Month: July 2025

  • Фигурант дела о нападении на “Крокус” скрывался в России от розыска

    Один из фигурантов дела о нападении на концертный зал “Крокус Сити Холл” скрывался в России после совершения тяжкого преступления на территории Таджикистана.

    Как передает Median.Az, об этом, ссылаясь на материалы уголовного дела, сообщает РИА Новости.

    Как выяснило следствие, Умеджон Солиев в марте 2023 года совершил в Таджикистане разбойное нападение. Таджикские правоохранительные органы объявили его в розыск, после чего Солиев уехал в Россию. Он рассчитывал получить российское гражданство, однако впоследствии увлекся радикальными религиозными взглядами и решил вступить в ряды террористической организации.

    Теракт в “Крокус Сити Холле” произошел 22 марта 2024 года перед концертом группы “Пикник”. Нападавшие открыли огонь по зрителям и подожгли концертный зал. Несовместимые с жизнью ранения получили 145 человек, пострадали более 500. Террористы скрылись, но были пойманы на границе с Украиной.

  • “Crocus”a hücum edənlərdən birinin keçmişi açıqlandı: Rusiyadan sığınacaq kimi istifadə edib

    “Crocus City Hall” konsert zalına hücumla bağlı işin iştirakçılarından biri olan Umedjon Soliyev Tacikistan ərazisində ağır cinayət törətdikdən sonra Rusiyada gizlənirmiş.

    Median.Az xəbər verir ki, bu barədə “RIA Novosti” cinayət işinin materiallarına istinadən məlumat yayıb.

    İstintaqın müəyyən etdiyinə görə, U.Soliyev 2023-cü ilin mart ayında Tacikistanda soyğunçuluq hücumu həyata keçirib. Tacikistan hüquq-mühafizə orqanları onu axtarışa verdikdən sonra U.Soliyev Rusiyaya qaçıb. O, Rusiya vətəndaşlığı almağı planlaşdırırmış, lakin sonradan radikal dini baxışların təsiri altına düşərək terror təşkilatının sıralarına qoşulmağa qərar verib.

    Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrordan sonra dörd icraçı – Muhammadsobir Fayzov (terror aktını təşkil edənin kiçik qardaşı), Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd ediblər, lakin Bryansk vilayətinin ərazisində saxlanılaraq Moskvaya aparılıblar. Daha sonra konsert zalına hücum edənlərin əlbirləri də tapılıb.

  • ГПС Азербайджана предотвратила ввоз крупной партии наркотиков из Ирана

    Азербайджанские пограничники пресекли попытку незаконного ввоза в страну наркотиков из Ирана.

    Об этом сообщает Median.Az со ссылкой на Государственную пограничную службу (ГПС).

    Согласно информации, в зоне ответственности пограничного отряда “Лянкяран” погранвойск ГПС предотвращена попытка нарушения государственной границы из Ирана в направлении Азербайджана.

    В результате проведенных пограничных оперативно-разыскных мероприятий в служебной зоне были обнаружены и изъяты наркотики общим весом 17 кг 450 г (11 кг 450 г марихуаны, 6 кг гашиша) и 4 950 таблеток метадона М-40, содержащих наркотические вещества.

  • Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

    Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 17 kiloqram 450 qram narkotik vasitə (11 kq 450 qram marixuana, 6 kq həşiş) və 4 950 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Məhkəmə qadınları Türkiyədə cinsi istismara məruz qoyan 65 yaşlı şəxslə bağlı qərar verdi

    Sumqayıt Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Zəminə Bədəlzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    İttihama görə, 1960-cı il təvəllüdlü Zəminə Bədəlzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvədə olan 25 noyabr 2020-ci il tarixli hökmü ilə məhkum olunmuş digər qadınla qabaqcadan əlbir olan bir qrup şəxs halında azərbaycanlı qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə edib. Həmçinin hədə-qorxu gəlməklə zərərçəkmiş şəxslərin pasportlarını götürüb saxlayıb, sənədlərlə qanunsuz hərəkətlər edib. Təqsirləndirilən şəxslər qadınları Türkiyədə cinsi istismara məruz qoyublar.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zəminə Bədəlzadə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

  • Ədliyyə Nazirliyindən üzərliklə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

    Son zamanlar bəzi ölkələrin hüquq-mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması halları artmaqdadır. Nəticədə həmin şəxslər barəsində inzibati və ya cinayət məsuliyyəti tədbirləri görülür.

    Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, üzərlik bitkisi xalq təbabətində və mədəni-ritual ənənələrdə geniş istifadə olunsa da, onun tərkibindəki bəzi alkaloid maddələr – xüsusilə psixotrop təsirə malik olan harmalin, harmin və digər birləşmələr – bir sıra ölkələrdə dövriyyəsi məhdudlaşdırılan və ya tam qadağan olunmuş maddələr siyahısına daxildir.

    Bununla əlaqədar olaraq, xarici ölkələrə səfər edən, eləcə də həmin ölkələrdən respublikamıza gələn vətəndaşlara üzərlik bitkisini, toxumlarını, ekstraktlarını və ya digər formalarını üzərilərində daşımamaq tövsiyə olunur. Bu, həmin ölkələrin qanunvericiliyində nəzərdə tutulan hüquqi məsuliyyət risklərindən yayınmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən üzərlik bitkisinin mənşəyi, kimyəvi tərkibi, hüquqi statusu və məsuliyyət doğuran halları ilə bağlı profilaktik tövsiyə hazırlanıb. Tövsiyənin hazırlanmasında məqsəd vətəndaşların təhlükəsizliyini təmin etmək, üzərlik bitkisi ilə xarici ölkələrə səfər edərkən, eləcə də həmin ölkələrdən respublikamıza gələrkən hüquqi məsuliyyət doğura biləcək halların qarşısını qalmaq üçün ictimai maarifləndirmə aparmaqdır.

    Məlumatla linkə keçid etməklə tanış ola bilərsiniz.

  • Daha bir ölkədə güclü zəlzələ baş verdi

    Qvatemalada 6 bal gücündə zəlzələ baş verib.

    Almaniyanın Yer Elmləri Araşdırma Mərkəzi Qvatemalada 6 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
     
    Dağıntılar və itki haqda məlumat yoxdur.

    //azxeber.com

  • İlham Əliyev Mərakeşin Kralını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu göndərib.

    Təbrikdə deyilir:
    “Əlahəzrət, Əziz Qardaşım,
    30 İyul – Mərakeş Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
    İslam həmrəyliyi, ortaq dini-mənəvi dəyərlər ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələr bizim üçün böyük əhəmiyyət daşıyır. Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən dövlətlərarası münasibətlərimizin bugünkü səviyyəsi məmnunluq doğurur.
    Əminəm ki, ənənəvi dostluq əlaqələrimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və yeni məzmunla zənginləşəcəkdir.
    Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.

  • Təbriz-Bakı-Təbriz aviareysi üzrə uçuşlar bərpa olunub – Video

    Təbriz-Bakı-Təbriz aviareysi üzrə uçuşlar bərpa olunub.

    Median.Az bu barədə “Azad İran”ın “Telegram” kanalına istinadən xəbər verir.

    Bildirilir ki, bununla bağlı Təbriz Hava Limanında mərasim keçirilib.

    Tədbirdə Şərqi Azərbaycan əyalətinin rəhbəri və digər məsul şəxslər iştirak ediblər.

  • Daha bir direktorun səs yazısı yayıldı – Video

    Ucar rayonunun Yuxarı Şilyan kəndində yerləşən uşaq bağçasında tərbiyəçi müəllim kimi çalışan Şəbnəm İsayeva iddia edir ki, bağçanın müdir əvəzi Emin Orucov onu saxtakarlığa təhrik edərək, məktəbəqədər təhsil müəssisəsinə gələn uşaqların sayını artıq yazmağı tələb edib.

    Median.Az xəbər verir ki, iddialarla bağlı müəllim müdir əvəzinin səs yazısını da “Xəzər Xəbər”ə təqdim edib.

    Şəbnəm İsayevanın sözlərinə görə, o, Emin Orucovun tələbini yerinə yetirməyib. Elə bu səbəbdən onların arasında problem yaşanıb.

    Şəbnəm İsayeva iddia edir ki, deyilənləri etmədiyinə görə ona şidətli töhmət verilib.

    Məsələyə aydınlıq gətirmək üçün Yuxarı Şilyan kənd tam orta məktəbinin direktoru, eyni zamanda bağça və körpələr evinin müdir əvəzi Emin Orucovla əlaqə saxladıq. Suallarımızı dinlədikdən sonra bu məsələ ilə bağlı heç bir açıqlama verməyəcəyini bildirdi.

    Mərkəzi Aran Regional Təhsil İdarəsinədən bildirildi ki,Ucar rayonu, Yuxarı Şilyan kənd uşaq bağçası-körpələr evi ilə bağlı yayılan səs yazısında əks olunan iddialarla bağlı məsələ İdarə tərəfindən nəzarətə götürülüb. Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir və nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcək.