Month: July 2025

  • Azərbaycan və Qazaxıstan xüsusi təyinatlıları döyüş təcrübəsini müzakirə ediblər

    Azərbaycan və Qazaxıstan respublikaları müdafiə nazirliklərinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndə heyəti arasında döyüş təcrübəsi mübadiləsi məqsədilə görüş keçirilib.

    Müdafiə Nazirliyindən verilən xəbərə görə, ölkəmizdə keçirilən görüşdə şərti düşmənlə əməliyyatlara cəlb olunmuş bölmələrin silah-sursatı, təchizatı, təşkilatlanması, bölmələrin tətbiq qaydaları və onların təkmilləşdirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.
    Görüş çərçivəsində qonaqlar Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb.
    Sonra Ümumqoşun Təlim Meydanında qeyd olunmuş mövzu üzrə nümayiş məşqində silah və təchizatın döyüş tətbiqi, bölmələrin taktiki fəaliyyətləri izlənilib.
    Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb

    Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürüldü.

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
    İyulun 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tüfəng aşkar edərək götürüblər.

  • Tramp: ABŞ neftin dünya bazarında ucuzlaşmasına çalışır

    ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton administrasiyası dünya bazarlarında neftin qiymətinin aşağı salınmasına çalışır.

    APA xəbər verir ki, bu barədə o, Ağ Evdə Bəhreynin Baş naziri Salman bin Həməd bin İsa Al Xəlifə ilə görüşündə danışıb.
    “Bu gün neftin bir barelinin qiyməti 64 dollar olub. Bu əladır. Əslində bu, müharibələrin qarşısını almağa kömək edəcək. Ümid edirik ki, qiymətin bir qədər də aşağı düşməsinə nail olacağıq”, – deyə Tramp əlavə edib.

  • İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqları bərpa etmək istəyir

    İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqları bərpa etmək istəyir.

    Report xəbər verir ki, bunu Ağ Evdə ABŞ prezidenti Donald Tramp Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə görüşündə deyib.
    Onun sözlərinə görə, Vaşinqton İranla danışıqlara hazırdır:

    “Biz tələsmirik, çünki razılaşma əldə oluna biləcəyi barədə bəyanat vermişdik. Razılaşmalı idilər, sonra biz onları bir neçə ərazisini bombaladıq. Bütün hallarda onlar danışıqlar aparmaq istəyirlərsə, biz onlara hazırıq”.
    Dövlət Departamentinin sözçüsü Temmi Bryus bildirib ki, ABŞ İranın nüvə proqramı üzrə danışıqların bərpası təşəbbüsünün Tehrandan gəlməsini gözləyir.

    “Top onların meydançasındadır və o (ABŞ prezidenti Donald Tramp – red) onlardan (İran -red) danışıqlara başlamalarını gözləyir, çünki bu, onların maraqlarına uyğundur”.
     
    Axios çərşənbə axşamı mənbələrə istinadən xəbər verir ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Tehran sərt sanksiyalarla üzləşəcək.

  • Komitədən hamilə olan 14 yaşlı qızla bağlı AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, Azərbaycanda 14 yaşlı qız hamilədir.
     
    Hadisə Kürdəmir rayonunda baş verib.
     
    Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə “Rövşanə ilə gündəm” verilişində bildirib ki, anası yüngül həyat tərzi keçirən 14 yaşlı qızın övladını dünyaya gətirməsinə sayılı günlər qalıb. Qız məktəbə getmir və oxuma-yazma bacarığı yoxdur.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu açıqlamasında bildirib ki, məsələyə diqqət yetirilib və hamilə olan yeniyetmə Kəmalə Ağazadənin sığınacağına yerləşdirilib:

    “Yeniyetmənin ailəsi məsələyə göz yumduğu üçün məsuliyyətə cəlb olunacaq. Hazırda qıza psixoloji yardım göstərilir və nəzarət altındadır. Məsələ ilə bağlı araşdırmalar davam edir”. (Musavat.com)

  • Dünyada şöhrət qazanmış falçı saxlanıldı

    Türkiyədə və dünyada şöhrət qazanmış falçı saxlanılıb, əmlakına həbs qoyulub.
     
    Median.Az xəbər verir ki, “Faladdin” və “Binnaz Abla” tətbiqləri vasitəsilə falçılıq, astrologiya, spiritizm kimi müxtəlif sahələrdə xidmətlər göstərən falçı Sertaç Taşdelen saxlanılıb.
     
    İstanbul Baş Prokurorluğu bildirib ki, “Faladdin” və “Binnaz Abla” tətbiqləri barəsində cinayət işi açılıb.
     
    İstanbul Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları sözügedən proqramlarla bağlı internet saytları vasitəsilə əldə edilən qanunsuz gəlirləri aşkarlayıb.
     
    Araşdırmalar zamanı müxtəlif üsullarla 677 saylı qanun pozuntusu müəyyən edilib.
     
    Şirkətin qurucusu və əməkdaşları “cinayət yolu ilə əldə edilmiş əmlakı yumaqda” və “cinayət törətmək məqsədilə təşkilat yaratmaq və onu idarə etməkdə” ittiham edilirlər.
     
    Şübhəlinin ünvanında aparılan axtarışlar zamanı 1 mobil telefon, 1 SİM kart, 1 planşet, 7 kompüter, 1 hard-disk, 1 USB disk və 1 yaddaş kartı aşkar edilib.
     
    Bundan əlavə, dəyəri təxminən 107,5 milyon türk lirəsi olan iki nəqliyyat vasitəsi, iki gəmi və şirkətə məxsus 2 əmlak müsadirə edilib.
     
    Qeyd edək ki, sözügedən baxıcılıq proqramları nəinki Türkiyədə, Azərbaycanda və dünyanın başqa ölkələrində də populyarlıq qazanıb.(Qafqazinfo)

  • Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarıldı

    Azərbaycanlı pop-MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından məhrum edilib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, o, ölkənin siyasi və ictimai sabitliyinə mənfi təsir göstərən hərəkətlər edib. Bu, Rzayevin vətəndaşlıqdan məhrum edilməsinə səbəb olub.

    Rzayev rusiyalı Artur Kulinskini milli mənsubiyyətinə görə təhqir edərək onu “rus donuzu” adlandırıb. Rzayev daha sonra Kulinskidən üzr istəyib.

  • FHN Laçındakı yanğınla bağlı məlumat yaydı

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən məlumat verilib.
    Bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

  • Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər

    İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

    Yevlax şəhərinin və rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
    Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus diametri 1 220 millimetr olan “Qazıməmməd-Qazax II xətti” yüksəktəzyiqli magistral qaz kəməri ilə “Yevlax-1 QPS qol qaz kəməri”nin əlaqələndirilməsi məqsədilə çəkilmiş yeni yüksəktəzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi işləri aparılacaq.
    Bununla bağlı sabah saat 08:00-dan etibarən işlər başa çatanadək “Yevlax” QPS-dən qidalanan “Yevlax 1-ci xətt” ölçü qovşağından qaz verilişinin dayandırılması planlaşdırılır.
    Təmir işləri müddətində Yevlax şəhərinin bir hissəsi, 77 sənaye müəssisəsi, İrəvanlı qəsəbəsi, 210 saylı yeni yaşayış massivi, 31-ci və 32-ci məhəllə də daxil olmaqla, ümumilikdə 7 490 abonentin qaz təchizatında məhdudiyyətlər olacaq.
    Qurumdan qeyd olunub ki, işlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.