Month: July 2025

  • İranda Sepahın briqada generalı ölüb

    İran İslam İnqilabı Keşikçiləri Qvardiyası (Sepah) “Bəsici” qüvvələrinin keçmiş komandanı general Qolamhüseyn Qaibpərvar gözlənilmədən ölüb.

    Bu barədə İranın rəsmi KİV-i məlumat yayıb.

    Bildirilib ki, Sepah generalın ölüm faktını təsdiqləyib.

    Məlumata görə, o, İran-İraq müharibəsi zamanı kimyəvi silahdan zəhərlənibmiş. Onun ölümünə səbəb də bu hadisə göstərilir.

    İnformasiyaya əsasən, o, incəsənət, mədəniyyət, ictimai fəaliyyətlə məşğul olan görkəmli şəxsiyyətlərə, konsertlərin keçirilməsinə və hökumət tənqidçilərinin çıxışlarına qarşı dəfələrlə təzyiq edib. Qaibpərvar İrandakı etirazçıları “terrorçu” adlandırıb və onların yatırılmasını müdafiə edib. O, “Sepah”ın vətəndaş cəmiyyətinə və etirazçıların tələblərinə qarşı qəddar münasibətin simvollarından sayılırdı.

    Qulamhüseyn Qaibpərvarın əsl adı Şəhram Qaybparvardır, 1962-ci ildə Şirazda anadan olub. İslam İnqilabı Keşikçiləri Qvardiyasının briqada generalı olub. “İmam Əli” qərargahında Qvardiyanın baş komandanının müavini vəzifəsində xidmət edib.

  • Завтра ожидается 40 градусов жары

    17 июля в Баку и на Абшеронском полуострове преимущественно будет без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, северо-западный ветер во второй половине дня временами будет усиливаться.

    Температура воздуха ночью составит 21-26°, днем 33-37° тепла. Атмосферное давление будет ниже нормы – 753 мм ртутного столба, относительная влажность ночью 60-70%, днем 35-40%.

    В районах Азербайджана преимущественно без осадков. Однако днем в некоторых горных и предгорных районах возможен кратковременный ливневый дождь, грозы, град. Местами возможен туман. Восточный ветер в некоторых местах временами усилится.

    Температура воздуха ночью 22-27°, днем 36-40° тепла, в горах ночью 15-20°, днем 28-32° тепла.

  • Sabah 40 dərəcə isti olacaq, arabir güclü külək əsəcək

    Bakıda və Abşeron yarımadasında iyulun 17-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 35-40 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-32° isti olacaq.

  • Суд Екатеринбурга продлил меру пресечения в СИЗО шестерым уроженцам Азербайджана

    Верх-Исетский районный суд Екатеринбурга продлил меру пресечения в СИЗО уроженцам Азербайджана — пятерым братьям Сафаровым и Ахлиману Гянджиеву, которых обвиняют якобы в убийстве прошлых лет.

    Об этом сообщают российские СМИ со ссылкой на объединенную пресс-службу судов.

    “Рассмотрев материалы, суд удовлетворил ходатайства следователя и продлил обвиняемым срок содержания под стражей по 19 октября 2025 года”, – пояснили в инстанции.

    Напомним, что утром 27 июня ФСБ России совершила налет на дома азербайджанцев в Екатеринбурге. В ходе рейда были убиты два человека, еще несколько получили травмы. Убитые азербайджанцы – братья известного журналиста Сейфаддина Гусейнли. Они были похоронены 1 июля в Агджабеди.

    МИД Азербайджана неоднократно выступал с заявлениями, в которых требовал от российской стороны провести прозрачное расследование и привлечь к ответственности виновников этого недопустимого акта насилия. В связи с данным инцидентом в МИД Азербайджана вызывались временный поверенный в делах России, а также посол РФ в Баку, им был выражен резкий протест в связи со случившимся. Кроме этого, Генпрокуратура Азербайджана возбудила уголовное дело по семи статьям, в том числе убийство, совершенное с особой жестокостью или общеопасным способом; убийство двух или более лиц; превышение должностных полномочий, повлекшее тяжкие последствия и др. Ведение предварительного следствия поручено Следственному управлению Генпрокуратуры Азербайджана. Кроме этого, создана следственная группа, проводятся активные следственные действия.

  • Yekaterinburq məhkəməsi azərbaycanəsilli altı nəfərin həbs müddətini uzadıb

    Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi ötən illərdə törədilmiş qətldə ittiham olunan azərbaycanəsilli şəxslərin – Səfərov qardaşları (5 nəfər) və Əhliman Gənciyevin istintaq təcridxanasında həbs müddətini uzadıb.

    Bu barədə Rusiya KİV-i məhkəmələrin birləşmiş mətbuat xidmətinə istinadən məlumat yayıb.

