Month: July 2025

  • Трамп допустил, что может подписать указ о переименовании футбола в США

    Президент США Дональд Трамп может подписать указ о замене слова, используемого в стране для обозначения футбола.

    Об этом он заявил в интервью телеканалу DAZN.

    В большинстве англоязычных стран футбол обозначается словом football. В США официальное название вида спорта на английском – soccer.

    “Я думаю, мы можем сделать это”, – ответил Трамп на вопрос о возможности указа о переименовании вида спорта.

  • Tramp futbolun adını dəyişə bilər

    ABŞ prezidenti Donald Tramp ölkədə futbolu ifadə etmək üçün istifadə olunan sözü dəyişdirmək haqqında fərman imzalaya bilər.

    O, bu barədə DAZN telekanalına müsahibəsində bildirib.

    Əksər ingilisdilli ölkələrdə futbol “football” sözü ilə ifadə olunur. ABŞ-da isə bu idman növünün ingilis dilində rəsmi adı “soccer”dir.

    “Düşünürəm ki, biz bunu edə bilərik”, – deyə Tramp idman növünün adının dəyişdirilməsi ilə bağlı fərman imzalanması imkanı barədə suala cavab verib.

  • Bakıda növbəti yol qəzası: Bu dəfə Zabrat yolunda – VİDEO

    Zabrat qəsəbəsinə gedən yolda qəza baş verib.

    Avtoqəzada “Toyota Aqua” markalı maşın “Mitsubişi Airtrek” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Qəza zamanı “Toyota Aqua”nın ön hissəsi tamamilə yararsız hala düşüb. Əraziyə cəlb olunan təcili tibbi yardım briqadası xəsarət alan şəxsə yerində ilkin müdaxilə göstərib. Ölən və ağır yaralanan yoxdur//YeniSabah

  • Dövlətə məxsus retro avtomobillər özəlləşdirildi – SİYAHI

    Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 11 iyul 2025-ci il tarixində keçirilən hərracda dövlət mülkiyyətinə keçmiş nəqliyyat vasitələrinin satışı baş tutub.

    Hərracda 54 ədəd avtomobil 92 625 manata satışa çıxarılıb və elə həmin qiymətə satılıb. Avtomobilin ümumi dəyəri 123 500 manat olsa da, satış qiyməti start qiyməti daha aşağı olub. Hərracda təqdim olunan nəqliyyat vasitələrinin əksəriyyəti sovet və postsovet dövrünün modellərindən ibarət olub. Siyahıya “ZİL-130”, “GAZ-53”, “GAZ-2705”, “UAZ 469”, “Lada 2106”, “Lada 2107”, “Lada Vega”, “Kraz”, “Ural” və digər yük və minik avtomobilləri daxil edilib. Əmlaklar əsasən Nizami rayonu ərazisində yerləşən Hərracların Təşkili Mərkəzinin təyin etdiyi saxlanc yerindən satışa çıxarılıb. Rənglərə görə də müxtəliflik müşahidə olunub – ağ, qara, göy, yaşıl və digər rənglərdə avtomobillər hərraca təqdim olunub.

    11 iyul 2025-ci il tarixində saat 11:00-da keçirilən hərracda satılan dövlət mülkiyyətinə keçən əmlakların siyahısı.

  • Çimərliklərə gedişlə bağlı YENİLİK: İstiqamət belə ola bilər

    Yay aylarında şəxsi avtomobillərlə çimərliklərə kütləvi axın həm tıxaclara, həm də ekoloji problemlərə yol açır. Təklif edilir ki, bunun qarşısını almaq üçün həftəsonları “Azadlıq”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər” kimi metro stansiyalarından Novxanı, Sumqayıt, Nardaran, Zağulba, Kürdəxanı, Buzovna çimərlik zonalarına xüsusi avtobus marşrutları açılsın. Bildirilir ki, bu, həm ictimai nəqliyyatın əlçatanlığını artırar, həm də yolların yüklənməsinin qarşısını alar. Bəziləri isə ümumiyyətlə, çimərliklərə şəxsi maşınla getməyin qadağan edilməsini təklif edir.

    Həftəsonları plyajlara şəxsi maşınla getməyin qarşını necə almaq olar?

    Median.Az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli deyib ki, insanların şəxsi avtomobildən istifadəsinə birbaşa qadağa qoymaq hüquqi baxımdan mümkün deyil:

    “Problemi yumşaltmaq üçün müxtəlif yollar düşünmək mümkündür. Məsələn, ictimai nəqliyyatı səfərbər edib plyajlara marşrut avtobusları təyin etmək olar. Yəni metro stansiyalarından – məsələn, “Azadlıq”, “Gənclik”, “Qara Qarayev”, “Koroğlu” və “Neftçilər”dən sözügedən istiqamətə müntəzəm avtobus reysləri təşkil olunarsa, bu, şəxsi nəqliyyat vasitələrinin sayının azalmasına səbəb ola bilər”.

    Ekspert əlavə edib ki, bəzi hallarda yol nişanları vasitəsilə məhdudiyyətlərin tətbiqi mümkündür:

    “Bəzi küçə və yolların girişində məlum saatlarda yük avtomobilləri üçün qadağa nişanları qoyulur. Eyni qayda ilə müəyyən ərazilərə şəxsi minik avtomobillərinin daxil olması da məhdudlaşdırıla bilər. Lakin bu məsələlər hüquqi müstəvidə və Dövlət Yol Polisi tərəfindən araşdırılmalıdır. İnzibati qadağalarla yox, rahat ictimai nəqliyyat və məlumatlandırma yolu ilə problemi tənzimləmək daha məqsədəuyğundur”.

  • Bakıda evdən 30 min dollar və 12 min manat oğurlanıb

    Paytaxtın Nizami rayonunda evlərin birindən oğurluq edilib.

    Median.az DİN-ə istinadən xəbər verir ki, rayonun Q.Qarayev prospektində yerləşən evdən 30 000 dollar və 12 000 manat oğurlanması barədə zərərçəkən şəxs polisə müraciət edib. Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Əsgəran postunda istehlaka yararsız heyvan cəmdəyi aşkarlandı – FOTO

    Əsgəran postunda istehlaka yararsız iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Qeyd olunub ki, AQTA və DİN-in Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Əsgəran postunda Xaspoladzadə Şəmsi Rafayıl oğluna məxsus 90 HV 895 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobildə təxmini çəkisi 120 kq iribuynuzlu heyvan cəmdəyi aşkarlayıb.

    Baxış zamanı ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, orqanoleptik göstəricilərinə görə ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, həmçinin antisanitar şəraitdə daşındığı müəyyən edilib.

    Həmin şəxs izahatında ətin Laçın rayonunun Narışlar kəndində Abbasov Rizvan Əvəz oğlu tərəfindən kəsildiyini və onun sifarişi ilə Ağcabədi rayonuna apardığını bildirib.

    Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub və istehlaka yararsız ət soyuducu anbarda saxlanca yerləşdirilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Köməksiz vəziyyətdə qalan yaşlı qadını xilas etdilər – VİDEO

    Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsində yerləşən mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Bununla bağlı FHN məlumat yayıb.

    Məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

    Xilasedicilər onyeddimərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən mənzilə alpinist ləvazimatlarından istifadə etməklə eyvandan daxil olaraq 1956-cı il təvəllüdlü vətəndaşı xilas edərək ailə üzvlərinə təhvil veriblər.

  • Arvadını pəncərədən ataraq öldürən şəxsə – 16 il 6 ay

    Sumqayıt Apellyasiya Məhkəməsində Abşeronda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Hüseyn Kazımovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

    Median.Az “Pravda.az”a istinadən xəbər verir ki, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

    Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Kazımov 16 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

    Qeyd edək ki, Abşeron Rayon Prokurorluğunun yaydığı məlumata görə, ötən il iyulun 23-ü saat 07 radələrində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində çoxmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 2002-ci təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.

    Xəstəxanaya yerləşdirilən Ayşən Kazımova orada ölüb. Hüseyn Kazımov saxlanılıb.

  • Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılıb

    Polis əməkdaşlarının iyulun 14-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

    Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.