Month: July 2025

  • Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

    Ölkə ərazisində iyulun 19-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

    Düşən yağıntının miqdarı Kəlbəcər, Biləsuvar, Lerik, Lənkəran, Astarada 1 mm-dir.

    Bəzi yerlərdə şimal-şərq küləyi əsib. Küləyin maksimal sürəti Culfada 20, Goranboyda 19, Naftalanda 16 m/s-yə çatıb.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 38, Aran rayonlarında 39, dağlıq rayonlarda 31 dərəcəyədək isti qeydə alınıb.

  • Президент Сирии на переходный период объявил о прекращении огня в Эс-Сувейде

    Президент Сирии на переходный период Ахмед аш-Шараа объявил о немедленном введении режима прекращения огня в провинции Эс-Сувейда, где произошли столкновения между ополченцами и силами самообороны горцев-друзов.

    “Учитывая сложную ситуацию, в которой оказалась страна, стремясь сберечь жизни сирийцев, сохранить территориальную целостность Сирии и безопасность ее народа, а также руководствуясь национальными интересами и гуманитарными соображениями, президент Сирийской Арабской Республики объявляет о немедленном и всеобъемлющем прекращении огня”, – сказано в сообщении пресс-службы президента Сирии.

  • Suriyanın keçid dövrü prezidenti Əs-Süveydada atəşkəs elan etdi

    Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa silahlılarla druz dağ özünümüdafiə qüvvələri arasında toqquşmaların baş verdiyi Əs-Süveyda əyalətində dərhal atəşkəs rejiminin tətbiq olunduğunu elan edib.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib.

    “Ölkənin düşdüyü çətin vəziyyəti nəzərə alaraq, suriyalıların həyatını xilas etmək, Suriyanın ərazi bütövlüyünü və xalqının təhlükəsizliyini qorumaq, həmçinin milli maraqları və humanitar mülahizələri rəhbər tutaraq, Suriya Ərəb Respublikasının prezidenti dərhal və hərtərəfli atəşkəs elan edir”, – deyə məlumatda bildirilib.

  • Məhkəmə tanınmış rusiyalı şahmatçını 9 il azadlıqdan məhrum etdi

    Çernovtsinin Şevçenko Rayon Məhkəməsi keçmiş ukraynalı və tanınmış şahmatçı Sergey Karyakini qiyabi olaraq 9 il müddətinə azadlıqdan məhrum edib.

    Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.
    SBU-nun məlumatına görə, Karyakin 2014-cü ildən etibarən Rusiyanın silahlı təcavüzünü dəstəkləyib, Rusiya ordusunu maliyyələşdirib və Ukraynanın işğalına yardım çağırışları edib.
    “Tanınmış media siması kimi o, öz teleqram kanalını yaradaraq Rusiya ordusunun ehtiyacları üçün vəsait toplayıb. Toplanan pullar hesabına işğalçılar üçün dronlar, termal kameralar, xüsusi texnika, silah, geyim və digər hərbi ləvazimatlar alıb. Onun Rusiya hərbi birləşmələrinə təqdim etdiyi ümumi maddi yardımın məbləği 100 milyon rublu keçib ki, bu da 42 milyon qrivnadan çoxdur”, – deyə SBU-nun məlumatında bildirilir.
    İstintaq materialları əsasında Karyakin Ukrayna Cinayət Məcəlləsinin 110-2-ci maddəsinin 4-cü hissəsi (Ukrayna ərazisinin və ya dövlət sərhədinin zorakı dəyişdirilməsi məqsədilə həyata keçirilən fəaliyyətlərin maliyyələşdirilməsi) ilə təqsirli bilinərək, qiyabi şəkildə 9 il müddətinə azadlıqdan məhrum olunub və əmlakı müsadirə edilib.
    Qeyd edək ki, bundan əvvəl Sergey Karyakinin işğal altındakı Luqanskda şahmat məktəbi açdığı bildirilmişdi.

  • Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət edib

    Bakıda saxlanılan Rusiya vətəndaşlarını, o cümlədən “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarını yaxınları ziyarət edib.

