Month: July 2025

  • Xankəndi Konqres Mərkəzinin açılışı olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Konqres Mərkəzinin açılışında iştirak edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, müasir texniki avadanlıqlarla təchiz olunmuş Konqres Mərkəzi 6500 kvadratmetr sahəni əhatə edir. Burada teatral üslubda 600, ziyafət üslubunda isə 350 nəfərlik tədbir zalları, iclas, konfrans otaqları və digər müxtəlif təyinatlı otaqlar yaradılıb.

    Özündə müasirliklə milli memarlıq ənənələrini birləşdirən Mərkəzin binasında müxtəlif konqreslər, konfranslar, seminarlar, işgüzar görüşlər, ölkə və beynəlxalq əhəmiyyətli digər tədbirlərin keçirilməsi üçün geniş imkanlar var. Konqres Mərkəzinin fəaliyyətinin ilkin mərhələsində 12 nəfər daimi iş yeri ilə təmin olunub. Onlardan 8-i Xankəndi, Xocalı, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir. Yüksək funksionallığı və müasirliyi ilə diqqət çəkən Konqres Mərkəzi işğaldan azad olunmuş ərazilərimizin sosial-iqtisadi potensialının inkişafına xidmət edən mühüm layihələrdən biridir.

    Bu Mərkəzin yaradılması bir daha sübut edir ki, işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir.

  • Emin Rusiyadakı konsertini təxirə salır? – FOTO

    Xalq artisti Emin Ağalarovun 3 gün sonra Rusiyanın Kalininqrad vilayətinin Svetloqorsk şəhərində baş tutacaq konserti təxirə salınıb.

    Bu barədə instaqramda “Emin_live” səhifəsində poster paylaşılıb.

    Posterdə bu il iyulun 6-da keçirilməsi nəzərdə tutulan konsertin 5 iyul 2026-cı ilə təxirə salındığı qeyd olunub. Həmçinin bildirilib ki, alınmış biletlər həmin konsert üçün etibarlı olacaq. Amma zərurət yaranarsa, satış nöqtələrinə geri qaytarıla da bilər.

    Ehtimal olunur ki, konsertin təxirə salınması ilə bağlı qərar ötən gün Rusiyada Emin Ağalarovun atası, milyarder Araz Ağalarov barəsində məhkəmə icraatına başlanılması xəbərinin yayılmasından sonra verilib.

    E.Ağalarovun rəsmi sosial şəbəkə hesablarında isə bu haqda hər hansı paylaşım edilməyib.

  • Президент Турецкой Республики Северного Кипра прибыл в Физули

    Находящийся с визитом в Азербайджане президент Турецкой Республики Северного Кипра Эрсин Татар прибыл 3 июля в Физулинский район для участия в 17-м саммите Организации экономического сотрудничества (ОЭС).

    Как сообщает АЗЕРТАДЖ, в Физулинском международном аэропорту высокого гостя встречали министр науки и образования Эмин Амруллаев и специальный представитель президента Азербайджанской Республики в Агдамском, Физулинском и Ходжавендском районах Эмин Гусейнов.

  • Şimali Kipr Türk Respublikasının prezidenti Füzuli rayonuna gedib

    Ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gedib.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağı elm və təhsil naziri Emin Əmrullayev və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıblar.

  • Российские операторы мобильной связи ограничивают доступ к сайтам с доменами az

    Российские операторы мобильной связи ограничили доступ к сайтам с доменом az.

    Как сообщает АПА, сайты с доменом az не открываются в России уже больше недели.

    Исключение наблюдается на устройствах, подключенных к сети Wi-Fi, стационарных компьютерах.

  • Rusiyanın mobil provayderlərində “az” domenli saytlara giriş məhdudlaşdırılıb

    Rusiyanın mobil provayderlərində “az” domenli saytlara giriş məhdudlaşdırılıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, artıq bir həftədən çoxdur, “az” domenli saytlar Rusiya ərazisində açılmır.

    İstisna hal “Wi-Fi” şəbəkəsinə qoşulan cihazlarda, stasionar kompüterlərdə müşahidə olunur.

  • Алёна Алиева поздравила Лейлу Алиеву с днем рождения – ФОТО

    Невестка Президента Азербайджана Ильхама Алиева Алёна Алиева поздравила вице-президента Фонда Гейдара Алиева, основателя и руководителя Общественного объединения IDEA Лейлу Алиеву с днем рождения.

    Соответствующей публикацией Алёна Алиева поделилась в своем Instagram-аккаунте.

  • Alyona Əliyeva Leyla Əliyevanı təbrik etdi – FOTO

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edib.

    A.Əliyeva bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib.

    “Doğum gününüz mübarək, Leyla xanım! Təbiətə sevginiz, incəsənətə dəstəyiniz və insanlara olan qayğınız əvəzolunmazdır”, – deyə A.Əliyeva bildirib.

    Həmin paylaşımı təqdim edirik:

  • Премьер-министр Пакистана отбыл в Азербайджан

    Премьер-министр Пакистана Шахбаз Шариф отправился с двухдневным визитом в Азербайджан для участия в 17-м саммите Организации экономического сотрудничества (ОЭС) в Ханкенди.

    Об этом Median.Az сообщает со ссылкой на издание The Pakistan Times.

    В рамках саммита Шахбаз Шариф планирует провести двусторонние встречи с другими лидерами стран-членов ОЭС.

    Отметим, что это второй визит премьер-министра Пакистана в Азербайджан в этом году. В последний раз он был в Баку в мае 2025 года и провел переговоры с Президентом Азербайджана Ильхамом Алиевым.

  • Pakistanın baş naziri Azərbaycana yola düşüb

    Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana ikigünlük səfərə yola düşüb.

    Bu barədə “The Pakistan Times” nəşri məlumat yaylb.

    Sammit çərçivəsində Şərif ECO ölkələrinin digər liderləri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

    Qeyd edək ki, bu, Pakistanın baş nazirinin bu il ərzində Azərbaycana ikinci səfəridir. O, son dəfə 2025-ci ilin may ayında Bakıda olub və Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb.