Month: July 2025

  • Bakıda kişi sevgilisini yanacaqdoldurma məntəqəsində döydü

    Bakıda kişi sevgilisini yanacaqdoldurma məntəqəsində döyüb.

    Oxu.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. Qəsəbə sakini Nicat Azadov (soyad şərtidir) iki il əvvəl Günay Əliyeva adlı xanımla tanış olub və onlar qeyri-rəsmi ər-arvad münasibətində yaşayıblar.

    Bir müddətdən sonra Günay Nicata zəng edərək onunla kafedə görüşmək istədiyini deyib. Nicat onu kafeyə göndərib, özü isə əmisigildə spirtli içki qəbul etdikdən sonra Günayın yanına gəlib. O, Günayı həmin kafedən götürərək Zabrat qəsəbəsindəki “Zeytun” kafesinə gəlib. Cütlük orada şam yeməyi yeyəndən sonra Nicat kafenin qarşısında dostlarını görüb və kafedən çıxıb həmin şəxslərlə görüşüb. Bir müddətdən sonra Nicat kafeyə qayıtsa da, sevgilisini orada görməyib. O, həmçinin telefonunun da stoldan götürüldüyünü görüb Günayın arxasınca gedib. Nicat Günayı Zabrat qəsəbəsindəki yanacaqdoldurma məntəqəsinin qarşısında yaxalayıb və ondan telefonunu istəyib. Günay telefonu ona qaytarandan sonra sevgililər arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Nicat Günayı döyüb.

    Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə N.Azadov 1000 manat cərimə edilib.

  • Суда в Каспийском море предупреждены о сильном ветре

    Центр управления движением судов Государственного морского и портового агентства при Министерстве цифрового развития и транспорта Азербайджана предупредил суда о ветреной погоде.

    Об этом сообщает Median.Az со ссылкой на информацию, распространенную агентством.

    Отмечается, северо-западный ветер, который будет наблюдаться в акватории Каспийского моря со второй половины дня 3 июля, продолжится до 6 июля.

    В эти дни ожидается усиление ветра до 18-23 м/с, временами – до 25-28 м/с.

    Высота волн, согласно прогнозам, достигнет 3.0-4.0 м, а в дальнейшем – 4.0-5.0 м.

  • Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

    Bu barədə Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb.

    Xəbərdarlığa əsasən, iyulun 3-də günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi iyulun 6-da gündüz saatlarına kimi davam edəcək.

    Həmin günlər ərzində şimal-qərb küləyinin sürətinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3.0-4.0 m-ə, sonrakı inkişafda isə 4.0-5.0 m-ə çatacağı proqnozlaşdırılır.

  • Həftəsonu 41 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək

    Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 6-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə ikinci cəhd qəbul imtahanı keçiriləcək.

    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

    Qeyd edilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

    İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

    İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

    Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

    – İmtahana buraxılış vərəqəsi;

    – Şəxsiyyəti təsdiq edən sənədin əsli.

    a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

    b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

    – Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

    İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 168 imtahan binası, 3078 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 168 ümumi imtahan rəhbəri, 486 imtahan rəhbəri, 3851 nəzarətçi, 552 buraxılış rejimi əməkdaşı, 168 bina nümayəndəsi cəlb olunub.

    II ixtisas qrupu üzrə imtahanda 18 013, III ixtisas qrupu üzrə imtahanda isə 23 470 nəfər olmaqla, ümumilikdə 41 483 abituriyentin iştirakı nəzərdə tutulur.

    İmtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

  • Президент Ильхам Алиев принял участие в открытии дороги Ахмедбейли – Физули – Шуша (ФОТО)

    3 июля Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в открытии дороги Ахмедбейли – Физули – Шуша.

    Как сообщает АЗЕРТАДЖ, председатель правления Государственного агентства автомобильных дорог Азербайджана Салех Мамедов проинформировал Президента Ильхама Алиева о проделанной работе.

