Month: July 2025

  • В Азербайджане с начала года гражданам вернули около 15 млн манатов НДС при покупке жилья

    В первом полугодии 2025 года в Государственную налоговую службу (ГНС) Азербайджана поступило 2 665 обращений в рамках проекта по возврату НДС при покупке жилья безналичным способом.

    Как сообщает Median.Az со ссылкой на ГНС, по 1 768 обращениям гражданам выплачено 14,8 млн манатов.

    В то же время 868 обращений от граждан отклонены налоговыми органами в соответствии с требованиями нормативных актов.

  • Dövlət Vergi Xidməti I yarımildə 868 şəxsə daşınmaz əmlaka görə ƏDV-ni geri qaytarmaqdan imtina edib

    Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə “ƏDV geri al” layihəsi çərçivəsində daşınmaz əmlaka görə 2 665 müraciət daxil olub.

    Median.Az quruma istinadən xəbər verir ki, bundan 1 768 müraciət üzrə 14,8 milyon manat vəsait vətəndaşlara ödənilib, 868 müraciətə isə müvafiq qaydaların tələblərinə əsasən baxılmaqdan imtina edilib.

    Azərbaycanda bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilir.

    Hesabat dövründə müraciətlərin araşdırılması zamanı imtinaya səbəb olan bir sıra hallar müşahidə olunur. Dövlət Vergi Xidməti belə halları bir daha vətəndaşların diqqətini çatdırıb:

    – son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması;

    – ödənişin təyinatında e-qaimənin məlumatlarının əks edilməməsi;

    – ödənişin tam və yaxud bir hissəsi başqa şəxslər tərəfindən həyata keçirildiyi halda ödəniş tarixinə nümayəndənin səlahiyyətini notarial qaydada təsdiq edən tibarnamənin olmaması;

    – Ödəniş zamanı ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsi.

    Alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənilməlidir.

    Dövlət Vergi Xidməti mənzil tikintisi ilə məşğul olan şəxslərə müvafiq məlumat formalarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim olunmasını tövsiyə edir.

    Xatırladaq ki, ƏDV-nin bir hissəsinin qaytarılması dövlət ipoteka krediti vasitəsilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə mənzillərə də şamil edilir.

  • Çexiya millisinin futbolçusu karyerasını İtaliya klubunda davam etdirəcək

    Çexiyanın “Sparta” klubunun müdafiəçisi Martin Vitik karyerasını “Bolonya”da davam etdirəcək.

    Bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Çexiya millisinin də üzvü olan 22 yaşlı futbolçu “Sparta”nın yetirməsidir və bu komandada meydana çıxdığı 155 matçda 13 qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.

    Qeyd edək ki, Çexiya yığmasının heyətində 5 matçda forma geyinən oyunçunun dəyəri 11 milyon avro qiymətləndirilir.

  • Ötən həftə 2 min hektardan çox ərazi minalardan təmizlənib – FOTO

    Azad olunan ərazilərdə iyunun 30-dan iyulun 6-na qədər 16 tank əleyhinə mina, 43 piyada əleyhinə mina, 382 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

    Məlumata əsasən, 2331,8 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

  • В Азербайджане в первом полугодии соцвыплаты назначены более чем 130 тыс. граждан

    В период с января по июнь 2025 года в Азербайджане в проактивном порядке назначено 132 227 пенсий, пособий и стипендий.

    Об этом сообщает Median.Az со ссылкой на данные Государственного фонда социальной защиты.

    24 432 выплаты были назначены в виде пенсий, а 107 795 – в виде пособий и стипендий.

  • İlin birinci yarımilində 130 mindən çox şəxsə pensiya, müavinət və təqaüd təyin edilib

    2025-ci ilin yanvar-iyun ayları ərzində 132 227 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Qeyd edilib ki, onlardan 24 432 pensiya, 107 795 müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.

  • Gəncədə qanunsuz tikili sökülüb – VİDEO

    Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Muxtar Aşurov küçəsində qanunsuz tikili aşkarlanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

  • Baş prokuror Bakıda vətəndaşları qəbul edəcək

    Baş prokuror Kamran Əliyev Bakının Nərimanov rayonunda vətəndaşları qəbul edəcək.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, Kamran Əliyev iyulun 11-də saat 10:00-da Nərimanov rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Nərimanov rayon sakinlərinin qəbulunu keçirəcək.

    Vətəndaşlar qəbulla bağlı Nərimanov rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlər işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.azelektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

  • За полгода в Азербайджане 42 человека восстановлены на работе

    За первые шесть месяцев этого года 42 сотрудника, трудовые договоры которых были расторгнуты незаконно, были восстановлены на прежних рабочих местах.

    Об этом в ответ на запрос Report сообщили в Государственной службе инспекции труда при Министерстве труда и социальной защиты населения.

    Отмечается, что в этот же период в ходе рассмотрения обращений была обеспечена выплата гражданам 160 257 манатов задержанных или невыплаченных работодателями средств.

  • Son altı ayda əmək müqaviləsinə qanunsuz xitam verilən 42 nəfər işinə bərpa olunub

    Bu ilin I yarımilində əmək müqavilələrinə qanunsuz xitam verilən 42 işçi əvvəlki işlərinə bərpa olunub.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib.

    Qeyd edilib ki, həmin dövr ərzində müraciətlərin araşdırılması zamanı vətəndaşlara işəgötürənlər tərəfindən gecikdirilmiş və ya ödənilməmiş 160 257 manat vəsaitin vətəndaşlara ödənilməsi təmin edilib.