Month: July 2025

  • İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

    İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

    Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

    Məlumata görə, diplomat Rusiyanın İsveçdəki ticarət nümayəndəliyinə hücum edilməsi ilə əlaqədar çağırılıb.

    Qeyd edilib ki, diplomat təxminən 10 dəqiqədən sonra xarici siyasət idarəsinin binasını tərk edib.

    Səfirlikdən bildirilib ki, bu cür hadisələr artıq bir ildən çoxdur ki, davam edir.

    Qeyd edək ki, iyulun 5-də Rusiyanın Stokholmdakı səfirliyi ölkənin İsveçdəki ticarət nümayəndəliyinin binasına növbəti hücum barədə məlumat yayıb. Ticarət nümayəndəliyinin ərazisinə pilotsuz uçuş aparatından boya paketinin atıldığı dəqiqləşdirilib.

  • Шалва Папуашвили: Саакашвили не подпадает под амнистию политических оппонентов властей Грузии

    Бывший президент Грузии Михаил Саакашвили не будет помилован в контексте предложенного нынешним президентом Грузии Михаилом Кавелашвили помилования политических оппонентов.

    Как сообщает Median.Az со ссылкой на российские СМИ, об этом на сегодняшнем брифинге заявил председатель парламента Грузии Шалва Папуашвили.

    По его словам, помилование не распространяется на Саакашвили, поскольку он является гражданином Украины.

    “Недопустимо участие в выборах в Грузии гражданина Украины”, – отметил Шалва Папуашвили.

    Отметим, что восемь лидеров грузинских оппозиционных партий были арестованы судом сроком от семи до восьми месяцев за отказ явиться на заседание временной следственной парламентской комиссии для дачи показаний.

    На прошлой неделе Кавелашвили выступил с предложением о готовности помиловать этих политиков в случае, если они обратятся к нему с прошением и примут участие в предстоящих в октябре местных выборах.

  • Şalva Papuaşvili: Saakaşvili əfv edilməyəcək

    Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hazırkı Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin təklif etdiyi siyasi opponentlərin əfvi kontekstində əfv edilməyəcək.

    Bu barədə bu gün keçirilən brifinqdə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

    Onun sözlərinə görə, əfv Saakaşviliyə şamil edilmir, çünki o, Ukrayna vətəndaşıdır.

    “Ukrayna vətəndaşının Gürcüstanda seçkilərdə iştirakı yolverilməzdir”, – Ş.Papuaşvili vurğulayıb.

    Xatırladaq ki, səkkiz gürcü müxalifət partiyasının lideri parlamentin müvəqqəti istintaq komissiyasının iclasına ifadə vermək üçün gəlməkdən imtina etdiklərinə görə məhkəmə tərəfindən yeddi-səkkiz ay müddətinə həbs olunublar.

    Ötən həftə M.Kavelaşvili bildirib ki, əgər onlar ərizə ilə Prezidentə müraciət etsələr və oktyabrda keçiriləcək yerli seçkilərdə iştirak etsələr, bu siyasətçiləri əfv etməyə hazırdır.
    //report

  • Azərbaycana gələn turistlər ən çox nədən narazıdırlar? – ARAŞDIRMA

    Bu ilin yanvar-may aylarında Azərbaycana turizm məqsədilə səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 598 332 nəfəri ölkədə onlara göstərilən xidmətlərdən razı qalıb.

    “Report”un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % çoxdur.

    Ən çox məmnunluq göstərən turistlər Rusiyadan gələnlər olub – 161 162 nəfər. Amma bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 % azdır.

    Hindistandan gələn məmnun turistlərin sayı 85 457 nəfər olub ki, bu da 1 il əvvələ nisbətən 9,2 % artım deməkdir. Türkiyədən gələn və xidmətlərdən razı qalan turistlərin sayı isə 71 004 nəfər təşkil edib ki, bu da illik müqayisədə 33,8 % çoxdur.

