Month: July 2025

  • Kəlbəcərə yeni prokuror təyin edilib

    Kəlbəcərə yeni prokuror təyin edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.

    Əmrə əsasən, Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini İlkin İsmayıl oğlu İsmayılov tutduğu vəzifədən azad edilib.

    Digər əmrlə İ.İsmayılov Kəlbəcərin yeni prokuroru təyin edilib.

  • Balakəndə kişi kəsici alətlə qadın icarədara hücum çəkdi

    Balakən rayonunda yerləşən obyektlərin birində gecə saatlarında quldurluq hadisəsi qeydə alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

    Qeyd olunub ki, kəsici alətlə kafeyə daxil olan naməlum şəxs qadın icarədardan kassada olan pulları tələb edib və verməyəcəyi təqdirdə onu ölümlə hədələyib.

    Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə təqsirli bilinən 29 yaşlı Ramazan Ramazanov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Ramazanov barəsində həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Кямран Алиев подписал приказ о назначении нового начальника управления

    Назначен новый начальник Оперативного управления Главного управления по борьбе с коррупцией при генеральном прокуроре Азербайджана.

    Как сообщает Median.Az со ссылкой на Report, генпрокурор Кямран Алиев подписал соответствующий приказ, согласно которому Новрузлу Теймур Лейсан оглу назначен начальником Оперативного управления.

  • Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Əməliyyat İdarəsinə yeni rəis təyin olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı baş prokuror Kamram Əliyev əmr imzalayıb.

    Əmrə əsasən, Teymur Leysan oğlu Novruzlu əməliyyat idarəsinə rəis təyin edilib.

  • Bakıda COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadılıb

    Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən, əlavənin verilmə müddəti 1 oktyabra kimi uzadılıb.

    Qeyd edək ki, əvvəl bu müddət 1 iyula qədər nəzərdə tutulmuşdu.

  • Azərbaycanda bir təhsil idarəsində maliyyə pozuntuları: 33 rəhbər şəxs işdən ÇIXARILDI

    Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2025-ci il üçün təsdiq olunmuş iş planına uyğun olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsində dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.

    Bu barədə Maliyyə Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə məlumatında bildirilir.

    Bildirilib ki, nəzarət tədbirləri idarənin tabeliyindəki 103 ümumi, 6 məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsini əhatə edib.

    Aparılan yoxlamalar zamanı bəzi təhsil müəssisələrində dərnək və dərsdənkənar məşğələlərin təşkilində, dərslərin əvəzolunması ilə bağlı əməkhaqqının ödənilməsində, qruplarda komplektləşdirmənin aparılmasında, ştatların müəyyən olunmuş normalara uyğun saxlanılmasında, eləcə də qida təchizatında nöqsanlar aşkar edilib.

    205 təhsil müəssisəsində son 3 il üzrə aparılmış nəzarət tədbirləri ilə aşkar olunan nöqsan və çatışmazlıqlara əsasən müəyyənləşdirilmiş 594.6 min manat vəsait cavabdeh şəxslər tərəfindən dövlət büdcəsinə bərpa edilib, inzibati xəta törətmiş 26 vəzifəli şəxs isə inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunub.

    Nöqsanlara yol vermiş 134 vəzifəli şəxsə əmək qanunvericiliyinə uyğun olaraq intizam tənbehi (şiddətli töhmət, töhmət, xəbərdarlıq) verilib, 6 rəhbər şəxslə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulur.

    Bununla yanaşı, Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə aparılan nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntuları və digər nöqsanlara görə 33 təhsil müəssisəsinin rəhbəri tutduğu vəzifədən azad olunub.

    Digər Regional Təhsil İdarələrində də bənzər halların araşdırılması istiqamətində tədbirlər həyata keçirilir.

  • В Азербайджане поймали киберпреступника, торговавшего секретной информацией – Видео

    Главное управление по борьбе с киберпреступностью Министерства внутренних дел (МВД) Азербайджана провело специальную операцию против кибератак на базы данных систем, которые граждане наиболее часто используют для получения государственных онлайн-услуг.

    Об этом заявили в пресс-службе МВД.

    Сообщается, что в ходе мероприятия был выявлен и задержан житель города Баку Гусейн Магеррамов, который незаконно вмешивался в компьютерные системы и получал личные данные граждан.

    Г.Магеррамов через Интернет установил связи с киберпреступными группами, состоящими из иностранных граждан, и с их помощью получил пароли систем, в которых хранятся личные данные граждан Азербайджана, и проник в эти серверы. Затем он выставил личные данные на продажу через анонимные страницы, созданные в Telegram и других социальных сетях.

