Month: August 2025

  • Бакинский суд осудил руководителя компании за присвоение и легализацию средств

    Бакинский суд по тяжким преступлениям вынес приговор руководителю 35 компаний Фагани Рагимову, обвиняемому в присвоении в крупном размере и легализации средств, полученных через государственные тендеры.

    Решением суда Рагимов приговорен к пяти годам лишения свободы условно с испытательным сроком три года.

    По данным следствия, его компании неоднократно выигрывали тендеры государственных структур. На счета организаций было перечислено около 600 тыс. манатов, из которых 62,4 тыс. манатов, по версии обвинения, он пытался легализовать, скрыв реальное происхождение средств.

  • Mənimsəmə və leqallaşdırmada təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub

    Dövlət qurumlarının keçirdiyi tenderlərdə qalib gələrək əldə olunan pulları mənimsəməkdə və həmin pulları leqallaşdırmaqda təqsirləndirilən 35 şirkətin rəhbəri Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən Fəqani Rəhimova 3 il sınaq müddəti olmaqla 5 il şərti cəza verilib.

    Qeyd edək ki, o, külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur.

    Onun şirkətləri dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gəlib. İbtidai istintaqın sonunda onun barəsində həbs qətimkan tədbiri seçilib. F. Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. O, həmin vəsaitin 62 min 400 manatı həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırmaqda ittiham olunub.
    //report

  • Azərbaycanda daha 66 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 2-də, 4-də və 9-da dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı hərraclar keçiriləcək.

    Hərraclara 66 nəqliyyat vasitəsi çıxarılacaq.

    Belə ki, sentyabrın 2-də keçiriləcək hərraca 24 nəqliyyat vasitəsi (buraxılış tarixləri 2000-2014-cü illəri əhatə edir), sentyabrın 4-də keçiriləcək hərraca 29 nəqliyyat vasitəsi (buraxılış tarixləri 2013-2020-ci illəri əhatə edir), sentyabrın 9-da keçiriləcək hərraca isə 13 nəqliyyat vasitəsi (buraxılış tarixləri 1999-2007-ci illəri əhatə edir) çıxarılacaq.

    Hərraca çıxarılan dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

    Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

  • Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb

    Uralda Ermənistanın konsulluğu bağlanıb.

    Bu barədə “Ura.ru” konsulluğa istinadən məlumat yayıb.

    Qeyd olunur ki, onun fəaliyyətinin dayandırılmasından əvvəl Ermənistan Apostol Kilsəsini dəstəkləyən Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyan vəzifəsindən azad edilib.

    “Hörmətli vətəndaşlar, Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyanın statusunun ləğv edilməsi ilə əlaqədar olaraq bildiririk ki, sözügedən fəxri konsulluğun ofisi öz fəaliyyətini dayandırıb. Yeddi il ərzində bizə 57 mindən çox vətəndaş müraciət edib”, – məlumatda bildirilib.

    Bütün məsələlərlə bağlı Ermənistanın Rusiyadakı digər konsulluq müəssisələrinə müraciət etmək tövsiyə olunur.

  • Азербайджанский национальный градостроительный форум в этом году пройдет в двух городах

    В этом году Азербайджанский национальный градостроительный форум пройдет осенью в двух городах страны.

    Данный вопрос обсуждался на встрече посла Азербайджана в Кении Султана Гаджиева с министром по вопросам земель, общественных работ, жилищного строительства и городского развития этой страны Элис Вахоме.

    Сообщается, что III Азербайджанский национальный градостроительный форум пройдет 15–17 октября текущего года в Ханкенди и Баку.

    Как сообщалось, II Азербайджанский национальный градостроительный форум на тему “Устойчивые города как движущая сила экономического развития и борьбы с неравенством” проходил с 29 сентября по 2 октября. Его открытие состоялось в Зангилане. Цель форума заключалась в содействии обмену знаниями, формированию политики, привлечению общественности, наращиванию умений, а также поощрению сотрудничества и выработке стратегий для устойчивого городского развития.

    В 2023 году форум проходил в городе Агдам.

  • Azərbaycan III Şəhərsalma Forumunun keçiriləcəyi tarix və şəhərlər açıqlanıb

    Azərbaycan III Şəhərsalma Forumu bu il oktyabrın 15-17-də keçiriləcək.