    Bununla yanaşı, 71 864 nəfər turist xidmətlərdən narazı qaldığını bildirib. Bu da ötən ilin eyni dövrünə nisbətən 8,4 % azdır.

    Narazı turistlərin ölkələr üzrə bölgüsünə baxdıqda, ilk sırada yenə də Rusiya yer alıb – 18 974 nəfər. Lakin bu göstərici də illik müqayisədə 28,7 % azalıb.

    Narazı turistlər arasında Hindistandan olanların sayı 5,2 % azalaraq 10 565 nəfər, Türkiyədən olanların sayı 19,5 % artaraq 9 247 nəfər olub.

    Azərbaycana gələn turistlər ən çox avtobusla sərnişindaşıma xidmətindən narazı qalıb. Bu xidmətlə bağlı 15 830 turist narazılığını qeyd edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 % azdır.

    Metro ilə sərnişindaşıma xidmətindən narazı qalanların sayı isə 5 157 nəfər olub. Bu, 1 il əvvələ nisbətən 5,6 % artım deməkdir.

    Yerləşmə xidmətlərindən narazı qalanların sayı isə 6 699 nəfər təşkil edib ki, bu da illik müqayisədə 4,5 % azdır.

    İctimai iaşə (qida) xidmətləri ilə bağlı narazılığını isə 12 606 nəfər bildirib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 11,9 % azalma deməkdir.

    Ən böyük artım turagent və turoperatorların xidmətləri ilə bağlı narazılıqda qeydə alınıb. Bu sahədən şikayət edənlərin sayı 11,2 % artaraq 3 334 nəfərə çatıb.

    Bələdçi xidmətlərindən narazı qalan turistlərin sayı isə 16 % azalaraq 7 371 nəfər olub.

    5 ay ərzində xarici turistlər Azərbaycanda ümumilikdə 1 milyard 224,75 milyon manat pul xərcləyiblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur.

    O cümlədən, turistlərin nəqliyyat xərcləri 569,5 milyon manat olub. Bu da 1 il əvvələ nisbətən 4,9 % çoxdur.

    Hesabat dövründə yerləşmə xərcləri 6,8 % artaraq 252,8 milyon manata, qidalanma xərcləri isə 4,8 % azalaraq 221,2 milyon manata, mədəniyyətlə bağlı xərclər 45,6 % artaraq 6,9 milyon manata, turizm zərfinin alınmasına çəkilən xərclər isə 2 % artaraq 545 min manata çatıb.

    Bu ilin yanvar-may aylarında Azərbaycana 178 ölkədən 979,9 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

    Gələnlərin 24,6 %-i Rusiya, 17,7 %-i Türkiyə, 10,7 %-i Hindistan, 8,6 %-i İran, 4,4 %-i Gürcüstan, 3,6 %-i Qazaxıstan, 2,9 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i Pakistan, hər birindən 2 % olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail, hər birindən 1,9 % olmaqla Özbəkistan və Çin, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1 % olmaqla Belarus və Küveyt, 12,2 %-i digər ölkələrin vətəndaşları olub, 68,9 %-ni kişilər, 31,1 %-ni qadınlar təşkil edib.

    Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,4 %-i hava, 25,2 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

  • Пашинян: Гарегин II разделяет планы архиепископов по осуществлению военного переворота

    Премьер-министр Армении Никол Пашинян отреагировал на заявление Армянской апостольской церкви (ААЦ) о том, что уголовное преследование архиепископов Баграта Галстаняна и Микаэла Аджапахяна является незаконным.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, в своей публикации в соцсетях Пашинян обвинил их в подготовке военного переворота в стране.

    “Если Ктрич Нерсисян (мирское имя Католикоса) считает задержание Вазгена Галстаняна и Геворга Аджапахяна незаконным, то он разделяет идеологию и планы вышеперечисленных лиц по осуществлению военного переворота и созданию хаоса в стране. Тем более, в этом случае ни одна территория расширенной общины Вагаршапат не может быть закрыта для деятельности правоохранительных органов, тем более, что благодаря Ктричу и нескольким другим лицам эти территории не закрыты для прелюбодеяния”, – отметил он.

