Month: August 2025

  • Tələbələrin kirayə problemi: Çıxış yolu nədir?

    “Hər il avqust ayından sentyabr ayının sonlarına kimi tələbələrin bölgələrdən paytaxta axın etməsi ilə bağlı Bakıda kirayə mənzil bazarında ciddi qiymət artımı və mənzil qıtlığı müşahidə olunur”.

    Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

    Ekspertin sözlərinə görə, son illər Bakıda həyata keçirilən söküntülər səbəbindən artıq paytaxtın mərkəz və mərkəzə yaxın, xüsusən də ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərində kirayə mənzil tapmaq çətinləşib:

    “Fərdi yaşayış evlərindən ibarət olan yaşayış massivləri və köhnə çoxmənzilli yaşayış binaları söküldüyündən artıq tələbələr üçün münasib əlçatan qiymətə mənzil tapmaq müşkül məsələyə çevrilib. Bu səbəbdən tələbələrin böyük əksəriyyəti ali təhsil müəssisələrinə yaxın ərazilərdə mənzil tapa bilmədiklərin görə Bakı ətrafı – Abşeron, Xırdalan və Masazır əarzilərinə üz tutur. Bu da onların gündəlik bir neçə saatlarının yollarda itirilməsinə və nəqliyyata əlavə pul xərcləməsinə gətirib çıxarır”.

    Ekspert Bakının Baş Planının təsdiq olunduğunu xatırladıb:

    “2040-cı ilə kimi Bakı şəhəri Baş Planda əks olunmuş formada olacaq. Bu isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə paytaxt ərazisində kütləvi şəkildə baş verən söküntülər səbəbindən nəinki tələbələr, hətta digər ölkə vətəndaşları üçün əlçatan qiymətə mənzillərin tapılması mümkünsüz olacaq. 30 il əvvəl bütün ali təhsil müəssisələrinin yataqxanaları mövcud olsa da, I Qarabağ müharibəsi səbəbindən məcburi köçkünlər həmin yataqxanalara sığındı. Artıq dövlət tərəfindən həm məcburi köçkünlər evlə təmin olunub, digər tərəfdən azad olunmuş ərazilərimizdə gedən sürətli tikinti-bərpa işlərinə görə məcburi köçkünlər öz yurd-yuvalarına qayıdır”.

    Elnur Fərzəliyev hesab edir ki, mövcud olan böyük tələbə yataqxanalarının əksəriyyəti yaşayış üçün yararsız və qəzalı vəziyyətdədir:

    “Lakin onların torpaq sahələrinin geniş və keçmiş yataqxanaların ali təhsil müəssisələrinə yaxın məsafədə olması bunu deməyə əsas verir ki, həmin yataqxanalar sökülsə, onların yerində daha müasir, hündürmərtəbəli tələbə yataqxanaları inşa etməklə tələbələrin böyük hissəsinin mənzil problemini aradan qaldırmaq olar. Başqa bir tərəfdən isə hər hansı ali təhsil müəssisəsi həmin ərazidə yeni, daha hündür, müasir çoxotaqlı tələbə yataqxanaları inşa edərsə, bu qısa müddət ərzində həmin yataqxanaya xərclənmiş vəsaitin geri qaytarılması ilə bərabər, həmçinin 5 ildən sonrakı dövrdə həm yataxanalar həmin ali təhsil müəssisələrinə külli miqdarda gəlir gətirmiş olar. Bu da ali təhsil müəssisələrinin gəlirlərinin, həmçinin orada dərs deyən müəllimlərin və işçi heyətinin əmək haqqının artmasına gətirib çıxara bilər. Bəzi ərazilərdə tələbə yataqxanaları mövcud olsa da, onların qiymətləri kirayə mənzillərlə demək olar, eyniləşib. Bu baxımdan tələbə yataqxanaları dövlət xətti ilə inşa edilərsə, onların aylıq kirayə qiymətləri tələbələrin büdcələrinə uyun olarsa, hər bir tələbə ali təhsil müəssisəsinə yaxın yataqxanalarda yerləşmiş olar. Bu da həmin ali təhsil məssisəsinin büdcəsinə gəlir deməkdir”.

    Elnur Fərzəliyev əlavə edib ki, həm söküntülər, həm də daşınmaz əmlakların satış qiymətlərinin artması səbəbindən mənzillərin kirayə qiymətləri də ilbəil bahalaşır.

