Month: July 2025

  • Husilər İsrailin dörd şəhərinə zərbələr endirdiklərini bəyan ediblər

    Yəmənin “Ənsar Allah” hərəkatının formalaşdırdığı silahlı qüvvələr ballistik raket və üç pilotsuz uçuş aparatından istifadə edərək İsraildə bir neçə hədəfə zərbələr endirib.

    Bunu husilərin rəsmi nümayəndəsi Yəhya Sariya “Al Masirah” telekanalının efirində deyib.

    Onun iddiasına görə, “Fələstin-2” tipli hipersəsli raket Beer-Şeva bölgəsindəki “həssas obyekt”ə buraxılıb. Bundan əlavə, dronlar Eylat, Aşkelon və Haderadakı hədəflərə hücum edib.

    Y.Sariya bütün hücumların hədəflərinə çatdığını bildirib.

    Öz növbəsində, İsrail Müdafiə Ordusu iyulun 25-i axşam saatlarında Yəməndən atılan bir raketin zərərsizləşdirildiyini bəyan edib. Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

  • Rəssam Tofiq Qaziyev vəfat etdi

    Rəssam Tofiq Qaziyev vəfat edib.

    Bu barədə onun yaxınları məlumat yayıb.
    Qeyd edək ki, Qaziyev Tofiq Tapdıq oğlu 1950-ci il dekabr ayının 17-də Əmircan kəndində anadan olub. 1971-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirib. 2013-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

  • Corab satan Allahverdi Yolçuyevə iş verildi -Video

    Bir neçə gün əvvəl sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub. 

     
    Median.Az xəbər verir ki, bu barədə o, Baku.ws-ə açıqlamasında bildirib. 
    “Corab satmağımla bağlı görüntülərdən sonra birdən-birə ajiotaj yarandı. Telefonlarım susmadı. Mədəniyyət nazirimiz Adil müəllimə təşəkkür edirəm. O, iki dəfə mənə zəng etdi, ehtiyacımı soruşdu. Dedim mənim üçün çətindir. Aldığım təqaüd dərmanlarıma çatmır. Məni Musiqili Komediya Teatrına işə bərpa etdilər. Aidiyyəti qurumlar artıq mənlə maraqlanırlar. Corab satmaq da bir tarixə çevrildi”, – deyə aktyor qeyd edib.
     

  • Gəncədə qadın 37 yaşlı sevgilisini bıçaqlayıb

    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
    1988-ci il təvəllüdlü C.Qasımov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub.
    İlkin məlumata əsasən, C.Qasımov küçədə sevgilisi tərəfindən bıçaqlanıb.
    Faktla bağlı araşdırma aparılır.

  • Трамп анонсировал взаимодействие США с РФ по сокращению ядерных вооружений

    Вашингтон планирует приступить к работе над сокращением американских и российских ядерных вооружений.

    Как передает Median.Az со ссылкой на Интерфакс, об этом заявил в президент США Дональд Трамп.

    “Мы начнем работать над этим”, – сказал он в ответ на вопрос о перспективах сокращения ядерных арсеналов США и РФ.

    “Это проблема для мира <…> это не то соглашение, окончание действия которого вы хотели бы”, – сказал Трамп журналистам, комментируя информацию, что срок действия договора СНВ-III истекает примерно через шесть месяцев.

  • Tramp: ABŞ nüvə silahlarının azaldılması istiqamətində Rusiya ilə əməkdaşlıq edəcək

    Vaşinqton ABŞ və Rusiyanın nüvə silahlarının azaldılması istiqamətində işə başlamağı planlaşdırır.

    Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

    “Biz bunun üzərində işləməyə başlayacağıq”, – o, ABŞ və Rusiyanın nüvə arsenallarının azaldılması perspektivləri ilə bağlı jurnalistlərin sualına cavab verib.//report

  • Antalyada meşə yanğını Bülent Ersoyun villasına sıçrayıb, sənətçi təcili təxliyə olunub

    Türkiyənin Antalya şəhərindəki meşə yanğını tanınmış ifaçı Bülent Ersoyun Kundu bölgəsinin Gözəloba məhəlləsindəki villasına sıçrayıb.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Bildirilib ki, sənətçi tələm-tələsik təxliyə olunub.

    Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Evə sıçrayan yanğın genişlənmədən söndürülüb.

    İfaçının prodüsseri B.Ersoyun vəziyyətinin yaxşı olduğunu bildiriblər.

    Qeyd edək ki, Antalyanın Aksu, Qazipaşa, Manavgat ve Muratpaşa rayonlarında meşə yanğınları bir neçə gündür davam edir.

  • Кассационный суд во Франции аннулировал ордер на арест Асада

    Кассационной суд Франции аннулировал ордер на арест экс-президента Сирии Башара Асада.

    Об этом сообщает агентство France Presse со ссылкой на заявление председателя суда Франции Кристофа Сулара.

    “Суд постановил, что никакие исключения не могут отменить личный иммунитет главы государства”, – сказал он.

    При этом он отметил, что поскольку Асад больше не является президентом, “в отношении него были выданы или могут быть выданы новые ордера на арест”, поэтому судебное расследование в отношении него может быть продолжено.

    Франция выдала первый международный ордер на арест Асада в ноябре 2023 года по обвинению в причастности к химической атаке в 2013 году.

  • Fransa məhkəməsi Bəşər Əsədin həbsinə verilmiş orderi ləğv edib

    Fransa Kassasiya Məhkəməsi Suriyanın sabiq prezidenti Bəşər Əsədin həbsinə verilmiş orderi ləğv edib.

    Bu barədə “France Presse” agentliyi Fransa məhkəməsinin sədri Kristof Suların bəyanatına istinadən bildirib.

    “Məhkəmə qərarına görə, heç bir istisna dövlət başçısının şəxsi immunitetini ləğv edə bilməz”, – o qeyd edib.

    Bununla belə, sədr əlavə edib ki, B.Əsəd artıq prezident olmadığı üçün “ona qarşı yeni həbs orderləri verilib və ya verilə bilər”, buna görə də onun barəsində məhkəmə istintaqının davam etdirilməsi mümkündür.

    Fransa 2013-cü ildə kimyəvi hücumda iştirakda ittiham olunan B.Əsədin həbsi üçün ilk beynəlxalq orderi 2023-cü ilin noyabrında verib.

  • Son bir həftədə ağacların qanunsuz kəsilməsi ilə bağlı yaşıllıqlara 225 min manatdan çox ziyan dəyib

    Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Abşeron rayonunun inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

    Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsində, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bəşir Bünyadov küçəsində, Xətai rayonu Rahib Məmmədov küçəsində, Nərimanov rayonu Ağa Nemətulla, Hacı Məmməd və Faiq Yusifov küçələrinin kəsişməsində yaşıllıqlar qanunsuz kəsilib.

    Eyni zamanda Nərimanov rayonu Dərnəgül qəsəbəsində, Gəncə şəhəri Həsən Əliyev və Pərviz Səmədov küçələrinin kəsişməsində, həmçinin Gəncə şəhəri Fikrət Əmirov adına parkın ərazisində, Abşeron rayonu Bakı-Sumqayıt avtomobil yolunun 14-cü kilometrliyində və Xırdalan şəhəri Hacı ZeynalabdinTağıyev küçəsində ağac və kolların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 225740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

    Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.