Month: July 2025

  • İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı – FƏRMAN

    “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Fərmana əsasən, Fondun nizamnamə kapitalı 1 068 400 000 manatdan 1 153 400 000 manata çatdırılıb.

  • Qızılın qiyməti endi

    Nyu-York Əmtəə Birjasının bölməsi olan COMEX-də 2025-ci ilin avqust ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti 18 iyul 2025-ci il tarixindən bəri ilk dəfə trua unsiyası üçün 3 350 dollar səviyyəsindən az olub.

    Bu, ticarət platformasının məlumatlarından bəlli olur.

    Bakı vaxtı ilə saat 12:28-ə olan məlumata əsasən, qızılın qiyməti 0.38% azalaraq trua unsiyası üçün 3 348.1 dollar təşkil edib. Bakı vaxtı ilə 12:45-ə qızılın qiyməti unsiya üçün 3 349.6 dollara (-0.34%) çatıb.

  • ETSN: ani ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb ola bilər

    Son günlər havaların isti və quraq keçməsi meşə və digər yaşıllıq ərazilərdə yanğın riskini artırıb.

    Aparılan təhlillər və araşdırmalar meşə yanğınlarının əsas səbəbinin insan faktoru olduğunu göstərir. Belə ki, statistikaya görə, qeydə alınan yanğın hadisələrinin əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən vətəndaşların, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin, meşə və təbiət ərazilərinə yaxın kəndlərdə yaşayan sakinlərin, istirahət məqsədilə təbiət qoynuna üz tutan şəxslərin odla ehtiyatsızlığı səbəbindən baş verir. Statistika göstərir ki, baş verən yanğınların əksəriyyəti meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərindən kənarda qeydə alınır, sonradan külək və quraq hava səbəbindən təəssüf ki, qorunan ərazilərə keçir. Nəticədə ölkənin meşə fonduna, xüsusi mühafizə olunan təbiət ərazilərinə, bioloji resurslara və torpağın üst münbit qatına ciddi ziyan dəyir, ekosistem məhv olur.

    2025-ci ilin ötən dövrü ərzində meşə və təbiət ərazilərinə yaxın sahələrdə 83 yanğın hadisəsi baş verib ki, bunun da 15-i sonradan meşə torpaqlarına, 2-si isə xüsusi mühafizə olunan təbiət ərazilərinə keçib.

    Meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın riskinin minimuma endirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra qabaqlayıcı və profilaktik tədbirlər görülür. Hər il olduğu kimi bu il də yanğın əleyhinə qoruyucu mineral zolaqlar çəkilib, nəzarət postları, müşahidə qüllələrinin sayı artırılıb, könüllü yanğınsöndürmə dəstələri formalaşdırılıb. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi ilə birgə regional müşavirələr keçirilib, yanğın təhlükəsizliyinə dair praktiki və maarifləndirici təlimlər təşkil olunub.

    Qeyd edək ki, hazırda müşahidə olunan isti və quraq hava şəraiti səbəbindən təbiət əraziləri, yaşıllıqlar, o cümlədən otlaq sahələri, meşə massivləri yanğına daha həssasdır.

    Bütün bunları nəzərə alaraq, ETSN vətəndaşlara, xüsusilə də, təbiət ərazilərinə yaxın kəndlərin əhalisinə, fermerlərə və turistlərə müraciət edərək aşağıdakılara riayət etməyə çağırır:
    •Təbiət ərazilərində olarkən açıq alovdan istifadə etməyin;
    •Söndürülməmiş siqaret kötüklərini ətrafa atmayın;
    •Biçindən sonra sahələrə od vurmayın;
    •Yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edin.

    Unutmayaq ki, hər birimizin ani ehtiyatsızlığı qarşısıalınmaz yanğınlara səbəb olar, təbiət ərazilərinə və ekosistemə ciddi zərər dəyər.

  • Bakıda 68 yaşlı kişi səhər tezdən dənizdə batdı

    Bakıda kişi dənizdə batıb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Sabunçu rayonu Pirşağı qəsəbəsində qeydə alınıb.

    68 yaşlı Abbas Baba oğlu Qəmbərov səhər tezdən dənizdə boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Стоимость биткоина опустилась ниже 115 000 долларов впервые с 10 июля

    Стоимость биткоина во время торгов опустилась ниже 115 000 долларов впервые с 10 июля 2025 года.

    Об этом свидетельствуют данные площадки Binance.

    По состоянию на 11:12 по бакинскому времени биткоин снижался на 2.5% и находился на уровне 114 942 долларов.

    К 11:19 по бакинскому времени биткоин замедлил снижение и находился на отметке в 115 801 долларов (-1,9%).

  • “Bitcoin” ucuzlaşır

    “Bitcoin”in qiyməti 10 iyul 2025-ci ildən bəri ilk dəfə satış zamanı 115 min dollardan aşağı düşüb.

    Bunu “Binance” platformasının məlumatları sübut edir.

    Bakı vaxtı ilə saat 11:12-yə olan məlumata görə, “Bitcoin” 2.5% ucuzlaşaraq 114 942 dollar olub.

  • В Баку продолжается суд по делу обвиняемых в военных преступлениях

    В Бакинском судебном комплексе проходит судебное заседание по уголовному делу лиц армянского происхождения, обвиняемых в военных преступлениях.

    Как сообщает Report, процесс проходит под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    Отметим, что на предыдущем процессе потерпевшие дали показания.

    Напомним, обвинения выдвинуты в отношении 15 человек – Аркадия Гукасяна, Араика Арутюняна, Бако Саакяна, Давида Ишханяна, Давида Бабаяна, Левы Мнацаканяна, Давита Манукяна, Гарика Мартиросяна, Меликсета Пашаяна, Давита Аллахвердяна, Гургена Степаняна, Левона Балаяна, Мадата Бабаяна, Василия Бегларяна и Эрика Газаряна. В соответствии с периодами участия в преступном сообществе, подсудимые обвиняются по следующим статьям Уголовного кодекса АР: 100 (планирование и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 110 (насильственное удерживание человека), 112 (лишение свободы в нарушение норм международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 118 (военный грабеж), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества (организации)), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (угрозы безопасности авиации), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп).

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilib

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Median.Az “Report”a istinadla xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Исполнители теракта в “Крокусе” перед нападением употребили наркотик

    Трое непосредственных исполнителей теракта в концертном зале “Крокус Сити Холл” Далерджон Мирзоев, Мухаммадсобир Файзов и Саидокрами Рачабализода перед нападением употребили наркотик, чтобы притупить чувство страха.

    Об этом говорится в документах, с которыми ознакомился ТАСС.

    “По пути следования к месту совершения преступления М.З.Файзов, С.М.Рачабализода и Д.Б.Мирзоев в целях притупления чувства страха употребили неустановленное наркотическое вещество, в состав которого входит мефедрон”, – говорится в материалах дела. После этого они совершили нападение.

  • “Crocus”da terror aktını törədənlər hücumdan əvvəl narkotikdən istifadə ediblər

    Rusiyada Moskva yaxınlığında “Crocus City Hall” konsert zalında törədilən terror aktını birbaşa törədən üç nəfər – Dalercon Mirzoyev, Muhammadsobir Fayzov və Saidokrami Raçabalizoda hücumdan əvvəl qorxu hisslərini kütləşdirmək üçün narkotik vasitələrdən istifadə ediblər.

    Bu barədə TASS-ın nəzərdən keçirdiyi sənədlərdə bildirilir.

    “Cinayət yerinə gedərkən M.Z.Fayzov, S.M.Raçabalızoda və D.B.Mirzoyev qorxu hisslərini kütləşdirmək məqsədilə naməlum narkotik vasitədən, o cümlədən mefedrondan istifadə ediblər”, – deyə işin materiallarında qeyd olunub.

    Bundan sonra onlar hücumu həyata keçiriblər.

    Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədiblər, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrorçular tezliklə ələ keçiblər.