Month: July 2025

  • Azərbaycanın daha bir rayonunda yasda ehsan verilməsi ləğv edildi

    Sabirabad şəhəri və kəndlərində yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib.

    Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

    Məlumata görə, yas mərasimində dəbdəbəli yemək süfrəsi ləğv olunub və təkcə çay süfrəsi açılmalıdır.

    Qeyd edək ki, buna oxşar qayda bir neçə gün əvvəl Saatlı rayonunda tətbiq olunub.

  • После нападения Израиля в Иране заведены уголовные дела против десятков человек

    Представитель судебно-правовой системы Ирана Асгар Джахангир на сегодняшней пресс-конференции заявил, что после недавнего израильского удара по Ирану и 12-дневного военного противостояния в Тегеране были возбуждены судебные дела против 50 человек по обвинению в “распространении слухов и создании паники” в социальных сетях.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”.

    По его словам, эти лица обвиняются в распространении ложной информации с целью вызвать страх и замешательство в обществе. В настоящее время юридический процесс продолжается.

  • İsrailin hücumundan sonra İranda 50 nəfərə cinayət işi açılıb

    İsrailin İrana qarşı hücumu və 12 günlük hərbi qarşıdurmadan sonra sosial şəbəkələrdə “şayiə yaymaq və panika yaratmaq” ittihamı ilə Tehranda 50 nəfərə qarşı məhkəmə işi açılıb.

    “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İran Məhkəmə-Ədliyyə Sisteminin sözçüsü Əsğər Cahangir mətbuat konfransında bəyan edib.

    Onun sözlərinə görə, həmin şəxslər cəmiyyətdə qorxu və çaşqınlıq yaratmaq məqsədilə yalan məlumatlar paylaşmaqda ittiham olunurlar.

    Hazırda hüquqi proses davam edir.

  • İsmayıllıda 40 yaşlı qadın itkin düşüb

    İsmayıllı rayon sakini, 1985-ci il təvəllüdlü Elnarə Kərimova mayın 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, sonuncu dəfə onun əynində qara rəngli köynək, yaşıl şalvar və qara rəngli ayaqqabı olub.

    Onun əlamətləri: boyu 163 sm, dolu bədən quruluşlu, saçları qaradır.

    Elnarə Kərimovanın harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)282-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

  • В Колумбии задержали главаря итальянской мафии в Латинской Америке

    Колумбийская полиция сообщила о задержании Джузеппе Палермо – итальянца, которого считают одним из руководителей преступной организации “Ндрангета” в Латинской Америке. По данным властей, он контролировал поставки кокаина и маршруты контрабанды наркотиков из Южной Америки в Европу.

    Как передает Median.Az, об этом сообщает AP.

    Палермо, также известный под кличкой Пеппе, находился в международном розыске по линии Интерпола – “красное уведомление” требовало его ареста в 196 странах. Его поймали на улице в столице Колумбии Боготе в ходе совместной операции правоохранителей Колумбии, Италии, Великобритании и Европола.

    Начальник полиции Колумбии Карлос Фернандо Триана заявил, что Палермо входит в “одну из самых сплоченных ячеек” мафии “Ндрангета” – одной из самых могущественных и закрытых преступных группировок в Италии, которая активно распространяет свое влияние за рубежом и считается одним из крупнейших поставщиков кокаина в Европу.

    По словам Трианы, задержанный не только лично занимался закупкой крупных партий наркотиков в Колумбии, Перу и Эквадоре, но и контролировал морские и сухопутные маршруты доставки наркотиков на европейский рынок.

    По данным ООН, в 2023 году незаконное производство кокаина в мире достигло рекордных 3708 тонн – это на 34% больше, чем в 2022 году. Рост связан прежде всего с увеличением плантаций коки в Колумбии. По оценкам экспертов, теневой рынок наркотиков, включая кокаин, оценивается более чем в 500 миллиардов долларов в год.

  • 196 ölkədə həbsi istənilən İtaliya mafiya başçısı Kolumbiyada saxlanılıb

    Kolumbiya polisi Latın Amerikasındakı “Ndranqeta” cinayətkar təşkilatının rəhbərlərindən biri olan italyan Cüzeppe Palermonu saxlayıb.

    Median.Az bu barədə AP agentliyinə istinadla xəbər verir.

    Kolumbiya hakimiyyət orqanlarının məlumatına əsasən, o, Cənubi Amerikadan Avropaya kokain tədarüklərinə və narkotik vasitələrin qaçaqmalçılıq yolu daşınması marşrutlarına nəzarət edib.

    Peppe ləqəbi ilə də tanınan Palermo İnterpol xətti ilə beynəlxalq axtarışda olub. “Qırmızı bülleten” onun 196 ölkədə həbsini tələb edirdi.

    Palermo Kolumbiya, İtaliya, Böyük Britaniya və Europol hüquq-mühafizə orqanlarının birgə keçirdikləri əməliyyat zamanı Kolumbiyanın paytaxtı Boqotada küçədə saxlanılıb.

  • Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb

    Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iyulun 12-də paytaxtda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb.

    Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

    Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından başlayaraq əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb. Təmizlik işləri zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub.

    Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.

    İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman yaradılıb. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib.

    Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

  • В Азербайджане скончался экс-министр

    Скончался бывший министр связи Азербайджана Шамиль Мусаев.

    Об этом сообщил его коллега Сируз Абасбейли.

    Ш.Мусаев ушел из жизни в возрасте 82 лет.

    Отметим, что бывший министр Шамиль Гаджиага оглу Мусаев родился в 1943 году.

    В апреле 1990 года он был назначен министром связи Азербайджанской ССР. На этой должности он проработал до июня 1992 года.

  • Azərbaycanda keçmiş nazir dünyasını dəyişib

    Azərbaycanın sabiq rabitə naziri Şamil Musayev vəfat edib.

    Bu barədə onun həmkarı Siruz Abasbəyli məlumat verib.

    Ş.Musayev 82 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, sabiq nazir Şamil Hacıağa oğlu Musayev 1943-cü ildə anadan olub.

    1990-cı ilin aprel ayında Azərbaycan SSR-in rabitə naziri təyin edilib. O bu vəzifədə 1992-ci ilin iyun ayınadək çalışıb.

  • İranda avtobus sürücüsü yüzə yaxın əfqan qaçqını çölün düzündə tərk etdi – Video

    Şirazdan yola salınan və Zahedanın Əl-Qədir qaçqın düşərgəsinə gedən avtobusun sürücüsü qadın, uşaq və yaşlılar da daxil olmaqla yüzə yaxın əfqan qaçqını çöllük ərazidə tərk edib.

    “Azad İran” “Telegram” kanallının məlumatına görə, sosial şəbəkələrdə bu hadisənin görüntüləri paylaşılıb.

    Bildirilir ki, sürücü Zahedandan təxminən 40 km aralıda hər sərnişindən əlavə 400 000 tümən (4.6 dollar) tələb edib. Pulun ödənilməsindən imtina edildikdə, o, sərnişinləri səhranın ortasında düşürərək ərazini tərk edib.

    “Bizi Şirazdan gətirdilər, dedilər ki, Zahedan düşərgəsinə aparacaqlar. Amma burada, səhranın ortasında bizi pul vermədiyimiz üçün buraxdılar. Uşaqlarımız, qadınlarımız var – bu, ədalətlidirmi?!” – deyə sərnişinlərdən biri gileylənib.

    Hadisə geniş ictimai qınağa səbəb olub, ancaq hələlik yerli rəsmilərdən rəsmi açıqlama verilməyib.