Month: July 2025

  • BMT-nin Fələstin üzrə konfransının vaxtı məlum olub

    BMT-nin Yaxın Şərq üzrə yüksək səviyyəli beynəlxalq konfransı iyulun 28-dən 30-dək Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək.

    Bu barədə Baş Assambleyanın 79-cu sessiyası sədrinin rəsmi nümayəndəsi Şeron Birç bildirib.

    Tədbir İsrail və İran arasında münaqişə səbəbindən təxirə salınıb.

    İyunun 17-dən 20-dək Səudiyyə Ərəbistanı və Fransa BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həllinə nail olmaq üçün qlobal səyləri inkişafına yönəlmiş yüksək səviyyəli konfrans təşkil etməli idilər. İyunun 13-də İsrail və İran arasında silahlı münaqişənin başlaması fonunda Fransa Prezidenti Emmanuel Makron tədbirin logistika və təhlükəsizlik məsələləri səbəbindən təxirə salındığını elan edib.

    Ümumilikdə Fələstini BMT-nin 148 üzvü tanıyır. 95 ölkədə Fələstinin səfirlikləri və daimi nümayəndəlikləri fəaliyyət göstərir.

  • В Шеки 87-летний мужчина погиб от удара током

    В Шеки мужчина погиб от удара током.

    Инцидент произошел в поселке Туран.

    Согласно информации, 87-летнего Аббаса Гафарова ударило током, когда он использовал водяной насос во дворе своего дома.

    По факту ведется расследование.

  • Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub

    Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

    Hadisə rayonun Turan qəsəbəsində baş verib.

    Belə ki, hadisə Abbas Qafarovun yaşadığı evin həyətində su mühərrikindən istifadə etməsi nəticəsində baş verib.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Сирии посетил могилу Гейдара Алиева на Аллее почетного захоронения

    Президент Сирии переходного периода Ахмад аш-Шараа посетил Аллею почетного захоронения в Баку.

    Ахмад аш-Шараа почтил память общенационального лидера азербайджанского народа Гейдара Алиева и возложил венок к его могиле.

  • Suriyanın keçid dövrü Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

    Azərbaycanda işgüzar səfərdə olan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Fəxri xiyabanı ziyarət edib.

    Əhməd Əl Şaraa xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

  • AZAL təyyarələrinin Ermənistan üzərindən uçuş marşrutu niyə dəyişilib?

    Adətən, Bakıdan Naxçıvana və əks istiqamətdə olan mülki aviareyslər Ermənistanın Vayotsdzor və Başkənd vilayətləri üzərindən həyata keçirilir. Lakin son zamanlar bəzi reyslərin Ermənistanın Sünik vilayəti üzərindən keçdiyi müşahidə olunub. Ermənistan Mülki Aviasiya Komitəsi (MAK) “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus bəzi təyyarələrin Ermənistan üzərindən keçən uçuş marşrutlarının dəyişdirilməsi səbəblərini izah edib.

    Median.Az-ın verdiyi məlumata görə, qurum bu barədə “Sputnik Ermənistan”ın sorğusunu cavablandırıb.

    MAK-ın cavabında qeyd olunub ki, mülki təyyarələrin uçuşları beynəlxalq meyarlar və prosedurlar çərçivəsində tənzimlənir:

    “Təyyarələrin yönləndirilməsi – hava şəraiti, pilotların müraciətləri, təyyarələr arasında minimal məsafənin qorunması kimi amillərlə, eləcə də hava məkanında müvəqqəti məhdudiyyətlərlə bağlı qəbul edilən adi və beynəlxalq səviyyədə tanınmış təcrübədir. Bu amillər səbəbindən bəzi hallarda təyyarələr planlaşdırılmış marşrutdan kənara çıxa bilər”.

    Komitə vurğulayıb ki, Azərbaycan mülki təyyarələri bu praktikanın istisnası deyil və onların marşrutdan yayınmasının səbəbləri də yuxarıda qeyd olunan hallar ola bilər.

    Bildirilib ki, belə hallarda hərəkətə Ermənistanın hava hərəkətinə nəzarət orqanları və hava hücumundan müdafiə qüvvələri ilə razılaşdırılmış şəkildə, mövcud təhlükəsizlik və nəzarət prosedurlarına uyğun olaraq qərar verilir.

    Komitənin məlumatına görə, İranın hava məkanında dövri məhdudiyyətlər səbəbilə tranzit uçuşların coğrafiyası dəyişib və bu da Ermənistan ərazisindən keçən reyslərin sayının artmasına səbəb olub.

    Sonda MAK qeyd edib ki, bütün bu qərarlar sırf texniki, peşəkar və təhlükəsizlik baxımından qəbul olunur və siyasi motivlər daşımır.

  • Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib

    İyulun 11-də qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, iyulun 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 qumbara, 6 alışdırıcı, 7 tüfəng, 5 patron darağı və 923 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

  • Şəhid polkovnik Raquf Orucovun doğum günüdür

    12 iyul tarixi Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, birinci Qarabağ müharibəsinin qazisi, 2016-cı ildə baş verən Aprel döyüşlərinin şəhidi Raquf Orucovun doğum günüdür.

    Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi.

    1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılıb və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşulub.

    Raquf Orucov Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası alıb.

    1993-cü ilin 12 iyununda rus-erməni ordusu Qarabağın əksər yaşayış məntəqələri kimi Ağdam rayonunun Cinli kəndini işğal edib. İşğal nəticəsində beş övlad anası olan Raya xanım namərd düşmən gülləsindən şəhid olub.

    Elə həmin ildəcə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verib, amma məktəbə qəbul oluna bilməyib. Buna baxmayaraq o, ruhdan düşməyib və növbəti il həmin məktəbə daxil olub.

    Beləcə, anasının qisasını ermənilərdən alacağı ümidilə də onun şərəfli hərbçi həyatı başlayıb.

    Ali Hərbi Məktəbi bitirən Raquf Orucov Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alsa da, gənc zabit ön cəbhədə xidmətə üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa alaraq, kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirib.

    Polkovnik-leytenant Raquf Orucovun sonuncu döyüşü 2016-cı il aprel ayının əvvəlində olub. Düşmənlə qəhrımancasına vuruşan Raquf Orucov şəhid olub.

    2016-cı il aprelin 5-də “Murov Qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb. Sumqayıt şəhərində keçirilən dəfn mərasiminə minlərlə insan iştirak edib.

    O, Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub.

    Allah rəhmət eləsin!

  • Qazaxıstanda mərc oyunlarında iştirak edən 16 məmur vəzifəsini itirib

    Qərbi Qazaxıstan vilayətində 16 məmur vilayət prokurorluğunun yoxlamasından sonra vəzifəsini itirib.

    Bildirilir ki, onların bukmeyker kontorları vasitəsilə qumar oynadıqlarının üstü açılıb.

    Məlumata görə, Uralsk akimatının əməkdaşlarından biri 2021-ci il iyunun 5-dən 2025-ci il yanvarın 22-dək hesabına 34 milyon təngədən çox (təxminən 72.5 min dollar) vəsait köçürüb.

    O cümlədən qanunvericiliyə edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra o, hesabına 1.74 milyon təngə (təxminən 3.7 min dollar) yatırıb, bunun da 971 min təngəsini (təxminən 2 min dollar) uduzub. Aşkar edilmiş qanun pozuntularına görə o, tutduğu vəzifədən azad edilib.

    Yoxlamanın nəticələrinə əsasən, nəzarət aktları tətbiq edilib, nəticədə 24 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib, onlardan 16-sı tutduğu vəzifədən azad edilib.
    //oxu.az

  • Еще в одном районе Азербайджана отменили проведение поминальных трапез

    В Сабирабадском районе и селах отменено проведение поминальных трапез (эхсан).

    Как сообщает Median.Az, соответствующая информация распространилась в социальных сетях.

    Было отмечено, что на траурных церемониях накрывается только чайный стол, а подачу обильных угощений отменили.

    Отметим, что подобное правило было введено несколько дней назад в Саатлинском районе.