İran və Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) Xəzər dənizində keçirilən birgə təlimi başa çatıb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“CASAREX 2025” birgə dəniz təlimləri manevrlərdə iştirak edən gəmilərin Xəzər dənizində İranın “Separ” qərargah gəmisi qarşısından təntənəli keçidi ilə başa çatıb”, – agentlik bildirib.
Qeyd edək ki, birgə təlimlər iyulun 21-də Xəzər dənizində başlayıb. Hərbi tədbir İran HDQ-nin şimal donanmasının bazasında “Təhlükəsiz və etibarlı Xəzər dənizi üçün birlikdə” şüarı altında keçirilib.
Attestasiyadan keçə bilməyən bir qrup musiqi müəlliminə yenidən işləmək şansı veriləcək.
Median.Az Modern.az-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi attestasiyadan kiçik səs çoxluğu ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin pedoqoji fəaliyyətə qayıtmasına imkan yaradıb.
“Attestasiyadan kiçik səs çoxluğu (komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi) ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər üçün təlimlərə cəlb olunmaq və xüsusi müsabiqədə iştirak edərək yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılıb. Xüsusi müsabiqə “Mədəniyyət Nazirliyi tərəfindən musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nın tələblərinə uyğun olaraq keçiriləcək və müəllim müsabiqədə uğur qazandığı halda əvvəlki iş yerinə qəbul ediləcək”, deyə-nazirlikdən bildirilib.
Qeyd edək ki, 2025-ci ilin fevral ayından etibarən regionlar və ixtisaslar üzrə nazirliyin nəzdindəki musiqi məktəblərində çalışan müəllimlərin attestasiyasının keçirilməsinə başlanılıb. Attestasiyadan uğurla keçmiş 1183 müəllimin 650 nəfəri, başqa sözlə 55%-i bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək nəticə göstərib.
492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyib. Onlardan 107 nəfər attestasiya komissiyasının bütün üzvləri, 273 müəllim bir nəfər (yerli həmkarlar təşkilatının nümayəndəsi) istisna olmaqla 4 komissiya üzvü tərəfindən tutduğu vəzifəyə uyğun olmayan kimi qiymətləndirilib. 112 nəfər təhsilverən isə komissiya üzvlərindən 2-si lehinə olmaqla, digər 3-ü tərəfindən tutduğu vəzifəyə uyğun hesab edilməyib.
Mərdəkanda yerləşən “Dalga Beach Aquapark Resort” icazəsiz reklam yerləşdirməyə görə cərimələnib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şüvəlan yolunda yerləşən MMC-yə məxsus “Dalga Beach” İstirahət Mərkəzində yoxlama aparıb. Sözügedən mərkəzdə obyektin və ayrıca dayaqlı reklam daşıyıcısının üzərində “Reklam haqqında” qanunun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkar edilib və bu barədə Akt tərtib olunub.
Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması tələb edilsə də, “Dalga Beach” İstirahət Mərkəzinin rəhbərliyi bu tələbə məhəl qoymayıb. Nəticədə Bakının mərkəzindən 35 kilometr məsafədə yerləşən “Dalga Beach” İstirahət Mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə “Dalga Beach Aquapark Resort” rəhbərliyi inzibati xətanı törətməkdə təqsirli bilinib və 5000 manat cərimə edib.
Qeyd edək ki, “Dalga Beach Aquapark Resort” “PMD Group” MMC-nin tabeçiliyi altında fəaliyyət göstərir. Şirkətin İdarə Heyətinin sədri Ruslan Mikailovdur.
Biləsuvarda 3 yaşlı Uğur Hacızadə planlı əməliyyata hazırlaşdığı gün həyatını itirib.
Vəfat edən uşağın anası Aydan Hacıyeva Baku TV-yə bildirib ki, onu mətbəxə kilidləyiblər və çöldə baş verənlərdən xəbəri olmayıb.
“Başımı aldatdılar, çöldə nə edirdilər, bilmirəm. Çıxandan sonra, saat 8-ə qalırdı, bildim. Onda da həkim axtardıq, tapa bilmədik, qışqırdım, bağırdım. Əliqismət həkim və yanındakılar ortalığa çıxmadı. İndinin özündə də yoxdur, qapıya da gəlməyib. Narkozu çox vurdular, uşağımın ürəyini partlatdılar”, – deyə ana söyləyib.
