Month: July 2025

  • Qazaxıstan prezidenti Azərbaycana təşəkkür edib

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Asiyada Etimad Tədbirləri Konfransının (AETİK) inkişafına töhfəsinə görə Azərbaycana təşəkkür edib.

    Məlumat Qazaxıstan prezidentinin Mətbuat Xidməti tərəfindən dərc edilib.

    Tokayev AETİK-in bütün iştirakçılarına uğurlar arzulayıb və Qazaxıstanın etibarlı dostu olan Azərbaycana təşkilata yüksəksəviyyəli sədrliyi və dialoq, etimad və tərəfdaşlığın gücləndirilməsi istiqamətində yorulmaz səylərinə, həmçinin AETİK-in institusional inkişafına töhfəsinə görə səmimi minnətdarlığını bildirib.

    K.J.Tokayev ayrıca Qazaxıstanın energetika, rəqəmsallaşdırma, logistika və kənd təsərrüfatı sahəsindəki prioritetləri üzərində dayanıb.

    O, infrastrukturun modernləşdirilməsinin dəniz limanlarının, avtomobil yollarının və dəmir yolu marşrutlarının tikintisi və yenilənməsi də daxil olmaqla, beynəlxalq tərəfdaşların fəal iştirakı ilə həyata keçirildiyini vurğulayıb.

    Dövlət başçısı rəqəmsal transformasiya və süni intellektin ölkənin inkişafının yeni mərhələsinin əsası olacağını bildirib.

    “Biz qlobal dəyər zəncirlərinə tam inteqrasiya olunmuş və iqlim və dayanıqlı inkişaf məqsədlərinə uyğun dayanıqlı iqtisadiyyat qururuq. Bu uzunmüddətli məqsədlərə çatmaq üçün beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlığa sadiqik. Fürsətdən istifadə edərək, bu mühüm strategiyanın həyata keçirilməsində diplomatik icmanın xüsusi rolunu vurğulamaq istərdim”, – deyə K.J.Tokayev fikrini yekunlaşdırıb.

  • Ильхам Алиев: Азербайджан искренне рад росту имиджа Узбекистана на международной арене

    Мы с большим интересом и радостью наблюдаем за стремительным развитием Узбекистана, осуществлением широкомасштабных реформ во всех сферах. Рады тому, как имидж Узбекистана на международной арене повышается из года в год, как растет экономический потенциал, решаются многие вопросы социальной жизни.

    Как передает АЗЕРТАДЖ, об этом Президент Азербайджана Ильхам Алиев сказал в совместном заявлении с президентом Узбекистана Шавкатом Мирзиёевым.

    “Все это результат продуманной политики президента, руководства Узбекистана. Все это выражается и в конкретных программах. Мы, как друзья, как братья, этому искренне рады”, – подчеркнул глава государства.

  • Prezident: “Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir”

    “Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında bildirib.

    Dövlət başçısı vurğulayıb:

    “Bütün bunlar prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Biz, dost və qardaşlar olaraq buna ürəkdən sevinirik”.

  • В СК РФ назвали мотив убийств, вменяемых задержанным в Екатеринбурге азербайджанцам

    Мотивом убийств, в которых обвиняются задержанные в Екатеринбурге уроженцы Азербайджана, стал конфликт из-за раздела сфер влияния в бизнесе.

    Как передает Median.Az, об этом ТАСС сообщила официальный представитель СК РФ Светлана Петренко.

    “По данным следствия, обвиняемые, входившие в состав преступной группы, причастны к убийству в 2001 году Ю.Пашаева, который скончался от полученных колото-резаных ран; покушению на убийство по найму Ф.Ширинова в 2010 году и убийству в 2011 году гражданина Азербайджанской Республики И.Гаджиева. Мотивом указанных преступлений, как полагает следствие, стал раздел сфер влияния в бизнесе, а также личная месть”, – сказала она.

    Позже в ведомстве сообщили, что один из задержанных в Екатеринбурге уроженцев Азербайджана изобличил других фигурантов дела об убийствах.

  • Rusiya İstintaq Komitəsi Yekaterinburqda saxlanılan azərbaycanlılar haqqında məlumat yayıb

    Yekaterinburqda saxlanılan azərbaycanlıların təqsirləndirildiyi qətllərin səbəbi biznesdə təsir dairələrinin bölünməsi ilə bağlı münaqişə olub.

    Median.Az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

    “İstintaqla müəyyən edilib ki, cinayətkar qrupun tərkibində olan təqsirləndirilən şəxslərin 2001-ci ildə bıçaq xəsarətlərindən dünyasını dəyişən Yunis Paşayevin qətlində, 2010-cu ildə F.Şirinovu sifarişlə öldürməyə cəhddə, 2011-ci ildə isə Azərbaycan Respublikasının vətəndaşı İ.Hacıyevin qətlə yetirilməsində əlləri var. Bu cinayətlərin motivi, istintaqın hesab etdiyi kimi, biznesdə təsir dairələrinin bölünməsi, habelə şəxsi qisasçılıq olub”, – deyə Rusiya İstintaq Komitəsinin rəsmisi bildirib.

    S.Petrenko əlavə edib ki, ifadələrin yerindəcə alınması zamanı təqsirləndirilən şəxslərdən biri cinayətin baş vermə şəraiti ilə bağlı ifadə verib və şəriklərini ifşa edib.

