Month: July 2025

  • Ukraynanın yeni baş naziri seçilib

    Ukraynada bu gün Ali Radanın plenar iclasında Yuliya Sviridenkonun namizədliyi təsdiqlənib və o, ölkənin yeni baş naziri seçilib.

    Median.Az bu barədə Ukrayna KİV-ə istinadən məlumat yayıb.

    Qeyd olunur ki, iclasda prezident Volodimir Zelenski də iştirak edib.

  • “Yuventus” heyətini ingiltərəli futbolçu ilə gücləndirir

    İtaliyanın “Yuventus” klubu İngiltərənin “Mançester Yunayted” klubuna məxsus olan Ceydon Sanço ilə maraqlanır.

    Median.Az “SporX”ə istinadən xəbər verir ki, tərəflər arasında ilkin danışıqlar müsbət yekunlaşıb.

    Ceydon Sançodan yaxa qurtarmaq istəyən İngiltərə klubu “Yuventus”un bütün şərtlərini qəbul edəcək.

    Qeyd edək ki, ötən mövsüm “Çelsi” forması ilə meydana çıxan Ceydon Sanço 41 oyunda beş qol vurub və 10 məhsuldar ötürmə edib.

  • Приостановлено газоснабжение в центре города Сальян

    Приостановлено газоснабжение в центре города Сальян (всего 6 000 абонентов).

    Об этом сообщили в производственном объединении “Азеригаз” Государственной нефтяной компании Азербайджана (SOCAR).

  • Salyan şəhər mərkəzində qaz təchizatı dayandırıldı

    Salyan şəhər mərkəzinin təbii qaz təchizatı dayandırılıb.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, “Salyan daxili” QTM-dən qidalanan şəhər mərkəzini təbii qazla təmin edən 160 mm-lik PE yeraltı orta təzyiqli qaz kəmərini kanalizasiya xətti çəkən podratçı şirkətə məxsus texnika tərəfindən qazıntı işləri aparan zaman zədələnməsi nəticəsində 17.07.2025-ci il saat 10:15-dən etibarən təmir işləri başa çatanadək Salyan şəhər mərkəzinin (ümumi 6 000 abonent) qaz təchizatı daxildən dayandırılıb.

  • В Азербайджане начался выбор школ в первый класс русского сектора

    В Азербайджане начался свободный выбор школ и учителей при приеме детей в первые классы русского сектора общеобразовательных учреждений.

    Об этом сообщили в Государственном агентстве дошкольного и общего образования.

    17 июля с 11:00 в общеобразовательных учреждениях Абшеронского района, Баку, Сумгайыта и Гянджи отменена система приоритетного выбора в русский сектор. С этой даты граждане смогут свободно выбирать школу и учителя.

    Выбор осуществляется через портал mektebeqebul.edu.az.

  • Rus bölməsi üzrə birinci sinfə məktəb seçiminə başlanılıb

    Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların birinci sinfə qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

    Bildirilib ki, iyulun 17-si saat 11:00-dan etibarən Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki ümumi təhsil müəssisələrində rus bölməsi üzrə prioritetlə seçim sistemi ləğv olunub.

    Bu tarixdən etibarən vətəndaşlar məktəb və müəllim seçimini sərbəst şəkildə həyata keçirə biləcəklər.

    Qeyd edək ki, seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

  • Ильхам Алиев и Гурбангулы Бердымухамедов осмотрели разрушенные места города Физули – ФОТО

    17 июля Президент Азербайджанской Республики Ильхам Алиев и председатель Халк Маслахаты Туркменистана Гурбангулы Бердымухамедов осмотрели разрушенные места города Физули.

    Как сообщает АЗЕРТАДЖ, Гурбангулы Бердымухамедов ознакомился с Генеральным планом города.

    Специальный представитель Президента Азербайджанской Республики в Агдамском, Физулинском и Ходжавендском районах Эмин Гусейнов проинформировал Гурбангулы Бердымухамедова о разрушениях, актах вандализма, совершенных на территории Физулинского района в период 30-летней армянской оккупации, а также о проводимой и предстоящей работе в соответствии с Генеральным планом города.