  • Emin Əfəndi Rusiyaya buraxılmadı

    “Dəyirman” qrupunun yaradıcısı, tanınmış prodüser Emin Əfəndi Rusiyaya buraxılmayıb.

    Emin Əfəndi “Olay”a açıqlamasında faktı təsdiqləyib.

    Belə ki, ötən günlərdə Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Qod Nisanovun oğlunun toyu keçirilib. Gecəyə dəvət alanlardan biri də Xalq artisti Miri Yusif olub. O, tədbirə prodüseri Emin Əfəndi ilə yola düşüb. Lakin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Emini Azərbaycana geri qaytararaq, Rusiyaya keçməsinə icazə verməyib.

    Əvvəlcə ona “Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyin üçün səni Rusiyaya buraxmırıq” deyilsə də, məsələnin məğzi başqa olub.

    Onun ölkəyə buraxılmama səbəbi şəxsi “Teleqram” kanalında Rusiya ilə bağlı yazdığı ifadələr olub.

    “Ən maraqlısı budur ki, Azərbaycanda Rusiyanın özündə olduğundan daha çox ruslara hörmət var. Bax, biz bunu qoruyuruq və qorumağa davam edəcəyik. Çünki bizdə “hörmət” təkcə sözlə deyil, əməllə ölçülür”, – Emin iyulun 22-də “Teleqram”da yazıb.

    Həmçinin, o, iyulun 29-da “Dream Fest”lə bağlı paylaşım edərək, rus ulduzların tədbirdə iştirak etməməsinə münasibət bildirib:

    “Builki “Jara”, yəni “Dream Fest”, rusiyalı ulduzlardan və rus şou-biznesindən azad oldu. Məncə, məhz buna görə əvvəlkilərdən daha canlı, daha maraqlı, daha özümüzə məxsus keçdi. Bu dəfə biz öz artistlərimizə daha çox səhnə, daha çox işıq, daha çox səs verdik. Və ən əsası – daha çox dəyər və mahiyyət. Söhbətə, müzakirəyə, hətta qalmaqala da səbəb elə öz artistlərimiz oldu.

    Nə olur olsun, bizimkilər “şimallılardan” geri qalmır. Bu, sadəcə mədəniyyət məsələsi deyil. Biz bir daha sübut etdik ki, Rusiya olmadan da mövcud ola bilərik: həm səhnədə, həm zalda, həm də ümumiyyətlə bütün sahələrdə”.

  • Təyyarədə bələdçi Aydanla rastlaşdı: “Daha qəza olmayacaq…” (FOTO)

    “AZAL təyyarəsinin qəzaya uğrama videolarını izləyən qardaşım oğlu Tuqaya hadisə çox pis təsir etmiş, təyyarə qorxusu yaranmışdı. Hətta qardaşı doğulanda da nə qədər təkid etdik, Bakıya gəlmək istəmədi”.

    Bu haqda şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat paylaşıb.

    Onun sözlərinə görə, Tuqay təyyarənin salonunda həmin qəzadan möcüzəvi şəkildə sağ çıxan bələdçi Aydan Rəhimli ilə rastlaşıb: “Bir neçə gün əvvəl valideynləri ilə birgə Bakıya gəlməyə razılaşan Tuqay təsadüfən qəzada sağ qalan, “Rəşadət” ordeni ilə təltif olunan Aydan xanımla təyyarənin salonunda rastlaşıb. Naxçıvandan qayıdan Aydan xanım ona təyyarənin qorxulu olmadığını, daha qəza olmayacağını, birlikdə rahat uçacaqlarını deyərək inandırmağı bacarıb”.

    Qeyd edək ki, A.Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunan ilk qadın kimi Azərbaycan tarixinə düşüb.

    Xatırladaq ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

  • Tarantino ən yaxşı 3 filmini açıqladı: Doğulma səbəbim, zirvəm və qəlbim…

    Amerikalı rejissor və ssenarist Kventin Tarantino şəxsi yaradıcılığının ən dəyərli işlərini açıqlayıb və niyə yeni layihədən imtina etdiyini izah edib.

    “The Church of Tarantino” podkastında ikiqat Oskar mükafatı laureatının sözlərinə görə, onun sevimli filmi “Bir zamanlar… Hollivudda”dır. Özünün ən yaxşı işi kimi “Şərəfsizlər dəstəsi”ni qiymətləndirib, “Kill Bill”i isə yalnız özü çəkə biləcək film adlandırıb:

    “Düşünürəm ki, “Kill Bill” mənim doğulma səbəbim olan filmdir. “Şərəfsizlər dəstəsi” mənim zirvəmdir, amma “Bir zamanlar… Hollivudda” qəlbimdir”, deyə Tarantino vurğulayıb.

