Month: July 2025

  • Милли Меджлис распространил заявление о проводимой против Азербайджана информационной кампании

    Временная комиссия Милли Меджлиса по борьбе с иностранным вмешательством и гибридными угрозами в рамках своих полномочий провела мониторинг и установила, что после незаконных действий в отношении наших соотечественников в городе Екатеринбург Российской Федерации в российских СМИ, а также на платформе Telegram различные новостные каналы и отдельные лица развернули масштабную информационную кампанию против Азербайджана и проживающих в России азербайджанцев.

    Как сообщает Median.Az со ссылкой на комиссию, в ходе расследований было выявлено, что агрессивное поведение и бесчеловечное отношение к нашим соотечественникам широко агитируются на указанных ресурсах, при этом наблюдаются провокационные призывы в связи с принятием недружественных шагов против Азербайджана.

    “Ранее мы давали подробные заявления о попытках воздействовать на деятельность Азербайджанской Республики, основанную на международном праве и национальных интересах, с использованием различных инструментов гибридных угроз.

    Временная комиссия по борьбе с иностранным вмешательством и гибридными угрозами в координации с соответствующими комитетами Милли Меджлиса, Аппаратом Президента и другими государственными органами принимает превентивные меры в связи с дезинформацией, направленной против нашей страны.

    Комиссия на фоне продолжающейся информационной кампании призывает наших граждан и соотечественников, проживающих за рубежом, опираться и доверять только информации, предоставляемой государственными органами и официальными лицами Азербайджанской Республики”, – говорится в информации.

  • Milli Məclis Azərbaycan əleyhinə aparılan informasiya kampaniyasına dair açıqlama yaydı

    Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər nəticəsində müəyyən edilib ki, Rusiya Federasiyasının Yekaterinburq şəhərində həmvətənlərimizə qarşı edilən qanunsuz hərəkətlərdən sonra Rusiya mediasında, habelə “Telegram” platformasında müxtəlif xəbər kanalları və şəxslər tərəfindən Azərbaycana və Rusiyada yaşayan azərbaycanlılara qarşı geniş informasiya kampaniyası başladılıb.

    Bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasından məlumat verilib.

    Bildirilib ki, komissiyanın araşdırmaları zamanı soydaşlarımıza göstərilən aqressiv davranış və qeyri-insani münasibətin adıçəkilən resurslarda da geniş təbliğ olunması və Azərbaycan Respublikasına qarşı qeyri-dost addımların atılması ilə bağı təxribatçı çağırışlar müşahidə edilib:

    “Bundan öncə də Azərbaycan Respublikasının beynəlxalq hüquqa və milli maraqlara söykənən fəaliyyətlərinə müxtəlif hibrid təhdid alətləri vasitəsilə təsir etmək cəhdləri barədə tərəfimizdən ətraflı açıqlamalar verilib.

    Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya Milli Məclisin müvafiq komitələri, Aparatı və digər dövlət orqanları ilə əlaqələndirilmiş şəkildə ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyaları ilə bağlı qabaqlayıcı tədbirlər görür.

    Komissiya davam edən informasiya kampaniyasının fonunda vətəndaşlarımızı və xaricdə yaşayan həmvətənlərimizi yalnız Azərbaycan Respublikasının dövlət qurumları və rəsmiləri tərəfindən verilən məlumatlara istinad etməyə və inanmağa çağırır”.

  • В Екатеринбурге арестовали еще одного азербайджанца, задержанного ОМОН

    Ленинский районный суд Екатеринбурга заключил под стражу Шахина Лалаева, обвиняемого по делу об убийствах прошлых лет, передает Median.Az со ссылкой на ТАСС.

    “Избрать обвиняемому меру пресечения в виде заключения под стражу по 19 июля”, – сказала судья.

    Напомним, что 29 июня суд заключил под стражу Аяза, Акифа и Мазахира Сафаровых, 1 июля стало известно об аресте Бакира Сафарова и Ахлимана Гянджиева.

    В пресс-службе следственного управления СК РФ по Свердловской области ранее сообщили, что их подозревают в причастной к ряду убийств в 2001, 2010 и 2011 годах.