    Высокий гость был проинформирован о том, что некогда густонаселенный и процветающий город Физули был полностью разграблен и опустошен во время армянской оккупации. После освобождения наших земель от оккупации в короткие сроки был подготовлен Генеральный план города Физули. Он был утвержден Президентом Ильхамом Алиевым и представлен общественности в 2021 году. Обладающий большим транспортно-логистическим потенциалом Физули расположен на пересечении основных транспортных артерий Карабахского и Восточно-Зангезурского экономических районов. Общая площадь города Физули составляет около 1942 гектаров.

    Согласно Генплану, к 2040 году в городе планируется проживание 50 тыс. человек. В Физули будет создан Физулинский мемориальный комплекс, в который войдут музеи Оккупации и Победы, здесь построен Центр творчества имени Курмангазы, строится городская больница, будет разбит городской парк, планируется проведение широкомасштабных работ по благоустройству и озеленению. В соответствии с Генпланом, объекты социальной инфраструктуры, такие как детские сады и школы, будут расположены на расстоянии 300 и 500 метров соответственно. В результате проделанной работы город Физули, который будет построен в оригинальном стиле в соответствии с современными архитектурными стандартами, станет одним из крупнейших городов на освобожденных территориях. Здесь будет применена концепция “Умный город”. Административный центр города Физули, который охватит площадь более 12 гектаров, будет разделен на 3 части.






  • İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar – FOTO

    İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq şəhərin Baş planı ilə tanış olub.

    Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Qurbanqulu Berdiməhəmmədova 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində törədilən dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verib.

    Vaxtilə sıx məskunlaşmış və çiçəklənən Füzuli şəhəri erməni işğalı zamanı tamamilə talan edilərək, viran qoyulub. Torpaqlarımız işğaldan azad ediləndən sonra qısa müddətdə Füzuli şəhərinin Baş Planı hazırlanıb, Prezident İlham Əliyev tərəfindən təsdiqlənib və 2021-ci ildə ictimaiyyətə təqdim edilib. Böyük nəqliyyat-logistika potensialına malik olan Füzuli Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əsas nəqliyyat arteriyalarının kəsişməsində yerləşir. Füzuli şəhərinin ümumi sahəsi təxminən 1942 hektardır. Baş plana əsasən, 2040-cı ilə qədər şəhərdə 50 min nəfərin yaşaması nəzərdə tutulur. Füzulidə İşğal və Zəfər muzeylərini əhatə edəcək Füzuli Memorial Kompleksi yaradılacaq, Kurmanqazı adına Yaradıcılıq Mərkəzi inşa olunub, şəhər xəstəxanası tikilir, Şəhər Parkı salınacaq, genişmiqyaslı abadlıq-quruculuq və yaşıllıq işləri həyata keçiriləcək. Baş plana əsasən, uşaq bağçaları və məktəblər kimi sosial infrastruktur obyektləri müvafiq olaraq 300 və 500 metrlik məsafədə yerləşəcək. Görüləcək işlər nəticəsində müasir standartlara və memarlıq özəlliklərinə uyğun inşa olunacaq Füzuli şəhəri azad edilmiş ərazilərdə iri şəhərlərdən birinə çevriləcək. Burada “ağıllı şəhər” konsepsiyası tətbiq olunacaq. Füzuli şəhərinin 12 hektardan çox olan ərazini əhatə edəcək inzibati mərkəzi isə 3 hissəyə bölünəcək.






  • 25 günlük körpə öldü

    İsmayıllıda yeni doğulmuş körpə vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 25 gün əvvəl Bakıda xəstəxanaların birində qeysəriyyə yolu ilə dünyaya gələn oğlan uşağı qəfil ölüb.
    O, yaxınları tərəfindən yaşadığı Qaraqaya kəndində evdə ölü aşkarlanıb.
    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan XİN İraqa başsağlığı verdi

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqa başsağlığı verib.

    Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
    “İraqın Kut şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə və yaxınlarına, dost İraq hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralanan şəxslərə isə tezliklə sağalmağı arzulayırıq”, – deyə paylaşımda qeyd edilib.
    Qeyd edək ki, İraqın Kut şəhərində ticarət mərkəzində baş verən güclü yanğında 50 nəfər həlak olub, üçgünlük matəm elan edilib.