Month: July 2025

  • Azərbaycanda iki yeni milli park yaradılır

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında Sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113.46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000.10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788.43 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 23901.99 hektar sahədə Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı yaradılır.

    Sərəncamla Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206.74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759.26 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 13966 hektar sahədə Azərbaycan Respublikasının İlisu Milli Parkı yaradılır.

    Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  • Hərbi prokurora yeni müavin təyin olundu

    Respublika Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

    Bu barədə Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb. Baş prokurorun əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Ağakişi Acalov Sumqayıt Hərbi Prokurorluğunun rəisi təyin edilib.

    Baş prokurorun digər əmri ilə Nihat Şıxəliyev Respublika Hərbi prokurorun müavini təyin olunub. O, bu vəzifədə Mehdi Hüseynzadəni əvəzləyib. N.Şıxəliyev bu təyinatadək Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub.
    //oxu.az

  • Su obyektini çirkləndirən fabrikə qarşı inzibati icraat – SİMDNX tədbir gördü (Video)

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Elat kəndli-fermer təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus quşçuluq fabrikində formalaşan tullantı sularının lokal təmizləyici qurğu olmadan və hər hansı təmizlənmə, zərərsizləşdirilmə aparılmadan birbaşa Sumqayıt çayına və dolayısı ilə Xəzər dənizinə axıdılması faktı aşkar edilib.

    SİMDNX-dən verilən məlumata görə, Azərbaycan Respublikası Su Məcəlləsinin 77-ci, 103-cü maddələrinin və “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 mart 1992-ci il tarixli 122 nömrəli Qərarından irəli gələn tələblərin pozulmasına görə faktla bağlı 11 iyul 2025-ci il tarixdə akt və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən, inzibati xəta törətdiyinə görə “Elat kəndli-fermer təsərrüfatı” MMC barəsində hüquqi şəxs qismində “İnzibati xəta haqqında Protokol” tərtib edilib.

    Həmçinin Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş qaydalara riayət edilmədən fəaliyyətin həyata keçirildiyini nəzərə alaraq, müvafiq tədbirlər görülməsi üçün AQTA-ya müraciət ediləcək.

    “Vətəndaşlardan su obyektlərinin çirkləndirilməsinə dair hallarla rastlaşdıqda dərhal qurumun sosial media hesabları vasitələri ilə məlumat vermələrini xahiş edirik”, – deyə məlumatda qeyd edilib.

  • В Джульфинском районе уголовное дело о смерти 21-летней беременной молодой женщины направлено в суд

    Завершено следствие уголовного дела, проведенное прокуратурой Джульфинского района по поступившей информации о смерти Гюльджан Аллахвердиевой по дороге из Джульфинской центральной районной больницы (ЦРБ) в Перинатальный центр Нахчыванской Автономной Республики.

    В ходе расследования были установлены обоснованные подозрения, что причиной смерти местной жительницы Г.Аллахвердиевой (2004 г.р.), стала халатность работавшей акушером-гинекологом в отделении акушерства и гинекологии ЦРБ Зульфии Агаевой, которая проявила небрежность, ненадлежащим образом исполняя свои служебные обязанности, оказала некачественную медицинскую помощь Г.Аллахвердиевой, не проводила антенатальное обслуживание беременной в полном объеме, в результате чего женщина умерла от “острой легочно-сердечной недостаточности, развившейся в связи с тромбозом ветвей легочной артерии на фоне гиперкоагуляции”, что привело к другим тяжелым последствиям.

    Зульфие Агаевой предъявлено обвинение по статье 314.2 (халатность, повлекшая по неосторожности смерть потерпевшего) Уголовного кодекса Азербайджана, в ее отношении избрана мера пресечения в виде полицейского надзора. Уголовное дело направлено в Джульфинский районный суд для рассмотрения.

  • Culfada 21 yaşlı hamilənin ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərildi

    Allahverdiyeva Gülcan İlham qızının Culfa Rayon Xəstəxanasından Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə aparılarkən yolda ölməsi ilə bağlı Culfa Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında istintaqı aparılmış cinayət işinin istintaqı tamamlanıb.

    istintaqla Culfa rayon sakini 01.07.2004-cü il təvəllüdlü Allahverdiyeva Gülcan İlham qızının ölümünə səbəb Culfa Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinin mama-ginekoloqu vəzifəsində işləyən Ağayeva Zülfüyyə Hüseyn qızının vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib səhlənkarlıq etməsi nəticəsində G.Allahverdiyevaya hamiləliyi dövründə qüsurlu tibbi xidmət göstərmiş, hamiləyə antenatal xidməti tam həcmdə aparmamış, nəticədə, hamilə qadın “Hiperkoaqulyasiya fonunda ağciyər arteriyası şaxələrinin trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı”ndan ölməsinə və digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

    Zülfüyyə Ağayevaya Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilib.

