Month: July 2025

  • “Rusiyadan o qəzanın məsuliyyətini üzərinə götürməsini gözləyirik” – Prezidentin köməkçisi

    “Azərbaycanla Rusiya arasında münasibətlərdəki bu vəziyyət AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə yaranıb”.

    Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib:

    “Hadisə Rusiyanın ərazisində, Rusiyanın hava məkanında baş vermişdi və biz onun necə baş verdiyini bilirik. Bu, sirr deyil. Qonşu və tərəfdaş dövlət olan Azərbaycan Rusiyadan məsuliyyəti üzərinə götürməsini və bu məsələdə ədaləti təmin etməsini gözləyir”.

  • Британия собирается сбрасывать гуманитарную помощь в Газу с самолетов

    Великобритания планирует принять участие в международных программах по доставке гуманитарной помощи в сектор Газа путем ее сбрасывания с самолетов и эвакуации оттуда требующих госпитализации детей.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом британский премьер-министр Кир Стармер сказал во время телефонного разговора президенту Франции Эмманюэлю Макрону и канцлеру ФРГ Фридриху Мерцу.

    “Премьер-министр изложил, каким образом Великобритания также намерена продвигать планы по сотрудничеству с партнерами, такими как Иордания, с целью осуществления сброса гуманитарной помощи с воздуха и эвакуации детей, нуждающихся в медицинской помощи”, – говорится в заявлении Даунинг-стрит, 10. Детали плана не приводятся.

    Лидеры трех стран обсудили ситуацию в Газе и в Украине. Стармер, Макрон и Мерц также затронули тему ядерной программы Ирана. Они пришли к общему мнению, что “если Иран не будет сотрудничать с МАГАТЭ и не вернется к дипломатическим переговорам, санкции будут восстановлены в конце августа”.

  • Britaniya Qəzzaya humanitar yardım göndərəcək

    Böyük Britaniya Qəzza zolağına humanitar yardımın çatdırılması üçün beynəlxalq proqramlarda iştirak etməyi planlaşdırır.

    Bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertslə telefon danışığı zamanı deyib.

    Baş nazir Böyük Britaniyanın humanitar yardımı havadan göndərmək və tibbi yardıma ehtiyacı olan uşaqları təxliyə etmək üçün İordaniya kimi tərəfdaşlarla işləmək planlarını açıqlayıb.

    Planın təfərrüatları barədə məlumat verilməyib.

    Qeyd edilir ki, üç ölkənin liderləri Qəzza və Ukraynadakı vəziyyəti müzakirə ediblər. Starmer, Makron və Merts İranın nüvə proqramına da toxunublar, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq etməsə və diplomatik danışıqlara qayıtmasa, sanksiyaların avqustun sonunda bərpa ediləcəyi ilə bağlı razılığa gəliblər.

  • Araz çayında suyun səviyyəsi 1 metr azalıb

    Araz çayının İmişlidən keçən hissəsində suyun səviyyəsi 1 metr azalıb.

    Son bir ayda çayda suyun səviyyəsi sürətlə aşağı düşməyə başlayıb. Vəziyyətin belə olması yerli sakinlər arasında narahatlığına səbəb olub.

    Suyun azalması nəticəsində sahilboyu quraşdırılmış su nasoslarının tam gücü ilə işləməsində çətinliklər meydana gəlib.

    Mütəxəssislərin sözlərinə görə, çayda bu cür enmələr əkin sahələrinin suvarılmasında çətinliklər yarada bilər.

  • В Товузе задержаны поджигатели посевных площадей

    Сотрудники Товузского районного отдела полиции продолжают контрольно-профилактические мероприятия, направленные на предотвращение случаев возгорания.

    Как сообщили в ведомстве, в результате проведенного расследования было установлено, что в селах Ашагы Гушчу и Бозалганлы местные жители умышленно подожгли в общей сложности 0.8 га скошенных посевных площадей.

    По подозрению в совершении поджога задержаны И.Мамедов и Р.Гусейнов. В их отношении принимаются меры в соответствии с законодательством.

  • Tovuzda əkin sahələrini yandıran şəxslər saxlanılıblar

    Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanğın hadisələrinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

    Polis şöbəsindən verilən məlumata görə, aparılan araşdırmalar zamanı rayonun Aşağı Quşçu və Bozalqanlı kəndlərində ümumilikdə 0.8 hektar biçilmiş əkin sahəsinin sakinlər tərəfindən qəsdən yandırıldığı müəyyən edilib.

    Hadisənin törədilməsində şübhəli bilinən İ.Məmmədov və R.Hüseynov saxlanılıblar və barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.

  • “İçərişəhər” stansiyasında yeraltı avtomobil dayanacağının hansı ərazidə olacağı AÇIQLANDI

    “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı Metropolitenində infrastrukturun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində bir neçə mühüm addım atılacaq.

    Sözügedən istiqamətlərdən biri də “İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi məsələsidir.

    Bəs, görəsən, “İçərişəhər” stansiyasında yeraltı avtomobil dayanacağı harada olacaq?

    “Bakı Metropoliteni” QSC-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeraltı avtomobil dayanacağının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaxınlığında yerləşməsi planlaşdırılır.

    Məlumatda əlavə olunub ki, dayanacağın inşası layihələndirmə mərhələsindədir: “Digər bütün məsələlərlə bağlı ictimaiyyətə əlavə məlumatlar veriləcək”.

  • İsrail ordusu “Hizbullah”ın komandirlərindən birini məhv etdiyini açıqlayıb

    İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubunda “Hizbullah” hərəkatının yüksəkvəzifəli qərargah komandirini məhv etdiyini açıqlayıb.

    Bu barədə ordunun Mətbuat Xidməti öz “Telegram” kanalında məlumat yayıb.
    “SAXAL Livanın Bint-Cbeyl bölgəsinə zərbə endirərək “Hizbullah” təşkilatının qərargahının komandiri Əli Əbdül-Qadir İsmayılı məhv edib”, – deyə məlumatda bildirilir.
    SAXAL-ın məlumatına görə, məhv edilən komandir Bint-Cbeildə “Hizbullah”ın gücünü bərpa etmək cəhdlərində iştirak edib.
     
    /Oxu.Az

  • Laçında ağır qəza, 3 nəfər ölüb, 1 nəfər yaralanıb

    Laçında ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, bir nəfər yaralanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarakeçdi kəndi ərazisində qeydə alınıb.
    Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək aşıb.
    Hadisə nəticəsində Mahir Abdullayev, Şəhla Novruzova və Xədicə Novruzova hadisə yerində ölüb, Ramilə Abdullayeva isə xəsarət alıb
    Faktla bağlı araşdırma aparılır.

  • “Şamaxı” “Kəpəz”i böyük hesabla məğlub etdi

    Azərbaycan Premyer Liqası təmsilçiləri “Şamaxı” və “Kəpəz” yoxlama matçında üz-üzə gəlib.

    Matç “Şamaxı”nın böyük hesablı qələbəsi ilə nəticələnib – 6:1.
    Qarşılaşma Qəbələ Şəhər Stadionunda baş tutub.