Month: July 2025

  • Турция представила первого в мире робопса с ракетной установкой

    Türkiyədə dünyanın ilk raket atan robot iti təqdim olunub.

    Bu barədə “CNN Türk” telekanalı məlumat yayıb.

    “Roketsan” şirkəti tərəfindən istehsal edilən robot it “Koz” adı ilə İstanbulda keçirilən IDEF sərgisində təqdim edilib.

    “Koz” “CNN Türk” telekanalında Fulya Öztürkün aparıcısı olduğu verilişdə ətraflı şəkildə tanıdılıb.

  • Türkiyə dünyada ilk raket atan robot iti təqdim etdi

    Türkiyədə dünyanın ilk raket atan robot iti təqdim olunub.

    Bu barədə “CNN Türk” telekanalı məlumat yayıb.

    “Roketsan” şirkəti tərəfindən istehsal edilən robot it “Koz” adı ilə İstanbulda keçirilən IDEF sərgisində təqdim edilib.

    “Koz” “CNN Türk” telekanalında Fulya Öztürkün aparıcısı olduğu verilişdə ətraflı şəkildə tanıdılıb.

  • Трехмесячный младенец задохнулся и умер во время рвоты

    В Шеки умер трехмесячный младенец.

    А.Аббасов скончался из-за закупорки дыхательных путей, возникшей в результате рвоты.

    По данному факту проводятся расследования.

  • Üç aylıq körpə qusarkən boğulub öldü

    Bu gecə Şəkidə faciəvi hadisə baş verib.

    Gecə saatlarında Şəki rayon sakini, üç aylıq körpə A.Abbasov qusma nəticəsində boğazında yaranan tıxanma səbəbindən yaşadığı ünvanda ölüb.

    Hadisə ilə əlaqədar müvafiq araşdırmalar aparılır.

  • Şəmkirdə 16 tona yaxın çətənə bitkisi məhv edilib

    Şəmkir rayonunda polis əməkdaşlarının “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, ümumi çəkisi 15 ton 750 kq olan 15812 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

  • Подача природного газа в Армению будет приостановлена

    Подача природного газа в Армению будет приостановлена, сообщает Oxu.Az со ссылкой на армянские СМИ.

    “В связи с необходимостью проведения аварийно-восстановительных работ на участке “Казах-Сагурамо” (DN 1000) транзитного магистрального газопровода “Северный Кавказ – Закавказье” на территории Грузии, с 07:00 часов 24 июля до 19:00 часов 26 июля будет приостановлена подача природного газа в Армению”, – говорится в информации “Газпром-Армения”.

    Отмечается, что в указанный период бесперебойное и надежное газоснабжение потребителей республики будет осуществляться без ограничений за счет внутренних резервов и дополнительных объемов поставок природного газа из Ирана.

  • Rusiya Ermənistana təbii qazın nəqlini dayandırır

    Rusiyadan Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq.

    Bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.

    “Şimali – Cənubi Qafqaz” tranzit qaz kəmərinin Gürcüstan ərazisindən keçən “Kazax-Saquramo” hissəsində (DN 1000) qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar iyulun 24-ü saat 07:00-dan 26-ı saat 19:00-dək Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq”, – deyə məlumatda bildirilir.

    Qeyd olunan müddət ərzində daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına istehlakçıların qazla fasiləsiz və etibarlı təchizatı məhdudiyyətsiz həyata keçiriləcək.

  • Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

    Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinin sürücüsü Aydın Şixverdiyev yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu üzə çıxıb. Məhkəmənin qərarı ilə A.Şixverdiyev inzibati qaydada 15 sutka həbs edilib və sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılıb.

  • Putin əcnəbilərlə bağlı qərarı dəyişdi

    Rusiya Prezidenti Vladimir Putin əcnəbilər üçün elektron vizanın qüvvədə olma, həmçinin, Rusiyada qalma müddətini iki dəfə artıran qanun imzalayıb.

    Bu haqda TASS məlumat yayıb.

