Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.
Median.Az bu barədə “Mash” teleqram kanalına istinadən xəbər verir.
Atışma Mahaçqalanın Daniyalov küçəsində baş verib. Hücum anı həyət kameralarına düşüb. Kadrlarda iki naməlum maskalı şəxsin arxadan idmançıya tərəf qaçaraq azı beş dəfə atəş açması görünür.
Bundan sonra hücum edənlər ağ rəngli “Priora”da qaçıblar.
Yaralının vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur. İlkin məlumata görə, onun çiyin, bilək və döş qəfəsində beşə yaxın yara var.
Бразилия, Китай и Индия рискуют столкнуться со вторичными санкциями, если не прекратят торговлю с Россией.
Как передает Median.Az со ссылкой на Reuters, об этом заявил генеральный секретарь НАТО Марк Рютте.
“Я призываю эти три страны, особенно если вы сейчас живете в Пекине или Дели или являетесь президентом Бразилии, обратить на это внимание, поскольку это может очень сильно ударить по вам”, — сказал Рютте.
Генсек НАТО также подчеркнул, что Европа приложит все усилия, выделив необходимые средства, чтобы обеспечить Украине наилучшую позицию на мирных переговорах.
Ранее президент США Дональд Трамп пообещал ввести 100-процентные пошлины против России и ее торговых партнеров, если мирное соглашение по Украине не удастся достигнуть за 50 дней.
Braziliya, Çin və Hindistan Rusiya ilə ticarəti dayandırmasalar, ikinci dərəcəli sanksiyalarla üzləşə bilərlər.
Median.Az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rutte bildirib.
“Mən bu üç ölkəni, xüsusən də əgər siz hazırda Pekində və ya Dehlidə yaşayırsınızsa və ya Braziliya Prezidentisinizsə, buna diqqət yetirməyə çağırıram, çünki bu, sizə çox ağır zərbə vura bilər”, – Rutte deyib.
Baş katib onu da vurğulayıb ki, Avropa Ukraynanın sülh danışıqlarında mümkün olan ən yaxşı mövqeyə sahib olması üçün lazımi vəsait ayıracaq.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp 50 gün ərzində Ukrayna ilə bağlı sülh razılaşmasının əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına 100 faizlik gömrük rüsumları tətbiq edəcəyini demişdi.
İsrail hökumətinin başçısı Binyamin Netanyahu Suriyanın Əs-Süveyda bölgəsində və cənub-qərbində vəziyyətin gərginləşməsi fonunda İsraildən olan druzlara müraciət edib.
Netanyahu bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Əziz həmvətən druzlar, İsrail vətəndaşları, Suriyanın cənub-qərbindəki Əs-Süveydada vəziyyət çox ciddidir. İsrail Müdafiə Qüvvələri, Hərbi Hava Qüvvələri fəaliyyət göstərir, digər qüvvələr də cəlb olunub. Biz druz qardaşlarımızı xilas etmək və quldur rejim dəstələrini məhv etmək üçün çalışırıq”, – Netanyahu qeyd edib.
O, hazırkı şəraitdə Suriya ilə sərhədi keçməyin son dərəcə təhlükəli olduğunu vurğulayıb: “Siz həyatınızı riskə atırsınız. Buna görə də sizdən xahiş edirəm, evlərinizə qayıdın, İsrail Müdafiə Qüvvələrinin fəaliyyət göstərməsinə imkan verin”.
Bakıda kişi arvadına vurduğu bir şilləyə görə cərimələnib.
Hadisə paytaxtın Sabunçu qəsəbəsində baş verib. Sabunçu rayon sakini Elşad Məmmədov (soyad şərtidir) həyat yoldaşı ilə mütəmadi mübahisə edirmiş. İçki düşkünü olan Elşad hər dəfə evdə müəyyən mübahisələr yaradıb.
Bir müddət əvvəl Elşad yenidən evdə mübahisə edib və arvadını ona cavab qaytardığı üçün döyüb. Həyat yoldaşı isə bu barədə polisə məlumat verib.
Fakt üzrə cinayət işi başlanıb və iş məhkəməyə gedib.
Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə kişi həyat yoldaşından üzr istədiyi üçün cinayət işinə xitam verilib.
Amma mübahisə bununla yekunlaşmayıb. Bir neçə gün əvvəl Elşad yenidən sərxoş vəziyyətdə evə gələrək həyat yoldaşından yemək istəyib. Qadın ona yemək verməkdən imtina edib və yenidən cütlük arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Elşad həyat yoldaşına bir şillə vurub evdən çıxıb.
Qadın bir gün gözləsə də, kişi ondan etdiyi hərəkətə görə üzr istəməyib. Yekunda o bu barədə polisə məlumat verib və fakta görə yenidən cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə E.Məmmədova 1500 manat cərimə cəzası təyin edilib. //oxu.az
“Seysmik baxımdan aktiv olan ərazilərdə müəyyən vaxtlarda hiss olunan və hiss olunmayan zəlzələlər baş verə bilər. Lakin bunu öncədən proqnozlaşdırmaq mümkün deyil”.
Bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) şöbə müdiri Vüsalə Rafiqqızı bildirib.
O qeyd edib ki, 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra müxtəlif iddialar səsləndirilmişdi. Belə ki, həmin vaxt açıqlamalar verilirdi ki, İstanbulda daha böyük zəlzələ olacaq, amma belə bir şey baş vermədi.
“Əgər ərazi seysmikdirsə, zəlzələ ola bilər. Bu, hiss olunan da ola bilər, olunmayan da. Bu, sırf həmin ərazinin geoloji xarakteristikasına bağlı bir məsələdir”, – deyə o bildirib.
Vüsalə Rafiqqızı əlavə edib ki, ötən il bəzi şəxslər – istər tədqiqatçılar, istərsə də qeyri-peşəkar şəxslər – 2024-cü ilin dünyada seysmik baxımdan ən aktiv illərdən biri olacağını iddia edirdilər:
“Lakin bizim mərkəzdə aparılan tədqiqatların nəticəsinə əsasən deyə bilərik ki, 2024-cü il Azərbaycanda seysmik baxımdan ən zəif illərdən biri oldu”.
Onun sözlərinə görə, RSXM tərəfindən bu ilin ilk 6 ayı ərzində dünya üzrə 6 minə yaxın zəlzələ qeydə alınıb ki, bunlardan 3 minə yaxını Azərbaycan və ona bitişik ərazilərdə baş verib:
“Bu 3 min zəlzələnin cəmi 60-ı 3 və daha yüksək maqnitudada olub. Azərbaycan ərazisində isə bu müddət ərzində sadəcə 4 zəlzələ 4 bal gücündə qeydə alınıb”.
RSXM-in şöbə müdiri sonda bir daha vurğulayıb ki, seysmik aktivlik barədə dəqiq proqnoz vermək mümkün deyil və bu sahədə yayılan məlumatlara ehtiyatla yanaşmaq vacibdir.
Siyəzən rayon sakini Mabəddin Qabil oğlu Zeynalov atasının Mərkəzi Klinikada icra edilən əməliyyatdan bir neçə gün sonra öldüyünü bildirib.
Median.Az xəbər verir ki, “Unikal”a müraciət edən M.Zeynalov qeyd edib ki, atası Qabil Mabəddin oğlu Zeynalov ürəyin işemik xəstəliyindən əziyyət çəkib:
“18 aprel 2025‐ci il tarixdə atamın səhhətinin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına müraciət etdik. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyuldu. Təcili yardımın köməyi ilə atam Bakı şəhərində yerləşən Mərkəzi Klinikaya təxliyə edildi. Mərkəzi Klinikanın həkim‐kardioloqu Firdovsi İbrahimov atamı müayinə etdikdən sonra, onda ürək damarının tutulmasını aşkar edib. Ürəyinin damarına angioplastika üsulu ilə stent yerləşdirib.
Firdovsi İbrahimov bildirdi ki, atam əməliyyatdan bir həftə sonra, yəni 26 aprel 2025‐ci il tarixdə təkrar tibbi müayinədən keçməlidir.
Həmin tarixdə atamı Mərkəzi Klinikaya Firdovsi həkimin baxışından keçməsi və növbəti müayinə üçün apardıq. Lakin Firdovsi İbrahimov öz xəstəsinə yardım göstərməkdən imtina etdi. Ertəsi gün isə atam dünyasını dəyişdi”, – deyə şikayətçi qeyd edib.
Prezident İlham Əliyev 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edib.
Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə adi ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 %-dən çox olmamalıdır. Digər ərazilərdə bu göstərici 85 %-dir.
Bundan başqa, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 75 %-dən çox olmamalıdır. Digər ərazilərdə bu göstərici 70 %-dir.