Month: July 2025

  • Гражданин Азербайджана совершил ограбление на Бали – ФОТО

    Гражданин Азербайджана совершил ограбление на Бали.

    Как передает Median.Az со ссылкой на antaranews.com, преступление произошло 27 июля, в воскресенье днём.

    Мужчина связался с оператором пункта обмена валюты, чтобы обменять сумму в 12 000 долларов США. Поскольку сумма была довольно крупной, он попросил доставить деньги прямо к нему домой.

    Двое сотрудников пункта обмена валюты – Мох Эзекиэль Тан Эланг и М.Файсал привезли наличные деньги в местной валюте и стали их пересчитывать. Гражданин Азербайджана так и не отдал доллары. Затем в доме появился еще один человек, вместе с которым азербайджанец стал душить сотрудников пункта обмена валюты и забрал у них деньги. Пострадавшим удалось вырваться и убежать.

    “В настоящее время проводится интенсивный допрос и углублённое расследование в отношении подозреваемого, который действительно является иностранным гражданином. Он был немедленно задержан и доставлен в участок полиции Куты”, – сообщил начальник отдела по связям с общественностью полиции Денпасара АКП И Кетут Сукади.

  • Balidə Azərbaycan vətəndaşı həbs edilib – FOTO

    Bali polisi Azərbaycan vətəndaşı olduğu bildirilən kişini oğurluğa görə həbs edib.

    Bu barədə Antaranews.com nəşri məlumat verib.

    Məlumata görə, 2025-ci il iyulun 27-də kişi valyuta mübadiləsi məntəqəsinin operatoru ilə əlaqə saxlayıb və 12 min dolları dəyişmək istədiyini deyib. Məbləğ kifayət qədər böyük olduğu üçün o, pulu birbaşa evinə çatdırmağı xahiş edib.

    Valyuta mübadiləsi məntəqəsinin iki əməkdaşı – Mox Ezekiel Tan Elanq və M.Faysal yerli valyutada nağd pul gətiriblər və pulları saymağa başlayıblar.

    Azərbaycan vətəndaşı isə onlara dollar verməyib. Daha sonra azərbaycanlı evdə olan başqa bir şəxslə birlikdə valyutadəyişmə əməkdaşlarını boğmağa başlayıb və onlardan pulu alıb. Zərərçəkənlər onların əlindən qaçaraq xilas olmağa müvəffəq olublar.

    “Hazırda, həqiqətən də, xarici vətəndaş olduğu bildirilən şübhəli şəxslə bağlı intensiv dindirilmə və geniş araşdırma aparılır. O, dərhal saxlanılaraq Kuta şəhərinin polis bölməsinə aparılıb”, – deyə Denpasar Polisinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Ketut Sukadi bildirib.

  • On altı yaşına çatmayan qohumu ilə “evlənən” şəxsə cəza verildi

    Abşeron Rayon Məhkəməsində on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Qədim Quliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Qədim Quliyev 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.

    İttihama görə, Qədim Quliyev qohumu və həmkəndlisi, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, 2007-ci il təvəllüdlü, zərərçəkmiş N.N. (adı, soyadı şərtidir) ilə evlənmək barədə razılaşıb. O, 2023-cü ildə Abşeron rayonu ərazisində sözügedən qızla görüşüb, onu evlənmək məqsədilə Bakı şəhəri, Qaradağ rayonunda yaşayan əmisinin evinə aparıb. Sonra Qədim N.N. ilə yaşadığı ərazidə kirayədə qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşayıb, mütəmadi olaraq qızla cinsi əlaqədə olub. Onların birgə yaşayış zamanı 2024-cü ildə uşaqları doğulub.

    Hadisədən sonra Qədim Quliyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

  • Bərdədə 61 yaşlı kişi faciəli şəkildə öldü

    Bərdədə 61 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

    Hadisə şəhər ərazisində baş verib. Şəhər sakini, 1964-cü il təvəllüdlü Feyruz Salahov öz evinin həyətindəki yarımtikiliyə işıq çəkərkən ehtiyatsızlıqdan elektrik naqilinə yapışıb. O, hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • İlham Əliyev perulu həmkarını təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

    İnanıram ki, Azərbaycan ilə Peru arasında münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

    Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

  • “Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı sərnişin olmayıb”

    Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
    Xatırladaq ki, iyulun 24-də Rusiyanın Amur vilayətində “An-24” sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib. Məlumata görə, təyyarədə 42 sərnişin (onlardan 5-i uşaq), 6 ekipaj üzvü olub və hadisə nəticəsində 48 nəfər həyatını itirib.

  • Türkiyəli aktrisa 23 milyonluq dələduzluqda ittiham olunur

    Türkiyəli aktrisa Meral Kaplan saxlanılıb.

    Aktrisa torpaq satışı üçün saxta sənədlər hazırlayaraq 23 milyon lirə (964 min manat) pulu mənimsəməkdə ittiham olunub. Meralla yanaşı 4 nəfər də tutulub. İfadəsi alınan və haqqında səsləndirilən ittihamları rədd edən aktrisa şərti olaraq azadlığa buraxılıb.
     
    Qeyd edək ki, Meral son olaraq “Arka sokaklar” serialında rol alıb. 

  • Azərbaycanda rektora ağır itki

    Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanova ağır itki üz verib.
     
    Bu barədə Sfera.az-a onun yaxınları məlumat verib. 
     
    Bildirilib ki, rektorun atası Qəzənfər Qurbanov vəfat edib. 
     