    Напомним, что 26 июня Следственный комитет Армении сообщил об аресте на два месяца 15 человек из числа руководителей и участников движения “Священная борьба”, которые являются фигурантами уголовного дела об организации терактов и захвате власти в стране. В числе арестованных – лидер движения архиепископ Баграт Галстанян, еще двое священнослужителей, бывший депутат парламента Арцаха Давид Галстян, полковник запаса Мигран Махсудян, член Дашнакцутюн Игорь Саркисян. Позже число арестованных достигло 16 человек.

  • Paşinyan: II Qaregin arxiyepiskopların hərbi çevriliş planlarını dəstəkləyir

    Ermənistan baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin arxiyepiskopları Baqrat Qalstanyan və Mikael Acapaxyanın cinayət təqibinin qanunsuz olması ilə bağlı bəyanatına reaksiya verib.

    Median.Az erməni KİV-inə istinadən xəbər verir, Paşinyan sosial şəbəkələrdəki paylaşımında onları ölkədə hərbi çevriliş hazırlamaqda ittiham edib.

    “Əgər Ktriç Nersisyan (II Qaregin) Vazgen Qalstanyan və Gevorg Acapaxyanın saxlanılmasını qanunsuz hesab edirsə, deməli o, yuxarıda adı çəkilən şəxslərin hərbi çevriliş həyata keçirmək, ölkədə xaos yaratmaq ideologiyasını və planlarını dəstəkləyir”, – o qeyd edib.

    Xatırladaq ki, iyunun 26-da Ermənistan İstintaq Komitəsi “Müqəddəs mübarizə” hərəkatının rəhbərləri və iştirakçıları arasından 15 nəfərin ölkədə terror aktları təşkil etmək və hakimiyyəti ələ keçirmək üzrə cinayət işi çərçivəsində iki ay müddətinə həbs edildiyi barədə məlumat yayıb. Həbs edilənlər arasında hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan, daha iki din xadimi var. Daha sonra həbs edilənlərin sayı 16-ya çatıb.

  • Завтра в Азербайджане ожидаются дожди и грозы

    8 июля в Азербайджане прогнозируется переменная облачность, временами пасмурно, местами пройдут кратковременные дожди.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    В ночь с 7 на 8 июля в отдельных частях Абшеронского полуострова возможны небольшие осадки. Ожидается умеренный северо-западный ветер.

    Температура воздуха ночью составит 20-24, днем – 27-32°. Атмосферное давление – 759 мм ртутного столба, относительная влажность воздуха ночью составит 65-70, днем – 45-50%.

    В регионах Азербайджана в основном без осадков, однако днем в горных и предгорных районах возможны кратковременные ливни, грозы и град. Ожидается умеренный западный ветер.

    Температура воздуха ночью составит 20-24, днем – 30-35° тепла, в горах ночью 5-10, днем – 18-23°.

  • Sabah bəzi yerlərdə yağış yağacaq – PROQNOZ

    İyulun 8-də Azərbaycanda əsasən havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, iyulun 7-dən 8-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 45-50 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturugecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.

  • Азербайджан посетили около 1 млн иностранцев за пять месяцев

    В январе-мае этого года число прибывших в Азербайджан иностранцев и лиц без гражданства составило 979,9 тыс. человек.

    Об этом в ответ на запрос Report сообщили в Госкомстате.

    Согласно информации, количество граждан Азербайджана, выехавших в зарубежные страны в первые пять месяцев 2025 года, составило 807,6 тыс. человек.

  • Bu ilin ilk beş ayında 1 milyona yaxın əcnəbi Azərbaycana gəlib

    Bu ilin yanvar-may aylarında Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 979,9 min nəfər olub

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsi (DSK) məlumat verib.

    Məlumata əsasən, 2025-ci ilin ilk beş ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə 807,6 min nəfər təşkil edib.