  • Bakıda yanğın təhlükəli çörək sexinin fəaliyyəti dayandırılıb – Video

    Bakının Xətai rayonunda yerləşən çörək sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çox sayda nöqsanın mövcud olduğu müəyyən edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Məlumata əsasən, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb və mövcud avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusuna ixtisaslaşmış lisenziyalı təşkilat tərəfindən illik texniki baxış keçirilməsi barədə müvafiq sənəd təqdim edilməyib:

    “Elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib.

    Mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Xətai rayonu, Mingəçevir küçəsi, 20/3 ünvanında yerləşən çörək sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və bir nüsxə obyektin nümayəndəsinə təqdim edilib”.

  • ВС РФ оккупировали населенные пункты Маяк и Малиновка

    Вооруженные силы Российской Федерации (ВС РФ) оккупировали населенные пункты Маяк и Малиновка Донецкой и Запорожской областей соответственно.

    Об этом сообщили в Минобороны РФ.

  • Rusiya ordusu Mayak və Malinovka yaşayış məntəqələrini işğal etdi

    Rusiya Silahlı Qüvvələri Donetsk və Zaporojye vilayətlərində müvafiq olaraq Mayak və Malinovka yaşayış məntəqələrini işğal edib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

  • В России блогера-азербайджанца SUBO объявили в розыск

    Против лишенного российского гражданства блогера-миллионника и певца азербайджанского происхождения SUBO (он же – Субхан Мамедов) возбуждено уголовное дело со стороны Следственного комитета (СК) России.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом заявили в Главном следственном управлении СК по Московской области.

    Мамедов вместе с братом и отцом не заплатили более 50 млн рублей налогов. Блогер объявлен в розыск, его родственникам избрана мера пресечения.

    Согласгно данным sovsekretno.ru, в Подмосковье задержан родной брат блогера – Самир Мамедов. По версии следствия, он помогал ему отмывать средства и распродавать его имущество (несколько квартир в Москве и автопарк премиальных авто) после бегства SUBO в Дубай.

    Кроме того, выяснилось, что сам блогер, его отец и братья игнорировали обязанность встать на воинский учёт.

    На допрос также доставлен один из руководителей бургерной Soul, где SUBO был лицом бренда и соучредителем. Следователи проверяют его возможную причастность.

    Напомним, в феврале 2025 года Мамедова лишили гражданства России и запретили въезд в страну на 70 лет из-за пранков. По данным СМИ, блогер предоставил ложные сведения о себе при подаче документов. Он также выкладывал в соцсетях ролики в форме сотрудников полиции, в которых пытался спровоцировать российских стражей правопорядка.

    Субхан Мамедов родился в Москве, а стал известен в сети благодаря выпуску пранков в Instagram и на YouTube. Он также выпустил несколько треков – DMZ, “Ты знай” и других, – и выкладывал ролики, посвященные автомобильной тематике. В своих соцсетях мужчина демонстрировал роскошный образ жизни. СМИ предполагают, что сейчас SUBO проживает в ОАЭ.

  • Rusiyada azərbaycanəsilli bloqerə cinayət işi açıldı

    “Subo” adı ilə tanınan azərbaycanəsilli müğənni və bloqer Sübhan Məmmədova qarşı Rusiyada cinayət işi açılıb.

    Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

    Bildirilib ki, Rusiya İstintaq Komitəsi 50 milyon rubl (təxminən 1 milyon manat – red.) məbləğində vergidən yayınmaqda şübhəli bilinən bloqer “Subo”ya qarşı cinayət işi açıb və o, axtarışa verilib. Məlumatda onun qardaşı və atasının da bu cinayətdə təqsirli bilindiyi bildirilir.

    Bundan başqa, məlum olub ki, bloqerin özü, atası və qardaşları hərbi xidmət üçün qeydiyyata durmaq öhdəliyindən boyun qaçırıblar.

    Xatırladaq ki, azərbaycanəsilli bloqer bu ilin fevral ayında Rusiya vətəndaşlığından çıxarılıb. Buna səbəb kimi Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı alarkən özü haqqında yalan məlumatlar təqdim etməsi göstərilib. Sübhan Məmmədovun hazırda BƏƏ-də yaşadığı bildirilir.