Month: July 2025

  • Maşında plastik butulka saxlamağın 2 təhlükəsi: Maşın yana bilər, özünüz isə zəhərlənə bilərsiniz – VİDEO

    Yay aylarında bir çox sürücü avtomobilində içməli su saxlayır. Adətən bu sular plastik butulkalarda olur. Lakin çoxları bilmədən ciddi təhlükə ilə üz-üzə qalır. Avtosfer.az xəbər verir ki, günəş şüalarının təsiri altında avtomobildə saxlanılan plastik qablar həm sağlamlıq, həm də yanğın təhlükəsi baxımından ciddi risk yaradır.

    Belə ki, bir tərəfdən isti havada plastikdən suya keçən kimyəvi maddələr insan orqanizmi üçün zərərlidir. Digər tərəfdən isə butulkanın lupa effekti ilə günəş şüasını fokuslaması yanğına səbəb ola bilər. Bu hal xüsusilə oturacaq və döşəmə hissəsində başlayaraq alovun sürətlə yayılmasına yol aça bilər.

    Bunu sübut etmək üçün sürücülərdən biri təcrübə aparıb. Günəş altında qoyulmuş, içi su ilə dolu plastik butulka avtomobilin içərisində yanğının başlamasına səbəb olub. Sürücü vaxtında müdaxilə edərək yanğının qarşısını alıb.

    Hadisəni əks etdirən videonu təqdim edirik.

  • Kəlbəcərdə 3 tondan çox çətənə bitkisi məhv edilib

    Kəlbəcərdə yabanı halda bitən 3 tondan artıq çətənə bitkisi məhv edilib.

    Bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Məlumata görə, Kəlbəcər rayonunda polis əməkdaşlarının “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 3 ton 150 kq olan 3500 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

  • Bakıda “Prius” sürücüsünün səhvi ağır qəzaya səbəb oldu – Video

    Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüsü yaxınlıqdakı nəzərət kamerasına düşüb.

    Hadisə iyulun 14-də, paytaxtın Qala-Pirallahı-Zirə yolunda baş verib. Belə ki, yüksək sürətlə hərəkət edən “Toyota Prado” markalı avtomobilin sürücüsü geriyə hərəkət edən “Toyota Prius” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

    Çox təəssüf ki, geriyə hərəkət manevri ilə bağlı əksər sürücülər qaydaları kobud şəkildə pozurlar. Bir daha qeyd etmək istərdik ki, geriyə hərəkət manevri ən qısa məsafədə həyata keçirilməlidir. Məsələn, parklanma edən zaman və parklanma yerlərindən çıxan zaman. Digər hallarda xeyli məsafədə geriyə hərəkət etmək qadağandır və hərəkət iştirakçıları üçün təhlükədir.

  • FHN-dən azad edilmiş ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə müraciət

    Azərbaycanın işğaldan azad edilmiş ərazilərində havaların isinməsi ilə əlaqədar yanğınların başvermə və sürətlə yayılma təhlükəsi var, həmin ərazilərdə çoxsaylı minaların basdırılması isə yanğınların söndürülməsi işini çətinləşdirir.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə müraciətində qeyd edilib.

    Bildirilib azad olunmuş ərazilərdə meşə fondu, flora və faunanın zənginliyini nəzərə alsaq, yanğın təhlükəsizliyi ilə bağlı kiçik ehtiyatsızlıq və ya məsuliyyətsizlik böyük fəsadlara səbəb ola bilər:

    “Təəssüflə qeyd olunmalıdır ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, xüsusilə son günlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində müxtəlif istiqamətlərdə açıq sahə və meşə massivlərində yanğınlar qeydə alınıb, yalnız yanğınsöndürənlərin fədakarlığı sayəsində həmin yanğınların böyüyərək daha ağır fəsadlara səbəb olmasına imkan verilməyib.Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi işğaldan azad olunmuş ərazilərdə yaşayan və fəaliyyət göstərən, eləcə də müxtəlif məqsədlərlə həmin ərazilərə səfər edən vətəndaşlara müraciət edərək xüsusilə havaların isti və quraq keçdiyi yay aylarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və bununla da Qarabağ və Şərqi Zəngəzurumuzun füsunkar təbiətinin, fauna və florasının qayğısına qalmağa çağırır”.

    Bildirilib ki, müəssisə və təşkilatlarda yanğına qarşı rejimə ciddi əməl olunmalı və yanğına səbəb ola biləcək hallara yol verilməməlidir.

