Month: July 2025

  • İlham Əliyev misirli həmkarını təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    Azərbaycan ilə Misir arasında əlaqələrin inkişaf dinamikası məmnunluq doğurur. Həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar əməkdaşlığımızın yeni məzmunla zənginləşməsində əhəmiyyətli rol oynayır.

    Bu gün müxtəlif sahələrdə münasibətlərimizin dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan yararlanaraq ənənəvi dostluq əlaqələrimizin, səmərəli işbirliyimizin daha da genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • Elvin Şükürov Rusiyada saxlanıldı

    Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı əsilli iş adamı Elvin Şükürov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

    Median.Az Mİlli.az-a istinadən xəbər verir ki, bununla bağlı İctimai Palatanın üzvü Dmitri Çukreev “Telegram” kanalında məlumat yayıb.
    Bildirilib ki, saxlanılan sahibkar Elvin Şükurov öncədən əlbir olmuş bir qrup şəxs tərəfindən xüsusilə böyük miqdarda markalanmamış alkoqollu məhsulların satışı məqsədilə istehsalı, saxlanması və daşınması üzrə ittiham olunub.
    Aparılmış istintaq hərəkətləri nəticəsində Şükürovun barəsində həbs qətimkan tədbiri seçilib.
    Qeyd olunub ki, Elvin Şükurov Sverdlovsk vilayətinin Pervouralsk şəhərində yerləşən saxta alkoqol istehsalı və qablaşdırılması ilə məşğul olan gizli sexdə işləyirmiş.

  • Andrey Şevçenkonun oğlu İngiltərə klubuna keçib

    Ukrayna millisinin əfsanəvi futbolçusu Andrey Şevçenkonun oğlu Kristian İngiltərənin “Uotford” klubu ilə peşəkar müqavilə imzalayıb.

    Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
    Hücumçu 2023-cü ildən “Uotford”un aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib. Ötən mövsüm 11 qol vuran Kristian eyni zamanda 8 məhsuldar ötürmə ilə yadda qalıb.
    Onun komandası ilə “1+1” illik sözləşmə bağlayıb.
    Qeyd edək ki, Kristianın atası Andrey Şevçenko 2004-cü il “Qızıl top” mükafatının sahibi olub. O, “Dinamo” (Kiyev) və “Milan” (İtaliya) klublarının heyətində ölkə çempionluqları yaşayıb.

  • Dünyaca məşhur rok ifaçısı vəfat edib

    Dünyaca məşhur britaniyalı rok ifaçısı Ozzi Osborn 76 yaşında vəfat edib.

    “Bu barədə onun ailəsindən bildirilib.
    “Sevdiyimiz Ozzi Osbornun bu səhər vəfat etməsi xəbərini sözlə ifadə edilməyəcək qədər kədərlə paylaşırıq. O, ailəsinin yanında idi və sevgi ilə əhatə olunmuşdu”, – sənətçinin ailə üzvləri bildirib.
    Osborn iyunun əvvəlində qurucusu olduğu “Black Sabbath” qrupunun heyəti ilə Birmingemdə vida konserti verib.
    2023-cü ilin fevral ayında musiqiçi səhhətindəki problemə görə qastrol fəaliyyətini başa vurduğunu elan edib. 2019-cu ildə ona Parkinson xəstəliyi diaqnozu qoyulub. O, xəstəliyi həkim səhvi ilə izah edib. Belə ki, boyun nahiyyəsində keçirdiyi əməliyyat zamanı sinir ucları zədələnib.

  • Ağdam və Ağdərədə geniş ərazi yanır

    Ağdam və Ağdərə rayonlarının işğaldan azad edilən ərazilərində yanğın baş verib.

    Yanğın hadisəsi Xaçınçayı boyunca yerləşən Ağdam rayon Əlağalı və Yeni Qaralar kəndləri ərazisindən başlayıb.
    Geniş əraziyə yayılan yanğın Ağdərə rayonu Qazançı və Sırxavənd kəndi ərazilərinə qədər yayılıb.
    Əsasən ot və kol bitkilərinin yanması nəticəsində alov daha da geniş ərazilərə yayılır.
    Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Ümumilikdə 50 nəfərdən ibarət şəxsi heyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar.
    Hazırda yanğın davam edir.

  • Появились тревожные новости о состоянии больного деменцией Брюса Уиллиса

    Появились тревожные новости о состоянии Брюса Уиллиса. Голливудский актер не может ходить и говорить из-за деменции.

    Об этом сообщило издание Tribune.

    По информации источника, Уиллис не может читать, коммуницировать с близкими и ходить. При этом семья актера не подтверждала информацию о проблемах с подвижностью.

    “Любимый актёр практически перестал говорить и читать. Также сообщается, что у него есть некоторые двигательные проблемы, хотя никаких конкретных сведений о его подвижности семья в последние месяцы не сообщала”, – говорится в информации.

    Издание отмечает, в апреле близкие актера сообщали, что состояние Уиллиса стабильно и с тех пор они никак официально не заявляли об ухудшении самочувствия Брюса.

  • Məşhur aktyorun səhhəti daha da pisləşib

    Hollivud aktyoru Bryus Uillis demensiya səbəbindən gəzə və danışa bilmir.

    Median.Az bu barədə “Tribune” nəşrinə istinadla xəbər verir.

    Məlumata görə, Uillis nə oxuya, nə yaxınları ilə ünsiyyət qura, nə də gəzə bilir.

    Bununla belə, aktyorun ailəsi onun hərəkətliliklə bağlı problemlərinin olduğuna dair məlumatı təsdiqləməyib.

    Nəşr qeyd edir ki, aprel ayında aktyorun yaxınları Uillisin vəziyyətinin stabil olduğunu bildirmişdilər və o vaxtdan bəri aktyorun səhhətində pisləşmə barədə rəsmi açıqlama verməyiblər.

  • AZAL təyyarəsinin vurulması əmrini kimin verdiyi məlum oldu (FOTO)

    AZAL-a məxsus “EMBRAER 190” mülki təyyarəsinin vurulması barədə qərarın verilməsində Rusiya Cənub Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) 4-cü qvardiya ordusunun 51-ci Hava Hücumundan Müdafiə diviziyasının komandiri, general-mayor Aleksandr Vasilyeviç Tolopilonun şəxsən iştirak etdiyi ehtimal olunur.

    Median.Az-ın “Minval Politika”ya istinadən verdiyi xəbərə görə, bunu ilkin daxili araşdırma zamanı 51-ci HHM Diviziyasının idarəetmə məntəqəsinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nikolay Nikolayeviç Orlyanski deyib.

    Orlyanski Tolopilonun həmin əmrini alıb və kapitan Paladiçuka AZAL-ın mülki təyyarəsinə atəş açmaq barədə komanda verib.

    Dərc olunan anonim məktuba əsasən, 2024-cü ilin dekabrında kapitan Paladiçukun döyüş heyəti Tolopiloya tabe olub.

    Orada, həmçinin bildirilir ki, bilavasitə iştirakına baxmayaraq, general-mayor Tolopilo cinayət məsuliyyətindən yayınıb. O, günahı Rusiyanın Vahid Hava Hərəkətini İdarəetmə Sisteminin Rostov Mərkəzinin şəxsi heyətinin üzərinə atıb, “Pantsir-S” hava hücumundan buraxılan raketlərin özünü məhv etdiyini və təyyarəyə zərər verə bilməyəcəyini iddia edərək bilərəkdən yalan ifadələr verib. Bu iddialar Rusiya Federasiyası İstintaq Komitəsinin 505-ci Hərbi İstintaq Şöbəsi tərəfindən aparılan daxili araşdırma ilə təkzib edilib.


    Məlum olub ki, “Pantsir-S” ekipajı texniki və təşkilati cəhətdən lazımi vəziyyətdə olmayıb, bu da mülki təyyarənin vaxtında tanınmasına mane olub. Buna baxmayaraq, general Tolopilo nəinki cəzalandırılmayıb, hətta vəzəfəsi yüksəldilib – o, Şərq Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiəsinin 11-ci qvardiya ordusunun komandirinin müavini təyin edilib.

    Bundan əlavə, kapitan Paladiçukun Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 14-cü Ordusunun mobil ehtiyatının 80-ci zenit-raket alayının komandirinə ünvanlanmış 16 dekabr 2024-cü il tarixli hesabatı əlavə edilib ki, Paladiçuk və onun ekipajı həmin vaxt HHM-nin 51-ci diviziyasının komandiri olan general-mayor Tolopilonun əməliyyat tabeliyində olub.

  • Российский суд вынес решение об аресте журналиста Юрия Дудя

    Басманный районный суд столицы России Москвы избрал меру пресечения в виде заключения под стражу для журналиста Юрия Дудя, обвиняемого в уклонении от обязанностей, предусмотренных законодательством об иноагентах.

    Как передает Median.Az, об этом сообщается в Telegram-канале “Суды общей юрисдикции Москвы”.

    Согласно постановлению, Дудь будет содержаться под стражей в течение двух месяцев с момента его экстрадиции в Россию или задержания на территории страны. Основанием стало обвинение по ч. 3 ст. 330.1 УК РФ (“Злостное неисполнение обязанностей, предусмотренных законодательством РФ об иностранных агентах”).

    30 июня прокуратура Москвы потребовала возбудить уголовное дело против Дудя. По данным прокуроров, он дважды привлекался к административной ответственности за нарушение закона об иноагентах, но продолжил распространять материалы без соответствующей маркировки.

    В последний раз журналиста штрафовали на 45 000 рублей (около 970 манатов – ред.) за неуказание статуса иноагента в начале июня. В судебном решении отмечалось, что речь шла о пяти немаркированных постах в Telegram-канале блогера.

    Минюст РФ признал Дудя иностранным агентом 15 апреля 2022 года за “распространение информации из изданий-иноагентов” в интервью с музыкантом Тимой Белорусских, журналисткой Катериной Гордеевой и телеведущим Александром Гордоном, а также за получение денег за рекламу с YouTube. В 2022 году он уехал из России.

  • Rusiyanın tanınmış jurnalisti qiyabi olaraq həbs edildi

    Moskvanın Basman Rayon Məhkəməsi xarici agentlər haqqında qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin icrasından yayınmaqda təqsirləndirilən jurnalist Yuri Dud barəsində həbs qətimkan tədbiri seçib.

    Bu barədə “Moskvanın ümumi yurisdiksiya məhkəmələri” “Telegram” kanalında məlumat verilib.

    Qərara əsasən, Dud Rusiyaya ekstradisiya edildiyi və ya ölkədə saxlandığı andan etibarən iki ay müddətinə həbsdə olacaq.

    Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi Yuri Dudu 2022-ci il aprelin 15-də xarici agent kimi tanıyıb. Jurnalist 2022-ci ildə ölkəni tərk edib.