Month: July 2025

  • Muğan rayonlarında buğda biçini başa çatıb

    Muğan rayonlarında buğda biçini işləri yekunlaşıb.

    Cəlilabad, Biləsuvar və İmişli rayonlarında buğda biçini işləri başa çatıb.

    Cəlilabad rayonunda bu il 46 min 980 hektar buğda sahəsindən 167 min 140 ton məhsul biçilib. Biləsuvar rayonunda bu il 7 min 563 hektar sahədə buğda əkilib və 24 min 283 ton məhsul əldə olunub. Eləcə də İmişli rayonunda bu il 6 min 519,7 hektar buğda sahəsindən 26 min 443,7 ton məhsul toplanıb.

    Məhsulun satış qiyməti ilə bağlı fermerlər bildirib ki, hazırda buğdanın kiloqramı 35-40 qəpik arasında dəyişir.

  • İsrailin hücumlarında yaralanan SEPAH polkovniki öldü

    İsrailin İrana endirdiyi hava zərbələri nəticəsində yaralanan SEPAH polkovniki Cavad Narənci bu gün ölüb.

    Bu barədə “Azad İran” “Telegram” kanalı İran KİV-ə istinadən məlumat yayıb.

    Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının Üçüncü “Həmzə Seyid əş-Şühəda” Diviziyasının komandiri olan polkovnik Cavad Narənci 12 günlük müharibə zamanı İsrailin Qərbi Azərbaycan əyalətindəki SEPAH mövqelərinə endirdiyi zərbələr nəticəsində ağır yaralanıb.

    Onun 29 gün xəstəxanada müalicə aldığı bildirilib. Bu gün isə polkovnik həyatını itirib.

  • Bu marketdə saxta araqlar aşkarlandı

    Daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən Sərxan Qurbanəli oğlu Süleymanova məxsus “Ay Store” marketdə yoxlama aparıblar.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən “Unikal”a verilən məlumata görə, yoxlama zamanı marketdə 6 ədəd 1 litrlik, 7 ədəd 0,7 litrlik və 8 ədəd 0,5 litrlik “Platinum Vısota” əmtəə nişanlı saxtalaşdırılmış araq aşkarlanıb.

    Məhsulların keyfiyyət və təhlükəsizliyinə dair, həmçinin müşayiətedici sənədlərinin (e-qaimə, faktura və s.) mövcud olmadığı, etiket məlumatlarının yanlış göstərildiyi (istehsalçı adı və VÖEN) müəyyən olunub.

    Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

    Saxta məhsulların satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul olunub.

  • Ramzan Kadırov Türkiyədə dənizdə boğulma təhlükəsi ilə üzləşib

    Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov istirahət üçün getdiyi Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda dənizdə boğulma təhlükəsi ilə üzləşib.

    Median.Az bu barədə “Türkiye” qəzetinə istinadla xəbər verir.

    Bildirilir ki, sahil təhlükəsizlik əməkdaşları tərəfindən sahilə çıxarılan Kadırov təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

    İddiaya əsasən, dənizə girən Çeçenistan başçısı qəfil çırpınmağa başlayıb. Sahilə çıxarılan Kadırova ilk tibbi yardım elə orada göstərilib.

    Məlumata görə, xəstəxanada müalicə edilən Kadırovun sağlıq durumu yaxşıdır. Bir müddət həkim müşahidəsi altında saxlanılan Kadırovun həyatı üçün təhlükə yoxdur.

  • Ильхам Алиев выразил соболезнования Владимиру Путину

    Президент Азербайджанской Республики Ильхам Алиев выразил соболезнования президенту Российской Федерации Владимиру Путину в связи с крушением самолета Ан-24.

    Как сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый Владимир Владимирович,

    Глубоко опечален известием о многочисленных человеческих жертвах в результате крушения пассажирского самолета Ан-24 в Амурской области.

    В связи с этой трагедией от себя лично и от имени народа Азербайджана выражаю самые искренние соболезнования Вам, родным и близким погибших”.

  • İlham Əliyev Vladimir Putinə başsağlığı verib

    Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:

    “Hörmətli Vladimir Vladimiroviç,

    Amur vilayətində “An-24” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

    Bu faciə ilə əlaqədar olaraq, şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə, həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

  • Sumqayıtda 22 min abonentin qaz təchizatı dayandırılacaq

    “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismar İdarəsi xidmət ərazilərində əsaslı təmir və payız-qış mövsümünə hazırlıqla bağlı tədbirləri davam etdirir.

    Median.Az “Report”a istinadla xəbər verir ki, təsdiq olunmuş əsaslı təmir və kapital qoyuluşu proqramlarına uyğun olaraq, 25 iyul tarixində saat 10:00-dan etibarən Sumqayıt şəhərinin 16-cı mikrorayon, Corat qəsəbəsi, Corat və Novxanı bağları, eləcə də 52-ci məhəllə ərazilərində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

    Qazın verilişində yaranacaq fasilə həmin ünvanlarda yeni siyirtmələrin quraşdırılması və balans qovşaqlarında aparılan əsaslı təmir işləri ilə əlaqədardır. Bununla bağlı ümumilikdə 22 minə yaxın abonentin qaz təchizatında müvəqqəti kəsinti olacaq.

    “Azəriqaz” İB vətəndaşlardan anlayış göstərmələrini xahiş edir və bildirir ki, işlər başa çatdıqdan dərhal sonra qaz təchizatı bərpa olunacaq.

  • Uşaqlar arasında yayılan xəstəliklə bağlı nazirlikdən AÇIQLAMA

    Ölkə ərazisində uşaqlar arasında yoluxucu xəstəlik yayılıb.

    Median.Az xəbər verir ki, xəstəliklə bağlı Lent.az-ın sorğusuna Səhiyyə Nazirliyindən bildirilib ki, ölkə üzrə yoluxucu xəstəliklərlə bağlı səhiyyə müəssisələrinə edilən müraciətlərin sayında nəzərəçarpacaq artım qeydə alınmayıb.

    “Uşaqlarda rast gəlinən hallar əsasən yüngül simptomlarla müşayiət olunur və qısa müddətdə sağalma ilə nəticələnir.

    Dövlət Sanitariya Nəzarəti müəssisələri epidemioloji durumu daim nəzarətdə saxlayır və zəruri profilaktik tədbirlər görülür.

    Valideynlərdən xahiş olunur ki, uşaqların gigiyenası, qidalanması, uzun müddət qızmar günəş altında qalmasına və immun sistemini dəstəkləyən rejimlərinə diqqət yetirsinlər”.

  • Гражданин Ирака задержан при попытке нарушения границы Азербайджана со стороны Ирана

    На служебной территории пограничного отряда “Лянкяран” Государственной пограничной службы (ГПС) был задержан гражданин Ирака, пытавшийся незаконно пересечь государственную границу из Ирана в Азербайджан.

    Об этом сообщает Median.Az со ссылкой на ГПС.

    Отмечается, что задержанным является гражданин Ирака Савфан Мухаммед Асад.

    По данному факту продолжаются оперативно-следственные мероприятия.

  • Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb

    Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.

    Bu barədə DSX məlumat yayıb.

    Qeyd edilib ki, saxlanılan şəxs İraq vətəndaşı Savfan Məhəmməd Əsəddir.

    Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.