Month: July 2025

  • В Саатлы назначен новый прокурор

    Прокурор Саатлинского района Адиль Велиев освобожден от должности.

    Как передает Median.Az со ссылкой на Qafqazinfo, соответствующий приказ подписал генеральный прокурор Азербайджана Кямран Алиев.

    Другим приказом генпрокурора Эльнур Рустамов назначен на вышеуказанную должность.

    Отметим, что до этого Э.Рустамов работал заместителем начальника Управления надзора за следствием в прокуратуре, а ранее – прокурором Физулинского района.

  • Saatlıya yeni prokuror təyin edildi

    Saatlı rayon prokuroru Adil Vəliyev vəzifəsindən azad olunub.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.

    Baş prokurorun digər əmri ilə Elnur Rüstəmov Saatlının yeni prokuroru təyin edilib.

    Qeyd edək ki, E.Rüstəmov bu təyinata qədər prokurorluqda İstintaqa nəzarət idarəsinin rəis müavini, daha əvvəl Füzuli rayonunun prokuroru işləyib.

  • Azərbaycanda siqaret BAHALAŞDI

    Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb.

    Median.Az xəbər verir ki, bu barədə məlumatı Trend-ə siqaret satışı ilə məşğul olan şəxslər verib.

    Bildirilib ki, artıq bu barədə siqaret satışını həyata keçirən şirkətlər onları məlumatlandırıb.

    Məlumata görə, “Keno” markalı siqaretlərin “boz nazik” və kompakt çeşidinin qiyməti 0,20 qəpik bahalaşıb.

  • Арестованный на 25 суток репер Epi: Я использовал неэтичные выражения всего три раза

    Стали известны подробности в связи с арестом азербайджанского рэп-исполнителя Акбара Новрузлу, известного под псевдонимом Epi.

    Как сообщает Qaynarinfo, А.Новрузлу привлечен к ответственности по статьям 510 (мелкое хулиганство) и 535.1 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса Азербайджана об административных проступках.

    Инцидент произошел 12 июля 2025 года во время рэп-баттла, проходившего на территории Дворца водного спорта по адресу: Баку, Сабаильский район, улица Ахада Ягубова, 15. В своих показаниях исполнитель заявил, что согласился участвовать в мероприятии на азербайджанском языке из-за масштабности проекта, предупредив организаторов о возможном использовании ненормативной лексики. Организаторы, по словам рэпера, заверили его, что берут ответственность на себя, и посоветовали не беспокоиться.

    “За 45 минут выступления я использовал неэтичные выражения всего три раза, и эти слова никоим образом не унижали чью-либо личность. Когда меня вызвали в отделение, я прибыл туда в течение 15 минут. Такое со мной происходит впервые. На мне лежит материальное обеспечение моей семьи”, – отметил он в суде.

    Несмотря на просьбу А.Новрузлу ограничиться штрафом, решением суда ему назначено административное наказание в виде ареста сроком на 25 суток.

  • Həbs edilən “Epi” ləqəbli reper: “Üç dəfə qeyri-etik ifadədən istifadə etmişəm”

    Həbs edilən “Epi” ləqəbli reper Əkbər Novruzlu barədə detallar məlum olub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Əkbər Novruzlu İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələri ilə təqsirləndirilərək məsuliyyətə cəlb olunub.

    İnsident 12 iyul 2025-ci il tarixində Səbail rayonu, Əhəd Yaqubov küçəsi 15 ünvanında yerləşən Su İdman Sarayının ərazisində keçirilən rep deyişməsi (battle rap) tədbiri zamanı baş verib. Tədbirdə çıxış edən reper ifadəsində bildirib ki, layihə irimiqyaslı olduğundan o, Azərbaycan dilində iştirak etməyə razılaşıb və qeyri-etik ifadələrdən istifadə edəcəyini öncədən təşkilatçılara bildirib. Təşkilatçılar isə məsuliyyətin onların üzərində olduğunu deyərək narahat olmamağı tövsiyə ediblər.

    Reper bildirib ki, 45 dəqiqəlik çıxışı ərzində cəmi üç dəfə qeyri-etik ifadə işlədib və bu sözlər heç kimin şəxsiyyətini alçaltmayıb:

    “Bölməyə çağırıldıqda 15 dəqiqəyə ora çatdım. İlk dəfədir belə bir hal baş verir. Ailəmin maddi təminatı mənim üzərimdədir”, – deyə o, məhkəmədə qeyd edib.