  • Посла России вызвали в МИД Азербайджана

    2 июля Посол Российской Федерации (РФ) в Азербайджанской Республике (АР) Михаил Евдокимов был вызван в Министерство иностранных дел (МИД) АР.

    Как передает Median.Az со ссылкой на пресс-службу внешнеполитического ведомства АР, на встрече с замминистра иностранных дел Аразом Азимовым российской стороне был выражен протест в связи с недружественными действиями и шагами, наносящими ущерб отношениям между двумя странами.

  • Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

    Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

    Bu barədə nazirlik məlumat yayıb.

    Xarici işlər nazirinin müavini Araz Əzimov ilə baş tutan görüşdə Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz qarşı tərəfin diqqətinə çatdırılıb.

    27 iyun tarixində Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə Rusiya hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən basqınlar zamanı qanunazid əməllər nəticəsində iki həmvətənimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması ilə bağlı dərin narahatlıq bir daha diqqətə çatdırılıb. Hadisə ilə bağlı Rusiyanın izahatının həlak olmuş həmvətənlərimizin üzərində olan kəskin zorakılıq izləri və ekspertiza rəyi ilə ziddiyyət təşkil etdiyi bildirilib. Reydlərlə bağlı Rusiya mediasında etnik dözümsüzlük təzahürlərinin müşahidə olunduğu, azərbaycanlılara münasibətdə “etnik cinayətkar qrup” kimi ifadələrdən istifadənin qəbuledilməz olduğu vurğulanıb.

    Rusiya hüquq-mühafizə orqanları tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Rusiya tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılacağını və günahkarların cəzalandırılacağını gözlədiyimiz bir daha diqqətə çatdırılıb. Bununla bağlı Azərbaycan tərəfinin mövqeyinin Rusiyanın daxili işlərinə müdaxilə kimi qələmə verilməsinin əsassız olduğu qeyd edilib.

    Azərbaycan tərəfindən “Sputnik Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlərlə bağlı Rusiya tərəfinin iradlarının əsassız olduğu bildirilib. “Sputnik Azərbaycan”a münasibətdə görülən tədbirlərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirildiyi və hal-hazırda istintaq tədbirlərinin davam etdiyi qeyd olunub.

    Hələ ötən ilin sonundan münasibətlərə mənfi təsir edən Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından sonra zəruri müvafiq tədbirlərin görülməməsinin və real vəziyyətin təhrif edilməsi cəhdlərinin, eləcə də Rusiya mediasında bir sıra rəsmi şəxslər və media nümayəndələri vasitəsilə ölkəmizə qarşı dezinformasiya kampaniyasının aparılmasının qəbuledilməz olduğu bildirilib.

    Ölkəmizin bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhvali-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

    Görüşdə, həmçinin son dörd-beş ay ərzində Rusiyanın ictimai-siyasi nümayəndələri və media qurumları tərəfindən ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı bəyanat və çıxışlarının ikitərəfli münasibətlərə mənfi təsir edən amillər sırasında olduğu qeyd edilib.

    Beləliklə, Rusiya Federasiyasının yuxarıda sadalanan hərəkətlərinin iki ölkə arasında dostluq və qarşılıqlı hörmət ruhuna zidd olduğu, əlavə gərginliyin yaranmasına səbəb olduğu və ikitərəfli münasibətlərə mənfi təsir göstərdiyi səfirin diqqətinə çatdırılıb.

    Rusiya tərəfi ölkələrimiz arasında ikitərəfli münasibətlərdə gərginliyin və mənfi əhvali-ruhiyyənin aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görməyə çağırılıb.

  • “Лукойл” назвал фейком информацию о задержании в Екатеринбурге Ахмеда Гаджиева

    Сообщения о задержании сотрудника “Лукойла” в Екатеринбурге – фейк.

    Об этом РБК сообщили в нефтегазовой компании.

    “Это абсолютный фейк – в “Лукойле” нет ни такой организации, ни такого работника. Никаких задержаний сотрудников компании не производилось”, – сообщили там.

    Ранее о задержании сообщали СМИ со ссылкой на Telegram-каналы. Отмечалось, что задержанного зовут Ахмед Гаджиев. По утвереждениям СМИ, он занимает пост “руководителя производственного объединения группы компаний “Лукойл” на Урале”.

  • “LUKOIL”dan Yekaterinburqda əməkdaşının saxlanılması barədə xəbərlərə ŞƏRH

    “Yekaterinburqda (Rusiya) “LUKOIL” şirkətinin əməkdaşının saxlanılması ilə bağlı yayılan məlumatlar yalandır”.

    Bu barədə şirkətdən RBK-ya açıqlama verilib.

    “Bu, tamamilə feyk məlumatdır – “LUKOIL”da nə belə bir qurum var, nə də belə bir əməkdaş. Şirkət əməkdaşlarının heç biri saxlanılmayıb”, – deyə açıqlamada bildirilib.

    Xatırladaq ki, dünən mediada “LUKOIL” şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyevin Rusiyada saxlanıldığı barədə məlumat yayılıb. Bildirilib ki, top-menecer məhkəməyə aparılıb.

  • Ильхам Алиев и Шавкат Мирзиёев выступают с заявлениями для прессы

    Президент Азербайджанской Республики Ильхам Алиев и президент Республики Узбекистан Шавкат Мирзиёев выступают с заявлениями для прессы.

    Об этом сообщает АЗЕРТАДЖ.