Month: July 2025

  • Ali Məhkəmə “Meydan TV” ilə bağlı qərarı qüvvədə saxlayıb

    Ali Məhkəmədə “Meydan TV”yə blok qoyulması ilə bağlı verilən qərardan kassasiya şikayətinə baxılıb.

    Bu gün hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Bu barədə vəkil Elçin Sadıqov APA-ya bildirib.

    Qərara əsasən, şikayət təmin edilməyib və qətnamə qüvvədə saxlanılıb.

    Qeyd edək ki, Səbail Rayon Məhkəməsi 2017-ci ilin mayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası əsasında “Azadlıq” qəzeti, “Azadlıq Radiosu”, “Azərbaycan Saatı” proqramı, “Turan TV” və “Meydan TV”nin saytının bloklanması barədə qərar çıxarıb.

    Bakı Apellyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti təmin etməyib.

    2019-cu ildə Ali Məhkəmədə verilmiş qərara əsasən, “Meydan TV”yə blok qoyulması ilə bağlı qərar ləğv edilərək yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

    Lakin məhkəmədə iddia yenidən təmin olunub və “Meydan TV”nin ölkədə yayımına tətbiq edilən blok aradan qaldırılmayıb.

  • Bakıda məşhur hotel SÖKÜLÜR – VİDEO

    Bakının İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində yerləşən “Naxçıvan” hoteli sökülür.

    Söküntü işləri artıq başlayıb.

    Binanın istismar müddətini başa vurduğu üçün sökülməsinə qərar verildiyi bildirilir.

    Qeyd edək ki, bu hotel “Hyatt Regency” kompleksinə məxsusdur.

    Həmin görüntüləri təqdim edirik:

  • İranın dörd şəhərində son 24 saatda 51 dərəcə istilik qeydə alınıb

    İranın dörd şəhəri son 24 saat ərzində dünyanın ən isti yeri kimi tanınıb.

    Məlumatı “Mehr” agentliyi yayıb.

    Bildirilib ki, son 24 saat ərzində İranın cənubundakı Abadan, Omidiye, Əhvaz və Dezful şəhərləri dünyanın ən isti şəhərləri sırasına daxil olub.

    Məlumata görə, dünyanın ən isti 15 şəhərinin reytinqini təqdim edən hesabatda temperaturun müsbət 51 dərəcəyə qədər olan yerlər arasında İranın bu dörd şəhəri də var.

  • Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 9 avtobus marşrutu üzrə müsabiqələrin qaliblərini müəyyən edib.

    Median.Az bu barədə AYNA-ya istinadən xəbər verir.

    Məlumata görə, sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri aşağıdakı kimi müəyyən olunub:

    “Bakı-Gəncə” marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC;
    “Bakı-Zaqatala” marşrutu üzrə hüquqi şəxs “BakuBus” MMC;
    “Bakı-Şəki” marşrutu üzrə hüquqi şəxs “Xan Sarayı” MMC;
    “Bakı-Ağcabədi” marşrutu üzrə fiziki şəxs Soltanov Səbuhi Adil oğlu;
    “Sabirabad-Gəncə” marşrutu üzrə fiziki şəxs İsmayılov Səmid Nizami oğlu;
    “Gəncə-Qazax” marşrutu üzrə fiziki şəxslər Həsənov Vüsal Asif oğlu və Məmmədov Mahir Xaliq oğlu;
    “Xankəndi-Bərdə” marşrutu üzrə fiziki şəxs Rüstəmov Fizuli Zöhrab oğlu;
    “Şəki-Qax” marşrutu üzrə fiziki şəxs Fərruxzadə Elbrus Elxan oğlu qalib elan olunublar.

    Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

    Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

  • В Азербайджане жара выше +40 °C сохранится до 23 июля

    В Азербайджане существенных изменений в температурном режиме не ожидается до 23 июля.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную гидрометеорологическую службу

    В Баку и на Абшеронском полуострове температура воздуха сохранится на уровне 35-40°, в Нахчыванской Автономной Республике и в низменных районах – 36-40°, местами до 41°. В горных районах температура достигнет 33°.

  • İyulun 23-dək Azərbaycanda 41 dərəcə isti olacaq

    İyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40°-yə yaxın, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 36-40, bəzi yerlərdə 41° dərəcəyədək, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir.

  • В Баку запускается маршрут до зоны отдыха Sea Breeze – ФОТО

    С 19 июля в Баку начнет работу новый экспресс-маршрут 150E, который будет курсировать от узла транспортного обмена “Кероглу” до зоны отдыха Sea Breeze.

    Как сообщает Median.Az со ссылкой на Азербайджанское агентство наземного транспорта, маршрут организован с учетом увеличения потока пассажиров из столицы в прибрежные поселки в летний период.

    Автобусы будут курсировать по выходным – по субботам и воскресеньям – начиная с южного выхода станции метро “Кероглу” (у “Пирамиды”). На маршруте предусмотрены промежуточные остановки.

    Перевозку будет осуществлять компания BakuBus на современных автобусах большой вместимости. Движение будет организовано с 07:00 до 22:00 с интервалом в 30 минут. Стоимость проезда – 80 гяпиков, оплата – только в безналичной форме.

  • Bakıda “Sea Breeze” istirahət mərkəzinə aparan marşrut fəaliyyətə başlayır – FOTO

    Yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artmasını nəzərə alaraq sabahdan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini “Sea Breeze” istirahət mərkəzi ilə əlaqələndirən yeni 150E ekspres marşrutu fəaliyyətə başlayacaq.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Həftənin şənbə və bazar günləri “Koroğlu” metrostansiyasının cənub çıxışından (“Piramida” tərəf) başlanğıcını götürən avtobusların marşrut boyu bir neçə aralıq məntəqədə dayanması təmin ediləcək. Marşrutu “BakuBus” MMC istismar edəcək və xətt üzrə müasir böyüktutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-a qədər 30 dəqiqə intervalla xidmət göstərəcək. Avtobuslarda gediş haqqı 80 qəpikdir. Ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

  • Песков прокомментировал возможный уход WhatsApp из России

    Мессенджер WhatsApp является в России самым популярным сервисом, но у него есть определенные обязанности в соответствии с законами РФ.

    Как сообщает Median.Az со ссылкой на Интерфакс, об этом заявил пресс-секретарь российского президента Дмитрий Песков.

    “WhatsApp – в целом самый популярный сервис во многих странах, в том числе в Российской Федерации, по популярности – это сервис номер один. Как и все сервисы, конечно, у них есть определенные обязанности в соответствии с законами Российской Федерации. Все законы должны выполняться”, – сказал Песков журналистам в пятницу, отвечая на вопрос, как в Кремле оценивают перспективы мессенджера остаться в России.

    Ранее первый замглавы комитета Госдумы по информационной политике Антон Горелкин сообщил, что WhatsApp с очень большой долей вероятности попадет в список ресурсов, подлежащих ограничениям. Горелкин написал в своем телеграм-канале, что мессенджеру “пора готовиться к уходу с российского рынка”.

  • Peskov “WhatsApp”ın Rusiyada mümkün ləğvini şərh edib

    “WhatsApp” messenceri Rusiyada ən populyar xidmətdir, lakin ölkə qanunlarına uyğun olaraq müəyyən öhdəlikləri var.

    Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

    “WhatsApp” – bir çox ölkələrdə, o cümlədən Rusiyada ən populyar xidmətdir. Bütün xidmətlər kimi əlbəttə, onların Rusiyanın qanunlarına uyğun olaraq müəyyən öhdəlikləri var. Bütün qanunlar yerinə yetirilməlidir”, – o qeyd edib.

    Daha əvəl Dövlət Dumasının informasiya siyasəti komitəsinin birinci müavini Anton Qorelkin bildirmişdi ki, WhatsApp çox böyük ehtimalla məhdudiyyətlərə məruz qalacaq resurslar siyahısına düşəcək. Qorelkin öz teleqram kanalında yazıb ki, messencerin “Rusiya bazarını tərk etməyə hazırlaşmaq vaxtıdır”.