Month: July 2025

  • В Газахском районе сотрудник госучреждения скончался на рабочем месте

    В Газахском районе скончался сотрудник Региональной службы водной мелиорации.

    Как сообщает Report, работавший на насосной установке в селе Шихлы Г.Микаилов (1969 г.р.) умер на рабочем месте.

    По предварительной информации, у него случился инфаркт.

    По данному факту ведется расследование.

  • Qazaxda dövlət qurumunun əməkdaşı iş başında öldü

    Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, rayonun Şıxlı kəndi ərazisində yerləşən su nasosu qurğusunda çalışan, 1969-cu il təvəllüdlü Q.Mikayılov iş başında vəfat edib.

    İlkin məlumata görə, o, infarkt keçirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Ирана подчеркнул необходимость укрепления отношений с Азербайджаном

    Президент Ирана Масуд Пезешкиан заявил, что приоритетом внешней политики его администрации является укрепление отношений с соседними странами.

    Как передает Median.Az, об этом сообщает агентство Mehr.

    Он подчеркнул необходимость укрепления отношений с соседями, включая Турцию, Туркменистан, Азербайджан, Афганистан, Пакистан и прибрежные государства Персидского залива.

    Выступая в субботу с необъявленным визитом в Министерстве иностранных дел, Пезешкиан заявил, что улучшение отношений с соседними странами может привести к большим достижениям. Он призвал дипломатов применять более активный подход в своих усилиях.

  • Pezeşkian Azərbaycanla münasibətlərin möhkəmləndirilməsinin zəruruliyini vurğulayıb

    İran Prezidenti Məsud Pezeşkian deyib ki, onun administrasiyasının xarici siyasət prioriteti qonşu ölkələrlə əlaqələri gücləndirməkdir.

    Median.Az bu barədə “Mehr” agentliyinə istinadla xəbər verir.

    O, qonşularla, o cümlədən Türkiyə, Türkmənistan, Azərbaycan, Əfqanıstan, Pakistan və Fars körfəzi sahili ölkələri ilə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

    Şənbə günü Xarici İşlər Nazirliyinə elan olunmamış səfər edən Pezeşkian deyib ki, qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılması daha böyük nailiyyətlərə gətirib çıxara bilər. O, diplomatları öz səylərində daha fəal yanaşma tətbiq etməyə çağırıb.

  • В Баку резко выросли цены на землю

    В июне 2025 года средние цены на земельные участки во всех районах Баку резко выросли по сравнению с аналогичным периодом прошлого года.

    Об этом Report рассказал председатель Общественного объединения “Общество оценщиков Азербайджана” Вугар Орудж.

    По его словам, самый высокий рост и уровень цен зафиксирован в Сабаильском районе. Здесь средняя цена одной сотки земли составила 422 780 манатов, что на 28% больше в годовом сравнении.

    Наримановский и Насиминский районы также отличились высокими показателями на рынке земли. В Наримановском районе средняя цена составила 296 591 манат (+ 13%), а в Насиминском – 292 385 манатов (+ 20%).

    В прошлом месяце средняя цена одной сотки земли в Ясамальском районе составила 202 588 манатов (+ 25%), Хатаинском районе – 232 965 манатов (+ 12%), Низаминском районе – 63 842 маната (+ 18%), Бинагадинском районе – 54 875 манатов (+ 14%), Сабунчинском районе – 46 352 маната (+ 10.5%), Хазарском районе – 25 988 манатов (+ 11%), Сураханском районе – 25 541 манат (+ 10%), Гарадагском районе – 14 971 манат (+ 7%), Пираллахинском районе – 9 124 маната (+ 8%).

  • Bakıda torpaq iyunda kəskin bahalaşıb

    Bu ilin iyun ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc danışıb.

    Onun sözlərinə görə, ən yüksək artım və qiymət səviyyəsi Səbail rayonunda qeydə alınıb. Burada bir sot torpağın orta qiyməti 422 780 manat təşkil edib ki, bu da illik müqayisədə 28% çoxdur.

    Nərimanov və Nəsimi rayonları da torpaq bazarında yüksək göstəricilərlə seçilib. Nərimanovda orta qiymət 296 591 manat (+ 13% ), Nəsimidə isə 292 385 manat (+ 20% ) olub.

    Ötən ay bir sot torpağın orta qiyməti Yasamal rayonunda 202 588 manat (+ 25%), Xətai rayonunda 232 965 manat (+ 12%), Nizami rayonunda 63 842 manat (+ 18%), Binəqədi rayonunda 54 875 manat (+ 14%), Sabunçu rayonunda 46 352 manat (+ 10.5%), Xəzər rayonunda 25 988 manat (+ 11%), Suraxanı rayonunda 25 541 manat (+ 10%), Qaradağ rayonunda 14 971 manat (+ 7%), Pirallahı rayonunda isə 9 124 manat (+ 8%) olub.

  • Küləklə bağlı SARI XƏBƏRDARLIQ

    Azərbaycanın bəzi bölgələrində iyulun 27-28-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, Culfa, Ordubad, Daşkəsən, Goranboy, Ağstafa, Qazax, Gəncə, Şəmkir, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Hacıqabul, Şabran, Siyəzən, Qusar, Xaçmaz, Xızı, Ağdaş, Şirvan, Göyçay, Tovuz, Bərdə, Kəlbəcər, Cəbrayıl, Qobustanda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Şuşada yanğın nəticəsində mina partlayışları olub

    Azad edilmiş ərazilərdə növbəti yanğın hadisəsi Şuşa rayonu, Qala Dərəsi adlanan yerdə baş verib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub, yanğının meşə ərazisinə keçməsinin qarşısını alıb.

    Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəticəsində ərazidə bir neçə mina partlayışı da müşahidə edilib.

    Aparılan işlər nəticəsində yanğın söndürülüb.

  • Учительница из Сумгайыта внезапно скончалась в Турции

    Учительница начальных классов средней школы №1 имени Исмета Гаибова города Сумгайыт Гюльнара Алиева скончалась в Турции.

    Как передает Qafqazinfo, Г.Алиева умерла в тот же день, когда прибыла в страну в качестве туриста.

    Точная причина её смерти неизвестна, однако сообщается, что состояние учительницы ухудшилось, и она скончалась в больнице, куда была госпитализирована.

    Согласно информации, Г.Алиева несколько лет назад потеряла сына.

    Педагог, работавшая в указанной школе последний год, ранее долгое время работала учительницей начальных классов и заместителем директора в Техническом лицее естественных наук.

  • Sumqayıtlı müəllimə Türkiyədə qəfil vəfat etdi

    Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi Gülnarə Nizami qızı Əliyeva Türkiyədə vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, G.Əliyeva turist kimi səfərə getdiyi ölkədə elə həmin gün qəfil dünyasını dəyişib.

    Onun dəqiq hansı səbəbdən həyatını itirməsi məlum olmasa da, müəllimənin vəziyyətinin pisləşdiyi və çatdırıldığı xəstəxanada öldüyü bildirilir.

    Məlumata görə, G.Əliyeva bir neçə il əvvəl oğlunu itiribmiş.

    Son bir ildir adıçəkilən məktəbdə çalışan pedaqoq daha əvvəl uzun müddət Texniki Təbiət Elmləri Liseyində ibtidai sinif müəlliməsi və direktor müavini kimi fəaliyyət göstərib.