    Он также размещал рекламные объявления в социальных сетях, публикуя личные данные нескольких влиятельных лиц и заявляя, что может продать информацию о любом гражданине за деньги.

    После разоблачения киберпреступных действий мужчины, собранные им личные данные были изъяты, а незаконный доступ к соответствующим информационным системам – пресечен сотрудниками Главного управления.

    В результате экспертизы полученных электронных доказательств факт незаконного вмешательства Г.Магеррамова в компьютерные системы был еще раз подтвержден.

    По данному факту возбуждено уголовное дело по соответствующей статье УК АР.

    Г.Магеррамов был привлечен к следствию в качестве обвиняемого, проведено расследование. Возбуждено уголовное дело и направлено в суд для рассмотрения.

    Продолжаются оперативно-технические мероприятия совместно с правоохранителями соответствующих государств по задержанию лиц, сотрудничавших с Г.Магеррамовым и скрывающихся в зарубежных странах.

  • Azərbaycanda nüfuzlu şəxslərin məlumatlarını satışa çıxaran haker TUTULDU – XÜSUSİ ƏMƏLİYYAT (Video)

    Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi vətəndaşların onlayn dövlət xidmətlərindən yararlanmaq üçün ən çox istifadə etdikləri sistemlərin məlumat bazalarına edilən kiberhücumlara qarşı xüsusi əməliyyat keçirib.

    Bu barədə DİN məlumat yayıb.

    Bildirilib ki, tədbir zamanı kompüter sistemlərinə qanunsuz müdaxilə etməklə vətəndaşlara məxsus fərdi məlumatları əldə edən Bakı şəhər sakini Hüseyn Məhərrəmov müəyyən edilərək saxlanılıb. H.Məhərrəmov internet üzərindən xarici ölkə vətəndaşlarından ibarət kibercinayətkar dəstələrlə əlaqələr yaradıb, onlar vasitəsilə Azərbaycan vətəndaşlarının fərdi məlumatlarının qorunduğu sistemlərin şifrələrini əldə edib mühafizə tədbirlərini pozmaqla həmin serverlərə daxil olub.

    Daha sonra isə o, “Telegram” və digər sosial şəbəkələrdə yaratdığı anonim səhifələr vasitəsilə şəxsi məlumatları satışa çıxarıb. H.Məhərrəmov sosial şəbəkələrdə bir neçə nüfuzlu şəxsin fərdi məlumatlarını da paylaşaraq istənilən vətəndaş barədə informasiyanı pul müqabilində sata biləcəyi barədə reklam xarakterli elanlar da yerləşdirib. Bu şəxsin kibercinayət əməlləri ifşa olunduqdan sonra onun topladığı fərdi məlumatlar və müvafiq onlayn informasiya sistemlərinə qanunsuz girişi Baş İdarə əməkdaşları tərəfindən aradan qaldırılıb. Əldə edilən elektron sübutların ekspertizası nəticəsində H.Məhərrəmovun kompüter sistemlərinə qanunsuz müdaxilə etmə faktı bir daha təsdiqlənib.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. H.Məhərrəmov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaq aparılıb və cinayət işi yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

    H.Məhərrəmovla əlbir olan və xarici ölkələrdə gizlənən şəxslərin də saxlanılması istiqamətində həmin dövlətlərin polis qurumları ilə birgə əməliyyat-texniki tədbirlər davam etdirilir.

  • Арестованный в Азербайджане гражданин Казахстана экстрадирован в свою страну

    Арестованный в Азербайджане гражданин Казахстана экстрадирован в свою страну.

    Информацию распространила Генеральная прокуратура Азербайджана.

    В сообщении отмечается, что Генпрокуратура Азербайджанской Республики (АР) удовлетворила запрос Генеральной прокуратуры Казахстана о выдаче гражданина этой страны Суюнова Дарына Алисламовича (1999 г.р.) для привлечения его к уголовной ответственности.

    В январе текущего года Суюнов, ранее объявленный в международный розыск по подозрению в совершении в Казахстане разбоя в составе группы лиц по предварительному сговору, похищении человека, умышленном убийстве и краже, был задержан на территории Азербайджана. В отношении его была избрана мера пресечения в виде ареста и принято решение об экстрадиции в Казахстан.

    В сопровождении специального конвоя Пенитенциарной службы Министерства юстиции АР Суюнов был передан уполномоченному органу Республики Казахстан.

  • Azərbaycanda həbs olunan Qazaxıstan vətəndaşı ölkəsinə təhvil verilib

    Qazaxıstan Respublikasının vətəndaşı Darın Alislamoviç Suyunovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, adam oğurluğu, qəsdən adam öldürmə və oğurluq cinayətlərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş, 28.05.1999-cu il təvəllüdlü D.A.Suyunov cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.