    Было отмечено, что протяженность действующей дороги составляет 101 км, а протяженность новой – 81.7 км. Новая дорога сократит расстояние на 19.3 км. Первые 48 км дороги, соответствующие первой технической категории, состоят из 6 полос движения, а остальные 33.7 км – 4 полос. На дороге построены 1 развязка, 11 мостов, 7 тоннелей, 6 виадуков, подземные переходы и другая необходимая инфраструктура. Общая длина мостов, построенных в рамках проекта, составляет 1 557 м.

    При строительстве некоторых виадуков впервые в Азербайджане бетонные работы были выполнены методом горизонтального скольжения пролетных форм. В ходе строительных работ вдоль дороги были установлены железобетонные и металлические ограждения, система освещения. Автомобильная дорога Ахмедбейли – Физули – Шуша, которая берет начало от автомобильной дороги Гаджигабул – Горадиз – Агбенд – Зангезурский коридор, соединяет Физули, Ходжавенд, Ходжалы и Шушу.

    Отметим, что данная дорога была построена в соответствии с “I Государственной программой Великого возвращения на освобожденные от оккупации территории Азербайджанской Республики”, утвержденной Распоряжением главы нашего государства. Реализация проекта имеет важное значение с точки зрения диверсификации внутренней дорожной сети и улучшения транспортного сообщения между регионом и другими районами республики. Кроме того, данная дорога играет очень важную роль, являясь частью международных транспортных коридоров, проходящих через нашу страну. В то же время новая дорога внесет большой вклад в развитие туризма и повышение экономической активности в регионе.



  • İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib – FOTO

    İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib.

    Median.Az AZƏRTAC-a isinaən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülmüş işlər barədə məlumat verib.

    Mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81.7 kilometrdir. Yeni yol məsafəni 19.3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33.7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir. Viadukların bəzilərinin tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. İnşaat işləri zamanı yolboyu dəmir-beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir.

    Qeyd edək ki, bu yol dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən inşa olunub. Layihənin icrası daxili yol şəbəkəsinin şaxələndirilməsi, bölgə ilə respublikanın digər rayonlarının nəqliyyat əlaqəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Bundan başqa, bu yol beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizdən keçən hissəsinin də tərkibinə aid olmaqla çox mühüm rol oynayır. Yeni yol, eyni zamanda, bölgədə turizmin inkişafına və iqtisadi fəallığı artırmağa da böyük töhfə verəcək.



  • Государственная служба обратилась в Генпрокуратуру в отношении 62 сотрудников

    Государственная служба по мобилизации и призыву на военную службу обнародовала статистические данные о борьбе с коррупцией за II квартал 2025 года.

    Согласно предоставленной Oxu.Az информации, в целях реализации задач, вытекающих из “Национального плана действий по усилению борьбы с коррупцией на 2022-2026 годы” Президента Азербайджанской Республики, и устранения факторов, создающих условия для коррупции, госслужба с мая 2023 года реализует систематические меры по повышению прозрачности служебной деятельности и борьбе с коррупцией.

    За этот период была проведена комплексная работа по совершенствованию нормативно-правовой базы, усилению механизмов контроля и повышению удовлетворенности граждан.

    Так, в результате служебных расследований случаев злоупотребления должностными полномочиями сотрудниками, в 2023 году в отношении 78, в прошлом году в отношении 249, а в первой половине 2025 года в отношении 103 сотрудников были приняты дисциплинарные взыскания и организационно-штатные меры, в том числе в текущем году 9 сотрудников были уволены в запас по отрицательным основаниям или с ними были расторгнуты трудовые договоры. В 2023 году материалы по 15 фактам в отношении 22 человек, в 2024 году по 51 факту в отношении 95 человек, а в текущем году по 28 фактам в отношении 62 человек были направлены в Генеральную прокуратуру Азербайджанской Республики для принятия процессуального решения.

  • Dövlət xidməti 62 əməkdaşı barədə Baş Prokurorluğa müraciət edib

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin II rübünü əks etdirən statistik məlumatları açıqlayıb.

    Xidmətdən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2022-2026-cı illər üzrə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası və korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2023-cü ilin may ayından etibarən xidməti fəaliyyətdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində sistemli tədbirlər həyata keçirir.

    Bu müddət ərzində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində kompleks işlər görülüb.