    “Materialları nəzərdən keçirən məhkəmə müstəntiqin vəsatətlərini təmin edib və təqsirləndirilən şəxslərin həbs müddətini 19 oktyabr 2025-ci il tarixinədək uzadıb”, – məlumatda bildirilib.

    Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər xəsarət alıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.

    Azərbaycan XİN dəfələrlə bəyanatlarla çıxış edərək Rusiya tərəfindən şəffaf araşdırmanın aparılmasını və bu yolverilməz zorakılıq aktının günahkarlarının məsuliyyətə cəlb edilməsini tələb edib. Bu hadisə ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkili, eləcə də Bakıdakı səfiri Azərbaycan XİN-ə çağırılıb, baş verənlərlə bağlı onlara kəskin etiraz bildirilib.

    Bundan əlavə, Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 7 maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə, vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda və s.) ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub, cinayət işi üzrə istintaqa qrupu yaradılmaqla aktiv istintaq tədbirləri icra edilir.

  • Kəmaləddin Heydərov Gədəbəydə vətəndaşları qəbul edəcək

    Kəmaləddin Heydərov Gədəbəydə vətəndaşları qəbul edəcək.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 18 iyul 2025-ci il tarixdə Gədəbəy şəhərində, Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Gədəbəy və Şəmkir rayonları sakinlərinin qəbulu keçiriləcək.

    Qəbula gələn vətəndaşların qeydiyyatı 17 iyul 2025-ci il tarixdə Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq

    Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

  • В Хачмазе перезахоронят останки шехида Первой Карабахской войны – ФОТО

    В Хачмазском районе похоронят шехида Первой Карабахской войны Мазахира Халыг оглу Керимова, считавшегося пропавшим без вести.

    Об этом сообщает Median.Az со ссылкой на Государственную комиссию по делам военнопленных, заложников и пропавших без вести граждан.

    Останки военнослужащего будут перезахоронены 18 июля на кладбище села Уста Джалилли.

  • I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq – FOTO

    Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq.

    Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

    İtkin-şəhid hərbçi Məzahir Kərimov Xalıq oğludur.

    Onun nəşinin qalıqları iyulun 18-i saat 13.00-da Xaçmaz rayonu Usta Cəlili kənd qəbiristanlığında dəfn olunacaq.

  • Азербайджан в июне продвинулся в мировом рейтинге по средней скорости широкополосного интернета

    В июне текущего года Азербайджан поднялся на 4 позиции по сравнению с маем по средней скорости фиксированного широкополосного интернета (81,36 Мбит/с) и занял 83-е место среди 152 стран.

    Как сообщает Report со ссылкой на Speedtest Global Index, по сравнению с показателем прошлого года (39,87 Мбит/с) средняя скорость фиксированного широкополосного интернета в стране увеличилась вдвое.

    Первое место по скорости широкополосного интернета в июне занял Сингапур (393,15 Мбит/с), последнее – Сирия (3,19 Мбит/с).

    В отчетный месяц Баку занял 115 место среди 196 городов по скорости фиксированного широкополосного интернета (78,78 Мбит/с), сохранив позицию предыдущего месяца.

    Лион (347,52 Мбит/с) возглавил рейтинг городов по скорости фиксированного широкополосного интернета. Алеппо (2,55 Мбит/с) оказался на последнем месте.

    Баку занял 87 место среди 150 городов по скорости мобильного интернета (88,2 Мбит/с), опустившись на 3 позиции по сравнению с предыдущим месяцем.

    Первое место среди городов по скорости мобильного интернета занял Аль-Райян – 561,48 Мбит/с, а последнее место Ла-Пас (Боливия) – 10,76 Мбит/с.

  • Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

    Bu ilin iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (81,36 MB/S) görə may ayına nisbətən 4 pillə irəliləyərək 152 ölkə arasında 83-cü olub.

    “Report” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (39,87 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 2 dəfə artıb.

    Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (393,15 MB/S), axırıncı yeri isə Suriya (3,19 MB/S) tutub.

    Azərbaycan iyunda mobil internetin sürətinə görə isə may ayına nisbətən 2 pillə irəliləyərək 72,52 MB/S sürətlə 103 ölkə arasında 55-ci olub.

    Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (546,14 MB/S), sonuncu yeri isə Boliviya (13,92 MB/S) tutub.

    Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən sabit qalaraq 196 şəhər arasında 78,78 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb.

    Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Lion (347,52 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,55 MB/S) qərarlaşıb.

    Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 3 pillə geriləyərək 88,2 MB/S sürətlə 150 şəhər arasında 87-ci olub.

    Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (561,48 MB/S), sonuncu yeri La Paz (Boliviya) (10,76 MB/S) tutub.