    Əkbər Novruzlu cərimə ilə cəzalandırılmasını xahiş etsə də, məhkəmənin qərarı ilə 25 gün müddətinə inzibati həbs cəzası verilib.

  • Tanış olduğu qadının keçmiş sevgilisini döyən şəxs məhkəmə zalından azadlığa buraxıldı

    Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nəriman Tahirovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və iclas zalından dərhal həbsdən azad olunub.

    İttihama görə, hadisə 2024-cü ilin oktyabrında paytaxt ərazisində yerləşən restoranlardan birinin qarşısında qeydə alınıb.

    Belə ki, Nəriman Tahirov tanışı Cəmilə Səmədova (ad-soyad şərtidir) ilə birgə zərərçəkmiş İlham Kərimzadə (soyadı şərtidir) ilə görüşüb. O, əvvəllər Cəmilə ilə sevgili olan İlhamdan qadından uzaq durmasını tələb edib. Bu zaman zərərçəkmiş onu təhqir edib. Nəriman İlhamın sifətinə yumruqla bir dəfə vurub. Zərərçəkmiş yıxılaraq bədən xəsarətləri alıb.

    Hadisədən sonra Nəriman Tahirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

  • Дорожная полиция обратилась к водителям, осуществляющим грузоперевозки

    Главное управление Государственной дорожной полиции (ГУГДП) обратилось к водителям, осуществляющим грузоперевозки.

    Как сообщает Median.Az со ссылкой на ГУГДП, в последние дни участились случаи опрокидываний, столкновений и наездов на препятствия с участием грузовых автомобилей.

    “Подобные аварии с тяжелыми последствиями в основном происходят из-за безответственного поведения, такого как управление автомобилем в усталом, сонном состоянии без соблюдения режима отдыха, а также неправильная упаковка груза, превышение скорости, резкое маневрирование, отвлечение внимания во время движения.

    Учитывая, что характерная для сезона жара создает дополнительные трудности при дорожном движении, ГУГДП еще раз обращается к водителям, физическим и юридическим лицам, осуществляющим грузоперевозки, призывая их сделать правильные выводы из ранее пережитого горького опыта и воздержаться от вышеперечисленных нарушений правил, каждое из которых создает опасность для жизни.

    Не будем забывать, что безответственность за рулем может привести к тяжелым последствиям не только для самого водителя, но и для его близких и общества в целом!” – говорится в обращении.

  • Yol polisi yükdaşıma fəaliyyəti göstərən sürücülərə müraciət edib

    Baş Dövlət Yol Polisi İdarəsinin yükdaşıma fəaliyyəti göstərən sürücülərə müraciət edib.

    Bu barədə İdarədən məlumat verilib.

    Qeyd olunub ki, son günlər yük avtomobillərinin iştirakı ilə aşma, toqquşma, maneəvurma hadisələrinə tez-tez rast gəlinir:

    “Ağır fəsadlarla müşayiət olunan bu növ qəzalar əsasən avtomobilin istirahət rejiminə əməl olunmadan yorğun, yuxusuz, eləcə də nasaz halda idarə edilməsi, yükün düzgün qablaşdırılmaması, sürət həddinin aşılması, kəskin manevr etmə, hərəkət zamanı diqqəti yayındıran hərəkətlərə aludəçilik kimi məsuliyyətsiz davranışlardan qaynaqlanır.

    Baş Dövlət Yol Polisi İdarəsi hazırda mövsüm üçün xarakterik olan isti hava şəraitinin yol hərəkəti zamanı əlavə çətinliklər yaratdığını da nəzərə alaraq, bir daha sürücülərə, yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları əvvəllər yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağa, yuxarıda sadalanan və hər biri insan həyatı üçün təhlükə yaradan qayda pozuntularından çəkinməyə çağırır.

    Unutmayaq ki, sükan arxasında məsuliyyətsizlik təkcə sürücünün özü üçün yox, həm də onun doğmaları və bütünlükdə cəmiyyət üçün ağır nəticələr yarada bilər!”