    Bu barədə Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Elis Vahome ilə görüşdə məlumat verib.

    Onun sözlərinə görə, tədbir Xankəndi və Bakı şəhərlərində təşkil olunacaq.

  • В “Ичеришехер” запустили туристические автобусы для удобства гостей и жителей города

    В “Ичеришехер” начали функционировать туристические автобусы, что значительно упростит передвижение по исторической части города для туристов и местных жителей.

    Маршрутная линия берет начало у знаменитой Девичьей башни. Далее маршрут проходит по улицам Гюлля, Кичик Гала, Вели Мамедова, Асафа Зейналлы и Беюк Гала, позволяя пассажирам насладиться уникальной атмосферой старого города, прежде чем вернуться к исходной точке у Девичьей башни.

    На маршруте, охватывающем наиболее популярные и значимые дороги заповедника, оборудовано 10 остановок вблизи основных достопримечательностей. На начальном этапе проекта на линию выпущены два экологичных гольфкара. Администрация заповедника планирует увеличивать количество транспортных средств пропорционально росту числа пользователей.

    Стоит отметить, что для детей до 10 лет и пассажиров старше 60 лет проезд предоставляется бесплатно. Для остальных категорий пассажиров стоимость проезда составляет 1 манат. Туристические автобусы работают ежедневно с 14:00 до 22:00.

  • İçərişəhərdə səyahət avtobusları fəaliyyətə başlayıb

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yeni nəqliyyat xidməti fəaliyyətə başlayıb.

    Sakinlər və qonaqlar əsas marşrutlar üzrə rahat, ekoloji təmiz, əlverişli və sürətli hərəkət etmək üçün qolfkar-avtobuslardan istifadə edə bilərlər.

    Marşrut xətti Qız Qalası qarşısından başlayaraq Qüllə küçəsi, Kiçik Qala, Vəli Məmmədov, Asəf Zeynallı və Böyük Qala küçələrindən keçir, daha sonra yenidən Qız Qalası önündə yerləşən son dayanacaqla tamamlanır. Qoruğun ən çox istifadə olunan yollarını əhatə edən bu xətt üzrə ümumilikdə 10 dayanacaq müəyyən edilib. İlkin mərhələdə iki qolfkar xəttə buraxılıb. İstifadəçi sayı artdıqca xəttə buraxılacaq nəqliyyat vasitələrinin sayı da artırılacaq.

    Marşrutun planlaşdırılmasında turistik və mədəni obyektlərə yaxınlıq xüsusi nəzərə alınıb. Sərnişinlər bu nəqliyyat vasitəsindən istifadə edərək Qız Qalası, Şirvanşahlar Sarayı, Maqsud İbrahimbəyovun ev muzeyi kimi önəmli mədəni məkanlara rahatlıqla gedə bilərlər.

    Qolfkar-avtobuslardan istənilən şəxs məhdudiyyətsiz şəkildə istifadə edə bilər. 10 yaşına qədər uşaqlar və yaşı 60-dan yuxarı olan sərnişinlər üçün xidmət ödənişsizdir. Digər sərnişinlər üçün qiymət 1 manatdır. İlkin olaraq iş saatları 14:00-dan 22:00-dək müəyyən edilib.

    Elektriklə işləyən qolfkar-avtobuslar ətraf mühitə zərər vermir, səs-küy yaratmır, tarixi abidələrin qorunmasına uyğun ekoloji standartlara cavab verir və İçərişəhər ərazisində nəqliyyat vasitələrinin hərəkət intensivliyini azaltmağa xidmət edəcək..

  • В Ходжалы задержан виновник пожара

    Сотрудники полиции установили лицо, который 18 августа устроил пожар в селе Дашбулаг Ходжалинского района.

    Об этом сообщили в региональной группе пресс-службы МВД.

    В ходе расследования выяснилось, что пожар произошел в результате неосторожного обращения с огнем 40-летнего Парвиза Гулиева.

    В отношении мужчины были приняты предусмотренные законодательством меры.

  • Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb

    Avqustun 18-də Xocalı rayon Daşbulaq kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

    Araşdırmalarla yanğının rayona qonaq gəlmiş 40 yaşlı Pərviz Quliyevin ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

    P.Quliyev polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.