Month: July 2025

  • 72 məhkəmədə 286 vakant yer üçün müsahibə elan edilib

    Apellyasiya, ağır cinayətlər, hərbi, inzibati, kommersiya və rayon (şəhər) məhkəmələrində, ümumilikdə 72 məhkəmədə 286 vakant inzibati vəzifənin (məsləhətçi, hakimin köməkçisi, məhkəmə iclasının katibi) tutulması məqsədilə müsabiqənin müsahibə mərhələsi elan edilib.

    Bu barədə Ali Məhkəmədən məlumat verilib.

    Bildirilib ki, müsabiqənin müsahibə mərhələsində aşağıdakı kateqoriyalara aid şəxslər iştirak hüququna malikdirlər:

    – Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;

    – Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

    – Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər.

    Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər avqustun 12-si saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

  • Rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına sərbəst qaydada məktəb və müəllim seçiminə başlanılıb

    Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, saat 11:00-dən etibarən Bakı və Gəncə şəhərlərindəki ümumitəhsil müəssisələrində rus bölməsi məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunub.

    Seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

    Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə:

    – Alternativ qeydiyyat mərkəzlərinə

    – Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

    – ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

  • Rodri karyerasını “Real”da davam etdirə bilər

    İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Rodri karyerasını “Real”da (İspaniya) davam etdirə bilər.

    Madrid klubu 29 yaşlı ispaniyalı yarımmüdafiəçi üçün Premyer Liqa təmsilçisinə 115 milyon avro təklif etməyə hazırlaşır.

    Tərəflər arasında ilkin razılığın əldə olunduğu bildirlir.

    Qeyd edək ki, Rodri 2024-cü ildə “Qızıl top” mükafatının qalibi olub.

  • Вокруг Сарсангского водохранилища будет создана туристическая инфраструктура

    Вокруг Сарсангского водохранилища в Агдеринском районе будет создана туристическая инфраструктура.

    Об этом сообщает Median.Az со ссылкой на Государственное агентство по туризму.

    Согласно информации, уже начата подготовка проектно-сметной документации. Работы будет осуществлять Apex Group.

  • Sərsəng su anbarının ətrafında turizm infrastrukturu yaradılacaq

    Ağdərə rayonundakı Sərsəng su anbarının ətrafında turizm infrastrukturu yaradılacaq.

    Median.Az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, bu məqsədlə layihə-smeta sənədlərinin hazırlanmasına start verilib. Bu işləri “Apex Group” həyata keçirəcək.

  • Bakıda mənzildə meyit aşkarlanıb

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Китайская Pop Mart подала в суд на сеть 7-Eleven в США из-за поддельных Лабубу

    Китайская компания Pop Mart подала в суд на сеть магазинов из США 7-Eleven за продажу поддельных игрушек лабубу.

    Об этом шанхайскому изданию “Цземянь” сообщили представители Pop Mart.

    Поводом для иска стал опубликованный в социальных сетях американской девушкой видеоролик, в котором были показаны выставленные на продажу в магазине 7-Eleven подделки стоимостью $25. Оригинальные игрушки Pop Mart стоят почти столько же, но игрушки и упаковка в 7-Eleven были очень низкого качества.

  • Çin ABŞ şirkətini saxta oyuncaq satdığına görə məhkəməyə verir

    Çinin “Pop Mart” şirkəti ABŞ-nin “7-Eleven” mağazalar şəbəkəsini saxta Labubu oyuncaqları satdığına görə məhkəməyə verib.

    Bu barədə Şanxayın “Jiemian” nəşrinə “Pop Mart”ın nümayəndələri bildirib.

    İddiaya səbəb amerikalı bir qızın sosial şəbəkədə yerləşdirdiyi videoda “7-Eleven” mağazasında 25 dollara satılan saxta əşyaların nümayişi olub.

    Orijinal “Pop Mart” oyuncaqlarının qiyməti demək olar ki, eynidir, lakin “7-Eleven”də oyuncaqlar və qablaşdırma çox aşağı keyfiyyətə malikdir.

  • Азербайджан экстрадировал в Узбекистан разыскиваемого гражданина этой страны

    Азербайджан передал Узбекистану гражданина, объявленного в международный розыск.

    Об этом сообщили в Генеральной прокуратуре Азербайджана.

    По ходатайству Генеральной прокуратуры Узбекистана в эту страну был экстрадирован Юсупов Амонбек Абдулхакович (Yusupov Amonbek Abdulkhakovich), 1982 года рождения. Он обвиняется на родине в совершении преступления, связанного с унижением чести и достоинства президента, и находился в межгосударственном розыске.

    Юсупов был задержан на территории Азербайджана в апреле текущего года. В отношении него была избрана мера пресечения в виде ареста.

    На основании Конвенции “О правовой помощи и правовых отношениях по гражданским, семейным и уголовным делам” от 7 октября 2002 года было принято решение об экстрадиции. Обвиняемый был передан компетентному органу Республики Узбекистан в сопровождении специального конвоя Пенитенциарной службы Министерства юстиции.

  • Azərbaycan Özbəkistanda axtarışda olan şəxsi ölkəsinə ekstradisiya edib

    Azərbaycan Özbəkistan Baş prokurorluğunun vəsatətini təmin edərək bu ölkənn vətəndaşı olan 1982-ci il təvəllüdlü Yusupov Amonbek Abdulxakoviçin (Yusupov Amonbek Abdulkhakovich) Özbəkistana ekstradisiya edib.

    Özbəkistanda Prezidentin şərəf və ləyaqətini alçaltma cinayətinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası axtarışa verilmiş A.A.Yusupov cari ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.