Month: July 2025

  • Lerikdə kişi qayınanası ilə tutuldu: “18 ildir sevgiliyik”

    Lerikdə 42 yaşlı kişi qayınanasına yaşadığı evdə təcavüz edib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə ötən il sentyabrın 17-də Lerik rayonunun kəndlərindən birində baş verib.

    1983-cü il təvəllüdlü Lerik rayon sakini Amal həmin gün saat 13 radələrində yaşadığı evdə qaynanası Əsmərin (adlar şərti verilib – red.) qarşısını kəsib. Onun biləyindən tutaraq otağa keçməsini tələb edib. Qadın kürəkəninin tələbinə etiraz edib, müqavimət göstərib. Amal isə zorla qayınanasını otağa salıb və qapını arxadan kilidləyib.

    Daha sonra onu yerə yıxaraq yumruqla sağ gözünün altından almacıq sümüyü nahiyəsinə zərbələr endirib və zorla üzü üstə çevrilməsini tələb edib. Qayınanasını soyunduran kürəkən onunla qeyri-təbii yolla cinsi əlaqədə olub və digər seksual xarakterli zorakılıq hərəkətləri həyata keçirib.

    İstintaq orqanı Amal barəsində Cinayət Məcəlləsinin 150.1-ci maddəsi (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə, belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) ilə ittiham elan edib.

    “Qayınanamla sevgili olmuşuq”

    Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində bildirib ki, 2006-cı ildə Nazilə ilə ailə həyatı qurub və onların 4 övladı var:

    “Zərərçəkmiş mənim qayınanamdır. Onunla aramızda sevgi münasibətləri olub. 2024-cü il sentyabrın 17-də Bakı şəhərindən kənddəki evə gəldim. Qayınanam evdə tək idi. Onunla otaqda qeyri-təbii yolla cinsi əlaqədə olan vaxtı oğlum İslam bizi gördü. Bundan sonra sevgi münasibətlərimizin üstü açıldı.

    Qayınanamla aramızda 18 ildir cinsi münasibətlər olub. Lakin heç vaxt tutulmamışıq. Hadisə günü arvadım bizim bu münasibətlərimizdən xəbər tutdu və evdə səs-küy saldı”.

    Təqsirləndirilən şəxs bildirib ki, qayınanası ilə könüllü cinsi əlaqədə olub:

    “Ona zor tətbiq etməmişəm. Lakin hadisə aşkar olunduğu üçün Əsmər özünü təmizə çıxarmaq məqsədilə şikayət etmişdir ki, guya ona zorakılıq göstərmişəm”.

    “Dedi ki, neçə ildir sənin üçün ölürəm”

    Zərərçəkmiş qismində ifadə verən Əsmər bildirib ki, kürəkəni ilə aralarında narazılıq və ziddiyyət olmayıb:

    “Sentyabrın 17-də Amal Bakı şəhərindən gəldi, nahar edib araq içdi. Mən saat 13 radələrində işlədiyim kənd məktəbindən nahar fasiləsi üçün evə gəlmişdim. Nahar zamanı qızım məktəbdən gələn övladlarını qarşılamaq üçün evdən çıxdı. Evdə isə kürəkənimlə mən qaldım.

    Nahar bitdikdən sonra kürəkənim qarşımı kəsdi, sağ qolumun bilək nahiyəsindən tutdu və otağa keçməyimi tələb etdi. Mən niyə yan otağa keçməli olduğumu soruşdum. Dedi: “Neçə ildir sənin üçün ölürəm, fürsət tapa bilmirdim”. Yenidən məni otağa salmağa çalışdı. Mən ona müqavimət göstərdim”.

    Zərərçəkmiş bildirib ki, Amal onu otağa salıb, qapını bağladıqdan sonra fiziki zor tətbiq edib və yerə yıxıb:

    “Məndən təkidlə üzü üstə çevrilməyimi tələb etdi. Əynində olan şalvarını çıxartdı. Ona narazılığımı bildirdim. Qollarımı özünə tərəf dartaraq məni döşəməyə uzatdı. Qışqırsam da, köməyimə gələn olmadı. Zor tətbiq edərək qeyri-təbii yolla mənimlə cinsi əlaqəyə girdi”.

    “Məni və kürəkənimi yarıçılpaq vəziyyətdə gördü”

    Əsmər deyib ki, bu zaman nəvəsi İslam evə gəlib və qapını açmaq istəyib:

    “Amal oğlundan qapını açmamağı tələb etdi. Mən qışqırmağa başlayanda uşaq qaçaraq oradan uzaqlaşdı. Uşaqların gəldiyini dedim, kürəkənimdən məni buraxmasını istədim. O buna məhəl qoymadı.

    Nəvəmin köməyə çağırdığı anası və digər nəvələrim qapının qarşısına yığışdılar və qapının açılmasını tələb etdilər. Qızım qapını zorla açaraq içəri girdi. Məni və kürəkənimi yarıçılpaq vəziyyətdə gördü. Qızım ərindən nə səbəbə belə bir iş tutduğunu soruşdu. Kürəkənim izah verə bilmədi”.

    Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Amal 6 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

  • В Турции спустя 31 год освобожден террорист РКК

    В Турции из тюрьмы Имралы освобожден член террористической организации РКК Вейси Акташ.

    Об этом Median.Az сообщает со ссылкой на агентство ANKA.

    Террорист был освобожден 25 июля после 31 года и 3 месяцев заключения.

    Отмечается, что в тюрьме Имралы Акташ сидел слева от Абдуллаха Оджалана на видео, где тот делал заявление о самороспуске РКК.

  • Türkiyədə PKK terrorçusu 31 ildən sonra azadlığa buraxıldı

    Türkiyədə PKK terror təşkilatının üzvü Veysi Aktaş İmralı həbsxanasından azadlığa buraxılıb.

    Median.Az bu barədə ANKA agentliyinə istinadla xəbər verir.

    Bildirilir ki, terrorçu 31 il 3 ay həbsxanada qaldıqdan sonra iyulun 25-də sərbəst buraxılıb.

    Qeyd edilir ki, Aktaş İmralı həbsxanasından PKK-nın özünü ləğv etdiyinə dair Abdullah Öcalanın bəyanat verdiyi videoda onun sol tərəfində oturmuşdu.

  • Вышедший на свободу несколько дней назад Фуад Джам скончался

    Генеральный директор Royal Bank (в настоящее время ликвидирован) Фуад Джам, вышедший на свободу несколько дней назад после шестилетнего заключения, скончался.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, он умер от рака в одной из частных клиник.

    Отметим, что Фуад Джам был приговорен к 6 годам заключения вместе со своим отцом Али Джамом. Недавно их обоих освободили. На момент выхода на свободу состояние Фуада было критическим, он страдал от рака крови.

  • Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi

    Altıillik həbsdən sonra bir neçə gün əvvəl azadlığa çıxan “Royal Bank”ın (ləğv edilib) baş direktoru Fuad Cam vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, F.Cam özəl klinikalardan birində xərçəng xəstəliyindən dünyasını dəyişib.

    Qeyd edək ki, Fuad Cam atası Əli Camla birgə 6 illik həbsə məhkum edilmişdi. Ata-oğul ikisi də bu yaxında azadlığa buraxılıb. Həbsdən çıxan zaman vəziyyəti kritik olan oğul Cam qan xərçəngindən əziyyət çəkirdi.

  • Gəncədə 67 yaşlı kişi dəm qazından boğularaq ölüb

    Gəncədə 67 yaşlı kişi dəm qazından boğularaq ölüb.

    1958-ci il təvəllüdlü Yusif Aydın oğlu Hüseynzadə yaşadığı evin hamam otağında dəm qazından boğulub.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Президент Ильхам Алиев поздравил мальдивского коллегу

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо мальдивскому коллеге Мохаммеду Муиззу.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин Президент,

    От своего имени и от имени народа Азербайджана искренне поздравляю Вас и весь Ваш народ с национальным праздником – Днем независимости Мальдивской Республики.

    Нас радует, что отношения между Азербайджаном и Мальдивами в последнее время развиваются по восходящей линии и наполняются новым содержанием. Ваш прошлогодний визит в Азербайджан для участия в COP29 открыл новую страницу в истории двусторонних связей.

    Уверен, что мы и впредь будем успешно продолжать совместные усилия на пути укрепления дружественных отношений, расширения сотрудничества в сферах, представляющих взаимный интерес.

    В этот праздничный день выражаю Вам наилучшие пожелания, желаю дружественному народу Мальдив постоянного благополучия и процветания”.

  • İlham Əliyev maldivli həmkarını təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

    Son dövrdə Azərbaycan ilə Maldiv arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. COP29-da iştirak etmək üçün keçən il Sizin Azərbaycana səfəriniz ikitərəfli əlaqələrimizin tarixində yeni səhifə açmışdır.

    Əminəm ki, dostluq əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

    Bu bayram günündə Sizə ən xoş arzularmı çatdırır, dost Maldiv xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • İşğaldan azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb

    İşğaldan azad edilmiş ərazilərdə radioaktiv maddələrin mövcudluğu ilə bağlı aparılan araşdırmalara İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) cəlb olunub.

    Median.Az xəbər verir ki, bu barədə “Teleqraf”ın sorğusuna cavab olaraq İRİA-dan məlumat verilib.