  • Yekaterinburqda OMON-çular tərəfindən saxlanılan daha bir azərbaycanlı HƏBS EDİLDİ

    Yekaterinburq şəhərində OMON qüvvələri tərəfindən saxlanılan, əvvəlki illərdə qətl törətməkdə şübhəli bilinən daha bir azərbaycanlı – Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçilib.

    Median.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.

    “Təqsirləndirilən şəxs barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilsin”, – deyə hakim bildirib.

    Lenin Rayon Məhkəməsində Şahin Lalayev ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

    Xatırladaq ki, iyunun 29-da məhkəmə Ayaz, Akif və Məzahir Səfərovların barəsində həbs-qətimkan tədbiri seçib, iyulun 1-də isə Bəkir Səfərov və Əhliman Gənciyev həbs olunublar.

    Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidməti onların 2001, 2010 və 2011-ci illərdə bir sıra qətllərdə iştirakda şübhəli bilindiyini qeyd edib.

  • Началась встреча Ильхама Алиева и Шавката Мирзиёева один на один

    Началась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и президента Республики Узбекистан Шавката Мирзиёева один на один.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyevin Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.

    Bununla bağlı Median.Az AZƏRTAC-a istinadən xəbər verir.

  • Азербайджанец, обвиняемый по делу об убийствах прошлых лет в Екатеринбурге, обжаловал арест

    Азербайджанец Акиф Сафаров, обвиняемый по делу об убийствах прошлых лет в Екатеринбурге, обжаловал решение о заключении под стражу.

    Как передает Median.Az, об этом ТАСС сообщили в объединенной пресс-службе судов Свердловской области РФ.

    Суд заключил под стражу Аяза, Акифа и Мазахира Сафаровых, 1 июля стало известно об аресте Бакира Сафарова и Ахлимана Гянджиева.

    “В Ленинский районный суд Екатеринбурга поступила апелляционная жалоба на меру пресечения Акифу Сафарову”, – сказала собеседница агентства.

    В пресс-службе следственного управления СК РФ по Свердловской области ранее сообщили, что правоохранительные органы 27 июня пресекли деятельность группировки. По версии следствия, фигуранты причастны к ряду эпизодов убийств и покушений на убийство, совершенных на территории Екатеринбурга в 2001, 2010, 2011 годах. По информации СК РФ, в рамках расследования дела были задержаны шесть граждан РФ. По предварительным данным российских СМИ, “один из фигурантов скончался в результате сердечной недостаточности”. Причины смерти второго устанавливаются.

  • Rusiyada həbs edilən Akif Səfərov apellyasiya şikayəti verdi

    Yekaterinburqda ötən illərdə törədilən qətllərlə bağlı istintaq çərçivəsində həbs olunan Akif Səfərov barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verib.

    Bu barədə TASS Sverdlovsk vilayəti məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətinə istinadla məlumat yayıb.

    “Yekaterinburq şəhərinin Lenin Rayon Məhkəməsinə Akif Səfərovun barəsində seçilmiş qətimkan tədbirindən apellyasiya şikayəti daxil olub”, – deyə məhkəmə nümayəndəsi bildirib.

    Xatırladaq ki, iyunun 29-da məhkəmə Ayaz, Akif və Məzahir Səfərovların barəsində həbs-qətimkan tədbiri seçib, iyulun 1-də isə Bəkir Səfərov və Əhliman Gənciyev, bu gün isə Şahin Lalayev həbs olunublar.

    Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidməti onların 2001, 2010 və 2011-ci illərdə bir sıra qətllərdə iştirakda şübhəli bilindiyini qeyd edib.

  • Устанавливаются новые нормы для предотвращения публикации ложной информации

    В Азербайджане устанавливаются новые нормы для предотвращения публикации ложной информации.

    Это отражено в предлагаемых изменениях к закону “О медиа”, которые были вынесены на обсуждение в первом чтении на вчерашнем заседании Комитета по правам человека Милли Меджлиса.

    Сообщается, что в законе впервые представлено понятие “медиа-субъект” в отношении традиционных медиа-ресурсов, занимающихся производством массовой информации, тем самым определена сфера охвата профессиональных медиа.

    Согласно изменениям, филиалы и представительства иностранных юридических лиц, действующих в медиа-сфере в Азербайджане, также будут считаться медиа-субъектами.

  • Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir

    Azərbaycan mediasında saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir.

    Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin ötən gün keçirilən iclasında birinci oxunuş üçün müzakirəyə çıxarılan “Media haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

    Məlumat verilib ki, qanunda ilk dəfə olaraq kütləvi informasiya istehsalı ilə məşğul olan ənənəvi media resurslarına münasibətdə “media subyekti” anlayışı təqdim edilib, bununla da peşəkar medianın əhatə dairəsi müəyyənləşdirilib.

    Dəyişikliyə əsasən, media sahəsində fəaliyyət göstərən xarici hüquqi şəxsin Azərbaycandakı filial və nümayəndəliyi də media subyekti hesab ediləcək.

    Bildirilib ki, Azərbaycan mediasını və ictimaiyyətini ən çox narahat edən məsələlərdən biri də informasiya məkanında mənbəyi bilinməyən, saxta məlumatların yayılması, bu cür manipulyativ məzmunun sosial şəbəkələrin təsiri altında media subyektlərinin lentinə yol açması, beləliklə, müxtəlif media kanalları vasitəsilə cəmiyyətə həqiqəti əks etdirməyən informasiyanın ötürülməsidir.

    Ciddi sosial sifarişi nəzərə alaraq, həm informasiya mühitinin çirklənməsinə səbəb olan, həm də jurnalistlərin nüfuzuna təsir edən saxta xəbərlərlə mübarizə metodlarını gücləndirmək məqsədilə qanuna dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, qanunun informasiyaya dair tələbləri əks etdirən 14-cü maddəsinə saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməsinə dair normanın əlavə edilməsi nəzərdə tutulub.

    Qeyd olunub ki, media subyektinin adından sui-istifadə edən, media etikasına zidd fəaliyyət göstərən, ictimai rəydə qeyri-peşəkar imici dəyişməyən media resurslarına qarşı cəmiyyət dövlətdən daha ciddi addımlar atılmasını gözləyir. Bu tələbi və dövlətin informasiya təhlükəsizliyi prinsiplərini əsas götürərək qanuna edilən dəyişiklərlə Medianın İnkişafı Agentliyinin (MEDİA) informasiya mühitinin çirkləndirilməsi hallarına qarşı fəaliyyətinin çevikliyi təmin ediləcək.

    Media subyektlərinin, xüsusilə əsas informasiya mənbəyi olan informasiya agentliklərinin fəaliyyətini təkmilləşdirmək və stimullaşdırmaq üçün günün reallıqlarına uyğun standartların tətbiqi tələb olunur. Məlumat mübadiləsində açar rolunu oynayan və buna görə də xüsusi çəkisi olan informasiya agentlikləri, sadəcə, mövcud olduğu sərhədlər daxilində deyil, bütün dünyada ölkə mediasının simasını və təsir dairəsini müəyyənləşdirir. Bu baxımdan, informasiya agentliklərinin inkişaf etdirilməsi dövlətin media siyasətinin əsas istiqamətlərindəndir.

    Qanuna təklif edilən dəyişikliyə əsasən, informasiya agentliyinin azı 20 media subyekti ilə məlumat verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı beş xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 faizi özü tərəfindən istehsal edilmiş olmalıdır.

    Vurğulanıb ki, müxtəlif media subyektləri formalaşdırdıqları brendin adından sui-istifadə halları ilə bağlı MEDİA-ya dəfələrlə müraciətlər edib və bu istiqamətdə ciddi addımların atılması ilə bağlı təkliflər irəli sürüblər. Bu amili nəzərə alaraq, qanuna təklif olunan dəyişikliyə əsasən, media subyektlərinin adları digər redaksiyaların adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir. Bu dəyişiklik media subyektlərinin həm reputasiyasının, həm də brendinin möhkəmlənməsinə töhfə verəcək.

    Qanuna təklif olunan dəyişikliklər cəmiyyətin və media ictimaiyyətinin tövsiyələri, istək və təklifləri nəzərə alınaraq irəli sürülüb ki, burada əsas məqsəd Azərbaycanın informasiya mühitinin qorunaraq, sağlamlaşdırılması, media brendinin və jurnalistin nüfuzunun artırılması, informasiya məkanında hər hansı neqativ hallara qarşı mübarizədə cəmiyyətin tələblərini nəzərə alaraq dövlət tənzimlənməsində həssaslığın artırılması, çevikliyin təmin edilməsidir.