Month: July 2025

  • Gürcüstanda NATO-nun çoxmillətli təlimləri başladı

    Gürcüstanda NATO-nun “Agile Spirit 2025” çoxmillətli təlimləri start götürüb. Açılış mərasimi Krtsanisi hərbi bazasında keçirilib.

    Bu barədə iyulun 25-də respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.

    “Təlimlərin məqsədi iştirakçı ölkələrin silahlı qüvvələrinin hazırlıq səviyyəsini, əməliyyat uyğunluğunu və imkanlarını artırmaqdır”, – nazirliyin saytında qeyd olunub.

    Manevrlər eyni vaxtda Gürcüstan və Türkiyədə keçirilir. Türkiyədə təlimlər iyulun 21-də ABŞ-Türkiyə desant əməliyyatı ilə başlayıb. Təlimlərdə Gürcüstan, ABŞ, Türkiyə, Polşa, Almaniya, İtaliya, Yunanıstan, Moldova, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva və Ukrayna hərbçiləri iştirak edirlər.

    Təlimlər üçün Gürcüstana ABŞ-nin döyüş maşınları və hərbi helikopterlərin yerləşdirildiyi bildirilir. Manevrlərə Gürcüstanın Qərb Müdafiə Qüvvələrinin komandanı Koba Qriqoliya və ABŞ-nin Corciya ştatının Milli Qvardiyasının nümayəndəsi Uilyam Koks rəhbərlik edir.

  • В офисе компании бизнесмена-азербайджанца Рахмана Халилова в Москве прошли обыски – ФОТО

    Обыски прошли в компании по перевозке нефтепродуктов Railgo.

    Как передает Median.Az со ссылкой на Mash, в московский офис в Лужниках сегодня утром нагрянули спецназ и следователи. Они изымали документы и не выпускали сотрудников с работы.

    По данным, Railgo принадлежит выходцу из Азербайджана Рахману Халилову. Компания занимается перевалкой нефтепродуктов через Чёрное море, в том числе из Азербайджана.

  • Moskvada azərbaycanlı iş adamının ofisinə BASQIN EDİLDİ – FOTO

    Rusiyanın paytaxtı Moskvada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus olan və neft məhsullarının daşınmasını həyata keçirən “Railgo” şirkətinin ofisində axtarışlar aparılıb.

    Median.Az bu barədə Mash.ru-ya istinadən xəbər verir.

    Qeyd olunur ki, şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə gələn xüsusi təyinatlılar və müstəntiqlər orada sənədləri müsadirə ediblər.

    Hələlik hadisənin digər təfərrüatları məlum deyil.

  • Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq

    26 iyul səhər saatlarından başlayaraq 27 iyul axşam saatlarına qədər aşağıdakı ünvanlarda yol təmir işləri aparılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, təmir işləri ilə əlaqədar aşağıda qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və tam olmaqla məhdudlaşdırılacaq.

    Nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılacağı yollar:

    – Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində (Dilarə Əliyeva küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək); – Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində (Mətbuat prospektindən İnşaatçılar prospektinədək); – Nərimanov rayonu Məmməd Araz küçəsində (Azadlıq prospektindən Atatürk prospektinədək).

    Hərəkətin tam məhdudlaşdırılacağı yollar:

    – Binəqədi rayonu, Ziya Bünyadov prospektində (Əlişir Nəvai küçəsindən Xutor tunelinə qədər);

    – Xətai rayonu, Babək prospektinin yan yolu və dairədə (maşın bazarının qarşısı);

    – Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində (Əsəd Əhmədov küçəsindən Məhəmməd Xiyabani küçəsinədək olan hissəsi).

    Bununla yanaşı, Binəqədi rayonu, Eldar Babayev küçəsində (Rəşid Məmmədov küçəsindən Ziya Bünyadov prospektinədək) və Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində (157 saylı marşrutun yolu) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq sözügedən ərazilərdə 26 iyul saat 08:00-dan başlayaraq nəqliyyat vasitələrinin hərəkəti fasilələrlə tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə olacaq.

  • Qəbələ ərazisində qazın verilişində fasilə yaranacaq

    Qəbələ rayonu ərazisində qazın verilişində fasilə yaranacaq.

    Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilib ki, Zaqatala RQİİ-nin Qəbələ xidmət sahəsinin ərazisində Qəbələ rayonu, Vəndam qəsəbəsində Samir Sabir oğlu Məsimova məxsus torpaq sahəsinin qarşısından keçən d-76 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 28.07.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Vəndam qəsəbəsinin bir hissəsində 342 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

    İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

  • Эрдоган намерен обсудить с Путиным и Трампом возможность встречи в Стамбуле

    Президент Турции Реджеп Тайип Эрдоган сообщил о планах поговорить по телефону с российским и американским коллегами Владимиром Путиным и Дональдом Трампом о возможности встречи лидеров по Украине в Стамбуле, передает Oxu.Az со ссылкой на ТАСС.

    “Возможно, в течение этой недели мы проведем переговоры с Путиным и Трампом с тем, чтобы обсудить вопрос о возможности проведения встречи лидеров в Стамбуле. Мы будем стремиться к этому”, – сказал он журналистам, комментируя итоги третьего раунда прямых переговоров между РФ и Украиной в Стамбуле 23 июля.

  • Ərdoğan Trampla Putini İstanbulda görüşdürmək istədiyini bildirib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Rusiya liderləri – Donald Tramp və Vladimir Putinin İstanbulda görüşünün təşkil etməyə çalışacaqlarını bildirib.

    Median.Az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə cümə namazından sonra jurnalistlərə verdiyi açıqlamada bildirib.

    R.T.Ərdoğan görüşü bu həftə həyata keçirmək istədiklərini açıqlayıb.

  • Скончался заслуженный деятель культуры – ФОТО

    В Азербайджане скончался заслуженный деятель культуры.

    Соответствующая информация распространилась в социальных сетях.

    Эльми Мирзалиев скончался в возрасте 78 лет после продолжительной болезни.

    Э.Мирзалиев некоторое время работал руководителем Уджарского районного центра культуры.

  • Əməkdar mədəniyyət xadimi dünyasını dəyişib – FOTO

    Azərbaycanda əməkdar mədəniyyət işçisi vəfat edib.

    Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

    Bildirilir ki, Elmi Mirzəliyev 78 yaşında uzun sürən xəstəlikdən vəfat edib.

    Elmi Mirzəliyev bir müddət Ucar Rayon Mədəniyyət Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

  • Prezident şəxsiyyət vəsiqələri ilə bağlı dəyişiklikləri TƏSDİQLƏDİ – FOTO

    Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında müvafiq qanunu təsdiqləyib.

    Dəyişikliklə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 3-cü maddəsi aşağıdakı redaksiyada verilib:

    “Maddə 3. Şəxsiyyət vəsiqəsinin məlumatları

    Şəxsiyyət vəsiqəsinin məlumatları onun üzərində, elektron daşıyıcısında və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (bundan sonra ─ İAMAS) olan məlumatlardan ibarətdir.

    Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, vətəndaşlığı, doğulduğu yer, ünvanı (yaşayış yeri), qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli yerləşdirilir.

    Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir:

    bu maddənin ikinci hissəsində göstərilən məlumatlardan vətəndaşın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, vəsiqənin verilmə tarixi, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli;

    vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı;

    vətəndaşın əl-barmaq izləri;

    şəxsiyyət vəsiqəsini verən orqanın adı;

    “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar.

    Vətəndaşın şəxsiyyət vəsiqəsi ilə bağlı İAMAS-da olan və müvafiq dövlət informasiya sistemlərindən (ehtiyatlarından) ötürülən məlumatlardan aşağıdakılar İAMAS-da kriptoqrafik vasitələrlə mühafizə olunaraq saxlanılır:

    vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi və hərbi vəzifəsi;

    vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları;

    vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir);

    vətəndaşın uşaqlarının soyadı, adı, doğum tarixi və cinsi.

    Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə, şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına və müvafiq dövlət informasiya sistemlərinə (ehtiyatlarına) daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir.

    Şəxsiyyət vəsiqəsinin məlumatları Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Şəxsiyyət vəsiqəsinin məlumatlarının Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur”.

    Yeni qanunla şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək.

    Bundan başqa, dövlət başçısı , “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 251-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman imzalayıb.

    Şəxsiyyət vəsiqəsinin yeni formasının nümunəsini təqdim edirik: