Month: July 2025

  • Xəzərin sahilində IT-hab yaradılır

    Xəzər dənizi sahilində İT-habın yaradılması planlaşdırırılır.

    “Report”un TASS-a istinadən məlumatına görə, bu barədə Dağıstan Respublikası hökumətinin sədr müavini Rizvan Qazimaqomedov bildirib.

    Onun sözlərinə görə, IT-hab 2025-ci ilin oktyabrında Dağıstanda keçiriləcək III beynəlxalq Xəzər rəqəmsal forumunda təqdim ediləcək.

    Qazimaqomedov əlavə edib ki, hazırlıq mərkəzində İT mütəxəssislər ilboyu təhsil ala, rəqəmsal məhsullar hazırlaya, hətta istirahət edə biləcək.

    Habda məlumatların işlənməsi mərkəzi və anbar yerləşdirməyi planlaşdırırlar.

  • WSJ: LVMH ведет переговоры о продаже бренда Marc Jacobs

    Люксовый гигант Louis Vuitton Moet Hennessy (LVMH) ведет переговоры о продаже американского модного бренда Marc Jacobs за сумму около $1 млрд.

    Об этом сообщила газета The Wall Street Journal (WSJ) со ссылкой на источники.

    По их данным, французский холдинг обсуждает сделки с несколькими сторонами, включая компании Authentic, владельца Reebok, и Bluestar Alliance. Как сообщили источники, соглашение может быть достигнуто в ближайшее время.

    Источники издания отмечают, что сделка может быть заключена в ближайшее время при условии успешного завершения переговоров.

  • Məşhur moda evi 1 milyard dollara satılır

    Fransız “LVMH Moët Hennessy – Louis Vuitton” konqlomeratı “Marc Jacobs” moda evinin satışı ilə bağlı danışıqlar aparır.

    Bu barədə “Wall Street Journal” mənbələrinə istinadən bildirir.

    Potensial sövdələşmənin məbləği 1 milyard dollara çata bilər.

    Nəşrin məlumatına görə, LVMH bir neçə potensial alıcı ilə satış şərtlərini müzakirə edir. Onların arasında “Reebok”un sahibi “Authentic Brands Group”, həmçinin “Bluestar Alliance” (“Brookstone”un sahibi) və “WHP Global” (“Vera Wang” brendinin ana şirkəti) var.

    Mənbələr qeyd edir ki, danışıqların uğurla başa çatması şərti ilə sövdələşmə yaxın zamanda bağlana bilər.

    LVMH ənənəvi olaraq perspektivli aktivlərin aktiv alıcısı kimi tanınsa da, şirkət strateji prioritetlərinə uyğun gəlməyən brendlərdən ayrılmağa hazır olduğunu nümayiş etdirir.

  • “Oba market”in kassiri 50 qəpiyə görə öldürülübmüş…

    Sabunçu rayonunda yeniyetmənin törətdiyi qətl hadisəsi ilə bağlı məhkəmə araşdırması başa çatıb.

    Median.Az Qafqazinfo-ya istinadən hadisənin təfərrüatını təqdim edir.

    Cinayət hadisəsi bu ilin payızında baş verib. 17 yaşlı Elcan Süleymanov özündən 3 yaş böyük Xəyal Nağıyevi bıçaqlayaraq öldürüb.

    Tərəflər arasındakı mübahisə isə 50 qəpiyə görə başlayıb. Belə ki, Xəyal Ramana qəsəbəsində “Oba Market”də kassir işləyirmiş. Müştəri kimi mağazaya gələn yeniyetmə Elcan yağ aldıqdan sonra ödəniş edib. Lakin aldığı mala görə 50 qəpik az pul verib. Xəyal isə pulu tam verməli olduğunu qeyd edib. Bu səbəbdən aralarında mübahisə baş verib. Elcan qalığı sabah verəcəyini deyərək mağazadan çıxıb.

    Səhəri gün o, içkili vəziyyətdə yenidən mağazaya gəlib. Onlar arasında mübahisə başlayıb. Elcan Xəyalı marketdən çölə çağıraraq üstündəki bıçaqla qətlə yetirib.

    Təqsirləndirilən yeniyetmə məhkəmədə özünü qismən təqsirli bilib. İfadəsində deyib ki, mərhumla əvvəllər mübahisələri olsa da, sonuncu gün ondan üzr istəmək üçün mağazaya gedib. Həmin vaxt Xəyal kassasının arxasında oturmuş vəziyyətdə olub. Söhbət etmək üçün ayağa qalxmasını istəyib. Xəyal isə ona qulaq asmayaraq yenidən mübahisə başladıb. Bundan sonra mağazadan kənarda davam edən mübahisə faciə ilə yekunlaşıb.

    Məhkəmə istintaqı zamanı toplanmış sübutlarla yeniyetməyə qarşı verilmiş ittiham əsaslı hesab edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elcan xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinib. Ona təyin oluna biləcək ən ağır cəza -10 il azadlıqdan məhrumetmə cəzası verilib. Qətlə yetirilən gəncin yaxınları isə cəzadan narazı qalaraq məhkəmə salonunu tərk ediblər.

    Zərərçəkmiş tərəf etiraz etsə də, qanun deyir ki, 18 yaşına çatmamış şəxsə 10 ildən artıq həbs təyin edilə bilməz. Məhkəmə də Elcana qanunda bu yaş qrupu üçün nəzərdə tutulan maksimal cəzanı verib.

  • Rusiyada qəzaya uğramış “An-24” təyyarəsinin qara qutusundan ilk məlumatlar əldə olunub

    Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri iyulun 24-də Rusiyanın Amur vilayətində qəzaya uğrayan “An-24” təyyarəsinin uçuş registratorlarını tədqiq ediblər.

    Median.Az bu barədə DAK-a istinadla xəbər verir.

    “Parametr məlumatlarının daşıyıcısı olan maqnit lenti yanğın nəticəsində məhv edilib, səs yazıcısında olan məlumatlar isə qalıb. Təyyarə yerə çırpılmazdan əvvəl onun sistemlərində heç bir nasazlıq qeydə alınmayıb”, – deyə DAK-ın məlumatında bildirilir.

    Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

  • Şuşada baş vermiş yanğının SƏBƏBİ müəyyən olunub

    İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində baş vermiş yanğının səbəbi müəyyən olunub.

    Daxili İşlər Nazirliyi (DİN) və Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətlərinin yaydığı birgə məlumata görə, yanğının səbəbi ərazidəki elektrik dirəyində baş verən qısaqapanma olub.

    FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən 4 hektarlıq otlaq sahəsində alovun qarşısı alınıb və yanğının meşəlik əraziyə keçməsinə imkan verilməyib.

  • İranda güclü zəlzələ oldu

    İranın Buşehr əyalətinin Əsəluye şəhəri yaxınlığında 4,7 bal maqnitudada zəlzələ baş verib.

    Bu barədə IMNA məlumat yayıb.

    Məlumata görə, yerli vaxtla 13:40 radələrində meydana gələn zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.

    İnsan itkisi və dağıntılarla bağlı hələlik məlumat verilməyib.

  • Yanacaqdoldurma məntəqəsi yaxınlığında ağır qəza – Yaralı var

    Salyanda ağır yol qəzası baş verib.

    Hadisə Salyan-Noxudlu kənd yolunda qeydə alınıb.

    Belə ki, yanacaqdoldurma məntəqəsi yaxınlığında “Mercedes” markalı minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi toqquşub.

    Qəzada “Ford”un sürücüsü xəsarət alaraq rayon xəstəxanasına aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Сабирабадском районе нашли тело 20-летнего юноши, утонувшего в канале

    Тело юноши, утонувшего в канале в Сабирабадском районе, извлечено из воды.

    Как сообщает Report, труп жителя села Гарагюней Сафараги Мусаева (2005 г.р.) был обнаружен и извлечен из канала водолазами-спасателями.

    По данному факту ведется расследование.

  • Sabirabadda kanalda boğulan 20 yaşlı gəncin meyiti tapılıb

    Sabirabadda kanalda boğulan gəncin meyiti sudan çıxarılıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, rayonun Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Səfərağa Elşən oğlu Musayevin meyiti dalğıc-xilasedicilər tərəfindən kanalda aşkarlanaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.