    Bu qərarla əcnəbilər üçün sözügedən müddət müvafiq olaraq 120 və 30 günə çatdırılıb.

    Qeyd edək ki, əvvəllər xarici vətəndaşlar üçün elektron viza ilə Rusiyada qalma 16, etibarlılıq müddəti isə 60 gün idi.

    Qanun Rusiyaya turizm, biznes, humanitar və qonaq məqsədləri üçün gələn əcnəbilərin sayını artırmağa hədəflənib.

  • Kosmosdan gələcək, dünyanı fəlakətə sürükləyəcək: Yeni pandemiya qapıdadır

    Görünməyən bir təhlükə yaxınlaşır. Kosmosdan gətiriləcək nümunələrin, bəşəriyyət tarixinin ən qaranlıq epidemiyasına səbəb ola biləcəyi barədə xəbərdarlıqlar edilir.

    Marsdan dünyaya qaytarılması planlaşdırılan süxur və torpaq parçalarının, ölümcül yeni bir pandemiyanı alovlandıra biləcəyi bildirilir.

    İnsanlıq hələ də COVID-19 pandemiyasının fəsadlarını aradan qaldırmağa çalışdığı bir vaxtda, Marsdan gələcək bioloji risk gündəmin ön sırasına çıxıb.

    İngiltərənin “The” Mirror nəşrinə danışan astrobioloq Berri DiGregoriyo NASA-nın gələcəkdə Marsdan gətirəcəyi nümunələrin dünyaya böyük bir təhlükə daşıya biləcəyini bildirib. Onun sözlərinə görə, bu materiallar bilinməyən patogenlərlə dolu ola bilər və bu vəziyyət yalnız elmi-fantastik filmlərdə deyil, real həyatda da kabusa çevrilə bilər.

    DiGregoriyo həmçinin iddia edib ki, Marsda həyatın mövcud olduğuna dair ilk sübutlar daha 1976-cı ildə “Viking” missiyası zamanı aşkar edilsə də, NASA bunu illərlə görməzlikdən gəlib.

    Əgər bu Mars nümunələri ciddi karantin və izolyasiya tədbirləri olmadan dünyaya gətirilərsə, Marsın sərt mühitinə uyğunlaşmış ekstremofillər – yəni uç şəraitdə yaşaya bilən mikroorqanizmlər – yer üzündə yayıla bilər və nəzarət altına alınması mümkün olmayan bir epidemiyaya səbəb ola bilər.

    DiGregoriyo həmçinin NASA-nın 2030-cu illər üçün planlaşdırdığı insanlı Mars missiyası ilə bağlı da xəbərdarlıq edib. Onun fikrincə, Marsa göndəriləcək astronavtlar, bilinməyən bir mikroba yoluxa və bu faciə canlı yayım zamanı baş verə bilər:

    “Bayraq sancmaq üçün xaricə çıxan astronavt, ertəsi gün bir kosmik mikrob səbəbilə xəstələnə bilər. Geri dönüş yoxdur, yardım yoxdur”.

    NASA-nın Mars nümunələrini dünyaya qaytarmaq üçün nəzərdə tutduğu “Mars Sample Return (MSR)” proqramı, keçmiş ABŞ prezidenti Donald Tramp tərəfindən edilən büdcə kəsintiləri səbəbilə ləğv olunub. Hazırda agentlik bu nümunələri daha aşağı xərclərlə gətirmək üçün alternativ yollar üzərində işləyir, lakin hələ dəqiq strategiya açıqlanmayıb.

    Yalnız xarici ekspertlər deyil, NASA daxilindən də ciddi xəbərdarlıqlar səslənir. Agentliyin keçmiş Planetar Qoruma Məmuru Katerin Konli, “Mars 2020” missiyasının yetərincə sterilizə edilmədiyini və toplanan nümunələrin dünya həyatına qarışa biləcəyini söyləyib. Bu açıqlamalardan sonra Konlinin vəzifəsindən uzaqlaşdırıldığı iddia olunur.
    //qaynar.az