  • Sabirabadın 21 kəndi qazsız qalacaq

    Sabirabadın bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilib ki, diametri 315 mm olan “Nərimankənd-Ulacalı” ortatəzyiqli yeraltı qaz kəmərində və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar 16.07.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun 21 kəndində – Nərimankənd, Qaratəpə, Yastıqobu, Əhmədabad, Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 9 638 abonent) “Nərimankənd” QPS-dən qidalanan “Nərimankənd” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

  • Kamran Əliyev üç rayona və bir şəhərə prokuror təyin edib

    Mingəçevir və Zaqatalaya yeni prokuror təyin edilib.

    Bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

    Əmrə əsasən, baş ədliyyə müşaviri (polkovnik) Pərvin Quliyev Mingəçevir şəhərinə yeni prokuror təyin olunub. O, bundan əvvəl Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

    Baş Prokurorun digər əmri ilə Mingəçevirin sabiq prokuroru Baş ədliyyə müşaviri (polkovnik) Qabil Səfərov Zaqatalaya prokuror təyin olunub.

    ***

    Qax və Xaçmaz rayonlarına prokurorlar təyin edilib.

    Bbununla bağlı Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.

    Əmrə əsasən, Rəşad Bəşirov ikinci səlahiyyət müddətinə Qaxın prokuroru vəzifəsinə təyin edilib.

    Bundan başqa baş ədliyyə müşaviri Rəşad Məmmədov ikinci səlahiyyət müddətinə Xaçmazın prokuroru vəzifəsinə təsdiq edilib.

  • Cəlilabadda meşədə yanğın başlayıb

    Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub.

    Hava küləkli olduğu üçün yanğının miqyası genişlənib. İlkin olaraq əraziyə 4 yanğınsöndürən texnika cəlb olunub.

    Yanğının qarşısının alınması və ətraf ərazilərə yayılmaması üçün tədbirlər görülür.

    Faktla bağlı araşdırma aparılır.

  • Bəzi rayonlara leysan yağacaq – XƏBƏRDARLIQ

    Azərbaycanda iyulun 16-19-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, yağan yağışlar nəticəsində bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.

  • DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi saxladı

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən vətəndaşların şəxsi məlumatları əsasında kütləvi maliyyə dələduzluğu, ayrı-ayrı şəxslərin bank hesablarına saxta sorğular verməklə pul vəsaitlərini talayan şəxs əməliyyat-texniki tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, 34 yaşlı Qulamov Eldəniz Şayiq oğlu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə edilməklə oğurluq əməllərində şübhəli bilinir.

    Müəyyən olunub ki, E.Qulamov digər şəxslərlə birgə qabaqcadan əlbir olaraq müxtəlif sosial şəbəkə platformaları və messencer proqramları vasitəsilə vətəndaşların şəxsiyyət vəsiqələrini, pasportlarını və bank kartlarını əldə etməklə bir sıra cinayətkar əməllər törədib.

    Cinayətkar fəaliyyətləri bununla məhdudlaşmayan şəxslər həmin sənədləri, bank kartlarının surətlərini kiber bunkerlərə transformasiyanı təşkil ediblər.

    Əsasən “Facebook”, “Instagram”, “WhatsApp” üzərindən danışıqlar aparan cinayətkar qrup özlərini bank-maliyyə, lombard, humanitar yardım və dövlət təşkilatlarının nümayəndəsi kimi təqdim etməklə fəaliyyət göstəriblər.

    O da müəyyən olunub ki, Azərbaycanda fəaliyyət göstərən bankların vəzifəli şəxslərinin fotolarını saxta profillərə yerləşdirməklə özlərini bank əməkdaşı kimi təqdim edib, vətəndaşların üz görüntülərinin videoqeydiyyatı aparılıb.

    Bu və digər üsullarla vətəndaşlara vurulan zərər 300 min manatdan artıqdır.

    Hazırda cinayət işi üzrə şübhəli şəxs və istintaqla şəxsiyyəti müəyyən olunan digərləri ilə bağlı tədbirlər davam edir.

  • Гастроли азербайджанского театра отменены в российском городе – ФОТО

    Показы спектаклей Азербайджанского государственного академического русского драматического театра в Новосибирском академическом молодежном театре “Глобус” отменены, сообщает Median.Az со ссылкой на пресс-службу российского театра.

    “Показы спектаклей Азербайджанского государственного академического русского драматического театра в рамках федеральной программы “Большие гастроли” отменены”, – говорится в сообщении.

    Так, отменены показы спектаклей “Мусье Жордан, ученый-ботаник, и дервиш Масталишах, знаменитый колдун” и “Гамлет” 28 и 29 сентября, соответственно.