    Median.Az xəbər verir ki, bu barədə Ombudsman Aparatından bildirilib. 
    Qeyd olunan şəxslərin hər biri fərdi qaydada qəbul edilib, saxlama şəraiti və onlarla rəftar məsələləri yerində araşdırılıb.
    Həbs olunan şəxslərin Ombudsmana müraciət edən ailə üzvləri Aparatda qəbul edilib, yaxınları ilə görüşləri ilə bağlı müraciətləri Ombudsman tərəfindən təmin olunub.
    Ombudsmanın MPQ üzvləri tərəfindən qəbul edilib saxlanılan şəxslər saxlanılma şəraiti və onlarla rəftardan şikayət etməyib, görüş və tibbi yardımla bağlı müraciətlərinin təmin olunduğu müşahidə edilib.
    Məsələ Ombudsmanın diqqətində saxlanılır.
    Xatırladaq ki, iyulun 1-də Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstə saxlanılıb. Məhkəmənin qərarı ilə onlar barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

  • Biləsuvarda qəza riskinin yüksək olduğu ərazilərdə 12 ədəd radar quraşdırılır

    Biləsuvar rayonunda vətəndaşların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və yol hərəkəti qaydalarına əməl edilməsi səviyyəsinin yüksəldilməsi məqsədi ilə genişmiqyaslı təhlükəsizlik tədbirlərinə start verilib.

    Bu məqsədlə Daxili İşlər Nazirliyi tərəfindən “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində rayon ərazisində ümumilikdə 80 müxtəlif nöqtədə 176 ədəd yeni, müasir müşahidə kameralarının və 12 ədəd radar cihazının quraşdırılması işlərinə başlanılıb. Quraşdırılacaq kameralar həm şəhər mərkəzini, həm də rayonun ətraf ərazilərini əhatə etməklə, ictimai yerlərdə baş verə biləcək hadisələrin vaxtında aşkarlanmasına, operativ müdaxilə imkanlarının artırılmasına və ümumi təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

    Eyni zamanda, sürücü intizamının artırılması və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə rayon ərazisində quraşdırılacaq 12 ədəd radar cihazı əsasən yüksək intensivlikli yol sahələrində, qəza riskinin yüksək olduğu ərazilərdə və tez-tez sürət həddinin aşılması halları qeydə alınan istiqamətlərdə yerləşdiriləcək. Avtomatik rejimdə fəaliyyət göstərəcək bu sistem vasitəsilə qayda pozuntularının aşkarlanması daha operativ və şəffaf şəkildə həyata keçiriləcək, sürücülərin məsuliyyət hissi artacaq və nəticə etibarilə yol hərəkəti daha təhlükəsiz olacaqdır.

    Görülən bu tədbirlər Biləsuvar rayonunda müasir texnologiyaların tətbiqi ilə ictimai təhlükəsizliyin gücləndirilməsi və vətəndaş rifahının yüksəldilməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

    Layihənin mərhələli şəkildə icrası nəticəsində gələcəkdə rayon ərazisində baş verəcək cinayət hallarının və yol-nəqliyyat hadisələrinin azalmasına da təsir edəcəkdir.

  • Ramin İsayevin əmlakı müsadirə edilə bilər – 15 il həbsi istənilir

    “SOCAR-AQŞ” MMC-nin 54 milyonluq mənimsəmədə ittiham olunan keçmiş baş direktoru Ramin İsayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı yekun çıxış edib.

    Prokuror bildirib ki, Ramin İsayevə xüsusilə külli miqdarda mənimsəmə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə verilmiş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb. Bu əsasla ona qeyd olunan maddələrin sanksiyasının yuxarı həddindən cəza təyin edilməli, konkret olaraq 15 il müddətinə azadlıqdan məhrum edilməlidir.

    Bundan əlavə, İsayevin üzərinə həbs qoyulmuş çoxsaylı əmlaklarının da müsadirə olunması istənilib.

    Hakim Vüqar Quliyev müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə 1 həftə vaxt verib.

    Qeyd edək ki, sabiq “SOCAR-AQŞ” rəhbəri 2 il əvvəl-2023-cü ilin iyulunda Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, həmin vaxtdan həbsdədir.

  • Maşınını xadimələrə yudurdan məktəb direktoru işdən çıxarıldı

    Texniki işçilərə maşınını yudurdan Bakı şəhəri 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova işdən çıxarılıb.

    Median.Az xəbər verir ki, bu haqda “Trend” məlumat yayıb.

    Məlumatı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən saytımıza təsdiqləyiblər.

    Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə direktor və direktor müavininə məxsus nəqliyyat vasitələrinin məktəb ərazisində məktəbin xadimələri tərəfindən yuyulması ilə bağlı videogörüntülər yayılmışdı.

  • Ukrayna vətəndaşı Qazaxda çayda boğuldu

    Qazax rayonunda çayda batan orta yaşlı kişinin meyiti sudan çıxarılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Xram çayının rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində baş verib.

    Həyatını itirən şəxs Ukrayna vətəndaşı olan TIR sürücüsüdür. O, çayda çimən zaman boğularaq ölüb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi

    Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidə başsağlığı verib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:

    “Hörmətli cənab Prezident,

    Əl-Küt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.

    Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

    Allah rəhmət eləsin!”