    Ssenarilər barədə danışarkən rejissor əlavə edib ki, ən güclü mətni “Şərəfsizlər dəstəsi”dir. Onun fikrincə, “Nifrətlilər səkkizliyi” və “Bir zamanlar… Hollivudda” da ən yaxşı işlər sırasındadır. Xüsusilə “Nifrətlilər səkkizliyi”ni rejissorluq baxımından ən uğurlu işi hesab etdiyini bildirib.

    Niyə yeni filmə başlamadı?

    Tarantino sevimli əsəri olmasına baxmayaraq, “Bir zamanlar… Hollivudda”nın davamını çəkmək istəməyib. “Netflix” üçün nəzərdə tutulan “Kli̇ff Butun sərgüzəştləri” filmini rejissor Devid Finçer ekranlaşdıracaq. Tarantinonun sözlərinə görə, onun sonuncu filmi tanış hekayənin davamı yox, yeni və naməlum istiqamət olmalıdır: “Son filmim məni bilinməzliyə aparmalıdır. Yenidən nə etdiyimi bilməməliyəm”.

    Bundan başqa, Tarantino uzun illərdir müzakirə edilən “Kinotənqidçi” layihəsindən də imtina etdiyini təsdiqləyib. O bildirib ki, bu film əvvəlki işlərini çox xatırladır və yaradıcılıq baxımından yeni çağırış təqdim etmir.

    Tarantinonun kinematoqrafiya yolu

    Los-Ancelesdə böyüyən Tarantino gənclik illərində videoprokatda işləyərək yüzlərlə film izləyib. Onun rejissor debütü 1992-ci ildə “Quduz itlər” filmi ilə olub. İki ildən sonra isə “Kriminal qiraət” ona həm Qızıl Palma Budağı, həm də Oskar qazandırıb və dünya şöhrəti gətirib.

    Tarantinonun filmləri qeyri-xətti süjet quruluşu, uzun dialoqlar, qara yumor, parlaq zorakılıq səhnələri və kino tarixinə istinadlarla seçilir.

    Ən məşhur filmləri bunlardır:

    * “Quduz itlər” (1992)
    * “Kriminal qiraət” (1994)
    * “Ceki Braun” (1997)
    * “Kill Bill” (2003–2004)
    * “Ölüm sübutu” (2007)
    * “Şərəfsizlər dəstəsi” (2009)
    * “Canqo azad oldu” (2012)
    * “Nifrətlilər səkkizliyi” (2015)
    * “Bir zamanlar… Hollivudda” (2019)

    Rejissor iki dəfə Oskar, Qızıl Palma Budağı, BAFTA və Qızıl Qlobus mükafatları qazanıb. O dəfələrlə bildirib ki, yalnız 10 tammetrajlı film çəkəcək və karyerasını zirvədə tamamlayacaq. Hazırda onun film siyahısında doqquz iş var, sonuncu layihə isə hələ də sirr olaraq qalır.
    //qaynar.az

  • AQTA-dan sahibkarlara MÜRACİƏT

    Aparılan nəzarət tədbirləri zamanı idxal olunan bitkiçilik məhsullarında, xüsusilə də əkin-səpin materiallarında və dekorativ bitkilərdə zərərli orqanizmlərin, o cümlədən karantin tətbiq edilən növlərin aşkarlanması hallarının artdığı müşahidə olunur.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, idxal edilən bitki və bitkiçilik məhsullarının, xüsusən də əkin-səpin materiallarının və dekorativ bitkilərin fitosanitar normalara tam uyğunluğunun təmin edilməsi və zərərli orqanizmlərdən azad olması vacibdir. Bunun üçün “Azərbaycan Respublikasına idxal olunan və ölkə ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ın tələblərinə ciddi riayət edilməlidir.

    AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bu barədə agentliyin bitkiçilik məhsullarını idxal edən sahibkarlara müraciətində bildirilir.

    Müraciətdə daha sonra deyilir: “Toxumçuluq haqqında” Qanuna əsasən, ölkə ərazisində rayonlaşmış, sortluq, səpin keyfiyyətlərini təsdiq edən uyğunluq və fitosanitar sertifikatı olan bitki sortları toxumlarının dövriyyəsinə icazə verilir. Eyni zamanda, qablaşdırma və etiketlənmə tələblərinə cavab verməyən toxumların, həmçinin laborator müayinələrə cəlb edilməyən toxum və bitkiçilik məhsullarının ölkə ərazisində istifadəsi və dövriyyəsi qadağandır. Bitkiçilik məhsullarının idxalı yalnız zərərli orqanizmlərə qarşı mütəmadi olaraq kompleks fitosanitar tədbirlər aparılan istehsal sahələrindən və ya zərərli orqanizmdən azad zonalardan olmalıdır. Həmçinin toxumların əsas virus daşıyıcısı olduğunu nəzərə alaraq, onların əl yüklərində gətirilməməsi tələb və tövsiyə edilir. Bildiririk ki, idxal zamanı uyğunsuzluq aşkarlanmış bitki və bitkiçilik məhsulları ilə bağlı agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək, belə məhsulların ölkəyə buraxılmasına icazə verilməyəcək və ya sirayətlənmiş məhsul partiyası məhv ediləcək”.

    AQTA sahibkarları idxal zamanı daha məsuliyyətli davranmağa, fitosanitar təhlükəsizliyin təmin olunmasına, eləcə də milli və beynəlxalq qaydalara əməl etməyə çağırır.

  • Şəkidə 5 otaqlı ev yandı

    Şəkidə yaşayış evi yanıb.

    Yanğın hadisəsi rayonun Sarıca kəndində baş verib. Yanğın yerinə Şəki DYMH-nin texnikaları cəlb olunub. Yanğın zamanı kənd sakini, 1963-cü il təvəllüdlü Abbasova Esmira İsgəndər qızına məxsus

    ümumi sahəsi 192 kv/m olan 5 otaqlı evin 142 kv/m hissəsi tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

  • Avtobus dayanacağına zərər vuran şəxs saxlanıldı – Video

    Paytaxtın Binəqədi rayonundakı avtobus dayanacağına zərər vurulması və ərazidəki antisanitar vəziyyətlə bağlı paylaşılmış görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

    Bu barədə DİN Mətbuat Xidmətindən bildirilib.

    Dövlət əmlakına zərər vuran, ictimai yerdə antisanitar vəziyyət yaradaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxs saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

  • Ermənistan-İran sərhədində ikinci körpünün tikilməsi razılaşdırıldı

    “Ermənistan və İran arasında bir sıra infrastruktur layihələri artıq praktiki mərhələyə daxil olub. Qeyd etməliyəm ki, bu layihələr Ermənistan üçün strateji əhəmiyyət kəsb edir”.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkianla birgə bəyanatı zamanı deyib.

    Baş nazirin sözlərinə görə, bu strateji əhəmiyyətə malik layihələrdən biri də Ermənistan tərəfinin tikintisini İran şirkətinə həvalə etdiyi 32 km-lik Kacaran-Agarak yoludur: “Əminəm ki, 32 kilometrlik yol müəyyən olunmuş müddətdə istifadəyə veriləcək və həmkarımla mən iki dövlətimizin daha bir uğurunu qeyd etmək imkanı əldə edəcəyik.

    Ölkələrimiz arasında daşımaların həcminin artdığını nəzərə alaraq, biz Ermənistan-İran sərhədində ikinci körpünün tikintisi ilə bağlı razılığa gəldik”.
    //unikal.az

  • Ukrayna Rusiyanın yanacaq qatarını vurdu

    Ukrayna Silahlı Qüvvələri Zaporoje vilayətinin işğal olunmuş ərazisində Rusiyaya məxsus yük qatarını tanklarla məhv edib.

    Bu barədə İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri Petro Andryuşenko açıqlayıb.

    “Ukrayna Müdafiə Qüvvələri işğal olunmuş Zaporojya vilayəti ilə yanacaq daşıyan işğalçı yük qatarını məhv edib. Hücumdan sonra bu istiqamətdə dəmir yolu xəttindən geriyə yalnız xarabalıqlar qalıb – salamat heç nə qalmayıb”, – məlumatda deyilir.
    //unikal.az

  • Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

    Azərbaycanın sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

    Üçüncü yarış günündə Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir şans tanımayıb – 10:2.

    Güləşçimiz həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabı ilə üstələyərək bürünc medala sahib çıxıb.