Mərhumun nənəsi Hökümə Hacıyeva isə uşağın sadəcə “qrija”sı olduğunu, başqa heç bir problemi olmadığını deyib: “Uşağı Əliqismət həkim elə özü yoxladı və dedi ki, heç bir problemi yoxdur, “qrija”sı var, sabah gətirin əməliyyat edək. Uşağa iynə vurulub, götürülüb. 4 saat gözlədik və dedik ki, bu “qrija” nə olan şeydir ki, bu qədər saat çəkir?! Əl-ayağa düşdük, icazə aldıq ki, yuxarı çıxaq. Sonra babasını çağırıblar ki, uşaq oyanmır. Heç əməliyyat olmayıb, elə iynədən şok verib və uşaq eləcə əlimizdən getdi”.
Rəsmi məlumata görə, azyaşlı sol qasıq nahiyəsində yaranan ağrılar səbəbilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onun planlı əməliyyatı üçün hazırlıq işlərinə başlanılıb. Əməliyyat günü saat 15:00 radələrində uşağa anestezioloji preparatlar inyeksiya olunduğu zaman anafilaktik şok baş verib.
Hazırda faktla bağlı müvafiq araşdırma aparılır. Ölüm səbəblərinin tam dəqiqləşdirilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin olunub.
Bakıda “Defacto” mağazalar şəbəkəsi külli miqdarda cərimələnib.
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Gənclik Mall”da fəaliyyət göstərən “Defacto” mağazası barəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən cərimə protokolu tərtib edib.
“Defacto” mağazası barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması) maddəsi ilə inzibati protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, “Defacto” mağazasında üzərində qiyməti 39.99 manat göstərilmiş paltarın kassada 44.99 manatdan satılması faktı müəyyən olunub.
Mağaza rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 4.000 manat cərimə olunub. //qaynar.az
İsti havalarda nəm çimərlik paltarına uzun müddət məruz qalma sistit, kandidoz, bakterial vaginoz və digər genitouriya infeksiyalarının inkişafına səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “El Periodico De Espana” (EPE) nəşrinə Vitas Madrid Arturo Soria Universitet Xəstəxanasının Daxili Xəstəliklər və Geriatriya Departamentinin rəhbəri doktor Luis Tejedor məlumat verib.
Mütəxəssisin sözlərinə görə, yay aylarında insanlar tez-tez isti yerlərdə istirahət edir, evdən çıxır, çimərliklərə, hovuzlara baş çəkirlər. Bu zaman rütubətli və isti mühitin səbəb olduğu yoluxucu xəstəliklər kəskinləşir. Onların arasında sistit xüsusilə yayğındır – intim mikrofloranın pozulması ilə əlaqəli sidik kisəsinin iltihabi xəstəliyi.
“Bir çox hallarda sistit uzun müddət nəm çimərlik paltarında qalmaq vərdişindən yaranır. Nəm parçanın yapışması bakteriyaların çoxalması üçün ideal şərait yaradır, cinsiyyət orqanlarının mikroflorasını pozur və qıcıqlanmaya səbəb olur”, deyə doktor Tejedor qeyd edib.
O, daimi rütubətin vajinanın pH səviyyəsini (turşuluğunu) dəyişdirdiyini və təbii müdafiə mexanizmlərini zəiflədiyini vurğulayıb. İmmuniteti zəif olan, nəzarətsiz diabetli və antibiotik qəbul edən qadınlar xüsusilə diqqətli olmalıdırlar: bu hallarda infeksiya riski əhəmiyyətli dərəcədə artır.
Пожар произошел в селе Хан Гервенд Геранбойского района.
Для тушения огня в магазин строительных материалов на место происшествия были направлены пожарные машины и личный состав Пожарной охраны Геранбойского района Министерства по чрезвычайным ситуациям.
Tikinti materialları mağazasında başlamış yanğının söndürülməsi üçün əraziyə FHN-nin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
В Херсонской области Украины в результате российских ударов с применением БПЛА и артиллерии три человека погибли и девять получили ранения.
Об этом говорится в сообщении Херсонской областной прокуратуры в соцсети Facebook.
“В Херсоне оккупанты убили женщину, сбросив взрывчатку с дрона. В селе Ромашково – двое мирных жителей погибли и двое травмировались в результате атаки на автомобиль FPV-дрона”, – следует из публикации.
Также в результате атак российских дронов в селе Зоревка пострадали двое несовершеннолетних детей. В Херсоне – двое взрослых. Еще трое гражданских в областном центре, Ингульце и Белозерке пострадали в результате артиллерийского обстрела, отметили в прокуратуре.
Кроме того, повреждены частные и многоквартирные дома, гаражи, автотранспорт, помещения предприятий.