Month: July 2025

  • Tramp Rusiyaya 10 gün vaxt verdi

    Vaşinqton administrasiyası Ukraynadakı münaqişənin nizamlanması üzrə Rusiya ilə 10 gündən sonra razılığa gəlmək istəyir, əks halda idxal rüsumları tətbiq edəcək.

    Median.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp öz təyyarəsində jurnalistlərlə söhbəti zamanı deyib.

    “Bu gündən başlayaraq 10 gün. Bundan sonra biz tariflər və başqa məhdudiyyətlər tətbiq edəcəyik. Bunun Rusiyaya təsir edib-etməyəcəyini bilmirəm. Bu, Rusiyaya təsir göstərə və ya göstərməyə bilər. Amma təsir də edə bilər”, – deyə Tramp bildirib.

    Trampın fikrincə, Rusiya tərəfi çox güman müharibəni davam etdirmək istəyir.

  • Стихийные бедствия нанесли мировой экономике $131 млрд ущерба в I полугодии

    Стихийные бедствия нанесли мировой экономике ущерб в размере $131 млрд в первом полугодии 2025 года.

    Об этом говорится в опубликованном во вторник отчете немецкой перестраховочной компании Munich Re.

    Из общего объема убытков около $80 млрд были застрахованы. Это второй по величине показатель страховых потерь за первую половину года с начала ведения статистики Munich Re в 1980 году. Более высокий уровень зафиксирован лишь в первой половине 2011 года в связи с разрушительным землетрясением и цунами в Японии.

    Согласно отчету, на природные стихии пришлось 88% от общего объема потерь и 98% от суммы застрахованных убытков. Землетрясения составили соответственно 12% и 2%.

  • Təbii fəlakətlər ilin ilk yarısında qlobal iqtisadiyyata 131 milyard dollar ziyan vurub

    Təbii fəlakətlər 2025-ci ilin birinci yarısında qlobal iqtisadiyyata 131 milyard ABŞ dolları həcmində ziyan vurub.

    Bu barədə Almaniyanın “Munich Re” təkrarsığorta şirkətinin açıqladığı hesabatda deyilir.

    Ümumi itkilərin təxminən 80 milyard dolları sığortalanıb. Bu, “Munich Re”nin 1980-ci ildə statistika aparmağa başlamasından bəri ilin birinci yarısında sığortalanmış zərərlər üzrə ikinci ən yüksək göstəricidir. Daha yüksək səviyyə yalnız Yaponiyada dağıdıcı zəlzələnin və sunamilərin olduğu 2011-ci ilin birinci yarısında qeydə alınıb.

    Məlumata görə, meteoroloji fəlakətlər ümumi itkilərin 88 faizini, sığortalananların isə 98 faizini təşkil edib. Zəlzələlər müvafiq olaraq 12 faiz və 2 faiz təşkil edib.
    //report

  • Naxçıvanda bu ilin ilk yarısında 4 erkən evliliyin qarşısı alınıb

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2025-ci ilin ilk altı ayı ərzində görülən işlərin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

    İclasda qeyd olunub ki, Naxçıvanda uşaq hüquqlarının qorunması istiqamətində 58 monitorinq keçirilib, 4 erkən evliliyin qarşısı alınıb.

    Təhsildən yayınan 40 uşağın yaşadığı ünvanlarda monitorinqlər təşkil olunub, 33 uşağın dərsə davamiyyəti təmin edilib.

  • Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar müəyyənləşib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Gəncə şəhərinin 22 avtobus marşrutu üzrə elan olunmuş müsabiqənin qaliblərini açıqlayıb.

    Median.Az bu barədə AYNA-ya istinadən xəbər verir.

    Məlumata görə, “BakuBus” MMC 1, 3, 4, 5, 6, 7, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli şəhərdaxili marşrutlarda, həmçinin G1 və G2 nömrəli şəhərətrafı marşrutlarda qalib olub.

    “Azər-Avtonəqliyyat” ASC isə 2 və 8 nömrəli şəhərdaxili marşrutların qalibi seçilib.

    Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

    Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

  • В ДТП в Евлахе пострадали 7 человек

    В Евлахе перевернулся автомобиль, есть пострадавшие.

    В результате опрокидывания автомобиля на территории Евлахского района пострадали 7 человек, один из которых несовершеннолетний.

    Пострадавшие госпитализированы. Их состояние оценивается как удовлетворительное и средней тяжести.

    По факту проводится расследование.

  • Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində 7 nəfər xəsarət alıb

    Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var.

    Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində biri az yaşlı olmaqla 7 nəfər xəsarət alıb.

    Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане жаркая погода сохранится до конца недели

    В Азербайджане жаркая погода сохранится до конца недели.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Максимальная температура воздуха в Баку и на Абшеронском полуострове составит 35-39° тепла, 2-3 августа столбики термометров поднимутся до 40°, в горных районах воздух прогреется до 29-34°, в Центральном Аране и Нахчыванской АР ожидается 35-40, местами до 41° тепла.

    На Абшеронском полуострове, в том числе в прибрежных территориях ожидается преобладание юго-восточного ветра, что повысит относительную влажность воздуха.

  • İsti hava şəraiti həftə sonunadək davam edəcək

    Həftə sonunadək Azərbaycanda isti hava şəraitinin davam edəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, avqustun 2-3-də 40 dərəcəyə yaxın, dağlıq rayonlarda 29-34, Mərkəzi aran, eyni zamanda Naxçıvan MR-da isə 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı gözlənilir.

    Abşeron yarımadasında, o cümlədən Sahilyanı ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinin olmasına səbəb olacaq.

  • “Formula 1”: Ferstappen 2019-cu ildən bu yana ən pis nəticəni göstərib

    “Formula 1” üzrə dünya çempionatında çıxış edən “Red Bull” pilotu Maks Ferstappen ardıcıl üç Qran-pridə fəxri kürsüdən kənarda qalmaqla 2019-cu ildən bu yana ən pis nəticəni göstərib.

    O, Avstriyadakı yarışı başa çatdıra bilməyib. İngiltərə Qran-prisini beşinci, Belçikada keçirilən yarışı isə dördüncü tamamlayıb.

    6 il əvvəl isə niderlandlı sürücü müvafiq olaraq Rusiya, Yaponiya və Meksika Qran-prilərində fəxri kürsüyə yüksələ bilməmişdi.

    Qeyd edək ki, Maks Ferstappen hazırda 185 xalla sürücülərin sıralamasında üçüncü sırada qərarlaşıb. Siyahıya “Maklaren”in pilotu Oskar Piastri (266 xal) başçılıq edir.