной и культурной истории страны.

    В настоящее время археологические раскопки продолжаются.

  • Astarada qədim dövrə aid unikal memarlıq nümunəsi aşkar edilib

    Astara rayonundakı Əlişa qalasında qədim dövrə aid unikal tikili aşkar edilib.

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun ekpedisiyası heyəti Astara rayonunda işlərini davam etdirir.

    Ekspedisiya qrupu 2025-ci il iyunun 2-dən etibarən, Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında arxeoloji qazıntılar aparır. Ərazidə mühüm elmi əhəmiyyətə malik unikal memarlıq nümunəsi aşkarlanıb.

    Ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev media nümayəndələrinə bildirib ki, qazıntılar zamanı qədim dövrə aid, yoncavari (quatrefoil) formada inşa edilmiş daş hovuz kompleksi üzə çıxarılıb:

    “Bu memarlıq forması Azərbaycanda ilk dəfə sənədləşdirilmiş su sistemi kimi qiymətləndirilir. Hovuz kompleksi Lotos çiçəyi formasında olub, diametri təxminən 1,5 metrdir. Kompleksə daimi su axınını təmin edən daş su arxları və döşəməsi daş plitələrlə örtülmüş əlavə tikililər də daxildir.

    Əldə edilən saxsı materiallar və tikinti texnikasına əsasən, bu kompleksin eramızdan əvvəl I əsr-eramızın III əsri aralığında inşa edildiyi ehtimal olunur. Struktura bitişik divar qalıqları və ərazinin qaya relyefi bu hovuzun qala daxilində yerləşən ritual və ya ictimai təyinatlı su qurğusu olduğunu göstərir.

    Bu tip hovuz forması indiyədək yalnız Yaxın Şərq, İran və Aralıq dənizi sivilizasiyalarında qeydə alınıb. Onun ilk dəfə olaraq Azərbaycan ərazisində aşkarlanması ölkənin qədim memarlıq və mədəniyyət tarixinin tədqiqi baxımından mühüm elmi yenilik hesab olunur”.

    Hazırda arxeoloji qazıntı işləri davam etdirilir.

  • Məhkəmə Azər Zahid və onun köməkçisi ilə bağlı qərar verdi

    Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi “TikTok” əməliyyatları nəticəsində saxlanılan Azər Zahid və Rövşən Təhməzovun məhkəməsi keçirilib.


    Median.Az-ın əldə etdiyi məlumata görə, bu gün Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə hər iki təqsirləndirilən şəxsin ev dustaqlığı ilə bağlı təqdimata baxılıb.
    Məhkəmənin qərarına əsasən, Azər Zahid barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb. 
    Daha sonra Rövşən Təhməzovun təqdimatına baxılıb. Qərara əsasən, o, ev dustaqlığına buraxılıb.
    Qeyd edək ki, hər iki şəxs ötən ilin sonunda polisin Tiktok əməliyyatı zamanı həbs ediliblər. Məhkəmənin qərarı ilə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 
    Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 244-1.2.2-ci və 244-1.2.4-cü (qumar oyunu təşkil etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

    Orxan Rasifoğlu

  • Агентство ООН для помощи палестинским беженцам открывает представительство в Анкаре

    Ближневосточное агентство ООН для помощи палестинским беженцам и организации работ (БАПОР) откроет представительство в Анкаре.

    Об этом турецкому бюро Report сообщили дипломатические источники в Министерстве иностранных дел Турции.

    Согласно информации, в связи с этим министр иностранных дел Хакан Фидан и комиссар БАПОР Филипп Лаццарини подпишут “Соглашение между правительством Турецкой Республики и БАПОР о создании офиса БАПОР в Анкаре”.

    Церемония подписания состоится в Стамбуле в рамках 51-й сессии Совета министров иностранных дел Организации исламского сотрудничества (ОИС).

    Отметим, что БАПОР создано решением ООН 8 декабря 1949 года и начало свою деятельность в мае 1950 года. С 2023 года Турция предоставила этой организации помощь в размере $33 млн.

  • BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq

    Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Fələstinli Qaçqınlara Yardım Təşkilatının (UNRWA) Ankara təmsilçiliyi açılacaq.

    Bu barədə “Report”un Türkiyə bürosuna ölkənin Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrdən məlumat verilib.

    Qeyd edilib ki, bununla əlaqədar Türkiyənin xarici işlər naziri Hakan Fidanla UNRWA komissarı Filip Lazzarini “Türkiyə Respublikası Hökuməti ilə UNRWA arasında UNRWA-nın Ankara Nümayəndəliyinin yaradılmasına dair Saziş” imzalayacaq. Sazişin imzalanması mərasimi İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində baş tutacaq.

    Qeyd edək ki, UNRWA BMT-nin qərarı ilə 8 dekabr 1949-cu ildə qurulub və 1950-ci ilin mayından fəaliyyətə başlayıb.

    Türkiyə 2023-cü ildən indiyədək bu təşkilata 33 milyon dollar dəyərində yardım edib.

  • Назначены дополнительные рейсы по маршруту Баку-Агстафа

    “Азербайджанские железные дороги” (АЖД) назначили на 26, 27, 28 и 29 июня дополнительные рейсы по маршруту Баку-Агстафа-Баку с целью удовлетворения возросшего пассажирского спроса.

    Об этом сообщает Median.Az со ссылкой на АЖД.

    “Информацию о расписании движения и билетах можно получить в кассах железнодорожных вокзалов, на сайте www.ady.az, через приложение ADY Mobile или в Контактном центре 1822, работающем 24/7”, – отмечается в сообщении.

  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 26, 27, 28 və 29 iyun tarixlərində əlavə qatar reysləri təyin edir.

    Median.Az bu barədə ADY-yə istinadən xəbər verir.

    Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

  • Новые власти Сирии задержали двоюродного брата Башара Асада

    Новые власти Сирии арестовали двоюродного брата экс-президента страны Башара Асада. Васим Асад обвиняется в наркоторговле и ряде других правонарушений.

    Как передает Median.Az со ссылкой на ТАСС, это следует из пресс-релиза МВД Сирии в соцсетях.

    “Сотрудникам сирийской разведки и МВД удалось задержать Васима Асада. Он считается одним из самых известных наркоторговцев в Сирии и принимал участие в преступлениях старых властей”, – говорится в заявлении.

    Источники агентства SANA утверждают, что двоюродный брат экс-президента Сирии был задержан недалеко от границы с Ливаном.

  • Bəşər Əsədin əmisi oğlu saxlanılıb

    Suriyanın yeni hakimiyyəti ölkənin sabiq prezidenti Bəşər Əsədin əmisi oğlunu saxlayıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

    Bildirilib ki, Vasim Əsəd narkotik ticarəti və bir sıra digər hüquq pozuntularında ittiham olunur.

    “Suriya kəşfiyyatı və Daxili İşlər Nazirliyinin əməkdaşları Vasim Əsədi saxlamağa müvəffəq olublar. O, Suriyada ən məşhur narkotik tacirlərdən biri hesab olunur və əvvəlki hakimiyyətin cinayətlərində iştirak edib”, – bəyanatda bildirilib.

    SANA agentliyinin mənbələri isə bildirirlər ki, o Livanla sərhədə yaxın ərazidə saxlanılıb.