  • Дело об убийстве 10-летней Нармин: защита Илькина Сулейманова дошла до Верховного суда

    Резонансное дело об убийстве 10-летней Нармин Гулиевой, которое на протяжении нескольких лет находилось в центре внимания общественности и СМИ, вступило в финальную стадию судебного разбирательства.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, адвокаты осужденного Илькина Сулейманова подали кассационную жалобу в Верховный суд Азербайджана. Требование защиты остается неизменным: отменить приговор.

    В кассационной жалобе адвокаты просят отменить решение Гянджинского суда по тяжким преступлениям и поддержавшее его постановление Гянджинского апелляционного суда, а также вернуть дело на повторное расследование. Защита настаивает, что Илькин не совершал инкриминируемого ему преступления, а приговор был вынесен без достаточных доказательств.

    Следствие и судебные процессы по этому делу продолжались несколько лет. За это время защита неоднократно подавала ходатайства, ссылаясь на показания дополнительных свидетелей, экспертные заключения и различные доказательства, утверждая о невиновности обвиняемого. Однако суды не сочли аргументы защиты убедительными и признали обвинение законным.

    Дата заседания по делу пока не назначена.

    Напомним, сожженное тело 10-летней жительницы села Дондар Гушчу Товузского района Н.Гулиевой, пропавшей без вести 19 ноября 2019 года, было обнаружено на территории села 6 января 2020 года. По подозрению в совершении убийства девочки был задержан и привлечен к следствию местный житель Илькин Сулейманов (1973 г.р.).

    Ему были предъявлены обвинения по статьям 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью или общеопасным способом), 120.2.9 (умышленное убийство лица, заведомо для виновного находящегося в беспомощном состоянии, а равно сопряженное с похищением человека либо захватом заложника) и 144.3 (похищение человека, совершенное в отношении несовершеннолетнего либо повлекшее по неосторожности смерть потерпевшего или иные тяжкие последствия) Уголовного кодекса Азербайджана.

    Илькин Сулейманов решением суда был приговорен к 18 годам лишения свободы.

  • İlkin Süleymanov Ali Məhkəməyə müraciət edib

    Uzun müddət ictimaiyyətin və medianın diqqətində olan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkum edilən İlkin Süleymanovun cinayət işi məhkəmə sistemində sonuncu mərhələdədir.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, İlkinin vəkilləri xeyli müddət ərzində hazırladıqları kassasiya şikayətini artıq Ali Məhkəməyə təqdim ediblər. Müdafiə tərəfinin tələbi isə eynidir: Cəza qərarı ləğv edilsin.

    Vəkillər kassasiya şikayətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün və onu qüvvədə saxlayan Gəncə Apellyasiya Məhkəməsinin qərarının ləğvini, işin yenidən araşdırmaya qaytarılmasını istəyirlər. Müdafiə tərəfi hesab edir ki, bəhs edilən cinayəti İlkin törətməyib və hökm əsaslı sübutlar əsasında çıxarılmayıb.

    Bu iş üzrə istintaq və məhkəmə prosesləri bir neçə il davam edib. Müdafiə tərəfi çoxsaylı vəsatətlər qaldırıb, əlavə şahidlərin ifadələrinə, ekspert rəyinə və müxtəlif sübutlara istinad edərək təqsirləndirilən şəxsin günahsız olduğunu deyiblər. Lakin yekunda məhkəmələr müdafiə tərəfinin arqumentlərini əsaslı saymayıb, ittihamı qanuni hesab edib. İndi İlkin gələcək taleyi üçün son qapını döyür. Çünki Ali Məhkəmə sonuncu instansiyadır və yekun qərarı məhz bu məhkəmə verəcək.

    Hələlik iş üzrə iclasın keçiriləcəyi tarix məlum deyil.

    Xatırladaq ki, hadisə 2020-ci ilin əvvəlində Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib. İttihama görə, İlkin Süleymanov həmkəndlisi olan azyaşlı Nərmini oğurlayaraq evində saxlayıb, bir neçə gün sonra onu xüsusi amansızlıqla qətlə yetirib və cəsədini yandıraraq izləri gizlətməyə çalışıb.

    İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusi amansızlıqla adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə və adam oğurluğunda təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya instansiyası hökmü təsdiq edib.