    Belə ki, əməkdaşların vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılan xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin birinci yarısında 103 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən cari ildə 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 28 fakt üzrə 62 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

    “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 06.09.2023-cü il tarixli 2317 nömrəli Fərmanının icrası ilə əlaqədar müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barəsində 4 yararlılıq kateqoriyası üzrə qərar qəbul edilmiş vətəndaşların yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və bu sahədə həyata keçirilən optimallaşdırma tədbirləri, korrupsiya risklərinin azaldılması, idarəetmədə operativliyin və obyektivliyin təmin olunması, ümumilikdə fəaliyyətin şəffaflığının artırılması baxımından müsbət nəticələr verməkdədir.

    Vətəndaşlarla təmasın minimuma endirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyanın imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılıb. Hazırda “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə”, “Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair”, “Həqiqi hərbi xidmət keçmə haqqında”, “Müddətli həqiqi hərbi xidmət barədə” və “Hərbi qeydiyyat haqqında” arayışlar “MyGov” mobil tətbiqi üzərindən vətəndaşlara təqdim olunur.

    Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə “9100” çağrı mərkəzinə və ya info@seferberlik.gov.az elektron poçt ünvanına müraciət etmələri tövsiyə olunur.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.

  • Арестованные в Екатеринбурге Аяз Сафаров и Шахин Лалаев обжаловали решение суда

    Азербайджанцы Аяз Сафаров и Шахин Лалаев, обвиняемые по делу об убийствах прошлых лет в Екатеринбурге, обжаловали решение о заключении под стражу.

    Как передает Median.Az, об этом ТАСС сообщили в объединенной пресс-службе судов Свердловской области РФ.

    Ранее Ленинский районный суд города заключил под стражу Аяза, Акифа, Мазахира, Камала и Бакира Сафаровых, Ахлимана Гянджиева, Шахина Лалаева и Азиза Абасова. Акиф Сафаров также обжаловал решение об аресте.

    По Сафарову и Лалаеву от адвокатов поступили апелляционные жалобы, сказала собеседница агентства.

    28 июня в следственном управлении СК РФ по Свердловской области сообщили о пресечении деятельности группировки, причастной к ряду убийств, которые были совершены на территории Екатеринбурга в начале 2000-х годов. Под стражу заключены восемь обвиняемых.

    По предварительным данным, один из фигурантов умер в результате сердечной недостаточности. Причины смерти еще одного фигуранта устанавливаются. Их тела были доставлены из Екатеринбурга в Баку, где затем заявили, что судебно-медицинская экспертиза зафиксировала следы насилия, и выразили протест российской стороне.

  • Yekaterinburqda həbs edilən iki azərbaycanlı məhkəmənin qərarından şikayət edib

    Rusiyanın Yekaterinburq şəhərində daha əvvəlki illərdə baş vermiş qətl hadisəsi ilə bağlı işi üzrə təqsirləndirilən Ayaz Səfərov və Şahin Lalayev barələrində həbs qətimkan tədbiri seçilməsi qərarından şikayət ediblər.

    Median.Az xəbər verir ki, bu barədə TASS-a Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidmətindən məlumat verilib.

    Bundan əvvəl şəhərin Lenins Rayon Məhkəməsi Ayaz, Akif, Məzahir, Kamal və Bəkir Səfərovları, Əhliman Gənciyevi, Şahin Lalayevi və Əziz Abasovu həbs edib. Akif Səfərov da həmçinin həbs qərarından şikayət edib.

    Xatırladaq ki, iyunun 28-də Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsi 2000-ci illərin əvvəllərində Yekaterinburqda törədilmiş bir sıra qətllərdə iştirak edən qrupun fəaliyyətinin qarşısının alınması barədə məlumat yayıb. Səkkiz təqsirləndirilən şəxs nəzarət altına alınıb. Azərbaycanda Rusiya ilə bağlı tədbirlər ləğv edilib, rusiyalı jurnalistlər İqor Kartavıx və Yevgeni Belousov, habelə daha səkkiz Rusiya vətəndaşı saxlanılaraq dörd ay müddətinə həbs edilib. Azərbaycan və Rusiya bir-birinə etiraz notaları veriblər, diplomatlar Xarici İşlər nazirliklərinə çağırılıblar.