    Bildirilib ki, agentliyin Nüvə tədqiqatları departamenti (NTD) tərəfindən keçirilmiş radioloji monitorinqlər zamanı işğaldan azad olunmuş rayonların minadan və müharibənin partlamamış qalıqlarından təmizlənmiş ərazisində 4 ədəd sahibsiz və ya itirilmiş radioaktiv tullantı aşkar edilib.

    2024-cü il ərzində İRİA NTD tərəfindən keçirilmiş radioloji monitorinqlər zamanı işğaldan azad olunmuş 10 rayonun (Zəngilan, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl, Xocavənd, Ağdam, Laçın və Kəlbəcər rayonları, o cümədən Tərtər rayonunun Suqovuşan və Talış kəndləri) ərazilərində radioloji və radioekoloji tədqiqatlar aparılıb.

    Zəngilan rayonun Mincivan qəsəbəsində keçmiş kimya birliyi ərazisində aşkar edilmiş tərkibində “²²⁶Ra” radioaktiv maddəsi olan bir ədəd əşyanın, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi ərazisində vurulmuş “T-72” düşmən tankının içərisindən yüksək alfa və qamma şüalanma mənbəyi olan “²⁴¹Am” radioaktiv materialının, Kəlbəcər rayonunun Zod kəndi ərazisində düşmən tərəfindən qanunsuz olaraq istismar olunan “Zod” qızıl zavodu ərazisində daxilində alfa və qamma şüalanma mənbəyi olan “²²⁶Ra” radioaktiv maddəsinin və Şuşa şəhərində “N” saylı hərbi hissənin Zenit Raket Batareyasının (ZRAB) avtoparkı ərazisində aşkar edilən radioaktiv izotop saxlayan naməlum cihaz hissəsinin radioloji, nüvə kriminalistik ekspertizası İRİA NTD tərəfindən həyata keçirilib.

    Müfəssəl sahəvi plana uyğun olaraq yuxarıda adları qeyd olunan işğaldan azad olunmuş rayon və kənd yolları üzərində avtoqamma radiometrik-dozimetrik ölçmələr aparılıb. Avtomobil yollarının uzunluğu 1.462 km olmaqla, 546 590 nöqtədə avtoqamma radiometrik-dozimetrik ölçmələr yerinə yetirilib.

    2024-cü il ərzində keçirilmiş monitorinq zamanı işğaldan azad olunmuş rayonların ərazisinin minadan və müharibənin partlamamış qalıqlarından təmizlənmiş kənd və qəsəbə yolları, planlaşdırılan dövlət əhəmiyyətli obyektlər – o cümlədən 110/35/10 kVt-lıq 7 yarımstansiya, 3 kiçik su elektrik stansiyası və 3 hava limanı ərazilərini əhatə etməklə – 64 planlaşdırılan dövlət əhəmiyyətli obyekt radioloji tədqiqata cəlb edilib.

    Bu çərçivədə 5 625 nöqtədə piyada qamma dozimetrik ölçmələr aparılıb.

    İşğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş sahibsiz və ya itirilmiş radioaktiv materiallar barəsində İRİA NTD ölkədə tənzimləyici qurum olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyini məlumatlandırıb və aidiyyəti qaydada utilizasiya olunması üçün FHN-in İzotop Xüsusi Kombinatına təhvil verib.

    İşğaldan azad olunmuş ərazilərdə radioaktiv materialların gələcəkdə də aşkar edilməsi ehtimalı nəzərə alınaraq, NTD tərəfindən nəzarətdən kənar və qanunsuz dövriyyə nəticəsində aşkar edilmiş nüvə və radioaktiv materialların tədqiqi və uçotu məqsədilə Nüvə Tədqiqatları Kitabxanasının Məlumat Bazası yaradılıb.

    İRİA “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın “İşğaldan azad olunmuş ərazilərdə radioloji və radioekoloji tədqiqatların aparılması” adlı 6.1.1 bəndi üzrə işləri 2026-cı ilədək davam etdirir.

  • Хуситы заявили об ударах по четырем израильским городам

    Сформированные йеменским движением “Ансар Аллах” вооруженные силы нанесли удары по нескольким целям в Израиле, использовав баллистическую ракету и три беспилотника.

    Об этом сообщил официальный представитель хуситов Яхья Сариа в эфире подконтрольного мятежникам телеканала Al Masirah.

    По его утверждению, ракета типа “Палестина-2”, которую повстанцы называют гиперзвуковой, была запущена по “чувствительному объекту” в районе Беэр-Шевы. Кроме того, дронами были атакованы цели в Эйлате, Ашкелоне и Хадере. Сариа заявил, что все атаки достигли своих целей.

    Со своей стороны Армия обороны Израиля вечером 25 июля сообщила о перехвате одной ракеты, выпущенной с территории Йемена. В нескольких районах страны работали сирены воздушной тревоги. Данных о разрушениях или пострадавших в результате инцидента не поступало.