    Onun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.

  • Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu regionlar

    Ölkə üzrə ən yüksək kredit faizlərinin olduğu bölgələr məlum olub.

    Bu barədə Mərkəzi Bankın hesabatında bildirilib.

    Belə ki, ölkədə ən yüksək kredit faizləri Dağlıq Şirvan iqtisadi rayonundadır. Bu regionda orta kredit faiz dərəcələri 19.80% təşkil edir.

    İkinci sırada 19.73 faizlə Mil-Muğan iqtisadi rayonu yer alır.

    Kredit faizlərinin yüksək olduğu digər ərazilər isə Qarabağ (19,58%) Lənkəran-Astara (19,49%) və Şirvan-Salyan (19,36%), Mərkəzi Aran (19.28) iqtisadi rayonlarıdır.

    Ölkədə banklar ən aşağı faizlə Bakıda kredit verirlər. Paytaxtda bu göstərici 12%-dir.

    Naxçıvan iqtisadi rayonunda isə 14.92 faiz təşkil edib.

    Qeyd edək ki, ilin əvvəlindən banklar 28,4 milyard manat dəyərində kredit veriblər. Bunun 21,7 milyard manatı Bakının payına düşüb.

  • 100 il yaşamaq üçün nə etmək lazımdır? – Hər gün edilməli olan faydalı məşq

    Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Parade” nəşri yazır.

    Bununla belə, qeyd olunur ki, bəzi məşqlər orqanizmi həddindən artıq yora bilər. Məsələn, bəziləri üçün uzunmüddətli qaçış diz oynaqlarına ağır yük salır və zamanla ağrılara səbəb olur.

    Fizioterapevtlər hansı məşqlərin uzunömürlülüyə müsbət təsir etdiyini izah ediblər. Onların fikrincə, sağlam və uzun həyat üçün hər gün yerinə yetirilməsi tövsiyə olunan yeganə məşq növü var.

    Günlük yerimə – Bir nömrəli məşq

    Bu baxımdan, fizioterapevt Leks Qonsales yerimədən daha yaxşı məşq növü olmadığını bildirir. O qeyd edir ki, yerimə, ilk növbədə, ürək və qan dövranı sisteminin sağlamlığını dəstəkləyir. İkincisi, bu məşq oynaqları hərəkətdə saxlayaraq, onları yormadan sağlamlıq üçün faydalıdır.

    Üçüncü önəmli amil isə balans və koordinasiyanın qorunmasıdır. Qonsales əlavə edir ki, yerimə çox əlçatan bir məşqdir: xüsusi avadanlığa ehtiyac yoxdur və tamamilə pulsuzdur.

    “Yerimə yaşlı insanlar üçün o qədər vacibdir ki, artıq onu altıncı həyati göstərici hesab edirlər”, deyə doktor Qonsales vurğulayır.

    Digər göstəricilər isə arterial təzyiq, ürək döyüntüləri, tənəffüs tezliyi, bədən temperaturu və oksigenlə doymadır.

    Digər sağlamlıq üçün faydalı məşqlər

    Fizioterapevt Karen K. Vestervelt isə bildirir ki, uzun və sağlam həyat üçün digər məşqlər də əhəmiyyətlidir. Onun fikrincə, dörd əsas növ fiziki fəaliyyət mövcuddur: güc məşqləri, aerobik (kardio) məşqlər, elastiklik üçün məşqlər və sinir-əzələ uyğunluğunu inkişaf etdirən (balans/sürətlilik) məşqlər. Onların hamısını hər həftə yerinə yetirmək tövsiyə olunur.

    Vestervelt qeyd edir ki, həftədə azı 150 dəqiqə orta intensivlikdə aerobik məşqlər və iki gün güc məşqləri aparılmalıdır: “Yaş artdıqca baş verən fizioloji dəyişikliklərdən biri də sarkopeniya – əzələ kütləsinin azalmasıdır. Bu proses oturaq həyat tərzi ilə daha da sürətlənir. Güc məşqləri bunu ləngidə bilər”.

    Həmçinin, hər bir əsas əzələ qrupu həftədə azı iki dəfə dartılmalı, balans da müntəzəm şəkildə inkişaf etdirilməlidir: “Əzələləri gücləndirdiyimiz kimi, sabit və dinamik tarazlığı da məşq etməliyik ki, koordinasiyamız yaxşılaşsın. Bu, xüsusilə yaşlandıqca yıxılmaların qarşısını almaq üçün vacibdir”.

    Qonsales balans və elastikliyi qoruyub saxlamaq üçün tayçi və yoqa kimi orqanizmi yormayan, lakin faydalı fiziki fəaliyyət növlərini tövsiyə edir.

    Hansı məşqlərlə ehtiyatlı olmaq lazımdır

    Eyni zamanda, fizioterapevtlər xəbərdarlıq edirlər ki, bədənə daha çox yük salan bəzi məşq növləri ilə ehtiyatlı davranmaq lazımdır. Məsələn, uzun məsafəyə qaçış, ağır çəkilərin qaldırılması, kəskin və intensiv hərəkətlər və onurğanın sərt burulması ilə müşayiət olunan məşqlər daha yüksək zədə riski daşıyır.

    Doktor Vestervelt qeyd edir ki, hansı məşq seçilirsə-seçilsin, əsas odur ki, o müntəzəm şəkildə yerinə yetirilsin: “Bəzən bu sadəcə idman ayaqqabısını geyinib gəzməyə çıxmaq qədər asan ola bilər”.