Month: July 2025

  • Bakıda musiqiçi faciəli şəkildə HƏLAK OLDU – Video

    Bakı şəhərinin Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində avtomobil Ağcabədi rayon sakini Mais Cəfərovu vurub.

    Piyada aldığı xəsarətlərdən vəfat edib.

    Yaxınları bildiriblər ki, hadisədən əvvəl Mais Cəfərovun maşınında nasazlıq yaranıb. Hadisə o, maşını saxlayıb düşən zaman baş verib. Avtomobil isə dərəyə aşıb.

    Dünyasını dəyişən 45 yaşlı musiqiçi Mais Cəfərov Ağcabədidə torpağa tapşırılıb.

    Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

    Ətraflı süjetdə:

  • Али Джам и его сын Фуад вышли на свободу

    Председатель наблюдательного совета ликвидированного Royal Bank Али Джам и его сын, генеральный директор банка Фуад Джам, вышли на свободу после 6 лет заключения.

    Как передает Median.Az со ссылкой на Qafqazinfo, стало известно, что Фуад Джам страдает онкологическим заболеванием. Сразу после освобождения он был направлен на лечение.

    Фуад Джам был задержан при возвращении в Азербайджан 24 июня 2019 года, а находившийся в международном розыске Али Джам 6 июля 2019 года был экстрадирован в нашу страну. Им были предъявлены обвинения по статьям 179.3.2 (присвоение или растрата в крупном размере) УК АР. Али Джаму также было предъявлено обвинение по статье 213.2.2 (уклонение от уплаты налогов в крупном размере) УК АР.

    Потерпевшими по уголовному делу признаны Министерство сельского хозяйства и Фонд страхования вкладов.

    Бакинский суд по тяжким преступлениям приговорил Фуада Джама к 13, Али Джама – к 8 годам лишения свободы.

  • Əli Cam və oğlu azadlığa çıxdılar

    Ləğv edilmiş “Royal Bank”ın Müşahidə Şurasının sədri Əli Cam və oğlu, bankın baş direktoru Fuad Cam azadlığa çıxıblar.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkum ata-oğul 6 illik həbsdən sonra azadlıqlarına qovuşublar.

    Fuad Camın səhhətində ciddi problemlər var. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub. O, həbsdən çıxan kimi müalicəyə cəlb edilib.

    Qeyd edək ki, istintaqdan yayınan Əli Cam 2019-cu ildə Dubayda tutularaq Azərbaycana ekstradisiya edilib. Fuad Cam isə eyni ildə ölkəyə qayıdarkən tutulub. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə, cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında təqsirli biliniblər. Əli və Fuad Camlara əvvəl 13 ilə kimi həbs cəzası təyin edilsə də, sonradan cinayət işlərindəki bəzi epizodların ləğvinə görə cəzaları azaldılıb.

  • Banka borcu olduğu üçün dövlət sərhədini qanunsuz keçən şəxsə hökm oxundu

    Sədərək Rayon Məhkəməsində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmədə təqsirləndirilən İmran Əkbərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Hüseyn Zülfüqarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə İmran Əkbərov 1600 manat miqdarında cərimə cəzasına məhkum edilib.

    İttihama görə, İmran Əkbərov 2023-cü il sentyabrın 5-də şəxsiyyəti istintaqa Muxtar, Rasim adları ilə məlum olan Azərbaycan vətəndaşlarının qabaqcadan vəd etdikləri köməyi ilə Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda, sərhəd nəzarətindən yayınmaqla ölkədən Türkiyə Respublikasına qəsdən qanunsuz olaraq keçib.

    O, məhkəmədə ifadəsində bildirib ki, 2011-ci ildə “Dəmir Bank”dan lizinq əsasında götürdüyü avtomobilin pulunu ödəyə bilməyib. Sonra Nərimanov Rayon Məhkəməsi tərəfindən banka olan borcunu ödəyə bilməməsi səbəbindən ölkədən çıxışına məhdudiyyət tətbiq edilib. Buna görə də Azərbaycan dövlət sərhədini qəsdən qanunsuz olaraq keçib.

    Bu il martın 5-də İstanbul-Bakı aviareysi ilə Türkiyədən Azərbaycana gəldiyi zaman sərhədçilərə adına rəsmiləşdirilən pasportunu təqdim edib. Onun pasportu ilə müvafiq rəsmiləşdirmə işləri aparılan zaman ölkədən çıxışı olmadığı müəyyən edilib.

  • Çimərlikdə gün vuran yeniyetmə öldü

    Sumqayıt şəhərində yerləşən çimərlikdə ölüm hadisəsi baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyulun 21-də saat 16 radələrində Sumqayıt şəhərinin ərazisində yerləşən çimərlikdə Abşeron rayon sakini 2011-ci il təvəllüdlü Azər Məcidovun halı pisləşib.

    Xəstəxanaya çatdırılan yeniyetmə az sonra vəfat edib.

    Bildirilib ki, talassemiya xəstəliyindən əziyyət çəkən Azərin çimərlikdə günvurmadan sonra halı pisləşibmiş.

    Faktla bağlı araşdırma aparılır.

  • Еще один перевозчик получил разрешение на авиарейсы из Омска в Азербайджан

    Еще одна авиакомпания получила разрешение на рейсы Омск – Баку, передает Median.Az со ссылкой на российские СМИ.

    Совсем скоро у омичей может появиться возможность летать в Баку самолетами 2 разных компаний. Допуск на выполнение регулярных рейсов в столицу Азербайджана получила компания Utair, которая теперь может составить конкуренцию IRAERO (российская авиакомпания, базируется в международном аэропорту города Иркутска – ред.). Utair получила возможность летать в Баку до 3 раз в неделю (самолеты IRAERO сейчас летают 1 раз в неделю, по воскресеньям).

    Стоит отметить, что отношения между Россией и Азербайджаном в последние несколько месяцев стали довольно напряженными. Тем не менее бакинское направление путешествий пользуется определенной популярностью.

  • Rusiya aviaşirkəti Omskdan Bakıya müntəzəm reyslər təşkil edəcək

    Rusiyanın “Utair” aviaşirkəti Azərbaycana müntəzəm təyyarə reysləri həyata keçirməyə icazə alıb.

    Bu barədə Gorod55.ru portalı məlumat yayıb.

    Reyslər Rusiyanın Omsk şəhərindən həyata keçiriləcək. Belə ki, tezliklə Omsk sakinləri artıq iki fərqli şirkətin təyyarələri ilə Bakıya uçmaq imkanı əldə edəcəklər. Hazırda “İrAero” aviaşirkəti Bakıya reyslər həyata keçirir.

    “Utair” aviaşirkətinə həftədə üç dəfəyə qədər Bakıya uçmaq imkanı veriləcək.

    Məlumat üçün əlavə edək ki, eyni istiqamətdə “İrAero” aviaşirkəti həftədə bir dəfə olmaqla uçuş həyata keçirir.

  • Скончался офицер азербайджанской армии

    Скончался офицер N-ской воинской части, расположенной в Кельбаджарском районе.

    Как сообщает teleqraf.аz, уроженец Агджабединского района лейтенант Азад Гасымов умер в воинской части, где проходил службу.

    Покойный будет похоронен сегодня в родном районе.

    А.Гасымов был женат, имел одного ребенка.

    По данному факту ведется расследование.

  • Azərbaycan Ordusunun zabiti vəfat edib

    Azərbaycan Ordusunun zabiti vəfat edib.

    Median.Az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Kəlbəcər rayonunda yerləşən “N” saylı hərbi hissələrinin birində baş verib.

    Əslən Ağcabədi rayonundan olan leytenant Azad Ziyad oğlu Qasımov xidmət etdiyi hərbi hissədə vəfat edib.

    Mərhum bu gün doğulduğu rayonda dəfn olunacaq.

    A.Qasımov ailəli idi, bir övladı var.

    Faktla bağlı araşdırma aparılır.

  • Ильхам Алиев поздравил египетского коллегу

    Президент Азербайджана Ильхам Алиев направил поздравительное письмо своему египетскому коллеге Абдель Фаттаху ас-Сиси.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин Президент,

    От своего имени и от имени народа Азербайджана передаю Вам и в Вашем лице всему Вашему народу самые искренние поздравления и наилучшие пожелания по случаю национального праздника Арабской Республики Египет – Дня Революции.

    Динамика развития отношений между Азербайджаном и Египтом вызывает удовлетворение. Взаимные визиты высокого уровня и регулярные контакты играют важную роль в наполнении нашего сотрудничества новым содержанием.

    Сегодня имеется большой потенциал для углубления наших отношений в различных областях. Верю, что, воспользовавшись этими возможностями, мы и впредь будем прилагать совместные усилия для дальнейшего расширения наших традиционно дружественных связей, плодотворного взаимодействия на благо наших народов.

    В столь знаменательный день желаю Вам крепкого здоровья, счастья, успехов в делах, дружественному народу Египта – постоянного благополучия и процветания”.